Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-184/2024 30.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmtinə yönlədilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(062)- 2003/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 15 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3314,52 ABŞ dolları əsas, 7890,18 ABŞ dolları faiz, 916,66 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15 may 2018-ci il tarixdən 06 iyul 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 651,85 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 12776,21 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri Nərimanov rayonu 1956-1989-cu məhəllə Əliyar Əliyev küçəsində yerləşən 2 otaqlı 81,95 kv.m ümumi, 45,6 kv.m yaşayış sahədən ibarət 26 nömrəli evin 353 nömrəli mənzilə yönəldilməsi, açıq hərracda satılması və satışından əldə olunan vəsait İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; İpoteka predmetinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehləri həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(062)-2003/2021 nömrəli (hakim Q.Baxşıyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 15-G1-1-0-270-15 nömrəli kredit müqaviləsinə əsasən 3314,52 ABŞ dolları əsas borc, 7890,18 ABŞ dolları hesablanmış faiz borcu, 45,83 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 11250,53 ABŞ dolları icra olunduğu gün manatla məznnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqı alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; Tutma 15 may 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 1956-1989-cu məhəllə Əliyar Əliyev küçəsində yerləşən 2 otaqlı 81,95 kv.m ümumi 45,6 kv.m yaşayış sahədən ibarət 26 nömrəli evin 353 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılaraq əldə edilən vəsait hesabına cavabdehin banka olan borcu ödənilməsi; Ev satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 azyaşlı uşağı ilə birlikdə həmin mənzildən çıxarılması; İpoteka predmtinin ilkin satış qiyməti 130000 manat müəyyən edilməsi; İddianın qalan hissəsi təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. 11 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və icraat dayandırılmışdır. 22 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 12 fevral 22024-cü il tarixli ekspert rəyi məhkəıməyə daxil olduğundan icraat təzələnmiş və işə baxılması 01 aprel 2024-cü il tarixə təyin edilmişdir. Tovuz Regional “Asan Xidmət” Mərkəzinə sorğu verilməsi zərurəti yarandığından işə baxılması 22 aprel 2024-cü il tarixə təxirə salınmışdır. Həmin tarixdə işə baxılarkən iddiaçı tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi 09 aprel 2024-cü il tarixli 2(062)- 1383/2024 nömrəli məhkəmə bildirişindən müəyyən olunmuşdur ki, İddiaçı ASC cavabdeh Tovuz Rayon Dövlət Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi barədə Tovuz Rayon Məhkəməsində iddia qaldırmış və həmin iş icraata götürülərək məhkəmənin hazırlıq iclası 06 may 2024-ci il tarixə saat 15:45-ə təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2024-cü il tarixli 2(104)-184/2024 nömrəli qərardadı ilə iş üzrə icraat İddiaçı ASC-nin cavabdeh Tovuz Rayon Dövlət Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənə və həmin akt qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsinin ərizəsi əsasında 12 sentyabr 2024-cü il tarixdə iş üzrə icraat təzələnmiş və işə baxılması 30 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh1 məhkəmə kollegiyasına ərizə, eləcədə teleqram göndərərək apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina və apellyasiya icraatına xitam barədə ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası isə işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya Cavabdeh1 apellyasiya şikayətindən imtina barədə ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2. maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3. maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4. maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli, apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1. maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Kollegiya hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh1 Tovuz Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(062)- 2023/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-184/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-184/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver