Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1820/2025 29.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nın, Cavabdeh qarşı kredit borcunun, faizlərin tutulması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(061)-110/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borc üzrə 3600 manat, faiz borcu 1053,29 manat, ümumilikdə 4653,29 manat kredit borcunun, eləcədə ödənilmiş 67 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(061)-110/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh əsas borc üzrə 3600 (üç min altı yüz) manat, faiz borcu 1053,29 (bir min əlli üç manat iyirmi doqquz qəpik) manat olmaqla, ümumilikdə 4653,29 (dörd min altı yüz əlli üç manat iyirmi üç qəpik) manat kredit borcu, həmçinin ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti, eləcədə prosessual müddətin bərpasına dair ərizə vermiş, ərizə və apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vastəsilə verilmədiyindən Tərtər Rayon Məhkəməsinin 28 aprel 2025-cü il tarixli, 2(061)-110/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh yenidən qətnamədən apellyasiya şikayəti, eləcədə prosessual müddətin bərpasına dair ərizə vermişdir. Tərtər Rayon Məhkəməsinin 16 may 2025-cü il tarixli, 2(061)-110/2023 nömrəli qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Tərtər Rayon Məhkəməsinin 28 aprel 2025-cü il tarixli, 2(061)-110/2023 nömrəli qərardadından şikayət vermiş, həmin məhkəmənin 01 sentyabr 2025-ci il tarixli, 2(061)-110/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayəti, eləcədə prosessual müddətin bərpasına dair ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vastəsilə verilmədiyindən Tərtər Rayon Məhkəməsinin 28 aprel 2025-cü il tarixli, 2(061)-110/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 10-1.1. maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2. maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni və apellyasiya şikayətini geri qaytarmaqda düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R А R А А L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 28 aprel 2025-cü il tarixli, 2(061)-110/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1820/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1820/2025
29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver