Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1830/2024 29.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1522/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 2900 manat əsas, 415,61 manat faiz, 25 manat cərimə, 0 manat komisyon haqqı - cəmi 3340,61 manat borcun və 53,41 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1522/2024 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev ) iddia təmin edilmiş, Cavabdeh 2900 manat əsas, 415,61 manat faiz, 25 manat cərimə - cəmi 3340 (üç min üç yüz qırx) manat 61 (altmış bir) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 53,41 manat tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1522/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, "xxxx" KB ASC-dən götürdüyü kredit üzrə 350-400 manat məbləğində pul ödəmiş, lakin bank tərəfindən ödənilən məbləğlər nəzərə alınmamışdır. O, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirmədən düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr isə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslar pozulmuşdur. Bundan da əlavə məhkəmə qəbul etdiyi qətnamədə, maliyyə arayışlarında qeyd olunan əsas, faiz və cərimə borcu hissəsində araşdırmamışdır. Hesab edir ki, məhkəmə əsas, faiz və cərimə borcunun tam, hərtərəfli araşdırılması üçün mühasibatlıq ekspertizası təyin etməli və ekspert rəyinə əsasən, ədaləqli qətnamə qəbul etməli idi. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1522/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə kollegiyasına izahat və etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1522/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən və xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh 35 ay müddətinə, illik 27,6 faizlə 2900 manat kredit verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya olan borcu 2900 manat əsas, 415,61 manat faiz, 25 manat cərimə, komisyon haqqı 0 manat təşkil edir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, borcun ödənilməsi ona bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 27.60 % olmaq şərti ilə 2900 manat məbləğində kredit verilmişdir. Cavabdeh Tağıyev Babək Vaqif oğlunun kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi səbəbindən 2900 manat əsas, 415.61 manat faiz, 25 manat cərimə, 0 azn komisyon haqqı olmaqla cəmi 3340.61 manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbində göstərilən cərimə borcu məbləğini əsas götürməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Cavabdeh apellyasiya şikayətində kredit üzrə 350-400 manat məbləğində pul ödəməsini və bu əsasla hesablanmış əsas və faiz məbləğinin düzgün olmamasını əsas gətirməklə, iş üzrə mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, ekspertiza keçirilməsi zəruri hesab edilmir və cavabdehin dəlilləri yalnız formal mülahizədən ibarət olmuş və o, istinad etdiyi hallara dair, həmçinin 350-400 manat məbləğində pul ödəməsinə dair sübutlarını təqdim etməmiş, şikayətinə əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1522/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1522/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə biməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1830/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1830/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver