Məhkəmə qərarları › İş №2(104)-1801/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1801/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1801/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X5 Sərvətlər İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: təbiətə vurulmuş ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X5 Sərvətlər İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2767/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə rayon Otuzikilər bələdiyyəsi tərəfidən verilmiş 13 saylı, 13 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Otuzikilər qəbristanlığına gedən yolun sol kənarında Bələdiyyə mülkiyyətinə aid olan torpağın yola yaxın hissəsində kəsilmiş 38 ədəd qələmə ağacı Cavabdeh tərəfindən kəsilmişdir.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 iyun 2022ci il tarixli 66526 nömrəli aktdan görünür ki, daxil olmuş məlumat əsasında Bərdə rayonu Otuzikilər kənd qəbiristanlığına gedən avtomobil yolunun sol hissəsində yerləşən beton su arxının ətrafındakı əraziyə idarənin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı 38 ədəd qovaq cinsinə mənsub olan ağacın kəsilərək məhv edilmələri faktını müəyyən etmiş, ərazidə çəkilmiş fotoşəkillər, alınmış izahatlar və toplanmış digər sənədlər akta əlavə olunmuşdur.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət sektorunun məsləhətçi-müfəttişi X4 tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarının 1 saylı əlavəsinə və 21 iyun 2022-ci il tarixli akta əsasən 22 iyun 2022-ci il tarixdə hesabat aparılmış və təbiətə dəymiş ziyanın ümumi məbləğinin 16050 manat təşkil etdiyi müəyyənləşdirilmişdir.

4. Bərdə Rayon Məhkəməsinin 1(021)-198/2022 saylı, 21 dekabr 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulması, şərti məhkum etmə dövrü ərzində Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Cavabdeh оğlu barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə 16050 (on altı min əlli) manat maddi ziyanın olması və ziyanın hazırki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ödənilməməsi nəzərə alınması, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP(XİİS) hesabı, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qərara alınmışdır

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X5 Sərvətlər İdarəsi Cavabdeh qarş pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh təbiətə vurduğu ziyana görə 16050 manatın alınaraq 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərində keçirilmiş reyd zamanı Bərdə rayon Otuzikilər kəndi ərazisində dövlət mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan torpaq sahəsində diametrləri d=22 sm olan 1 ədəd, d=24 sm olan 1 ədəd, d=25 sm olan 2 ədəd, d=27 sm olan 1 ədəd, d=30 sm olan 5 ədəd, d=33 sm olan 1 ədəd, d=34 sm olan 3 ədəd, d=35 sm olan 4 ədəd, d=36 sm olan 2 ədəd, d=38 sm olan 2 ədəd, d=4u sm oian 7 ədəd, d=41 sm olan 1 ədəd, d=42 sm olan 1 ədəd, d=44 sm olan 1 ədəd, d=45 sm olan 1 ədəd, d=50 sm olan 2 ədəd, d=51 sm olan 1 ədəd d=53 sm olan 1 ədəd ümumilikdə 38 (otuz səkkiz) ədəd bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacın Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh tərəfindən qanunsuz kəsilməsi faktı aşkar edilmişdir. Faktla bağlı 14 iyun 2022-ci il tarixli 66526 nömrəli akt tərtib olunmuş və kəsilərək məhv edilmiş yaş halda 38 (otuz səkkiz) ədəd bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacın qanunsuz kəsilərək məhv edilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarına əsasən təbiətə 16050,00 (on altı min əlli) manat dəymiş ziyan hesablanmışdır. Bununla da Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2016-cı il tarixli 321 saylı Qərarının və Yaşıllıqların mühafizəsi haqqında” Qanunun tələbləri- pozulmuşdur. 21 iyul 2022-ci il tarixində 38 (otuz səkkiz) ədəd bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacın qanunsuz kəsilərək məhv edilməsi faktına görə Azərbayca Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı fakt öz təsdiqini tapmışdır. Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(021)-198/2022 saylı hökmü ilə Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1(bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir.

7. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2767/2023 nömrəli qətnaməsi (hakim Elsun Əhmədov) ilə, iddianın təmin edilməsi, Cavabdeh 16050 (on altı min əlli) manat pul alınaraq 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (“X3” X7 (BEK) bank 210005, VÖEN bank **********, M/H: AZ 41NABZ********************, S.W.İ.F.T: BİK: CTREAZ 22. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xüsusi vəsaitlər hesabına Hesab AZ 55CTRE********************, VÖEN: **********. Büdcə təsnifatının Kodu) ödənilməsi, iddia tələbi təmin edildiyindən 138,15 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 385.1, 1096.1, 1097.1, 1108.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikasının Yaşıllıqların mühafizəsi haqqında Qanununun 19 və 79-cu maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-2767/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İİ qrup əlildir. 2 dəfə infarkt keçirmiş, 2 dəfə ürək əməliyyatı keçirmişəm. Üstəlik 5.000 manat kredit borcum var və həmin borc pensiyamdan tutulur. Həyat yoldaşım 5 dəfə cərrahi əməliyyat olunub, hazırda onkoloji xəstədir, 4 dəfə ximiya köçürülüb və hələ də davam edir. Oradakı yerli qələmə ağaclarını və digər ağacları mən əkmişəm. 20 il qulluq etmişdir. Sözügedən ağacları mən kəsməmişəm. Sadalananlara əsasən hesab edir ki, hazırki qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

13. İş üzrə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X5 Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, nümayəndə heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu

21. 19.1. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

22. 19.2. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları aşağıdakılardır: 19.2.1. yaşıllıqların mühafizəsi sahəsində tədbirlərin yerinə yetirilməsini, bu Qanunun tələblərinə əməl olunmasını, bitkilərə aqrotexniki qulluq edilməsi və fitosanitar tədbirlərin aparılması vəziyyətini yoxlamaq, yaşıllıqların bərpasına nəzarəti həyata keçirmək; 19.2.2. yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək; 19.2.3. yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək; 19.2.4. yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək).

23. 19.3. Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2767/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Beləliklə, işin halları ondan ibarətdir ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərində keçirilmiş reyd zamanı Bərdə rayon Otuzikilər kəndi ərazisində dövlət mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan torpaq sahəsində diametrləri d=22 sm olan 1 ədəd, d=24 sm olan 1 ədəd, d=25 sm olan 2 ədəd, d=27 sm olan 1 ədəd, d=30 sm olan 5 ədəd, d=33 sm olan 1 ədəd, d=34 sm olan 3 ədəd, d=35 sm olan 4 ədəd, d=36 sm olan 2 ədəd, d=38 sm olan 2 ədəd, d=4u sm oian 7 ədəd, d=41 sm olan 1 ədəd, d=42 sm olan 1 ədəd, d=44 sm olan 1 ədəd, d=45 sm olan 1 ədəd, d=50 sm olan 2 ədəd, d=51 sm olan 1 ədəd d=53 sm olan 1 ədəd ümumilikdə 38 (otuz səkkiz) ədəd bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacın Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh tərəfindən qanunsuz kəsilməsi faktı aşkar edilmişdir. Faktla bağlı 14 iyun 2022-ci il tarixli 66526 nömrəli akt tərtib olunmuş və kəsilərək məhv edilmiş yaş halda 38 (otuz səkkiz) ədəd bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacın qanunsuz kəsilərək məhv edilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarına əsasən təbiətə 16050,00 (on altı min əlli) manat dəymiş ziyan hesablanmışdır. Bununla da Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2016-cı il tarixli 321 saylı Qərarının və Yaşıllıqların mühafizəsi haqqında” Qanunun tələbləri- pozulmuşdur. 21 iyul 2022-ci il tarixində 38 (otuz səkkiz) ədəd bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacın qanunsuz kəsilərək məhv edilməsi faktına görə Azərbayca Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(021)-198/2022 saylı hökmü ilə Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1(bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir.

42. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (16-17&).

45. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

46. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər (19&).

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur (20&).

48. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

49. Göründüyü kimi, iş materiallarından müəyyən olunur ki, Bərdə rayon Otuzikilər kəndi ərazisində dövlət mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan torpaq sahəsində diametrləri d=22 sm olan 1 ədəd, d=24 sm olan 1 ədəd, d=25 sm olan 2 ədəd, d=27 sm olan 1 ədəd, d=30 sm olan 5 ədəd, d=33 sm olan 1 ədəd, d=34 sm olan 3 ədəd, d=35 sm olan 4 ədəd, d=36 sm olan 2 ədəd, d=38 sm olan 2 ədəd, d=4u sm oian 7 ədəd, d=41 sm olan 1 ədəd, d=42 sm olan 1 ədəd, d=44 sm olan 1 ədəd, d=45 sm olan 1 ədəd, d=50 sm olan 2 ədəd, d=51 sm olan 1 ədəd d=53 sm olan 1 ədəd ümumilikdə 38 (otuz səkkiz) ədəd bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacın Bərdə rayon Otuzikilər kənd sakini Cavabdeh tərəfindən qanunsuz kəsilməsi faktı aşkar edilmişdir. Faktla bağlı 14 iyun 2022-ci il tarixli 66526 nömrəli akt tərtib olunmuş və kəsilərək məhv edilmiş yaş halda 38 (otuz səkkiz) ədəd bioloji inkişafda olan qovaq cinsinə mənsub ağacın qanunsuz kəsilərək məhv edilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarına əsasən təbiətə 16050,00 (on altı min əlli) manat dəymiş ziyan hesablanmışdır. İddiaçının şikayəti əsasında cavabdeh cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin, dəymiş ziyan isə hazırki vaxta qədər ödənilməmişdir.

50. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.

51. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

52. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

53. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, iddiaçının iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və iddia tələbi əsaslı olaraq təmin olunmuşdur. Buna görə də kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə mövqeyi əsaslıdlr.

54. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

57. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2767/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar