Məhkəmə qərarları › İş №2(104)-1801/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1801/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1801/2025 19.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4768/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı “kredit öhdəliyindən irəli gələn pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 4680 manat borcunu, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödədiyi 300 manat məbləğin, tərəfindən ödənilmiş 69,80 manat dövlət rüsumunun ödənilməsinə dair vəsaitin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4768/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “kredit öhdəliyindən irəli gələn pul” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 69,80 (altmış doqquz manat səksən qəpik) manat dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi vəkil Nümayəndə şikayət ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4768/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qərardadını ləğv edərək iddia ərizəsinin icraata götürülməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4768/2025 nömrəli, 29 avqust 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə qanunverciliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, eləcə də İddiaçı dövlət rüsumunu ödəməkdən azad olan şəxs olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.5-ci maddəsində də təsbit edilmişdir ki, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı tərəf isə həmin qanunun 8.5-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması qərardaddan şikayət verilməsinə görə həmin Qanunun müvafiq olaraq 8.5-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu ödəməlidir. Birinci instansiya məhkəmsi isə apellyasiya şikayətinin 361.3-cü maddəsinin tələbinə uyğun verilməsini yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasənapellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4768/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin. Şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Gəncə Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar