Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1874/2024 15.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-881/2024 nömrəli qətnaməsindən cavabdeh X1 verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(013)-881/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh X3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-881/2024 nömrəli qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1495/2024 nömrəli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-881/2024 nömrəli qətnaməsindən cavabdeh X1 verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-881/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh X3 yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-881/2024 nömrəli qətnaməsindən cavabdeh X1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-881/2024 nömrəli qətnaməsi cavabdeh X2 xx.xx.2024-cü ildə şəxsən məhkəmə qəbzinə imza etməklə əldə etmişdir. Apellyasiya şikayəti isə, (sonuncu) xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin:- 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Göründüyü kimi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 881/2024 nömrəli qətnaməsi cavabdeh X2 xx.xx.2024-cü ildə şəxsən məhkəmə qəbzinə imza etməklə əldə etmişdir. Buna baxmayaraq, apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə imzalanmışdır ki, bununla qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsi isə, verilmiş apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğununu yoxlayarkən, həmin hala hüquqi qiymət vermədən, işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-881/2024 nömrəli qətnaməsindən cavabdeh X1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-881/2024 nömrəli qətnaməsindən cavabdeh X1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1874/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1874/2024
15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver