Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1884/2025 10.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(076)-276/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, ibtidai istintaq dövründə 01 gün tutulması nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cəza yüngülləşdirilməklə üzərində qəti olaraq 5700 manat cərimə cəzası saxlanılmışdır.
2. AB 418436 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, “Hyundai Santafe” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, qəzaya uğramış “Hyundai Santafe” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12020 manat məbləğində zərər dəymişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/812 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən baş vermiş hadisə nəticəsində 2010-cu il buraxılışlı “X9” minik markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9671 manat məbləğində müəyyən edilmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-870/2025 nömrəli qətnaməsindən görünür ki, "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırmış, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 9500 manat, və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 115 manat, cəmi 9615 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən görünür ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********/640453777 nömrəli ödəniş tapşırığı üzrə PAA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 5000 manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür.
6. İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə hesaba 5000 manat məbləğində vəsait köçürülmüşdür.
7. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Şəmkir rayon Vəkil Bürosunun hesabına vəkil xidmət haqqı olaraq 500 manat məbləğində vəsait ödənilmişdir.
8. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli hesablama aktından görünür ki, İddiaçı məxsus “X9” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil (ehtiyyat hissələri və əmək haqqı ilə birlikdə) yekun olaraq 6015,00 manat dəyərində ziyan dəymişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7020 manat pulun, 500 manat vəkil xidmət haqqının və 90 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə Şəmkir şəhərində qeydiyyatda olmaqla yaşayır. “Hyundai Santafe” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010-cu il tarixli, AB N 418436 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında onun mülkiyyətindədir. Ona məxsus “Hyundai Santafe” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili oğlu X4 etibarnamə əsasında idarə etmişdir. X8 16 mart 2023-cü ildə Gəncə şəhərində təhsil alan qızını Şəmkir şəhərində yerləşən evinə aparmaq üçün qeyd edilən avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Volkswagen Polo” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 80-90 km/saat sürətlə idarə edərkən hərəkətdə olduğu sürətlə qəflətən sağ tərəfdə olan torpaq ehtiyat hissənin üzərinə çıxmış, daha sonra isə həmin sürətlə sağ ehtiyat hissənin üzərindən sola yönəlib X8in idarə etdiyi avtomobilin qarşısına çıxaraq, “Volkswagen Polo” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə X8in idarə etdiyi avtomobilin ön sağ hissəsindən vurmuşdur. Hadisə nəticəsində X8, avtomobildə olan digər sərnişinlər xəsarət almışlar, həmçinin ona məxsus avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh törətmiş olduğu yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası CM-nin 263-1.1-cı maddəsi ilə təqsirli bilinərək, ona həmin maddə ilə ittiham irəli sürülmüş və cinayət işi baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin 1(076)- 276/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş maddi zərərin məbləği mütəxəssis rəyi ilə 12020 manat məbləğində müəyyən edilmişdir. Onun avtomobilinə dəymiş maddi zərərdən 5000 manat məbləğində pul sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Lakin, qalan 7020 manat məbləğində maddi zərər Cavabdeh tərəfindən ona ödənilməmişdir. O, dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh maddi imkanının olmadığını bildirərək, ona dəymiş maddi ziyanın qalan hissəsini ödəməkdən imtina etmişdir.
11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4671 (dörd min altı yüz yetmiş bir) manat pul, 500 manat hüquqi yardıma görə ödənilmiş xərc və 66,71 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus **-BR-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı avtomobilə zərər dəymiş, dəymiş zərərin 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmiş, cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərərin qalan hissəsini aradan qaldırmadığı üçün iddiaçı qalan məbləğin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1108.1-cu maddələrinə istinadla etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Gəncə Şəhər Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Apellyasiya şikayətimin təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsini iddiaçının xeyrinə tutulmalı olan maddi zərərin məbləği hissəsində dəyişdirilərək, ondan maddi zərərə görə İddiaçı xeyrinə 1015 (min on beş) manat pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 16 mart 2023-cü il tarixdə özünə məxsus “Volkswagen Polo” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə hərəkətdə olarkən avtomobilin Şəmkir rayonu Könüllü kəndinin ərazisində İddiaçı məxsus “Hyundai Santafe” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə nəticəsində İddiaçı məxsus “Hyundai Santafe” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə avtomobilin içərisində olan şəxslərə zərər dəymişdir. "xxxx" MMC ilə aralarıda bağlanmış xx.xx.2022-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən "xxxx" MMC“ qeyd edilən zərərin aradan qaldırılması üçün ümumilikdə 9.500 (doqquz min beş yüz) manat məbləğində sığorta ödənişi etmişdir. Sığorta şirkəti tərəfindən Hyundai Santafe minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 6.015 manat (altımin on beş manat) hesablanmış və avtomobilə dəymiş ziyana görə 5000 (beş min) manat məbləğində ödəniş həyata keçirilmişdir. Avtomobilə dəymiş zərərdən yalnız 1015 (min on beş) manatı aradan qaldırılmamış qalsa da, iddiaçı avtomobilə dəymiş zərərə görə ondan 7020 (yeddi min iyirmi) manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman o, avtomobilə dəymiş zərərlə bağlı iddiaçının təqdim etdiyi rəylə və həmin rəyə əsasən hesablanmış məbləğlə razılaşmamışdır. Belə ki, avtomobilə həmin rəydə qeyd edildiyi qədər ziyan dəyməmişdi. O, rəylə razılaşmadığından məhkəmə xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli 9/812 nömrəli ekspert rəyi ilə avtomobilə dəymiş ümumi zərər 9671 (doqquz min altı yüz yetmiş bir ) manat hesablanmışdır. Həmin ekspert rəyinə əsasən məhkəmə avtomobilə dəymiş zərərə görə ondan 4671 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmışdı. O, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, ekspert rəyinin təsviri hissəsindən də göründüyü kimi ekspert iddiaçının təqdim etdiyi servis müəssisəsinin arayışına əsasən rəy vermişdir. Halbuki həmin arayışı iddiaçı hazırlatmışdır. Hadisə zamanı avtomobilin zərər dəyməyən hissələrini də həmin arayışa yazdırmışdır. Belə ki, hazırki iş dayandırlıb ekspertizaya göndərildikdən sonra "xxxx" ASC hadisə nəticəsində avtomobildə olan şəxslərə və avtomobilə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən ödənilmiş 9500 manat pulun ondan tutulmasına dair iddia ilə məhkəməyə müraciət etdi. "xxxx" ASC-nin həmin iddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli hesablama aktının sürətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Santafe” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6015 (altı min on beş) manat məbləğində hesablanmışdır. Həmin fakt qüvvədə olan Gəncə Şəhər Məhkəməsinin (hakim C.Quliyev) xx.xx.2025-ci il tarixli e- 2(125)-870/2025 saylı qətnaməsi ilə təsdiq olunmuşdur. O, həmin qətnamənin sürətini tədqiq olunması üçün elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə etmişdir. Lakin məhkəmə həmin qətnaməni tədqiq etməmiş və avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halı (dəymiş zərərin məbləği) nəzərə almamış, yalnız iddiaçının təqdim etdiyi arayış əsasında verilmiş ekspert rəyinə əsaslanaraq qətnamə çıxarmışdır. Bundan başqa məhkəmə 500 manat hüquqi yardıma görə ödənilmiş xərcin ondan tutulması barədə nəticəyə gələrkən də haqlı olmamışdır. Belə ki, hüquqi yardım məhkəmə xərclərinə aid deyil. Məhkəmədə vəkillə təmsil olunmaq iddiaçının öz seçimidir, məcburi xərc deyil. Belə olan halda o həmin xərci niyə ödəməlidir? Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın. Məhkəmə hazırki işə baxarkan cavabdehin qeyd edilən konstitusion hüququnu pozmuşdur. Mübahisəyə yalnız iddiaçının mövqeyindən yanaşmışdır. Onun mənafeyi isə nəzərə alınmamışdır. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşə baxan birinci instasniya məhkəməsi qətnaməni hazırki maddə ilə əsaslandırsa da, maddənin tələblərini pozaraq iddiaçıya dəymiş real zərəri dəqiq müəyyən etməmişdir. Belə ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli hesablama aktı ilə təsdiq olunur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Santafe” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6015 (altımin on beş) manat məbləğində hesablanmışdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən "xxxx" həmin məbləğin 5000 manat hissəsini ödəmişdir. Belə olan halda o, iddiaçıya vurduğu real zərər üzrə 1015 manat ödəniş etməlidir. Lakin məhkəmə həmin məbləği 4671 manat müəyyən edib. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə onun təqdim etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tədqiq etməmiş, qətnamədə vurulmuş zərərin məbləği qeyd edilənlərlə ekspert rəyində göstərilən məbləğ arasında olan ziddiyəti aradan qaldırmaq üçün hər hansı addım atmamışdır. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Lakin göründüyü kimi məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq qətnamə çıxarmışdır, qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamışdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi hüquqi yardım almaq məhkəmə xərci deyil. Məhkəmə iddiaçının hüquqi yardıma görə ödədiyi vəsaitin ondan tutulmasında haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmənin hazırki qətnaməsini qanuni və əsaslə hesab etmir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi hazırki məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, "xxxx" ASCdən bildirdiklərinə görə Şəlalə Rzaayeva özü ərizə yazaraq dəymiş ziyanla razı olduğunu bildirmişdir. Onu qeyd etmişdir ki, İddiaçı da, dəymiş zərərlə razı olmuşdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı izahatında bildirdiyinə görə, dəymmiş ziyanla bağlı avto nəqliyyat hadissəsi baş verdiyini, hadisə nəticəsində iddiaçıya məxsus Hunday Santafe markalı avtomobilə zərər deymişdir. Həmin zərərlə bağlı iddiaçı sığorta şirkətinə müraciət edərək sığorta şirkəti 5000 manat ödəniş almış, iddiaçının özü isə 7000 manat xərc çəkdiyini bildirmiş və həmin xərci tələb etmişdir. "xxxx" ASC-dən Cavabdeh dəmiş bütün ziyanın tam şəkildə ödənildiyi bildirilmişdir. Ekspert rəyindən göründüyü kimi, ümumilikdə çəkilmiş xərclər 9671 manat təşkil etmişdir. Onlar "xxxx" ASC-yə müaciət edərək hesablama aktını tələb etsələr də, sığorta şirkəti bundan imtina etmişdir. xx.xx.2023-cü il tarixli hesablama aktına görə 6015 manat zərər dəymişdir.
17. İddiaçı tərəfə isə məhkəmə iclasınını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Lakin, iddiaçının vəkili Vəkil1 məhkəməyə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq 10 fevral 2026-cı il tarixinə təyin edilmiş iclasda üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. Maddə 1108.1. ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
23. Maddə 1108.3. yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianını təmin edilmiş 3656 manat hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-c il tarixli, 2(125)-157/2025 saylı qətnaməsi dəyişdirilməli və Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1015 (bir min on beş) manat pul tutularaq İddiaçı ödənilməlidir.
38. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
39. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
40. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh Rafiq qızı “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini pozaraq 16 mart 2023-cü il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən 382-ci kilometrliyində sürücülük vəsiqəsi olmadan idarə etdiyi Volsvagen Polo markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş və nəticədə X2 idarə etdiyi X9 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı X9 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş, həmçinin avtomobildə olan sərnişin İlkin Çərkəzovun sağlamlığına az ağır zərər vurulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 1(076)-276/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, ibtidai istintaq dövründə 01 gün tutulması nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cəza yüngülləşdirilməklə üzərində qəti olaraq 5700 manat cərimə cəzası saxlanılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı X2 idarə etdiyi X9 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Hesablama aktı əsasında (ehtiyyat hissələri və əmək haqqı ilə birlikdə) yekun olaraq 6015,00 manat dəyərində ziyan dəyməsi müəyyən edilmişdir. Həmçinin, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-870/2025 nömrəli qətnaməsindən görünür ki, "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırmış, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 9500 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 115 manat, cəmi 9615 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən görünür ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********/640453777 nömrəli ödəniş tapşırığı üzrə PAA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 5000 manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür.
41. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslnadırmışdır ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus **-BR-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı avtomobilə zərər dəymiş, dəymiş zərərin 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmiş, cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərərin qalan hissəsini aradan qaldırmadığı üçün iddiaçı qalan məbləğin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4671 manat pul və hüquqi yardıma görə ödənilmiş 500 manat xərc alınaraq İddiaçı verilməlidir.
42. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, qəzaya uğramış “Hyundai Santafe” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12020 manat məbləğində zərər dəymişdir. Həmçinin, həmin rəy əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/812 nömrəli ekspert rəyindən isə görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən baş vermiş hadisə nəticəsində 2010-cu il buraxılışlı “X9” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9671 manat məbləğində müəyyən edilmişdir. Görünüyü kimi iş materiallarında olan iki rəy arasında ziddiyyət mövcuddur. Lakin, birinci instansiya məhkəməsi ekspert rəyini əsaslı hesab etməsini əsaslandırmamışdır. Halbuki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
43. Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Hesablama aktına əsasən İddiaçı məxsus “X9” markalı, 57BR380 dövlət qeydiyyat nişanlı avtomobil (ehtiyyat hissələri və əmək haqqı ilə birlikdə) yekun olaraq 6015,00 manat dəyərində ziyan dəyməsi müəyyən edilmiş və faydalanan şəxs qismində isə İddiaçı isə hesablama aktına imza etmiş və onu mübahisələndirməmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçıya dəyən ziyanı müəyyən edərkən hadisə baş verən zaman "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Hesablama aktına əsasən İddiaçı məxsus “X9” markalı, 57BR380 dövlət qeydiyyat nişanlı avtomobil (ehtiyyat hissələri və əmək haqqı ilə birlikdə) yekun olaraq 6015,00 manat dəyərində ziyan dəyməsini və həmin ziyanla İddiaçı razılaşmasını nəzərə almamış, yenidən ekspertiza təyin etməklə dəymiş ziyanın məbləğini müəyyən etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Göründüyü kimi, sığorta ödənişi yalnız zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edildiyi halda ödənilir və iddiaçı da onun avtomobilinə dəymiş zərərin həcminin "xxxx" ASC tərəfindən 6015 manat qiymətləndirilməsi ilə razılaşmışdır. Odur ki, “X9” markalı, 57BR380 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 5000 manat hissəsi isə "xxxx" ASC tərəfindən ödənildiyindən Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1015 manat tutularaq İddiaçı ödənilməlidir.
44. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-c il tarixli, 2(125)-157/2025 saylı qətnaməsi dəyişdirilməli, 1015 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
45. Kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda birinci instansiya məhkəməsinin aktı qismən, yəni 1015 manat hissədə mübahisələndirildiyindən hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsi “Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4671 (dörd min altı yüz yetmiş bir) manat pulun tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1015 (bir min on beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirlməsin. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.