Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1882/2024 29.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2909/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2909 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2909/2024 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2909/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Cavabdeh şikayətlə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2909/2024 saylı qərardadının ləğv edilməsi, əks təqdirdə şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2909/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qətnaməsi ona poçt vasitəsilə göndərilmiş olsa da, o, həmin qətnaməni qeydiyyatda olduğu ünvanda yaşamadığından əldə edə bilməmişdir. Ona görə də, qətnamədən apellyasiya şikayəti vermək müddətini üzrlü səbəbdən ötürmüşdür. Məhkəmə qərardadında məhkəmə qətnaməsinin ona təqdim edildiyini, sonradan müraciət edərkən rüsum ödəyib götürdüyünü qeyd etmiş olsa da, ona birinci dəfə məhkəmə qətnaməsi təqdim edilməmişdir. O, müraciət edərkən qətnamə ona təqdim edilmədiyindən o, məcbur olub dövlət rüsumu ödəmışdir. O, qətnaməni rəsmi qaydada qəbzə imza etməklə Şəmkir Rayon Məhkəməsindən 22 may 2024-cü il tarixdə götürmüşdür. Məhkəmə qətnaməsini götürdükdən sonra apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2909/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə icra icraatının tərəflərinə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2909/2024 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh verdiyi şikayətə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2909 nömrəli qətnaməsi 22 yanvar 2024-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş və 27 yanvar 2024-cü il tarixdə həmin ünvanda qətnamə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Lakin cavabdeh şikayətində qətnaməni poçt vasitəsilə əldə etmədiyini bildirr. Birinci instansiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin verildiyi poçt xəbərnaməsindən qətnamənin şəxsən cavabdehin özünə verildiyi müəyyən olunur. Eləcə də, qətnaməni ərizə ünvanlayaraq və təkrar qətnamənin götürülməsi üçün rüsum ödəyərək təkrar əldə etmişdir. İddiaçı qətnaməni rəsmi qaydada aldığı vaxtdan 1 aydan çox müddət keçdikdən sonra apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, cavabdeh şikayətinin dəlillərində göstərmişdir ki, 22 dekabr 2023-cü il tarixli qətnaməsi ona poçt vasitəsilə göndərilmiş olsa da, o, həmin qətnaməni qeydiyyatda olduğu ünvanda yaşamadığından əldə edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə, cavabdehin həmin dəlillərinin yoxlanılması istiqamətində heç bir araşdırma aparmamış, xəbərnamədə olan imzanın kim tərəfindən imzalanmasını araşdırmamış və cavabdehin həmin dəlilini yoxlayıb hüququ qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsində müəyyən olunmuş səlahiyyətə və yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2909/2024 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh verdiyi şikayətə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə işə baxarkən, yuxarıda qeyd edilən halları araşdırmalı, lazım gələrsə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməli və qanunu qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2909/2024 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Cavabdeh verdiyi şikayətə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1882/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1882/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver