Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1857/2024 03.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: əsassız varlanma; pul vəsaitinin qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(040)-335/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kəlbəcər rayon X7 qrupunun baş müstəntiqi, polis polkovnik-leytenantı X2 HK-1/381 saylı material üzrə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Yeni qəsəbə, bina 21, mənzil 46-da yerləşən mənzili adına rəsmiləşdirəcəyi vədi ilə Bəhruz adlı şəxsə 17500 (on yeddi min beş yüz) manat pul verməsi, lakin hazırkı vaxtadək həmin mənzili sənədləşdirmədiyinə görə Kəlbəcər Rayon Polis Şöbəsinə müraciət etdiyi 02 noyabr 2023-cü il tarixli ərizəsi üzrə materialda cinayət tərkibinin olması müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır;
2. Kəlbəcər Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 6(040)1/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı Kəlbəcər Rayon X7 qrupunun baş müstəntiqi X2 onun şikayəti əsasında toplanmış HK-1/381 saylı material üzrə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 noyabr 2023-cü il tarixli qərarın ləğv edilərək həmin material üzrə ibtidai araşdırmanın yenidən aparılması barədə qərar qəbul edilməsinə dair şikayətinin əsassız olduğundan təmin edilməməsi, Kəlbəcər Rayon X7 qrupunun baş müstəntiqi, polis polkovnikleytenantı X2 HK-1/381 saylı material üzrə qəbul etdiyi 12 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının qanuni hesab edilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki: - şikayət verən İddiaçı polisdə verdiyi izahatında Xocalı rayonu işğal olunduqdan sonra Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb yaşadığını, 2022-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhəri "Yeni qəsəbə 1500" bina-12 mənzil-21 ünvanında kirayədə yaşadığını, həmin vaxtlarda yaşadığı qəsəbədə ev almaq qərarına gəldiyini, sonra həmin qəsəbədə bina 21 mənzil 46 ünvanında olan mənzilin satıldığını bildiyini, ailə üzvlərinin həmin mənzilə baxdıqdan sonra mənzilin sahibi Bəhruz adlı şəxslə görüşdüyünü və birlikdə həmin mənzilə baxdıqlarını, Bəhruzun ona “evi sənin adına sənədləşdirə bilərəm” dediyini, mənzil üçün 18500 manata razılaşdıqlarını, həmin gün Bəhruzun kartına 500 (beş yüz) manat beh kimi pul göndərdiyini, bundan sonra Bəhruzun mənzili boşaltdığını bəzi əşyaların mənzildə qaldığını və buna görə də həmin əşyaların pulunu da ödədiyini, 10 may 2023-cü il tarixdə 6000 (altı min) dollar məbləğində pulu Gəncə şəhəri Yeni qəsəbədə yerləşən 12 saylı binanın qarşısında Bəhruza verdiyini, 12 may 2023-cü il tarixdə isə həmin mənzilə köçüb orada ailə üzvləri ilə birlikdə yaşamağa başladığını, bundan sonra təxminən 2023-cü ilin iyun ayında yenidən 4500 (dörd min beş yüz) manat pulu həmin ərazidə Bəhruza verdiyini, ona 3300 manat borcu qaldığını, daha sonra 2023-cü ilin iyul ayında 2300 (iki min üç yüz) manat pulu Gəncə şəhəri Yeni Qəsəbədə yaşadığı binanın qarşısında Bəhruza verdiyini, ümumilikdə Bəhruza həmin mənzilin alınması məqsədilə 17500 (on yeddi min beş yüz) manat pul verdiyini, bundan sonra Bəhruz həmin mənzili rəsmiləşdirmədiyinə görə Bəhruzla dəfələrlə əlaqə saxladığını, lakin Bəhruzun ona həmin mənzili sənədləşdirə bilməyəcəyini dediyini, ondan verdiyi pulu tələb etdikdə Bəhruz pulu qaytarmayacağını dediyini, ailə üzvlərinin Xocalı rayonu sakinləri olduqlarını, məcburi köçkün statusları olduğunu, həmin mənzillə maraqlanan zaman Bəhruzun ona “sən də məcburi köçkünsən, həmin evi sənin adına sənədləşdirəcəm, dediyini, lakin sonradan Bəhruzun həmin mənzilə görə ondan 17500 (on yeddi min beş yüz) manat pul aldıqdan sonra mənzilin sənədləşdirilməsinin mümkün olmadığını bildirib pulu geri qaytarmaqdan imtina etdiyini, Bəhruz adlı şəxslə aralarında mənzilin alınması və pulun verilməsi ilə bağlı hər hansı rəsmiləşdirmə olmadığını bildirmişdir. Barəsində şikayət verilən Cavabdeh izahatında İddiaçı Kəlbəcər RPŞ-yə etmiş olduğu müraciətlə tanış olduğunu, ünvan 2 ünvanını 2017-ci ilin avqust ayında Sənubər Məmmədova adlı qadından 21000 (iyirmi bir min) manata aldığını, həmin binanın məcburi köçkünlər üçün tikilib “Dövlətqaçqınkom” tərəfindən həmin şəxsə müvəqqəti kirayə müqaviləsi əsasında verildiyindən həmin mənzili öz adına sənədləşdirə bilmədiyini, lakin 2023-cü ilin may ayınadək həmin mənzildə yaşadığını, 2023-cü ilin may ayında Hasil adlı tanışının ona zəng edərək evi satıb-satmadığını soruşduğunu, əgər satırsa Hasilin Rauf adlı qohumuna satmasını xahiş etdiyini, daha sonra Raufla söhbəti zamanı Raufun ona “evin əşyalarını da ver” dediyini, evdə təxminən 12000 (on iki min) manat dəyərində əşyalar olduğunu, 2023-cü ilin may ayında Raufla razılaşdığını, ümumilikdə 18000 (on səkkiz min) manata evi əşyalarla birlikdə Raufa satdığını, həmin vaxtdan İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını, həmin vaxt Raufun ona birinci dəfə binanın qarşısında 12000 (on iki min) manat verdiyini, qalan pulu isə bir müddət sonra verəcəyini bildirdiyini, daha sonra isə müxtəlif vaxtlarda 3000 (üç min) manat, sonuncu dəfə - 8 sentyabrda isə ona 2500 (iki min beş yüz) manat pul verdiyini, İddiaçı həmin mənzil üçün ona ümumilikdə 17500 (on yeddi min beş yüz) manat pul verdiyini, qeyd olunan mənzili 2017-ci ildə başqa şəxsdən aldığını, 2023-cü ilin may ayınadək həmin mənzildə yaşadığını, lakin həmin mənzili öz adına sənədləşdirmədiyini, çünki həmin mənzilin “Dövlətqaçqınkomun” balansında olduğunu və həmin mənzil kirayə müqaviləsi əsasında vətəndaşlara müvəqqəti verildiyini, lakin həmin evin sahibləri ona həmin mənzildən imtina etmələri barədə ərizə verdiyini, İddiaçı həmin mənzili satarkən ona mənzildən imtina etməsi ilə bağlı ərizə verməsini təklif etsə də, Raufun ona “mən şəhid ailəsiyəm, mənə fərqi yoxdur, heç bir sənəd lazım deyil” dediyini, 2023-cü ilin may ayından etibarən İddiaçı öz ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını, lakin hazırki vaxtda Xocalı rayonu işğaldan azad olunması səbəbindən Raufun həmin mənzili geri qaytarmaq istədiyini, həmin mənzili Raufa satarkən sənədləşdirəcəyini ona söz vermədiyini bildirmiş, -mənzilin qanuni sahibi X4 izahatında məcburi köçkün olması səbəbindən 2017-ci ildə Gəncə şəhəri Yeni Qəsəbə yaşayış massivində bina-21 mənzil-46 ünvanı “Dövlətqaçqınkom”la bağlanan müqavilə əsasında müvəqqəti yaşamaq üçün ona verildiyini, həmin vaxt qızı Leyli ilə aralarında olan mübahisələr səbəbindən Leylinin həmin evə gəlməməsi üçün Bəhruz adlı qohumundan həmin evdə yaşamasını xahiş edib, özünün bir müddət başqa evdə yaşayacağını dediyini, həmin vaxt notariusda Bəhruzun həmin evdə qalması üçün razılıq ərizəsi verdiyini və həmin evdən imtina etməyini bildirdiyini, hazırda da həmin mənzildə yaşamadığını, Bəhruz adlı qohumunun həmin mənzili 18000 (on səkkiz min) manata başqa bir şəxsə satdığını bildirmişdir. Qərarda o da qeyd edilmişdir ki: Araşdırma zamanı materiala əlavə edilmiş 10 avqust 2017-ci il tarixli 21-46 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, həmin mənzil X4, X5 və X3 verilmiş, eyni zamanda araşdırma materialına əlavə edilmiş X1 notarial qaydada verdiyi ərizədə həmin mənzildən könüllü olaraq imtina etdiyini və mənzilin Cavabdeh verilməsini istədiyini bildirmişdir. Qərarla həmçinin müəyyən edilmişdir ki: Cavabdeh faktiki yaşadığı Gəncə şəhəri Yeni Qəsəbə bina-21 mənzil-46 ünvanını 17500 (on yeddi min beş yüz) manat müqabilində İddiaçı satmış və həmin məbləğdə pulu İddiaçı alarkən onun niyyəti qeyd olunan pulu əvəzsiz qaydada almağa yönəlməmiş, aralarında şifahi qaydada olan alqı-satqı razılaşmasından sonra isə qeyd olunan mənzili İddiaçı vermiş, həmin mənzilə qarşı hazırkı müddətədək heç bir iddia irəli sürməmişdir və hazırda da İddiaçı həmin ünvanda yaşayır. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh həmin mənzili İddiaçı satarkən mənzildə olan bəzi əşyaları da ona vermişdir və hazırki müddətədək İddiaçı qeyd olunan mənzildə yaşayaraq həmin əşyalardan istifadə etmişdir. Belə olan halda Cavabdeh əməli dələduzluq cinayəti kimi qiymətləndirilə bilməz və İddiaçı Cavabdeh Gəncə şəhəri Yeni Qəsəbə bina-21 mənzil-46 ünvanının alqı-satqısı ilə bağlı vermiş olduğu 17500 (on yeddi min beş yüz) manat məbləğində olan pulu tələb etməsi və eyni zamanda Cavabdeh həmin mənzildə qalmış və öz dediyinə görə ümumi dəyəri 12000 (on iki min) manat məbləğində olan ev əşyalarına dair pul tələb etməsi tərəflər arasında olan mübahisənin mülki xarakterli olmasını göstərir. Beləliklə, aparılmış araşdırma zamanı, Cavabdeh Gəncə şəhəri Yeni Qəsəbə-1500 yaşayış massivində yerləşən 21 saylı binanın 46 saylı mənzilində Sənubər Məmmədovanın həmin mənzildən imtina etməsi əsasında yaşaması, sonradan həmin mənzili əşyaları ilə birlikdə hər hansı rəsmiləşdirmə olmadan 17500 (on yeddi min beş yüz) manata İddiaçı satması, hazırda İddiaçı həmin mənzildə yaşaması məlum olduğundan və toplanmış materialda cinayət tərkibinin olmaması müəyyən edildiyindən material üzrə cinayət işinin başlanması rədd edilməli, tərəflərə məhkəmədə mülki iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 17500 (on yeddi min beş yüz) manat və hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində pulun əvəzinin, cəmi 17900 (on yeddi min doqquz yüz) manat məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ev almaq məqsədi ilə Cavabdeh ilə 2023-cü ilin aprel-may ayında danışmış və ünvan 5 ünvanında olan mənzilin ona satılmasını 18500 (on səkkiz min beş yüz) manata razılaşmışlar. O, Cavabdeh bank kartına əvvəlcə 2023-cü ilin aprel ayında 500 (beş yüz) manat ödəniş etmiş, bundan sonra cavabdeh evi boşaltmış və evdə bəzi əşyalar qaldığından onun da pulunu cavabdehə ödəmiş, 10 may 2023-cü il tarixdə 6000 (altı min) dollar (həmin dövr üçün 10200 manat mövcud məzənnə ilə) məbləğində pulu Gəncə şəhərindəki Yeni qəsəbədə yerləşən 12 saylı çoxmənzilli binanın qarşısında cavabdehə vermiş, 12 may 2023-cü il tarixdə isə həmin mənzilə köçüb orada ailə üzvləri ilə birlikdə yaşamağa başlamış, təxminən 2023-cü ilin iyun ayında cavabdehə daha 4500 (dörd min beş yüz) manat pulu həmin ərazidə vermiş, 2023-cü ilin iyul ayında isə daha 2300 (iki min üç yüz) manat pulu Gəncə şəhərindəki Yeni qəsəbədə yaşadığı binanın qarşısında cavabdehə vermişdir. Ümumilikdə, Cavabdeh 17500 (on yeddi min beş yüz) manat pul vermişdir. Lakin, pulu verib qurtardıqdan sonra Cavabdeh dəfələrlə bildirsə də, sonuncu mənzili sənədləşdirə bilməyəcəyini və aldığı pulu qaytarmayacağını bildirmişdir. Əvvəlcədən belə razılaşmışlar ki, pulu verəndən sonra mənzil onun adına rəsmiləşəcəkdir, lakin cavabdeh pulu aldıqdan sonra həm sənədləşmədən, həm də pulu qaytarmaqdan imtina etmiş və bugünə qədər də pul qaytarmamışdır. Bundan başqa, ona adları sonradan məlum olan mənzil sahibi X4 və Sənubərin qızları dəfələrlə həmin mənzilə gələrək sərt şəkildə onun mənzildən çıxmasını tələb etmiş, hal-hazırda da bu hallar davam edir. Eyni zamanda, bu hallarla bağlı Kəlbəcər Rayon Polis Şöbəsinə də müraciət etmiş, orada araşdırma aparılmış və məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
5. Kəlbəcər Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(040)-335/2024 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia təmin edilərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 17500 (on yeddi min beş yüz) manat, həmçinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat xərcin pul əvəzi, cəmi 17900 (on yeddi min doqquz yüz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1 və 1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İddiаçı özü də еtirаf еdir ki, оnunlа аrаlarındа şifаhi əqd əsаsındа müqаvilə bаğlаnmış və həmin pul dа şifаhi müqаvilə əsаsındа ona ödənilmişdir. Həmçinin həmin еvdə onun 12000 mаnаt dəyərində əşyаlаrının оnа təhvil vеrilməsi də оnu göstərir ki, iddiаçı ilə аrаlarındа qаrşılıqlı rаzılаşmа оlmuş, lаkin iddiаçının digər аrqumеnti kimi еvin оnun аdınа rəsmiləşdirəcəyinə dаir məhkəməyə hər hаnsı bir sübut təqdim еtməmişdir və qеyd оlunаn 17500 mаnаt məbləğində pul ona vеrilərkən həmin pulun 12000 mаnаtı еvdə qаlаn əşyаlаrа münаsibətdə hеsаblаnаrаq iddiаçıyа еv sаtılmışdır. Еvə dаir digər hər hаnsı şəхsin еvə gələrək оnа еvdən çıхmаsını tələb еtməsi аrqumеnti də tаm оlаrаq əsаssızdır. Bundаn bаşqа məhkəmənin öz qətnаməsində sаdəcə оlаrаq mаddi hüquq nоrmаlаrını sаdаlаmаqlа hеç bir əsаslаndırmа аpаrmаmаqlа qətnаmə çıхаrmаsı dа Məhkəmə qərаrlаrı hаqqındа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsinin Plеnumunun qərаrınа əsаsən qiymətləndirilməlidir. О, cümlədən çох mаrаqlıdır ki, hаnsı məntiqlə iddiаçı pul ödəyir, аncаq ödədiyi pulа münаsibətdə еvin sənədləşdirilməsini təmin еtmədən ödəniş еdir, bəli həmin pulun 12000 mаnаt məbləğində hissəsi еvdə оlаn əşyаlаr münаsibətdə hеsаblаnmış qаlаn məbləğ isə еvin Qаçqınkоmun bаlаnsındа оlmаqlа rаzılıq əsаsındа məcburi köçkünə vеrilməsi kimi dəyərləndirilərək 5500 mаnаt məbləğində hissə еvin dəyəri kimi ödənilmişdir. Bu hаllаrın hаmısı iddiаçı ilə rаzılаşdırılаrаq qаrşılıqlı öhdəlik kimi hər bir tərəfə münаsibətdə qəbul еdilmişdir. Həmçinin məhkəmə qətnаməsində аidiyyаt qаydаlаrı üzrə АR MPM-nin 44-cü mаddəsinə əsаslаnsа dа, düzgün nəticəyə gəlməmişdir. Bеlə ki, onun pаspоrt qеydiyyаtı uzun müddətdir ki, Gəncə şəhəri, Оğuz küçəsi еv 18 nömrəli ünvаndır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mənzilin satılmasına görə cavabdehə ödədiyi pul vəsaitini alıb mənzili tərk etmək istəyir. Həmin mənzilə dair adına müqavilə bağlanmış Sənubər adlı xanımla Cavabdeh arasında problem var. Sonuncu ona bildirmişdir ki, evi onun adına sənədləşdirəcək, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitədə Sənubər adlı tanışı var. Hansı ki, mənzilə dair adına müqavilə olan Sənubər adlı xanım da cavabdehin evi ondan xəbərsiz satdığını bildirir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, təxminən 1 ildən artıq müddətdir mənzili cavabdehdən faktiki almışdır və hazırda da orada yaşayır. Mənzilin alqı-satqısına görə cavabdehə ödədiyi pulu geri alıb mənzili tərk etmək istəyir. Ona görə ki, 10-15 günə onsuzda onu evdən çıxaracaqlar. Mənzilin alqı-satqısını 18500 manata razılaşmışlar, lakin cavabdehə 17500 manat pul vermişdir. Cavabdehə verdiyi 17500 manat vəsait yalnız mənzilin alqı-satqısına görə olmuşdur, o mənzili əşyaları ilə birlikdə almışdır. Cavabdeh həmin məbləğdə pulu ona qaytardıqdan sonra sözü gedən mənzildən əşyaları orada saxlamaqla çıxacaqdır. Çünki, cavabdehin qeyd etdiyi əşyalar mənzilə aid olan əşyalardır. Bundan başqa məhkəmədə iddia qaldırılması ilə bağlı hüquqi yardım göstərilməsinə görə vəkilə 400 manat pul ödəmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
13. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
14. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
15. Maddə 1091.2-ci maddəsinin tələbinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 121.1 Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
22. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
23. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Cavabdeh 17500 (on yeddi min beş yüz) manat, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat xərcin əvəzi, cəmi 17900 (on yeddi min doqquz yüz) manat vəsait tutulub İddiaçı ödənilməlidir.
28. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhərindəki “1500 ailəlik Yeni qəsəbə”dəki bina 21-də yerləşən 46 nömrəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansındadır və sözügedən mənzilə dair Mənzil İstismar Departamenti ilə X4 arasında xx.xx.2017-ci il tarixli 21/46 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sözügedən mənzil Sənubər Məmmədovaya kirayə verilmişdir. Cavabdeh isə faktiki olaraq həmin mənzildə yaşamışdır. Bununla yanaşı müəyyən olunur ki, tərəflər arasında sözügedən mənzilin alqı-satqısına dair şifahi əqd bağlanmış və onlar belə razılığa gəlmişlər ki, Cavabdeh Gəncə şəhərindəki “1500 ailəlik Yeni qəsəbə”dəki bina 21-də yerləşən 46 nömrəli mənzili İddiaçı satır, sonuncu isə bunun müqabilində cavabdehə mənzilin dəyərini ödəyir. Tərəflərin razılaşması ilə mənzilin satış dəyəri 18500 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh mənzilin alqı-satqısına görə ilk dəfə 12000 manat, daha sonra isə müxtəlif vaxtlarda 3000 manat və 2500 manat, ümumilikdə 17500 manat pul verilmişdir. Lakin, mənzilin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Ona görə də sonuncu hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol verərək tərəflər arasında yaranmış münasibətləri yanlış olaraq maddi ziyan (delikt) vurulması kimi qiymətləndirmişdir.
31. Nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin deliktlə bağlı müddəalarına görə mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Lakin hazırkı işin faktiki halları deliktlə bağlı hüquq normalarının ünsürləri əlaqəli deyildir. İşin faktiki halları Mülki Məcəllənin əsassız varlanmadan bəhs dən 1091.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə işə həmin hüquq normaları tətbiq edilməlidir.
32. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
33. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
34. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi, Gəncə şəhərindəki “1500 ailəlik Yeni qəsəbə”dəki bina 21-də yerləşən 46 nömrəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansında olduğu halda Cavabdeh hər hansı qanuni əsas olmadan həmin mənzili faktiki olaraq İddiaçı satmış və bu məqsədlə də sonuncudan 17500 manat vəsait almışdır. Qeyd olunan hallar Kəlbəcər Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 6(040)1/2024 saylı qərarı ilə öz təsdiqini tapır. Halbuki, cavabdehin sözügedən mənzilə dair hüquqları dövlət qeydiyyatına alınmadığından, o, həmin əmlaka dair sərəncam hüququna malik olmamışdır. Bu səbəbdən də cavabdehin sözügedən mənzili faktiki olaraq iddiaçıya satması və bu məqsədlə sonuncudan 17500 manat vəsait əldə etməsi hər hansı qanuni əsasa söykənməmişdir.
36. Göründüyü kimi, Cavabdeh hər hansı qanuni əsas olmadan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansındkı mübahisə predmeti olan mənzili İddiaçı sataraq onun hesabına əsassız olaraq 17500 manat varlanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin vəsait cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.
37. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar hüquqi yardım göstərilməsinə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 400 manat ödəniş emşdir. İddia təmin edildiyinə görə iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 400 manat xərcin əvəzi də cavabdehdən alınıb ona verilməlidir.
38. Apellyasiya şikayətində göstərilən dəlillərə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, göstərilən dəlillər hazırkı iddianın təmin edilməsinə mane yaradan hallar deyildir.
39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “17500 mаnаt məbləğində pul ona vеrilərkən həmin pulun 12000 mаnаtı еvdə qаlаn əşyаlаrа münаsibətdə hеsаblаnаrаq iddiаçıyа еv sаtılmışdır, еvin Qаçqınkоmun bаlаnsındа оlmаqlа rаzılıq əsаsındа məcburi köçkünə vеrilməsi kimi dəyərləndirilərək 5500 mаnаt məbləğində hissə еvin dəyəri kimi ödənilmişdir” barədə dəlilinə də hüquqi qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Çünki, cavabdeh dəlilini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Digər tərəfdən iş materiallarına əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 6(040)1/2024 saylı qərarından müəyyən olunur ki, həmin işə məhkəmə nəzarəti qaydasında baxılarkən Cavabdeh verdiyi izahatında ünvan 6 ünvanını 2017-ci ilin avqust ayında Sənubər Məmmədova adlı qadından 21000 (iyirmi bir min) manata aldığını bildirmişdir.
41. Məhkəmə kollegiyası işin göstərilən hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək qeyd edir ki, cavabdehin 21000 manata aldığı mənzili sonradan 5500 manata satması da öz-özlüyündə inandırıcı və ağlabatan deyildir.
42. Bundan başqa, məhkəmə ərazi aidiyyət qaydalarının pozulmuş olması barədə apellyasiya şikayətinin dəlili də kollegiya tərəfindən əsassız saymışdır.
43. Belə ki, «Yaşayış yeri» məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
44. Həmin Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur.
45. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş Cavabdeh fərdi məlumatları ilə müəyyən olunmuşdur ki, o 23 fevral 2024-cü il tarixdə Gəncə şəhəri Oğuz küçəsində yerləşən 18 nömrəli evdə pasport qeydiyyatına alınmışdır. Hazırkı iddia ərizəsi isə 06 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsilə Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.
46. Yəni, iddiaçı 06 fevral 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdehin yaşayış yeri Kəlbəcər rayonu olmuşdur ki, bu halda iddiaçı düzgün olaraq MPM-nin 35.1-cı maddəsi əsasında iddia ərizəsini Kəlbəcər Rayon Məhkəməsinə vermişdir.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Cavabdeh yaşayış yerini dəyişdirdiyindən işin məhkəmə ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi yolverilməzdir. Çünki, MPM-nin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(040)-335/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 17500 (on yeddi min beş yüz) manat, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat xərcin əvəzi, cəmi 17900 (on yeddi min doqquz yüz) manat vəsait tutulub İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.