Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1854/2024 12.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı prosessual hüquqi varisi X4 və Cavabdeh iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-25/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq kəsilmiş avtomobillər üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun cavabdeh tərəfindən sökülməsi və zəbt etdiyi yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olduğu üçün, faktiki olaraq ona təhkim edilmiş torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmin evə gələn gediş-gəliş yolu Cavabdeh tərəfindən qeyri-qanuni şəkildə bağlanmış və çəpərləmişdir. Dəfələrlə Cavabdeh yolun açılmasını xahiş etsə də,əhəmiyyəti olmamışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-25/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia təmin edilmiş, Tərtər rayon Bəyimsarov kəndi ərazisində yerləşən Cavabdeh məxsus həyətyanı torpaq sahəsinin cənub qərb küncünün şimala doğru çəkilməsi, iddiaçı X4 yaşadığı fərdi yaşayış evinə qədər olan məsafədə 4 metr enində avtomobil yolunun açılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-25/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 saylı qərarına əsasən onun mülkiyyətinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmiş və «Torpağın mülkiyyətə verilməsinə dair JN- 715A, kod 61100028 saylı Şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Həmçinin Tərtər Rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 saylı qərarına əsasən onun qardaşı X1 mülkiyyətinə də, 0.10 ha həyətyanı torpaq sahəsi verilmiş və «Torpağın mülkiyyətə verilməsinə dair JN-716A, kod 61100028 saylı Şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Hər iki torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. İş üzrə əldə edilmiş mütəxəssis rəyləri ilə, onun cavabdehin yolunu kəsməməsi müəyyən olunmuşdur. Bundan başqa, məhkəmə AR MPM-nin 218.3-cü maddəsinin tələblərini pozaraq, iddia tələbindən kənara çıxaraq qərar qəbul etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətinin dəlillərinə uyğun izahat verdi. Həmçinin göstərdi ki, iddiaçı onun çəpərinin sökülməsini tələb etsə də, həmin yol iddiaçının heç bir sənəd olmadan tikdirdiyi evə gedişgəliş yolu üçün nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının yolu 6-cı sırada, onun yolu isə 4cü sıradadır. Həm də, iddiaçının tələb etdiyi yol digər qonşularının torpağından keçir, çünki həmin qonşular hazırda torpaq sahəsindən istifadə etmədikləri üçün, boş torpaq sahəsidir. Məhkəmənin qərarını qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-25/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı prosessual hüquqi varisi X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onun sahibliyində olan torpaq sahəsinin sənədi yoxdur. Belə ki, onun atası X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olduğu üçün, Bələdiyyə onlara qeyri-rəsmi olaraq torpaq sahəsi vermişdir. Həmin torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə etdiyi yol Cavabdeh tərəfindən şəpərlənmişdir. Məhkəmənin qətnaməsini qanuni heüsab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-25/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-25/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1992-ci ildə Tərtər rayon Bəyimsarov kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X8, ana qrafasında X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməyə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli 47 saylı arayışdan görünür ki, 1939-cü il təvəllüdlü İddiaçı mərhum oğlu X8 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Tərtər rayon Bəyimsarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 14 saylı xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı ona 2021-ci ildə Dövlət tərəfindən tikilmiş fərdi yaşayış evini və artezian quyusuna 2004-cü ildən istifadə olunan gediş-gəliş yolu Cavabdeh tərəfindən çəpərlənmişdir. Tərtər rayon Bəyimsarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 18 saylı xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı 2004-cü ildə şəhid ailələri üçün verilmiş 0,10 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli cərəncamına əsasən Tərtər rayonunun Bəyimsarov kəndində 2 otaqlı fərdi yaşayış evi tikilib istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş 19 mart 2024-cü il tarixli rəydən görünür ki, Tərtər rayon Bəyimsarov təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən iş üzrə İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Lakin həmin həyətlər uzun müddət çəpərə (hasara) alınmamış və gediş-gəliş yolu salınmamışdır. Bu səbəbdən də, yerqurluşu layihəsinə əsasən nəzərdə tutulmuş yol əvvəllər naturada mövcud olmamış və faktiki iddia olunan yol kompleks yerqurluşu layihəsinə uyğun salınmamışdır. Ərazidə aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən yol Cavabdeh tərəfindən bağlanmamışdır. Faktiki iddia ounan yol kompleks yerqurluşu layihəsinə yuğun salınmamışdır. Naturada gediş-gəliş yolu Cavabdeh ilə **********94 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış həyətyanı torpaq sahəsi arasında daralır. Cavabdeh məxsus həyətyanı torpaq sahəsinin cənub qərb küncü şimala doğru çəkilərsə bu zaman İddiaçı və həmin ərazidə yaşayan vətəndaşların evlərinə avtomobillərin hərəkəti mümkündür. ( İş vərəqə 64-65) Həmin rəyə yerqurluşu layihəsindən çıxarışlar əlavə edilmişdir. ( İş vərəqə 66-69). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3- 16- 16/2-10/3087 saylı 02 may 2024-cü il tarixli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatlarına əsasən, Tərtər rayon Bəyimsarov təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən iş üzrə İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Lakin həmin həyətlər uzun müddət çəpərə (hasara) alınmamış və gediş-gəliş yolu salınmamışdır. Bu səbəbdən də yerqurluşu layihəsinə əsasən nəzərdə tutulmuş yol əvvəllər naturada mövcud olmadığı və faktiki iddia olunan yol kompleks yerqurluşu layihəsinə uyğun salınmadığı müəyyən edilmişdir. Ərazidə aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən yol Cavabdeh tərəfindən bağlanmamışdır. Faktiki iddia ounan yol kompleks yerqurluşu layihəsinə yuğun salınmadığı müəyyən edilmişdir. Naturada gediş-gəliş yolu Cavabdeh ilə **********94 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış həyətyanı torpaq sahəsi arasında daralır. Cavabdeh məxsus həyətyanı torpaq sahəsinin cənub qərb küncü şimala doğru çəkilərsə bu zaman İddiaçı və həmin ərazidə yaşayan vətəndaşların evlərinə avtomobillərin hərəkəti mümkündür. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərar ilə verilmiş 0,09 hektar həyətyanı torpaq sahəsi JN-715A. KOD nömrəsi 61100028 saylı “Torpağın Mülkiyyət Verilməsinə” Dair Şəhadətnamə əsasında Cavabdeh mülkiyyətinə verilmişdir. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərar ilə verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsi JN-716A. KOD nömrəsi 61100028 saylı “Torpağın Mülkiyyət Verilməsinə” Dair Şəhadətnamə əsasında X1 mülkiyyətinə verilmişdir. İddiaçı avtomobillər üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun cavabdeh tərəfindən sökülməsi və zəbt etdiyi yolun açılmasını tələb etmişdir. İdianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, X4 hazırda yaşadığı fərdi yaşayış evinə əvvəllər gediş gəliş yolu olmuş, lakin sonradan Cavabdeh **********94 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış həyətyanı torpaq sahəsi arasında daraldığı müəyyən edilmişdir. Həmçinin Cavabdeh mülkiyyətində 0,19 ha həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, faktiki istifasində 0,21 ha həyətyanı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, iş üzrə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 19 mart 2024-cü il tarixli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/3087 saylı 02 may 2024-cü il tarixli tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilir ki, Tərtər rayon Bəyimsarov təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən iş üzrə İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Lakin həmin həyətlər uzun müddət çəpərə (hasara) alınmamış və gediş-gəliş yolu salınmamışdır. Bu səbəbdən də, yerqurluşu layihəsinə əsasən nəzərdə tutulmuş yol əvvəllər naturada mövcud olmadığı və faktiki iddia olunan yol kompleks yerqurluşu layihəsinə uyğun salınmadığı müəyyən edilmişdir. Ərazidə aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən yol Cavabdeh tərəfindən bağlanmamışdır. Faktiki iddia olunan yolun kompleks yerqurluşu layihəsinə yuğun salınmadığı müəyyən edilmişdir. Naturada gediş-gəliş yolu Cavabdeh ilə **********94 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış həyətyanı torpaq sahəsi arasında daralır. Həmin rəyə yerqurluşu layihəsindən çıxarışlar əlavə edilmişdir. Göründüyü kimi, Cavabdeh özünün və qardaşının mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. İddia olunan gediş-gəliş yolunun cavabdeh tərəfindən çəpərlənən hissəsi cavabdehin torpaq sahəsinə aid olmaqla, işin 67-ci vərəqəsində olan Tərtər rayon Bəyimsarov təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsindən çıxarış və müvafiq rəylərə əsasən, yolun cavabdeh tərəfindən zəbt edilmədiyi tam müəyyən olunur. Belə ki, iddia olunan və iddiaçının faktiki istifadə etdiyi yol cavabdehin və digər iki qonşunun qanuni istifadələrində olan torpaq sahələrindən keçməklə, həmin yol kompleks yerqurluşu layihəsində nəzərdə tutulmamışdır və sadəcə həmin həyətlər uzun müddət çəpərə (hasara) alınmadığından, faktiki gediş-gəliş yolu kimi istifadə olunmiuşdur. Yerqurluşu layihəsinə əsasən nəzərdə tutulmuş yol əvvəllər naturada mövcud olmamış və faktiki iddia olunan yol kompleks yerqurluşu layihəsinə uyğun salınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyasında müəyyən edildi ki, ərazidə aparılan torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən yol Cavabdeh tərəfindən bağlanmamış və faktiki iddia ounan yol kompleks yerqurluşu layihəsinə uyğun salınmamışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-prosessaul hüquqi əsaları düzgün mnüəyyən edilməmiuşdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-25/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul iddiaçıdan tutularaq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-25/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən qanunsuz olaraq kəsilmiş avtomobillər üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun cavabdeh tərəfindən sökülməsi və zəbt etdiyi yolun açılmasına dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı prosessual hüquqi varisi X3 tutularaq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1854/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1854/2024
12.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver