Məhkəmə qərarları › İş №2(104)-1807/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1807/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1807/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(076)-1191/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 50.700 (əlli min yeddi yüz) manat məbləğində pul alınıb ona verilməsə dair qətnamə çıxardılması xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(076)-1191/2024 saylı qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddianın qismən təmin edilməsi, Cavabdeh 34590 (otuz dörd min beş yüz doxsan) manat pulun alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 193.77 (bir yüz doxsan üç manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(076)-1191/2024 saylı qətnaməsinin təmin olunmuş hissədə ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, Şəmkir Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(076)-1191/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı və Cavabdeh məhkəmə kollegiyasına birgə imza ilə barışıq sazişi təqdim edərək, həmin sazişin təsdiq edilməsini, Şəmkir Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(076)-1191/2024 saylı qətnaməsinin ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Barışıq sazişinin şərtlərinə əsasən, tərəflər razılaşırlar ki;

1. Mülki iş üzrə Cavabdeh İddiaçı qarşı borclu olduğu 51.190 (əlli bir min yüz doxsan) manat məbləğində pulu İddiaçı hər ay 1000 (min) manat olmaqla qaytarmağı öhdəsinə götürür. Hər iki tərəf bu qaydada borc məbləğinin ödənişinə razıdırlar.

2. Əgər həmin ödənişlər iki ay dalbadal müddətində ödənilməzsə Cavabdeh qalan borc məbləğini birdəfəyə ödəmək öhdəliyini öz üzərinə götürür.

3. İddiaçı göstərilən şərtlər ilə iddiadan imtina edir.

4. Tərəflər onlar arasında yaranmış hazırki iş üzrə mübahisənin həll olunduğunu və mülki iş üzrə icraata xitam verilməsini təsdiq edirlər.

5. Barışıq sazişinin şərtlərinə əməl edilməməsi halında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qəbul edilmiş məhkəmə qərardadı icraya yönələcək.

İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 52, 262-ci maddələrinin ona elan olunduğunu, qaldırdığı pul tələbinə dair iddiası üzrə barışıq sazişinin qəbul edilib işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasına müraciət edərək, barışıq sazişinin qəbul edilib işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi prosessual qanunvericiliyə uyğun olduğundan, onların qarşılıqlı şəkildə razılaşdıqları yuxarıda qeyd olunan şərtlərlə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 370.1-ci maddəsinə görə, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2-ci maddəsinə görə, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddələrinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 391, 261, 400, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Mülki iş üzrə Cavabdeh İddiaçı qarşı borclu olduğu 51.190 (əlli bir min yüz doxsan) manat məbləğində pulu İddiaçı hər ay 1000 (min) manat olmaqla qaytarmağı öhdəsinə götürür. Hər iki tərəf bu qaydada borc məbləğinin ödənişinə razıdırlar.

2. Əgər həmin ödənişlər iki ay dalbadal müddətində ödənilməzsə Cavabdeh qalan borc məbləğini birdəfəyə ödəmək öhdəliyini öz üzərinə götürür.

Tərəflərin barışıq sazişi təsdiq edildiyindən, Şəmkir Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(076)-1191/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar