Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1839/2025 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: subroqasiya qaydasında pul tələbi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X3 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ## ######## 2022-ci il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuşdur.
2. ## ####### 2022-ci il tarixli sığorta ödənişi aktından görünür ki, Cavabdeh idarə etdiyi **- BH-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDI” markalı avtomobillə Bakı-Qazax yolunun 71-ci kilometrliyində yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində “Ford Tranzit” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı X4 1640 manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır.
3. ## ####### 2022-ci il tarixli sığorta ödənişi aktından görünür ki, Cavabdeh idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDI” markalı avtomobillə Bakı-Qazax yolunun 71-ci kilometrliyində yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində “X1” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı X2 1300 manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır.
4. “xxxx” ASC tərəfindən ## ####### 2022-ci il tarixdə verilmiş ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən X4 hesabına 1640 manat köçürülmüşdür.
5. “xxxx” ASC tərəfindən ## ####### 2022-ci il tarixdə verilmiş ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən X2 hesabına 1300 manat köçürülmüşdür.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə verilən 2940 manat sığorta ödənişinin və 49,40 manat dövlət rüsumunun, ümumilikdə 2989,40 manat tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ######## 2022-ci il tarixində Cavabdeh idarə etdiyi “Mercedes Benz E220 CDI” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax yolunun 71-ci kilometrliyində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota Land- Cruiser” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı və “Ford Transit“ markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunan qərara əsasən “Mercedes Benz E220 CDI” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək hüququ olmadan idarə etmişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə IAS****** saylı Sığorta ödənişi aktına əsasən “xxxx” ASC tərəfindən zərərçəkənlərə 2940 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
8. Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilərək, Cavabdeh 2940 manat və ödənilmiş 49,40 manat dövlət rüsumu olmaqla, cəmi 2989 (iki min doqquz yüz səksən doqquz) manat 40 (qırx) qəpik tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284 və 357-ci maddələrinə istinad etmişdir.
b)Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalrının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə dəymiş ziyanın məbləğini dəqiq müəyyən etmədən, yalnız iddiaçının təqdim etdiyi qəbz əsasında iddia tələbini təmin etmişdir. Əslində avtomobillərə dəymiş zərər az olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, lakin hər iki tərəf “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaq, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
17. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
19. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
20. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
21. Maddə 936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
26. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
27. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.
“Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
28. Maddə 25.1 Sığortaçının mülki məsuliyyətin icbarı sğortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır;
29. Maddə 25.1.1 Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda;
30. Maddə 25.1.3 Icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
31. Maddə 25.2 Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
37. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş ediyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
44. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, ## ######## 2022-ci il tarixdə cavabdeh Cavabdeh “Mercedes Benz E220 CDI” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən Bakı-Qazax yolunun 71-ci kilometrliyində yoil nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “Ford Tranzit” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı və “X1” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh avtomobili idarə etmək hüququ olmadan idarə etmişdir.Ona görədə onun barəsində Azərbasycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4. maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonuncunun idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDI” markalı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən bir il müddətə, yəni “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalandığından, sığortaçı tərəfindən zərərçəkmiş şəxslərə ümimilikdə 2940 manat sığorta ödənişi ödənilmişdir. Ona görə də iddiaçı “xxxx” ASC subroqasiya qaydasında hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
45. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini mülki iş materiallari ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir.
46. Belə ki, yuxarıdada qeyd olunduğu kimi cavabdeh Cavabdeh ## ######## 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində “Ford Tranzit” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı və “X1” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəyməsi, eləcədə cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək hüququ olmadan idarə etməsi işin mübahisəsiz halıdır.
47. Iddia tələbinin hüquqi əsasını təşkil edən “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsində göstərilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yaranmışdır.
48. Cavabdeh Cavabdeh apellyasiya şikayətində avtomobillərə dəymiş ziyanın məbləğinin daha az olmasını, birinci instansiya məhkəməsi tərəfindən isə bu halın araşdırılmadığını qeyd etmişdir. Şikayətin bu dəlilini nəzərə alan məhkəmə kollegiyası ## ###### 2025-ci il tarixli qərardadla qiymətləndirmə təyin etmiş və qərardadın icrası “xxxx” MMC-yə həvalə olunmuşdur.
49. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli G-**/**-*** nömrəli qiymətləndirmə rəyindən müəyyən olunmuşdur ki, “Ford Tranzit” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1080 manat, “X1” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 885 manat zərər dəymişdir. Dəymiş zərərin ümumi məbləği 1965 manat təşkil edir.
50. Iddiaçı “xxxx” ASC tərəfindən təqdim olunmuş ## ####### 2022-ci il tarixli qüsür aktları isə müstəqil qiymətləndirici tərəfindən deyil, cəmiyyətin əməkdaşları tərəfindən tərtib olunmuş, Idarə Heyətinin sədri tərəfindən də təsdiq olunmuşdur.
51. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, “Ford Tranzit” markalı **-DO-*** və “ X1” markalı **-UA-*** avtomobillərə dəymiş zərər iddiaçı tərəfin tərtib etdiyi qüsur aktlarında göstərilən, yəni birinci halda 1640, ikinci halda 1300 manat, cəmi 2940 manat olması sübut kimi qəbul oluna bilməz. Kollegiya qiymətləndirmə rəyini sübut kimi qəbul edir və belə qənaətə gəlir ki, dəymiş ziyana görə “xxxx” ASC-nin xeyrinə cavabdehdən tutulacaq ümumi məbləğ qiymətləndirmə rəyi həddində olmalıdır.
52. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə standartı-sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı-“ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. “xxxx” MMC-nin rəyə əlavə etdiyi *** nömrəli hesab fakturadan görünür ki, qiymətləndirmə rəyi üçün ödənilməli xidmət haqqı 500 (beş yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ işin hallarına görə tənasübsüz dərəcədə yüksəkdir, ona görədə həmin məbləğ azaldılmalı və 300 manat cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin VÖEN 2001378791, “xxxx” ASC Abşeron filialı, VÖEN 9900001881, m/h AZ03NABZ01350100000000002944, kodu 805539, SWIFT Bik: IBAZAZ2X, H\h: AZ**IBAZ********************* nömrəli hesabına ödənilməlidir.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi “cavabdeh Cavabdeh iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə subroqasiya qaydasında 2940 manat, cəmi 2989,40 manat (ödənilmiş dövlət rüsumu nəzərə alınmaqla) tutulması” hissədə dəyişdirilməli, həmin hissədə cavabdeh Cavabdeh subroqasiya qaydasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı məbləğ 1965 manat, cəmi məbləğ 2014,40 manat (ödənilmiş dövlət rüsumu nəzərə alınmaqla) müəyyən edilməlidir.
55. Işdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384, 392, 393, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi “cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə subroqasiya qaydasında 2940 manat, cəmi 2989,40 manat (ödənilmiş dövlət rüsumu nəzərə alınmaqla) tutulması” hissədə dəyişdirilsin. Həmin hissədə cavabdeh Cavabdeh subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı məbləğ 1965 manat olmaqla, cəmi məbləğ 2014,40 manat (ödənilmiş dövlət rüsumu nəzərə alınmaqla) müəyyən edilsin. Cavabdeh Cavabdeh 300 manat alınıb “xxxx” MMC-nin VÖEN 2001378791, “xxxx” ASC Abşeron filialı, VÖEN 9900001881, m/h AZ03NABZ01350100000000002944, kodu 805539, SWIFT Bik: IBAZAZ2X, H\h: AZ**IBAZ********************* nömrəli hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.