Məhkəmə qərarları › İş №2(104)-181/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-181/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-181/2025 16.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi”nə dair iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-21/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasının və xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit raszılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 364,29 manat məbləğində kredit borcu, 2,33 manat məbləğində faiz borcu və 89,58 manat məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 9220,6 manat məbləğində kredit borcu, 117,62 manat məbləğində faiz borcu və 4505,94 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 14300 (on dörd min üç yüz manat) 36 (otuz altı) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 132,9 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönədlilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Goranboy rayon Sarovlu kəndində mülkiyyətdə olan 0,08 ha torpsq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və ümumilikdə 14300 (on dörd min üç yüz manat) 36 (otuz altı) qəpik məbləğində borcun, ödənilmiş 132,9 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönədlilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İdris oğlundan, Cavabdeh4 müştərək qaydada tutulması, Goranboy rayonu Sarovlu kəndindı mülkiyyətdə olan 0,08 ha torpq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 01 ay sonra həmin evə Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsimi məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 50L000001208 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 499.13 (dörd yüz doxsan doqquz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 134.84 manat ödəmiş, onun 364.29 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 224 gün üçün hesablanmış faiz borcu 2.33 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02% məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 224 gün üçün hesablanmış cərimə 89.58 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10292.23 (on min iki yüz doxsan iki) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1071.63 manat ödəmiş, onun 9220.6 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Hesab edir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 528 gün üçün hesablanmış faiz borcu 117.62 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02% məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 528 gün üçün hesablanmış cərimə 4505.94 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kreditalan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 50M000000038 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışla Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Mahmudov X2 rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkan ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3cü maddələrində əsas öhdəliyin, yaxud onun onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-cı maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişın qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-21/2024 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın qismən təmin edilməsi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006R********** saylı və xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 364,29 manat məbləğində kredit borcu, 2,33 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 9220,6 manat məbləğində kredit borcu olmaqla, 117,62 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10754,84 (on min yeddi yüz əlli dörd manat, səksən dörd qəpik) manat məbləğində borc, habelə ödənilmiş 122,26 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqının əvəzinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin İddiaçı QSC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyanlara - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qaytarılması, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 20000 (iyirmi min) manat məbləğində müəyyən edilməsi, Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin həmin evdən məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi, verilmiş apellyasiya şikayəti əsasında yenidən araşdırma aparmaqla nəticəsindən asılı olaraq yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı QSC-nin İdarə Heyətinin sədri David Tsikluari məhkəmə kollegiyasına ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1 və qeyrilərinin xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması üzrə borclarını tam şəkildə banka ödədikləri üçün iddia tələbindən imtina etdiklərini, qeyd olunanları nəzərə almaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 banka olan borcu tam ödədiyini bildirirək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və cavabdehin izahatını dinləyərək hesab edir ki, İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 191-ci maddəsinin məzmununa görə, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclas protokoluna yazılır və protokolu müvafiq olaraq iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 370.1-ci maddəsinə görə apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa işin icraatına xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiadan imtina və iş üzrə icraata xitam verilməsi barədə ərizə imzalayıb apellyasiya məhkəməsinə vermişdir. Hazırki iş üzrə iddiadan imtina qanunauyğun şəkildə edilmiş və məhkəmə tərəfindən qəbul edilməməsinə əsas olan heç bir hal yoxdur. Ona görə də, İddiaçı QSC-nin iddia tələbindən imtinası qəbul edilməli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-21/2024 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 369, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-21/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar