Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1849/2023 19.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar söz: alimentin artırılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-139/2023 saylı mülki iş üzrə 03 may 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 13 yanvar 2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
2. İşdə olan Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 23 iyun 2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
3. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(054)- 268/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq, xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanması, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat məbləğin Cavabdeh tutulub, iddiaçıya ödənilməsi qət edilmişdir.
4. İşdə olan ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə 28 oktyabr 2022-ci il tarixli MŞG/1-05485 saylı arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 28 oktyabr 2022-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən cavabdehə 19 oktyabr 2022-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edib, 13 yanvar 2014-cü ildə anadan olmuş X3 və 23 iyun 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Oğuz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(054)- 268/2022 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay Cavabdeh hər uşağa 230 manat olmaqla, cəmi 460 manat sabit pul məbləğində alimentin və mediasiya xidməti üçün ödədiyi 50 manat xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə 13 yanvar 2014-cü ildə Gültən və 23 iyun 2016-cı ildə Murad adlı iki uşaqları anadan olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Oğuz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(054)- 268/2022 saylı qətnaməsi ilə 13 yanvar 2014-cü ildə anadan olmuş X4 və 23 iyun 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdehndə hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin tutulub, ona ödənilməsi qət edilmişdir. Hazırda həmin məbləğ uşaqlarının maddi tələbatını ödəyə bilmir. Cavbadeh isə uşaqlarının saxlanılması üçün alimentdən başqa heç bir maddi köməklik göstərmir. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır.
7. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-139/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən M.Mustafayev) iddia qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-268/2022 saylı 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması, 13 yanvar 2014-cü ildə anadan olmuş X3 və 23 iyun 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb, İddiaçı verilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 139/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşkəsən Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması bugünkü bahaçılığa, bazar qiymətlərinə və həqiqətən uşağın maddi tələbatlarının ödənilməsinə uyğun deyildir və tamamilə qanunsuz nəticəyə gəlinmişdir. Məhkəmə iddia tələbini tam həcmdə təmin etməli olduğu halda öz şəxsi mülahizələrinə əsaslanıb qismən təmin etmişdir ki, bu uşaqların maddi vəziyyətinə və qanunvericiliyə ziddir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmidir. Onunla telefon əlaqəsi saxlanılmış, Cavabdeh işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
13. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:
16. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
17. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
18. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.
19. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.
20. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir.
25. Maddə . Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
26. Maddə112.1.3. aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
29. Maddə 384.0.3. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimi və iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 139/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi 13 yanvar 2014-cü ildə anadan olmuş X3 və 23 iyun 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğdə müəyyən edilməlidir.
33. Kollegiya qeyd edirki, iddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment uşaqların maddi təminatını qarşılamır. Çünki, cavabdeh uşaqlarının saxlanılması üçün alimentdən başqa heç bir maddi köməklik göstərmir. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır.
34. Məhkəmə kollegiyası, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 150 manat sabit pul məbləğində aliment müəyyən edilməsini onun mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Məhkəmə kollegiyası cavabdehin rəsmi iş yerinin olmamasını nəzərə alaraq, qeyd olunan məbləğdən daha yüksək məbləğdə alimentin ondan tutulmasını cavabdehin maddi vəziyyətinə uyğun hesab etmir.
35. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyətinin olması öz əksini tapmışdır.
36. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, iddianın qiyməti 5000 manatdan aşağı olan mülki işlər üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz.
37. Belə ki, Azərbaycan Respublikası MPM-nin 112.1.3-cu maddəsinə əsasən, aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.
38. Məhkəmənin artırmış olduğu (300 manat hazırki-240 manat əvvəlki)=60 manat aylıq alimentin bir illik məcmusu (60 manatx 12ay)=720 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, və402.1-ci maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-139/2023 saylı mülki iş üzrə 03 may 2023cü il tarixli qətnaməsi «13 yanvar 2014-cü ildə anadan olmuş X3 və 23 iyun 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi» hissəsində dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 13 yanvar 2014-cü ildə anadan olmuş X3 və 23 iyun 2016-cı ildə anadan olmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutlaraq İddiaçı ödənilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.