Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1859/2024 12.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-324/2024 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1296,14 manat əsas borc, 708,03 manat faiz, 2697 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,90 manat faiz borcu və iş üzrə ödənilmiş 68,92 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (Bank) ilə Cavabdeh (borcalan və ya cavabdeh) arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 31 faiz dərəcəsi ilə 3820 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin, Bank ilə cavabdeh arasında ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiya edilməsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişə və müvafiq ödəniş cədvəlinə əsasən borcalanın Bank qarşısında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq qalan 2442,66 manat əsas borcu, 901,07 manat faiz borcu və 423,07 manat cərimə borcu olmaqla, cəmi 2690,57 ABŞ dolları, yəni 3766,8 manat borcunun illik faiz dərəcəsi 17 % olmaqla, 42 ay müddətinə ödənilməsi razılaşdırılmışdır. Borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələri banka ödəməyi, öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə olunan ödəniş qrafiki əsasında cavabdeh xx.xx.2020-ci il tarixi də daxil olmaqla 42 ay müddətinə hər ay 77,57 manat, sonuncu ay isə 77,32 manat ödəməyi öz üzərinə götürmüşdür. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********819 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 4891,07 manat təşkil edir. Bundan 1296,14 manat əsas, 708,03 manat faiz, 2697 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,90 manat faiz borcu təşkil edir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-324/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Fərhadov) iddia qismən təmin edilmiş, Cavabdeh 1294,46 (bir min iki yüz doxsan dörd manat qırx altı) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32,94 (otuz iki manat doxsan dörd qəpik) manat pul vəsaitinin tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertizanın xərci olan 200 (iki yüz) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-324/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X2 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd oluna şərtlərdən digrəinə, yəni, 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına “0” gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. Bu səbəbə görə əsas kredit borcunun restrukzasiya olunması cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmamışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında izahat verərək, göstərdi ki, ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 3820 ABŞ dolları məbləğində borc verilmişdir, sonradan onun borcu restrukturizasiya olunmuş, lakin borc yenə də ödənilməmişdir. Daha sonra bu borc üzrə iddiaçıya "xxxx" MMC vasitəsilə 1580,40 manat məbləğində kompensasiya ödənilmişdir. Həmçinin, problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildikdən sonra Bank tərəfindən müvafiq tədbirlər görülmüş, lakin borcalan sözügedən kredit müqaviləsinin restrukturizasiya olunması üçün müraciət etməmiş, yeni müqavilə bağlanmamışdır. Ona görə də, hazırda cavabdehin banka iddia ərizəsində göstərilən məbləğdə borcu vardır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-324/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, bankla sözügedən kredit müqaviləsini bağlamışdır, dollar valyutası ilə kredit götürsə də, sonradan krediti milli valyutaya dəyişmişdir. Ona poçt vasitəsilə 1580,40 manat məbləğində kompensasiya ödənilmişdir. Borcunun olduğundan xəbəri olmamış, bankdan ona heç bir məlumat verilməmişdir. Borcunu ödəməyə gücü çatmır, kompensasiyanı xərcləmişdir, elə bilmişdir ki, artıq puldur, ona qaytarılıb. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-324/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-324/2024 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh əsas borc üzrə 1294,46 manat, kredit müqaviləsi müddəti üçün faiz borcu üzrə 348,42 manat, cərimə borcu üzrə 60 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 189.90 manat olmaqla, cəmi 1892,78 (min səkkiz yüz doxsan iki manat 78 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 68,92 manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayətindən görünür ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-324/2024 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etsə də, şikayətin dəlillərində iddianın təmin edilməyən faiz, cərimə və kredit borcu, illik 5%lə əldən çıxmış faiz hissəsini mübahisələndirilmişdir. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. İş materiallarında olan: İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli, kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə illik 31 faiz ilə 3820 ABŞ dolları məbləğində borc verilmiş, ödəniş cədvəli tərtib edilmiş və aylıq annunitet 215.62 dollar müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli, ********* nömrəli, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, həmin kredit müqaviləsi restrukturizasiya edilərək, müvafiq ödəniş cədvəlinə görə cavabdehin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcu olan 2690,57 ABŞ dolları konvertasiya eddilməklə 3766,8 manat təşkil edilməklə, əsas borc 2442.66 manat, 901.07 manat faiz borcu və 423.07 manat cərimə kimi 42 ay müddətinə, illik faiz dərəcəsi 17 % dərəcəsi ilə ödəmək şərtilə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüş, xx.xx.2020-ci ilədək ödəniş cədvəli tərtib edilmiş və aylıq annunitet 77.32 manat müəyyən edilmişdir. maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli kredit sazişi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh Banka olan borcu əsas məbləğ üzrə 1296,14 manat, faiz məbləği üzrə 708,03 manat, cərimə üzrə 2697 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 189,90 manat olmaqla, cəmi 4891,07 manat təşkil edir. Cavabdehin ünvanına xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək ona xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar ona faiz borcu və cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və borcun 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/989 nömrəli, 08 may 2024-cü il tarixli rəyinə əsasən, cavabdehin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsinin və xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişin şərtləri nəzərə alınmaqla, cavabdehin xx.xx.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 1642,88 manat məbləğində, o cümlədən əsas borc üzrə 1294,46 manat, faiz borcu üzrə 348,42 manat müəyyən edilmişdir. Rəyin qeyd hissəsində göstərilmişdir ki, iş materiallarında olan cavabdehin Problemli Kreditlərin Kompensasiyası məlumatında cavabdeh ilə İddiaçı ASCdə olan krediti üzrə hesablanmış kompensasiya məbləği cavabdehin hesabdan çıxarış məlumatlarında öz əksini tapmır, yəni hesablanmış kompensasiya məbləği xx.xx.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə ödəniş edilməmişdir. Mülki iş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışlardan görünür ki, cavabdehə ləğv prosesində olan "xxxx" ASC-yə və "xxxx" KB ASC-yə olan borcuna görə kompensasiya köçürülmüşdür (ödəniş kartının əldə olunacağı kredit təşkilatları (poçt rabitəsinin milli operatoru) "xxxx" MMC və "xxxx" KB ASC olmaqla, kompensasiyanın məbləği müvafiq olaraq 1580,40 manat və 243,26 manat). Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, "xxxx" ASC (Bank) ilə Cavabdeh (borcalan və ya cavabdeh) arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 31 faiz dərəcəsi ilə 3820 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin, Bank ilə cavabdeh arasında ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiya edilməsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişə və müvafiq ödəniş cədvəlinə əsasən borcalanın Bank qarşısında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq qalan 2442,66 manat əsas borcu, 901,07 manat faiz borcu və 423,07 manat cərimə borcu olmaqla, cəmi 2690,57 ABŞ dolları, yəni 3766,8 manat borcunun illik faiz dərəcəsi 17 % olmaqla, 42 ay müddətinə ödənilməsi razılaşdırılmışdır. Borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələri banka ödəməyi, öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/989 nömrəli, 08 may 2024-cü il tarixli ekspertiza rəyində göstərilmişdir ki, cavabdehin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsinin və xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişin şərtləri nəzərə alınmaqla, cavabdehin xx.xx.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 1642,88 manat məbləğində, o cümlədən əsas borc üzrə 1294,46 manat, faiz borcu üzrə 348,42 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh "xxxx" ASC ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə banka ödənilməmiş kredit borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 445.7-ci maddəsinə əsasın, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pul ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, Bank ilə cavabdeh arasında ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiya edilməsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş 42 ay müddətinə bağlanılmışdır. İşdə olan müvafiq ekspertiza rəyi ilə müəyyən edilir ki, cavabdehin həmin tarixə əsas borc üzrə 1294,46 manat, faiz borcu üzrə 348,42 manat borcu qalmışdır. Məhkəmə iddianın xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizin əldən çıxmış faydanın cavabdehdən tutulmasına münasibət olaraq bildirir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin gecikdirilmiş müddət üçün illik 5 faiz məbləği, 189.90 manat məbləği cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası iddianın digər təmin edilməyən cərimə hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı Bankın əsas kredit və faiz borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 60 manat cərimə borcunun tutulması əsaslı sayır və hesab edir ki, Bank tərəfindən gecikdirilmiş günlərə görə cavabdehlərə hesablanmış 2697 manat cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Ona görə də, borclunun əsas və faiz borcunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını, həmçinin kreditorun da əmlak mənafelərini nəzərə alaraq, əsas və faiz borcuna adekvat məbləğdə, yəni 60 manat cərimə tutulmasını ədalətli və qanuni hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-324/2024 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh əsas borc üzrə 1294,46 manat, kredit müqaviləsi müddəti üçün faiz borcu üzrə 348,42 manat, cərimə borcu üzrə 60 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 189.90 manat olmaqla, cəmi 1892,78 (min səkkiz yüz doxsan iki manat 78 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 68,92 manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ekspertiza xərci tərəflərə aid edilməli və 200 manat məbləğində olan ekspertiza xərcinin 150 manatı Cavabdeh, 50 manatı isə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-324/2024 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh əsas borc üzrə 1294,46 manat, kredit müqaviləsi müddəti üçün faiz borcu üzrə 348,42 manat, cərimə borcu üzrə 60 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 189.90 manat olmaqla, cəmi 1892,78 (min səkkiz yüz doxsan iki manat 78 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 68,92 manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci tərəflərə aid edilsin və 200 manat məbləğində olan ekspertiza xərcinin 150 manatı Cavabdeh, 50 manatı isə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.