Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1846/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibаrət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *7 iyun 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadından Cavabdeh tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, *6 avqust 2*13-cü il tarixli 2143 №-li kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 2393,* (iki min üç yüz doxsan üç) manat, faiz borcu üzrə 938,* (doqquz yüz otuz səksən) manat, kredit müddətinin bitdiyi tarixdən hazırki vaxta qədər hesablanmış faiz borcu isə 113,* (bir yüz on üç) manat, cəmi 3444,* (üç min dörd yüz qırx dörd) manat məbləğində borc alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, borcun tutulması Cavabdeh tərəfindən öhdəliyin təminatı kimi kredit müqaviləsinə əsasən girov qoyulmuş, “BMW 52*” markalı 2*-CH-72* dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin (ipoteka predmeti) açıq hərracdan satılması, satış pulundan əldə olunan vəsaitdən 3444,** (üç min dörd yüz qırx dörd) manat tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin qalan hissəsinin Cavabdeh qaytarılması, məhkəmə xərci kimi iddiaçı tərəfindən ödənilmiş 3*,* (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Şəhər Məhkəməsinin *7 iyun 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadı ilə (hakim Ədil Məmmədov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun, kredit üzrə faizlərin ödənilməsi və girova yönəldilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.*5.2*16-ci il tarixli, 2(*43)-1998/2*16 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, *6 avqust 2*13-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 18 ay müddətinə illik 26 faizlə 437* manat kredit götürmüşdür. Kreditin təminatı olaraq özünə məxsus “BMW 52*” markalı 2*- CH72* dövlət qeydiyyat nişanlı avtomobili banka girov qoymuşdur. 5 ay ərzində kredit müqaviləsi üzrə ödənişləri hər ay vaxtlı-vaxtında ödəmişdir. 2*14-cü ilin fevral ayında girov predmeti olan avtomobili satmışdır. Bankda olan kreditin alıcının adına keçirmək üçün banka müraciət etmiş, lakin bankda bildirmişlər ki, bu bir sıra lüzumsuz sənədləşmə aparılmasına səbəb olacaqdır. Buna görə bank, o və alıcı razılaşmışlar ki, kredit onun adına qalsın, aylıq ödənişləri isə alıcı icra etsin. Avtomobilin alıcısı təxminən 7 ay ərzində hər ay davamlı olaraq bankın aylıq ödənişini etmiş. Lakin 7 ay sonra alıcı avtomobillə Goranboy rayonu ərazisində qəza keçirmiş, buna görə də banka ödəniş etməmişdir. Onun avtoqəza və ödənişləri həyata keçirməməsi barədə 2-3 ay sonra məlumatı olub. Belə ki, bankın müdiri onu dəvət edərək bu barədə məlumat vermiş və ona təklif etmişdir ki, avtomobili DYP-nin meydançasından çıxarıb onlara versin və avtomobilin sığorta pulunu almaq üçün onlara razılıq kağızı verilsin. Sığorta pulunun alınması üçün banka razılıq ərizəsi yazmış, sonra avtomobili meydançadan çıxarıb banka təhvil vermişdir. Bankdan ona borcun olmaması barədə arayış verilmişdir. Lakin, həmin vaxtdan indiyə 1* ilə yaxın müddət keçdiyindən həmin arayış onda qalmamışdır. Bundan sonra bankdan bir daha onu axtaran olmamışdır. 2*24-cü ilin aprel ayında Gəncə şəhəri üzrə icra idarəsindən onun telefonuna SMS bildiriş gəlmişdir. Bununla bağlı 24 aprel 2*24-cü il tarixdə icra idarəsinə getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, 2*16-cı ildə barəsində hazırkı qətnamə çıxarılmışdır. 25.*4.2*24-cü il tarixdə qətnamənin ona verilməsi barədə Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmiş və qətnamə ona rəsmi qaydada 21 may 2*24-cü il tarixdə verilmişdir. Bundan sonra isə qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmədən *6.*6.2*24-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Qeyd edir ki, qətnamə çıxarılan zaman onun surəti poçt vasitəsilə ona göndərilməmişdir. Əgər iş materiallarında belə bir sənəd varsa, bu məhkəmənin sadəcə tərtib edib iş materiallarına əlavə etdiyi bir kağız parçasıdır. Digər tərəfdən, qətnamənin ona göndərilməsi barədə sənədin olması deyil, qətnamənin onun tərəfindən alınmasını sübut edən sənədin iş materiallarında olması qətnamənin tərəfindən alınmasını təsdiq edən sübutdur. Nə qədər ki, iş materiallarında belə bir sənəd yoxdur, məhkəmə qətnaməsinin onun tərəfindən alınmasını təsdiq edilmir. Bundan başqa, əgər qətnamənin surəti əvvəllər onun tərəfindən rəsmi qaydada alınmış olsaydı, 21 may 2*24-cü il tarixdə qətnamə ona rəsmi qaydada deyil, təkrar verilməsi kimi təqdim edilərdi. Gəncə Şəhər Məhkəməsinin 29 iyul 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin *7 iyun 2*24cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 29 iyul 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 357-363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPM) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 36*-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 13*.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2***-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsinin surəti poçt vasitəsilə müşayiətedici məktubla Cavabdeh yaşadığı ünvana (ünvan 1 çatdırlmış olması barədə iş materiallarında hər hansı sənəd mövcud deyildir. Cavabdeh 25 aprel 2*24-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətini almadığını bildirmiş və qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. Cavabdehin ərizəsinə əsasən qətnamənin surəti 21 may 2*24-cü il tarixdə ona rəsmi qaydada təqdim edilmişdir. Sonuncu isə *6 iyun 2*24-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötdüyünü əsas göstərməklə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Yuxarıda göstərildiyi kimi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsinin surəti məhkəmə tərəfindən Cavabdeh poçt vasitəsilə göndərilmiş olsa da, lakin qətnamənin ona rəsmi qaydada verilməsinə dair iş materiallarında hər hansı sənəd mövcud deyildir. İşdəki sənədlər əsasında müəyyən olunur ki, cavabdeh yalnız 25 aprel 2*24-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etməsi nəticəsində qətnamənin surətini əldə etmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 19 may 2*16-cı il tarixdə qəbul olunmuşdur. Həmin tarixdən 8 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bu hal isə apellyasiya şikayətinin mümkünlüyünün daha geniş araşdırılmasını tələb edir Ona görə ki, məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. İmperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Məhkəmə qətnaməsinin cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməsini təsdiq edən sənəd olmadığı halda cavabdehin həmin qətnamənin mövcudluğundan məlumatlı olub-olmaması halının da araşdırılması zəruridir. Nəzərdən qaçırmaq olmaz ki, cavabdeh də şikayətinin dəlillərində 2*24-cü ilin aprel ayında Gəncə şəhəri üzrə icra idarəsindən onun telefonuna SMS bildiriş gəldiyini və məhz həmin vaxt barəsində məhkəməsi qətnaməsi çıxarılmış olduğu barədə məlumat aldığını bildirmişdir. İş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyünün hərtərəfli və obyektiv araşdırılması məqsədilə icra orqanına müvafiq sorğulat verilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsi əsasında açılmış icra işinin alınması, həmin icra işinə baxış keçirilməklə icra orqanı tərəfindən cavabdeh barəsində icra tədbirləri həyata keçirilib-keçirilməməsi, habelə keçirilmişsə bunun nədən ibarət olması, beləliklə cavabdehin qətnamənin mövcudluğu barədə hansı tarixdən məlumatlı olması məsələlərinin araşdırılması məqsədəmüvafiq olardı. Göstərilən halları, qərardaddan verilən şikayətdəki tələbi, eyni zamanda müəyyən olunmalı halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zərurətini nəzərə alaraq və MPM-nin 398.*.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və bu qərarda göstərilən qaydada apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.*.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Göstərilənlərə əsasən və MPM-nin 372, 398.*.2, 399 və 4*2.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *7 iyun 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 29 iyul 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 357-363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1846/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1846/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver