Məhkəmə qərarları › İş №2(104)-1832/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1832/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1832/2024 26.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-2458/2023 saylı 15 may 2024-cü il tarixli qərardadından İddiaçı şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikah zamanı ümumi ailə ehtiyaclarına ödədiyi “Azərbaycan Beynəlxalq Bankı” və “Unibank”dan aldığı kreditləri, “Kontakt Home” və “Word Telekom” mağazalarından cavabdehin onun adına aldığı elektrik məhsullarının ödənişlərinin hesablanaraq yarıya bölünməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-2458/2023 saylı 17 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı Cavabdeh qarşı cavabdeh ilə birgə nikah zamanı ümumi ailə etiyaclarına ödədiyi Beynalxalq Bank, Unibankdan aldığı kreditləri, Kontank Home, Word Telekomdan cavabdehin onun adına aldığı elektrik məhsularının ödənişlərinin hesablayaraq yarıya bölünməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinə daxil olmuşdur. Ağdam Rayon Məhkəməsinin 2(013)-2458/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-2458/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzürsüz səbəbdən buraxıldığından ərizə təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən Ağdam Rayon Məhkəməsinə ərizə göndərərək Ağdam Rayon Məhkəməsinin 2(013)-2458/2023 saylı 17 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermişdir. İddiaçı eyni zamanda xx.xx.2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin 2(013)- 2458/2023 saylı 15 may 2024-cü il tarixli qərardadından şikayət vermişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(013)-2458/2023 saylı tarixli qərardadı ilə həmin şikayət İddiaçı və ya onun səlahiyyəti olan nümayəndəsi tərəfindən imza edilmədiyindən geri qaytarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən Ağdam Rayon Məhkəməsinin 2(013)- 2458/2023 saylı 17 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(013)-2458/2023 saylı tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə dair iş üzrə qəbul edilmiş Ağdam Rayon Məhkəməsinin 2(013)-2458/2023 saylı 15 may 2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə İddiaçı şikayətinin əsassız olduğundan təmin edilməməsi, qeyd olunan şikayət ərizəsinin işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizənin mümkünlüyünə yenidən baxılması üçün iş materialları ilə birlikdə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şikayətdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin 2(013)-2458/2023 saylı 17 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə versə də Ağdam Rayon Məhkəməsi səhvə yol verərək məhkəmənin 15 may 2024-cü il tarixli 2(013)-2458/2023 saylı qərardadından şikayət verilməsi kimi işə baxmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin məzmununa baxmadan qərardad qəbul etməkdə səhvə yol vermişdir. Odur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(013)-2458/2023 saylı tarixli qərardadı ləğv edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin 2(013)-2458/2023 saylı 17 noyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizənin mümkünlüyünə baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(013)-2458/2023 saylı tarixli qərardadı ləğv edilsin. İddiaçı Ağdam Rayon Məhkəməsinin 2(013)-2458/2023 saylı 17 noyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə işlə birlikdə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar