Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-186/2024 16.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(125)-3966/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi 160 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(125)-3966/2023 nömrəli (hakim Camal Quliyev) qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh1 cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 11.000 (on bir min) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 160 (bir yüz altmış) manat, cəmi 11.160 (on bir min bir yüz altmış) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması; İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 qardaşı X5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, 02 mart 2017-ci il tarixdə ona Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi əvvəllər Ə.Mehmandarov küçəsində, hal-hazırda isə M.C.Paşayev küçəsində yerləşən qeydiyyat nömrəsiz 10 mərtəbəli yaşayış evinin, İİ blok, İ mərtəbəsində, ümumi sahəsi 115 kv.m. olan 7 nömrəli mənzilin X3 məxsus olmasını bildirərək, həmin evin Qalib Zeynalova məxsus olmasına dair istintaq tərəfindən əldə edilərək götürülməsi mümkün olmayan, guya mənzilin X6 tərəfindən Qalib Zeynalova satılmasına dair alqı-satqı müqaviləsini göstərib sonuncunu buna inandırdıqdan sonra mənzili 22000 manata satmaq adlı ilə yalan vədlər verərək, bu barədə onunla razılaşmışlar. 03 mart 2017-ci il tarixdə cavabdeh Qalib Zeynalov onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə onunla həmin evin alqı-satqısı ilə bağlı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli, 3M-27 nömrəli saxta beh müqaviləsi bağlayaraq oradaca onun əvvəlcə 5000 manat pulunu almış, daha sonra həmin günü o, evi onun adına sənədləşdirmək adı ilə yalan vədlər verərək, Gəncə şəhəri, 3-cü mikrorayon, 20 nömrəli binanın arxasında, həmin binada yaşayan və qohumu X1 vasitəsi ilə ondan 800 ABŞ dolları ekvivalentində 1.403 manat 84 qəpik pulunu və 100 manat pulunu, ümumilikdə 1.503 manat 84 qəpik pulunu almış, bundan sonra isə xx.xx.2017-ci il tarixdə o, istintaq zamanı kim tərəfindən hazırlanmasının müəyyən edilməsi mümkün olmayan, guya mənzilin X6 tərəfindən ona 23500 (iyirmi üç min beş yüz) manata satılmasına və pulun tam olaraq ödənilməsinə dair 18 may 2007-ci il tarixli saxta alqı-satqı müqaviləsini Şəlalə Rüstəmovaya verərək, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda sonuncunun vasitəsi ilə onun 17.000 manat, ümumilikdə 23503,84 manat pulunu ələ keçirtməklə dələduzluq etmişdir. İstintaq orqanına təqdim etdiyi şikayət əsasında Cavabdeh1 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdikləri üçün cinayət məsuliyyətinə cəlb olunaraq, barələrində cinayət işi başlanmışdır. Daha sonra həmin cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəmənin icraatında olarkən təqsirləndirilən şəxs X5 vəfat etdiyi üçün onun oğlu Cavabdeh2 atası X2 hüquqi varisi təyin edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(044)-7/2022 nömrəli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona dəymiş zərərin bir qismi qaytarılsa da, qalan 11000 manat məbləğində zərər hazırkı tarixədək cavabdehlər tərəfindən ödənilməmişdir. İş materiallarında olan: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(044)-7/2022 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh1 qardaşı X5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, 02 mart 2017-ci il tarixdə İddiaçı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi əvvəllər Ə.Mehmandarov küçəsində hal-hazırda isə M.C.Paşayev küçəsində yerləşən, qeydiyyat nömrəsiz 10 mərtəbəli yaşayış evinin, İİ blok, İ mərtəbəsində, ümumi sahəsi 115 kv.m. olan 7 nömrəli mənzilinin X3 məxsus olmasını bildirərək, həmin evin Qalib Zeynalova məxsus olmasına dair istintaq tərəfindən əldə edilərək götürülməsi mümkün olmayan, guya mənzilin X6 tərəfindən Qalib Zeynalova satılmasına dair alqı-satqı müqaviləsini göstərib sonuncunu buna inandırdıqdan sonra mənzili 22000 manata satmaq adı ilə yalan vədlər verərək, bu barədə İddiaçıla razılaşmışlar. xx.xx.2017-ci il tarixdə Qalib Zeynalov etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçıla həmin evin alqı-satqısı ilə bağlı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli, 3M-27 nömrəli saxta beh müqaviləsi bağlayaraq oradaca İddiaçı əvvəlcə 5000 manat pulunu almış, daha sonra həmin günü o, evi İddiaçı adına sənədləşdirmək adı ilə yalan vədlər verərək, Gəncə şəhəri, 3-cü mikrorayon, 20 nömrəli binanın arxasında, həmin binada yaşayan və İddiaçı qohumu X1 vasitəsi ilə İddiaçı 800 ABŞ dolları ekvivalentində 1.403 manat 84 qəpik pulunu və 100 manat pulunu, ümumilikdə 1.503 manat 84 qəpik pulunu almış, bundan sonra isə xx.xx.2017-ci il tarixdə o, istintaq zamanı kim tərəfindən hazırlanmasının müəyyən edilməsi mümkün olmayan, guya mənzilin X6 tərəfindən İddiaçı 23500 manata satılmasına və pulun tam olaraq ödənilməsinə dair 18 may 2007-ci il tarixli saxta alqı-satqı müqaviləsini Şəlalə Rüstəmovaya verərək, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda sonuncunun vasitəsi ilə İddiaçı 17000 manat, vahid niyyətlə İddiaçı ümumilikdə 23503,84 manat məbləğində pulunu ələ keçirtməklə dələduzluq etmişdir. Bu əməlinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(044)- 7/2022 nömrəli hökmü ilə Zeynalov X4 Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1 maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenumunun qərarındakı mövqeyə əsasən dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İşə baxan birinci instansiya məhkəməsi isə onun həmin cinayətdə iştirakının xarakterini və dərəcəsini müəyyən etmədən vurulmuş ziyanın həcmini və xarakterini aydınlaşdırmadan məbləğin hamsını ondan tutmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçı vəfat etmiş şəxsin vərəsələrinin mirası qəbul etməsi barədə məhkəməyə müraciət edərək Qalib Zeynalovdan tutulacaq məbləği əldə edə bilər. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh1 isə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə baxılmasının təxirə salınmasını xahiş etsə də, lakin kollegiya cavabdehin teleqramına əsasən əvvəlki iclasın təxirə salınmasını və işin baxılması müddətini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı, eləcə də digər Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin dəlillərindən müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunması hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 11.000 (on bir min) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 160 (bir yüz altmış) manat, cəmi 11.160 (on bir min bir yüz altmış) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması” hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh1 mərhum qardaşı X5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, 02 mart 2017-ci il tarixdə İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, əvvəllər Ə.Mehmandarov küçəsində, hal-hazırda isə M.C.Paşayev küçəsində yerləşən, qeydiyyat nömrəsiz 10 mərtəbəli yaşayış evinin, İİ blok, İ mərtəbəsində, ümumi sahəsi 115 kv.m. olan 7 nömrəli mənzilinin X3 məxsus olmasını bildirərək, həmin evin Qalib Zeynalova məxsus olmasına dair istintaq tərəfindən əldə edilərək götürülməsi mümkün olmayan, guya mənzilin X6 tərəfindən Qalib Zeynalova satılmasına dair alqı-satqı müqaviləsini göstərib sonuncunu buna inandırdıqdan sonra mənzili 22000 manata satmaq adı ilə yalan vədlər verərək, bu barədə İddiaçıla razılaşmışlar. xx.xx.2017-ci il tarixdə Qalib Zeynalov etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçıla həmin evin alqı-satqısı ilə bağlı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli, 3M-27 nömrəli saxta beh müqaviləsi bağlayaraq oradaca İddiaçı əvvəlcə 5000 manat pulunu almış, daha sonra həmin günü o, evi İddiaçı adına sənədləşdirmək adı ilə yalan vədlər verərək, Gəncə şəhəri, 3-cü mikrorayon, 20 nömrəli binanın arxasında, həmin binada yaşayan və İddiaçı qohumu X1 vasitəsi ilə İddiaçı 800 ABŞ dolları ekvivalentində 1.403 manat 84 qəpik pulunu və 100 manat pulunu, ümumilikdə 1503 manat 84 qəpik pulunu almış, bundan sonra isə xx.xx.2017-ci il tarixdə o, istintaq zamanı kim tərəfindən hazırlanmasının müəyyən edilməsi mümkün olmayan, guya mənzilin X6 tərəfindən İddiaçı 23500 manata satılmasına və pulun tam olaraq ödənilməsinə dair 18 may 2007-ci il tarixli saxta alqı-satqı müqaviləsini Şəlalə Rüstəmovaya verərək, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda sonuncunun vasitəsi ilə İddiaçı 17000 manat, ümumilikdə, 23503,84 manat məbləğində pulunu ələ keçirtməklə dələduzluq etmişdir. Qeyd olunan hallar Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(044)-7/2022 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisəyə qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, iddiaçının iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və iddia tələbinin qismən təmin edilməsi qanuni əsaslara söykənir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən İddiaçı maddi ziyan vurulduğu qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edildiyindən, həmin məbləğ ondan alınıb iddiaçıya verilməlidir. Ziyan məbləğinin həm də cinayətin törədilməsində təqsirli bilinmiş digər şəxsdən müştərək qaydada tutulmalı olması barədə Cavabdeh1 dəlilini isə kollegiya əsaslı hesab etmir; belə ki, birincisi cinayət işinə baxan məhkəmələrin qanuni qüvvədə olan qərarları ilə onun müvafiq cinayət əməllərini digər şəxs Qalib Zeynalovla birgə törətdiyi müəyyən olunsa da, o cinayət prosesinin icraatı zamanı vəfat etdiyi səbəbindən vərəsə qismində sonuncunun oğlu Cavabdeh2 qarşı da hazırkı tələb irəli sürülsə də, məhkəmə araşdırması zamanı onun məhrum atasından miras qalmış əmlakı nə formal, nə də faktiki qəbul etməsi müəyyən edilməmiş; ikincisi isə iddiaçı tərəfindən mərhum Qalib Zeynalovun vərəsləri olacaq digər şəxslərə qarşı hər hansı tələb irəli sürülməmişdir. Belə olan halda həmin şəxslərə münasibətdə qətnamə çıxarılması mümkün deyildir. Bu kontekstdə kollegiya Cavabdeh1 izah edir ki, əgər o, digər cavabdehin də iddiaçıya vurulmuş ziyandan məsuliyyət daşıdığını hesab edirsə, gələcəkdə mərhum Qalib Zeynalovun vərəsələrindən reqress qaydada tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 1114.2-ci maddəsinə əsasən, “birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır”. Mülki Məcəllənin 1114.2-ci maddəsində təsbit edilmişdir ki, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi nəticə qnauni əsaslara söykənir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(125)-3966/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 11.000 (on bir min) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 160 (bir yüz altmış) manat, cəmi 11.160 (on bir min bir yüz altmış) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-186/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-186/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver