Məhkəmə qərarları › İş №2(104)-1843/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1843/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1843/2025 30.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dаir mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1518/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8500 (səkkiz min beş yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1518/2025 saylı qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8500 (səkkiz min beş yüz) manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 105 (yüz beş) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti ilə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 2(013)-1518/2025 nömrəli qətnaməsinin tam ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verməklə yanaşı prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ərizədə göstərmişdir ki, qətnaməni o, xx.xx.2025-ci il tarixdə Ağdam Rayon Məhkəməsinə müraciət edən zaman almışadır. Yəni qətnaməni aldığı tarix həmin tarix hesab olunur. Ona görə də, müddətin buraxılmamış hesab edilməsini xahiş etmişdir. Lakin birinci instanisya məhkəməsi həmin müddətin bərpası barədə ərizə baxılmadan apellyasiya şikayəti apellyasiya məhkəməsinə göndərilmşdir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1518/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verildiyindən və həmin ərizəyə birinci istansiya məhkəməsi tərəfindən baxılmadığından apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1518/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə Cavabdeh2 ünvanına (Bərdə rayonu, Meşəçilik İnstitutu kərpic evlər) göndərilmiş lakin qətnamənin Cavabdeh2 rəsmi qaydada verilməsini təsdiq edən sənəd (poçt göndərişinin verilməsi haqqında xəbərnamə) iş materiallarına əlavə edilməmişdir. Bundan sonra Cavabdeh2 xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verərək qətnaməni xx.xx.2025-ci il tarixdə Ağdam Rayon Məhkəməsinə müraciət edən zaman almasını bildirmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsini aydınlaşdırmadan, həmçinin cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə münasibət bildirmədən apellyasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasənapellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1518/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş icraata qəbul edilmədən Ağdam Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar