Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1824/2023 18.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 2(021)-537/2016 saylı mülki 01 may 2023-cü il tarixli qərardadından Cavabdeh1 şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT QSC nəhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5220.98 ABŞ dolları əsas borc, 645.65 ABŞ dolları faiz borcu, 1724.30 ABŞ dolları cərimə olmaqla, cəmi 7590.93 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-537/2016 saylı mülki 21 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh1 tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)-537/2016 saylı mülki 21 iyun 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-537/2016 saylı mülki 01 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, qərardadının ləğv edilməsini, Bərdə Rayon Məhkəməsinin 2(021)-537/2016 saylı mülki 21 iyun 2016-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsini, əks halda şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnamədən savadsızlığı səbəbindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Ona görə də hesab edir ki, apellyasiya şikayəti vermə müddətini ötürməmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-537/2016 saylı mülki 23 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi ərizəyə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxıldığı üçün tərəflər məhkəmə iclasına dəvət edilməmişlər. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, qərardaddan verilən şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-537/2016 saylı mülki 23 may 2023-cü il tarixli qərardadı ləğv edilməli, Cavabdeh1 Bərdə Rayon Məhkəməsinin 2(021)-537/2016 saylı mülki 21 iyun 2016-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 məhkəmənin 21 iyun 2016-cı il tarixli qətnaməsindən əvvəllər-20 iyul 2016-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-2102/2016 saylı iş üzrə 16 sentyabr 2016cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəf kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi MKnın 10 mart 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən qeyd edilən qətnamədən əvvəllər yuxarı instansiya məhkəmələrinə müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilmiş və sonda qətnamə qanuni qüvvəsini almışdır. Bununla belə, Cavabdeh1 yenidən həmin qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi apellyasiya şikayətini düzgün olmayan əsasla-apellyasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verildiyi əsası ilə geri qaytarmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Göründüyü kimi, Cavabdeh1 hazırki vəziyyətdə Bərdə Rayon Məhkəməsinin 2(021)- 537/2016 saylı mülki 21 iyun 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları önəçəkərək, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadı ləğv edilməli, Cavabdeh1 apellyasiya şikayəti apellyasiya şikayətini vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-537/2016 saylı mülki 23 may 2023-cü il tarixli qərardadı ləğv edilsin, Cavabdeh1 apellyasiya şikayətinin qaytarılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı gündən qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1824/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1824/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver