Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1792/2023 03.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Nurulu Firudin Bilal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2307/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2019cu il tarixli, İK GK-054-İS/2019 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-in “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK GK-054-İS/2019 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 829,62 manat əsas, 4,14 manat faiz və 1,54 manat cərimə borcu olmaqla, cəmi 835,30 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyirlərinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2307/2023 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev ) iddia təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK GK-054-İS/2019 nömrəli güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, İK GK-054-İS/2019 nömrəli güzəştli kredit müqaviləsi üzrə 829,62 manat əsas, 4,14 manat faiz və 1,54 manat cərimə olmaqla, cəmi 835,30 ( səkkiz yüz otuz beş manat 30 qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2307/2023 saylı qətnaməsinin ləğv edilməsini və iş üzə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavbdeh Cavabdeh1 əsas borcun yarıdan çox hissəsini ödəsə də, məhkəmə heç bir maliyyə arayışına əsaslanmadan 835.30 manat borcun onlardan tutulmasını qət etmişdir. Bundan başqa, məhkəmədən borcu hissə-hissə ödənilməsini xahiş etsə də, məhkəmə bunu nəzərə almamışdır. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsi bağlanaraq cavabdehə 60 ay müddətinə, güzəşt müddəti 12 ay olmaqla, illik 1 faiz ödəmək şərti ilə 1518,20 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi tərəflər arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə üzərilərinə düşən öhdəliyi icra etməmişlər. Nəticədə Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu 829,62 manat əsas, 4,14 manat faiz, 1,54 manat cərimə borcu olmaqla ümumilikdə borcu 835,30 manat təşkil edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 2307/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2307/2023saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, İK GK-054-İS/2019 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2015-ci il tarixli, 057/TK/-A-15 saylı kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə illik 1 % faiz dərəcəsi ilə, 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla 1518,20 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, GK-054-İS/2019 nömrəli zaminlik müqaviləsindən görünür ki xx.xx.2019-cu il tarixli, İK GK-054-İS/2019 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, İK GK-054-İS/2019 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh götürdüyü krediti xx.xx.2024-cü ilə qədər hissəhissə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 1518,20 manat pulu qəbul etmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli, İK GK-054- İS/2019 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2015-ci il tarixli, 057/TK/-A-15 saylı kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə illik 1 % faiz dərəcəsi ilə, 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla 1518,20 manat məbləğində kredit verilmişdir. İşdə olan Cavabdeh1 hesabından çıxarışdan görünür ki, onunxx.xx.2023-cü il tarixə 829,62 manat əsas, 4,14 manat faiz və 1,54 manat cərimə olmaqla, cəmi 835,30 ( səkkiz yüz otuz beş manat 30 qəpik) manat kredit borcu qalmışdır. Azərbaycan Respublikasının MM-nin: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli, İK GK-054-İS/2019 nömrəli güzəştli kredit müqaviləsi ilə, iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 057/TK/-A-15 saylı kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə illik 1 % faiz dərəcəsi ilə, 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla 1518,20 manat məbləğində kredit verilmiş, xx.xx.2019-cu il tarixli, GK-054-İS/2019 nömrəli zaminlik müqaviləsi ilə, Cavabdeh2 borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-yə lə kredit borcu verilməsi barədə müqavilə bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə İddiaçı ASC-yə 829,62 manat əsas, 4.14 manat faiz, 1.54 manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-nin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi idianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh2 şikayətin dəlillərində Cavabdeh1 borcun yarısını ödədiyini göstərmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdehin kredit bortcu 1518,20 manat olmuş və cavabdehin ödənişləri nəzərə alınmaqla, onun əsas borc qalığı 829,62 manat qalmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2307/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsininxx.xx.2023-cü il tarixli, 2(125)-2307/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1792/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1792/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver