Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1833/2023 04.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(013)-1935/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 26 yanvar 2018-ci il tarixli tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı1 tərəfindən 26 yanvar 2019-cu il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 40000 ABŞ dolları borc verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 Cavabdeh qarşı pul tələbi ilə Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 40000 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 yanvar 2018-ci il tarixdə Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 40000 ABŞ dolları borc vermişdir. Lakin Cavabdeh 26 yanvar 2019-cu il tarixdək borcu qaytarmalı olsada, ödəməmişdir.
4. Ağdam Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(013)-1935/2021 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 40000 ABŞ dolları və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 439.1, 439.2, 439.7, 529.1, 529.3, 739.1, 739.2 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124, 216-220, 227, 357-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmmışdır. Belə ki, İddiaçı1la Cavabdeh arasında 26 yanvar 2018-ci il tarixdə 40000 ABŞ dolları borca dair formal müqavilə bağlanmış. Cavabdehin borclu olduğu kimi göstərilən lakin borclu olmadığı 40000 ABŞ dollarını hissə-hissə, yəni İddiaçı1 plastik kartına köçürmə yolu ilə 14632 manat (8600 ABŞ dolları), iddiaçının özənə 2018-ci ilin yayında 6700 ABŞ dolları, 2019-cu ilin yanvar ayında X4 vaisitəsi ilə 11900 manat (7000 ABŞ dolları), 2019-cu ilin fevral ayında X1 vaisitəsi ilə 1500 manat (882 ABŞ dolları), 2019-cu ilin iyun-avqust aylarında X3 vaisitəsi ilə 18000 ABŞ dolları ödəmişdir. Cavabdehin 41182 ABŞ dolları ödədiyi tam subut olunur. ELəcədə X4, X1 və X3 şahid qismində məhkəməyə dəvət olunsalar, ifadələrində qeyd olunanları təsdiq edə bilərlər. Beləliklə cavabdeh saxta bağlanmış borc müqaviləsində göstərilənlərdən artıq ödəniş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları,
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdehin əmisi Əhəd dost olmuşdur. Kredit müqaviləsi Orxanın əmisi Əhədin sözünə görə bağlanmışdır. Müqavilənin bağlanmasına səbəb isə iddiaçının əmisi Əhədlə cavabdeh Fuad arasında birgə gəlir əldə etmək üçün kommersiya işləri görülməli və əldə olunacaq gəlir hesabına qeyd olunan 40000 ABŞ dolları iddiaçının əmisinə verməklə hesablaşmalıydılar. Kredit müqaviləsində göstərilən 40000 ABŞ dolları Fuada verilməsədə, lakin Fuad həmin pula artıqlaması ilə qaytarmışdır. Belə ki, 6700 ABŞ dolları iddiaçının əmisi Əhədin özünə, 7000 ABŞ dolları Rasimin vastəsilə Orxanın özünə göndərmiş, 1500 manat Lyudmila vastəsilə Əhədə göndərmiş, 18000 ABŞ dolları Vidadi Qurbanov vastəsilə iddiaçının əmisə Əhədə vermiş, müxtəlif vaxtlarda isə 13960 manat Orxanın kart hesabına köçürmüşdür. Vəkil sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdehla əmisi Əhədin vaisitsəi ilə tanış olmuşdur. Əmisi Əhəd hazırda vəfat etmişdir. 2018-ci ildə Fuad ondan borc istəmiş o da 40000 ABŞ dolları maşında sonuncuya vermiş, sonrada isə notarial qaydada müqavilə bağlamışlar. Müqavilə bağlanması barədə əmisi Əhəd ona heç bir söz dəməmişdir. Cavabdeh köməkçisi Rasim, eləcədə digər tanışları vastəsilə ona, nə də əmisi Əhədə pul göndərməmişdir .Kart hesabina göndərilən 13962 manat Fuadın köməkçisi Rasim tərəfindən köçürülmüş, o da həmin pulları çıxarıb Fuada vermişdir. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyaisya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. 28 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Fuadla birlikdə işləmiş, Orxanı isə 5 il bundan qabaq bir və ya iki dəfə görmüşdür. Orxanın yanına Fuadı görmək üçün getsədə, tapa bilməmişdir. Fuad ona pul vermiş, oda həmin pulu Orxanın kartına ödəmişdir. Məbləğlər dəqiq yadında qalmasadı 5-10 dəfə, hərdəfə təxminən 20 və ya 50 manat göndərmişdir. Eləcədə Fuad ona 1500 manat vermiş, o da həmin pulu Əhədə vermişdir. Bildiyinə görə pulu aralarında olan torpaqla bağlı göndərmişdir.
12. 28 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 isı ifadəsində bildirmişdir ki, Fuadla dost olmuş, Orxanı isə bir dəfə Şamaxinkada görmüşdür. Fuad 2019-cu ildə Əhədə pul lazım olduğunu ona demiş, o da Fuadın tapşırığı əsasında dostu Samir və oğlu Orucəlinin yanında 18000 ABŞ dolları Əhədə vermişdir. Dost olduqlarından Fuad torpaq almasını, Əhəd müəllim isə torpağı qardaşı oğlu Orxanın adına keçirməsi barədə də ona bildirmişdir.
13. 04 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında İddiaçı1la Cavabdeh arasında SD diskdə olan səs yazısı dinlənilənilmişdir. Cavabdeh iddiaçı Qrxan İbadovala danışığı zaman borcu qaytaracağını bildirmişdir.
14. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil təqdim olunmuş CD diskdə olan danışıqların hazırki tələbə, yəni 40000 ABŞ dollara aidiyyətinin olmadığını, aparılan danışıqların Orxanın əmisi Əhədlə Fuad arasında olan biyan satışı ilə bağlı olduğunu bildirmişdir.
15. İddiaçı1 isə həmin damışıqların onun tərəfindən cavabdehə verilən 40000 manat borcla bağlı olduğunu bildirmişdir.
16. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasında nümayəndəsi (vəkili) Vəkil ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə onun özünün iştarakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
23. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
24. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
32. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
33. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
34. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
39. İşin halları ondan ibarətdir ki, İddiaçı1 ilə Cavabdeh arasında notarial qaydada 26 yanvar 2018-ci il tarixli kredit müqaviləsi bağlanmış və sonuncuya 26 yanvar 2019-cu il tarixədək qaytarmaq şərti ilə 40000 ABŞ dolları borc verilmişdir. Cavabdeh borcu qaytarmadığından İddiaçı1 hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini tam təmin etmişdir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. Belə ki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir.
42. Yxarıda da qeyd olunduğu kimi tərəflər arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli kredit müqaviləsindən aydın olur ki, borcverən Qrxan İbadov borcalan Cavabdeh 40000 ABŞ dolları borc verir, borcalan krediti 26 yanvar 2019cu ilədək qaytarmağı öhdəsinə götürür.
43. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə Orxan tərəfindən ona bir qəpikdə olsun pul verilmədiyini, müqavilənin formal olaraq bağlandığını, eləcədə faktiki borc almadığı halda müqavilədə qeyd olunan 40000 ABŞ dolları tam olaraq qaytardığını, yəni özü tərəfindən 6700 ABŞ dolları iddiaçının əmisi Əhədə, 7000 ABŞ dolları Rasimin vastəsilə Orxanın özünə, 1500 manat Lyudmila vastəsilə Əhədə, 18000 ABŞ dolları Vidadi Qurbanov vastəsilə Əhədə, müxtəlif vaxtlarda isə 13960 manat Orxanın kart hesabına köçürdüyünü qeyd edir. Apellyasiya şikayətinə əlavə olunmuş ödəniş qəbzlərindən müəyyən olunur ki, İddiaçı1 kart hesabına ümumilikdə 13962 manat köçürülmüşdür. Ödəniş qəbzlərində pulun kim tərəfindən köçürülməsi göstərilməsədə, lakin İddiaçı1 qeyd olunan məbləğin kart hesabına köçməsini təsdiq etmiş və bildirmişdir ki, pul Cavabdeh çatdırılması üçün köməkçisi Rasim tərəfindən köçürülmüş, o da öz növbəsində həmin pulları çıxarıb Fuada vermişdir. Kollegiya İddiaçı1 pulun Cavabdeh verilməsi üçün Rasim tərəfindən köçürülməsi və həmin pulları çıxarıb Fuada verməsi dəlilini əsaslı saymır. Çünki o, belə bir dəlil irəli sürsədə bunu təsdiq edən hər hansı möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki, köçürülən 13962 manat (dolların manata nisbətində 8212 dollar) İddiaçı1 qalmışdır.
44. Cavabdeh 6700 ABŞ dolları iddiaçının əmisi Əhədə, 7000 ABŞ dolları Rasimin vastəsilə Orxanın özünə, 1500 manat Lyudmila vastəsilə Əhədə, 18000 ABŞ dolları Vidadi Qurbanov vastəsilə Əhədə verilməsinə (cavabdeh tərəf qeyd olunan məbləğlərin borcdan qaytarılması kimi qeyd edir) münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir.
45. Belə ki, apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Orxanın kart hesabına göndərmək üçün Fuad ona 5-10 dəfə, hərdəfə təxminən 20 və ya 50 manat vermiş o da həmin pulları Orxanın kartına göndərmişdir. Eləcədə Əhədə çatdırılması üçün Fuad ona 1500 manat vermiş, o da həmin pulu Əhədə vermişdir.
46. X2 isı ifadəsində bildirmişdir ki, dostu Fuad 2019-cu ildə Əhədə pul lazım olduğunu ona demiş, o da Fuadın tapşırığı əsasında dostu Samir və oğlu Orucəlinin yanında 18000 ABŞ dolları Əhədə vermişdir.
47. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.
48. Apellyasiya icraatı zamanı dindirilmiş şahidlər Cavabdeh tapşırığı əsasında iddiaçının əmisi Əhəd İbadova ayrı-ayrılıqda 1500 manat və 18000 ABŞ dolları vermələrini bildirsələrdə, lakin kollegiya şahid ifadələrini sübut kimi qəbul etmir. Əvvəla şahidlər belə bir ifadə versələrdə, lakin Əhəd İbadova pul vermələrini təstiq edən qəbz, çek və s. təqdim edə bilmirlər. Eləcədə şahidlərin hər ikisi Cavabdehla yaxın dost münasibətindədir.
49. Cavabdeh özü tərəfindən Əhəd İbadova 6700 ABŞ dolları şəxsən verməsi, eləcədə 7000 ABŞ dolları Rasim vastəsi ilə İddiaçı1 göndərməsi dəlilini də kollegiya əsaslı saymır. Çünki cavabdeh tərəf bu dəlilini də təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
50. Halbu ki, mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
51. Kollegiya cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi sənədləri də nəzərdən keçirərək hesab edir ki, təqdim olunmuş sənədlər onu deməyə əsas vermir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin formal olmuşdur.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdam Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(013)-1935/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 31788 ABŞ dolları, qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi 30 mana alınıb İddiaçı1 verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(013)-1935/2021 nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 31788 ABŞ dolları, qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi 30 mana alınıb İddiaçı1 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.