Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1879/2024 19.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X9 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi; sübut yetərsizliyi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 və cavabdeh X7 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(125)-574/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 19 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1096 nömrəli, 05 iyul 2013-cü il tarixli Sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində salınmış ticarət cərgəsindəki 150 kv,m torpaq sahəsində X3 tərəfindən inşa ediləcək mağazanın yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilməsi, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə inşaat pasportunun hazırlanmasının təmin edilməsinin tapşırılması, Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas olduğunun sifarişinin nəzərinə çatdırılması, layihələndirilmə başa çatdıqdan sonra müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyatı üzrə müraciət olunması və Sərəncamın icrasına nəzarət Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının müavini N.Həmzəyevə həvalə edilməsi qərara alınmışdır;
2. Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1086 nömrəli, 15 iyul 2013-cü il tarixli Sərəncamının surətindən görünür ki, Gəncə şəhəri Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsindəki 75,0 kv,m torpaq sahəsində İddiaçı tərəfindən inşa ediləcək “Gözəllik salonu”nun yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə inşaat pasportunun hazırlanmasının təmin edilməsinin tapşırılması, Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas olduğunun sifarişçinin nəzərinə çatdırılması, layihələndirilmə başa çatdıqdan sonra müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunması və Sərəncamın icrasına nəzarətin Nizami Rayon İcra Hakimiyyəti Başçısının müavini B.Hümbətova həvalə edilməsi qərara alınmışdır;
3. 20 dekabr 2020-ci il tarixli, 8İ-3573 reyestr nömrəli, **********573 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə İddiaçı qeyd etmişdir ki, X9 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Həmin məbləğdən 6276 (altı min iki yüz yetmiş altı) manat X7 qohumları tərəfindən ona ödənilmişdir. Odur ki, ona ödənilmiş 6276 (altı min iki yüz yetmiş altı) manat pulla bağlı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaq. Yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir;
4. 03 avqust 2022-ci il tarixli, 8İ-2649 reyestr nömrəli, **********649 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə İddiaçı qeyd etmişdir ki, X9 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Həmin məbləğdən 6276 (altı min iki yüz yetmiş altı) manat X7 qohumları tərəfindən ona ödənilmiş və ödənilmiş 6276 (altı min iki yüz yetmiş altı) manat pulla bağlı heç bir şikayəti və tələbi olmadığına dair xx.xx.2020-ci ildə Gəncə şəhəri 2 saylı notariat ofisində 8İ-3573 saylı reyestrlə təsdiq edilmiş ərizə vermişdir. Sonradan 15000 (on beş min) manat puldan isə X7 qohumları tərəfindən ona yalnız 3000 (üç min) manat pul ödənilmişdir. Odur ki, bu günkü tarixdə X7 ona olan borcu 12000 (on iki min) manat təşkil edir;
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(100)-34/2022 nömrəli hökmündən görünür ki, X1 şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 27 iyun 2012-ci ildən Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləyən X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2013-cü ilin iyul ayında Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 m2 ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsini Gəncə şəhər sakini İddiaçı adına sənədləşdirilməklə istifadəsinə verilib sonuncunun orada aparacağı tikintiyə İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı kimi özünə və Əli Rüstəmliyə xidməti vəzifələrinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən 7000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə İddiaçı razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, həmin niyyətlə İddiaçı Əli Rüstəmli vasitəsilə sonuncunun Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında 6 iyul 2013-cü il tarixdə 8000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6276 manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini Əli Rüstəmli ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, səlahiyyəti olmadığı halda Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı kimi Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 m2 torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi haqqında tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edərək rəsmi sənəd sayılan 916 nömrəli 25 iyun 2014-cü il tarixli sərəncam verməklə, Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, ümumilikdə qeyd edilən qaydada Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı 6.276 manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində İddiaçı təkrarən təhrik etmişdir;
6. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(100)-34/2022 nömrəli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X9 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Cavabdeh onu aldatdığından onun barəsində AR Baş Prokurorluğu Yanında Korrupsiya İdarəsində barəsində cinayət işi aparılan zaman onun qohumları tərəfindən ona cavabdehə verdiyi 8000 ABŞ dolları pulun ona verdiyi məzənnəyə uyğun olaraq 6276 manat pul və 15000 manat puldan isə 3000 manatı qaytarılmışdır. Buna dair onun tərəfindən cavabdehin qohumlarına səlahiyyətli orqanların adına yazılmış ərizə verilmişdir. Həmin ərizəni iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh dəfələrlə onu aldatmış və ona olan borcunu ödəməmişdir. Bu baxımdan cavabdehə verdiyi pulun qaytarılması cavabdeh və onun yaxın qohumları tərəfindən təmin edilmədiyindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. O, özü ahıl və xəstə olduğundan həmin pulları özünün qocalığı üçün toplamış, lakin, cavabdeh isə həmin pulları ondan aldadaraq aldığından o, cavabdehin barəsində şikayət etdikdən sonra cavabdehin qohumları tərəfindən ərizəsində də göstərdiyi kimi ona qeyd etdiyi məbləğdə qaytarmışlar. Lakin, hazırda ona olan cavabdehin borcu tam ödənilməmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(125)-574/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı cavabdeh X9 qarşı “pul və əmlak” tələbinə dair iddiasının rədd edilməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.4, 374.1, 374.2, 373.5, 375.1, 375.2, 377.1, 377.2, 1091.1, 1091.2, 1092.2, 1092.1.1, 1092.1.2, 1092.3 və 1095-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, 2013-cü ildə Gəncə şəhərində torpaq sahəsi götürüb obyekt tikdirmək istəmişdir. Bununla əlaqədar həmin vaxt İcra Hakimiyyətinin Arxitektura və tikinti şöbəsinin müdiri işləmiş cavabdeh X9 müraciət etmişdir. O, 15000 manat müqabilində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində salınmış ticarət cərgəsindən həyat yoldaşı Feniyanin adına torpaq sahəsinin ayrılması barədə xx.xx.2013-cü il tarixli, 1096 nömrəli sərəncam vermişdir. Eyni zamnda, cavabdeh Əli Rüstəmli ona təklif etmişdir ki, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində gözəllik salonu tikdirmək üçün 75 kv.m torpaq sahəsini 7000 manata sata bilər. O da cavabdeh Əli Rüstəmli ilə razılaşıb sonuncuya 8000 ABŞ dolları pul vermişdir. Cavabdeh Əli Rüstəmli xx.xx.2013-cü il tarixli 1086 nömrəli sərəncam vermişdir. Orada tikinti işlərinə başlayanda qonşuluqda yaşayan şəxs mübahisə edərək torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bu zaman cavabdeh Əli Rüstəmlinin qəbuluna gedib pulunu geri qaytarmaq istəmiş, lakin müsbət nəticə olmamışdır. xx.xx.2014-cü il tarixdə cavabdeh yenidən 916 nömrəli sərəncam verib bildirmişdir ki, “obyekt deyil burada fərdi ev tikdir”. O da həmin sərəncam əsasında 51000 manat dəyərində ev inşa etdirmiş, lakin qonşu ilə olan mübahisə davam etdiyi üçün məcbur olub evi 29000 manata satmaqla xeyli ziyana düşmüşdür. Bundan başqa 15000 manata aldığı torpaq sahəsindəki tikinti keçmiş icra başçısının göstərişi ilə dağıdılmışdır. Cavabdeh Əli Rüstəmli həbs edildiyi üçün sonuncunun qohumları 8000 ABŞ dollarının ekvivalenti olan 6276 manat pulu ona qaytarmışlar. O, xx.xx.2020-ci il tarixdə bu barədə notariat kontorunda ərizə verərək gələcəkdə ondan pul tələb etməyəcəyini bildirmişdir. Bundan sonra 15000 manat pulun 4000 manat hissəsi ona qaytarılmışdır. Cavabdeh Əli Rüstəmlinin qohumları ona söz vermişlər ki, yaxın vaxta pulun qalan hissəsini də qaytaracaqlar. Bir müddət gözləmiş, lakin pul qaytarılmadığından məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatında olan vaxt cavabdeh tərəf ona yenidən 1600 manat pul qaytarmışdır. Beləliklə, cavabdeh ona cəmi 9400 manat pul qaytarmalıdır. Məhkəmə əsassız olaraq iddia müddətinin keçməsi əsası ilə iddia tələbini rədd etmişdir. Çünki, məhkəmənin 19 fevral 2024-cü il tarixli qiyabi qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Həmin qətnamə çıxarılarkən iddia müddətinin keçməsi barədə məsələ müzakirə predmeti olmamışdır. Bundan başqa, ilk dəfə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəf 2020-ci ildə ona 6276 manat, bir müddət sonra isə 4000 manat pul qaytarmışdır. İddia ərizəsi məhkəmənin icraatında olanda isə cavabdeh 1500 manat pulu qaytarmışdır. Bunula da cavabdeh borcu etiraf etmişdir. Nəticədə iddia müddətinin axımı kəsilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdeh ona 12000 manat pul qaytarmalı idi. Lakin, 1000 manat ödəniş olduğuna görə iddia ərizəsində 11000 manat pul vəsaiti göstərmşdir. Həmçinin, məhkəmə prosesi zamanı da ödənişlər olmuş və cavabdehin hazırda olan 9000 manat borcu qalmışdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı torpaq sahəsi ayrılması məqəsdi ilə cavabdehə 15000 manat bir 8000 manat da bir pul vermişdir. Cavabdeh həmin pul məbləğindən 8000 manat pul cinayət işinin prosesi zamanı ödənilib. Həmçinin, 15000 manat puldan da bir qisim ödənişlər edilmişdir. Hazırda cavabdehin iddiaçıya 9000 manat civarında borcu qalıb. Cavabdeh tərəf aprel və may aylarında hissə-hissə ödəniş etmişdir. Əslində, qiyabi qətnamə ləğv edilməməli idi. Ödəniş olduğuna görə sonradan iddia tələbinin həcmi azaldılmışdır. Bu halda iddia tələbinin əsaslığına dəlalət edir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, notarial qaydada təsdiqlənmiş ərizəni cavabdeh tərəf iddiaçıya yazdırmışdır. Əslində hazırkı mübahisənin cinayət işinə aidiyyəti yoxdur. Əgər ödənişlər olmasaydı niyə iddiaçı bu məzmunda ərizə verirdi? Həmin ərizələr cavabdehin iştirakı ilə yazılıb. Cinayət işinə baxılarkən hansı məqsədlə bu cür ərizə yazdırıblar. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 8000 ABŞ dolları məbləğində ziyan vurulmuş, həmin vəsait də iddiaçıya ödənilmişdir. Hazırda tələb olunan 11000 manata münasibətdə isə iddiaçının tələbini sübuta yetirilmir. Bundan əlavə, hazırkı iddia üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, təmsil etdiyi şəxsin özü və qohumları tərəfindən iddiaçıya qeyd etdiyi 3000 manat ödənilməmişdir. Eləcə də, 2024-cü ilin aprel və ay aylarında cavabdeh tərəfindən iddiaçıya ödənilmiş vəsait hazırkı işin icraatı zamanı qiyabi məhkəmə qətnaməsi əsasında cavabdehdən məcmuri qaydada tutulmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X10 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. O, məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
21. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia etmişdir ki, Cavabdeh 2013-cü ildə mağaza tikintisi üçün 15000 manat pul vermiş, cavabdeh isə borcun bir qismini ödəmiş, qalıq 11000 manat vəsaiti ödəməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbini təmin edilməmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
34. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.
35. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur və.s. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcudluğu sübut olunmur. Belə ki, İddiaçı Cavabdeh mağaza tikintisi üçün icazənin verilməsi məqsədilə 15000 manat verdiyini və həmin məbləğdən ümumilikdə 4000 manat məbləğini geri qaytardığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bununla belə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(100)-34/2022 nömrəli hökmü əsasında məhkum edilmişdir. Həmin hökmdən görünür ki, cavabdeh Əli Rüstəmli həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 27 iyun 2012-ci ildən Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləyən X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2013-cü ilin iyul ayında Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 m2 ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsini Gəncə şəhər sakini İddiaçı adına sənədləşdirilməklə istifadəsinə verilib sonuncunun orada aparacağı tikintiyə İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı kimi özünə və Əli Rüstəmliyə xidməti vəzifələrinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə İddiaçı razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan suiistifadə edərək onunla sövdələşib, həmin niyyətlə İddiaçı Əli Rüstəmli vasitəsilə sonuncunun Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında 6 iyul 2013-cü il tarixdə 8.000 (səkkiz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.276 (altı min iki yüz yetmiş altı) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini Əli Rüstəmli ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, səlahiyyəti olmadığı halda Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı kimi Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 m2 torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edərək rəsmi sənəd sayılan 916 nömrəli 25 iyun 2014-cü il tarixli sərəncam verməklə, Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, ümumilikdə qeyd edilən qaydada Əli Rüstəmli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə İddiaçı 6.276 (altı min iki yüz yetmiş altı) manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmçinin həmin hökmündən görünür ki, İddiaçı notariat ofisində verdiyi xx.xx.2020-ci il tarixli ərizəsi ilə X4 heç bir şikayət və tələbi olmadığını və ona dəymiş 6276 manat ziyan tam şəkildə ödənildiyini bildirmişdir. Göründüyü kimi qanuni qüvvədə olan hökmlə müəyyən edilmiş hallara əsasən İddiaçı cavabdeh Əli Rüstəmliyə 2013-cü ildə mağaza tikintisi üçün 15000 manat məbləğində pul verməsi epizodu öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş hökmlə iddiaçının tələbində əsaslandırdığı halların müəyyən edilməməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır və həmin halın məhkəmə tərəfindən yenidən araşdırılmasına zərurət yoxdur. Məhkəmə kollegiyası iddiaçı tərəfin “X9 8000 ABŞ dolları və 15000 manat pul verməsi, həmin məbləğdən 6276 (altı min iki yüz yetmiş altı) manat ona ödənilməsi və sonradan 15000 (on beş min) manat puldan isə X7 qohumları tərəfindən ona 3000 (üç min) manat pul ödənilməsi halının cavabdehin borclu olmasına dəlalət etməsi barədə arqumentlərinə hüquqi qiymət verərək qeyd edir ki, həmin arqumentlər əsassızdır. Belə ki, iddiaçının göstərdiyi həmin hal başqa sübutlarla təsdiq olunmur. Həmçinin kollegiyanın iclasında cavabdehin nümayəndəsi izahatında həmin halı təkzib etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392- 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(125)-574/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.