Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1896/2024 07.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 18000 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 144 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, Cavabdeh2 18000 (on səkkiz min) manat pul və 144 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin "xxxx" ASC-nə münasibətdə təmin edilməməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx"ASC-nin Gəncə şəhər filialının X15 müdiri vəzifəsində işləyərkən onun "xxxx" ASC-nin Gəncə şəhər filialının X7 ******************** saylı depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə ondan xx.xx.2017-ci il tarixdə 22000 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Gəncə şəhər filialının X15 inzibati binasında alaraq, guya onun ******************** saylı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında xx.xx.2017-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzinə hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə ona təqdim etmişdir. Qanuni qüvvəsini almış məhkəmə hökmü üzrə o, zərərçəkmiş şəxs qismində tanınmış və hökm əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 onun müraciətinə əsasən bankın Gəncə filialında onun adına hesab açmış, həmin hesaba mədaxil etmək adı ilə ondan xx.xx.2017-ci il tarixdə 22000 manat pulu bankın X15 inzibati binasında alaraq həmin pulu onun bankda qeyd olunan hesabına mədaxil etməyərək şəxsi ehtiyaclarına xərcləməklə ona məxsus xeyli miqdarda aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. İşin əsli ondadır ki, Azərbaycan Beynaxalq Bank ASC-dən ona məktub daxil olmuşdur ki, onun qoyduğu depozit növü ləğv olunmuş və növbəti dəfəyə uzadılmayacaqdır. Ona görə də, bankda mövcüd olan digər depozit növünə pulunu yatızdırmağı təklif olunmuşdur. Cəlil ona Gəncə filialında öz adına yığdığı 21657 manat pulu çıxardaraq 12 faizlə onun, yəni Cəlilin özünün işlədiyi şöbədə depozita qoymağını təklif etmişdir. O da xx.xx.2017-ci il tarixdə 21657 manat pulunu çıxardaraq üstünü də düzəldib 22000 manat edərək həmin pulu depozitə qoymaq üçün Beynǝxalq bankın Gəncə filialının X15 müdiri Cavabdeh2 yanına getmişdir. Şöbədə kompyuterdə işləyən Aysel adlı qız sənədləri çıxartdıqdan sonra Cəlil sənədləri ona imzalatmış va o, pulu Cəlilə vermişdir. Cəlil şöbədə pulu ondan qəbul edərək əmanət kitabçasını və depozit müqaviləsini imzaladıb, pulu sayaraq götürmüş və ona kassa mədaxil orderi vermişdir. Cavabdeh2 "xxxx" ASC-nin “Gəncə” filialının müdiri vəzifəsində işlədiyindən, vurduğu ziyan əmək vəzifələrinin icrası zamanı baş verdiyindən "xxxx" ASC işçisinin vurduğu ziyana görə məsuliyyət daşımalıdır. Cavabdeh2 ondan banka qoymaq adı ilə pul alması və mənimsəməsinin işəgötürənin (bankın) tapşırığı əsasında yerinə yetirdiyi əmək funksiyasının icrası ilə bağlıdır. Çünki ziyanın Cavabdeh2 əmək vəzifələrinin icrası ilə bağlı vurulması Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu iltarixli 1(100)-11/2019 saylı hökmü ilə öztəsdiqini tapır. Ona görə də hesab edir ki, "xxxx" ASC-dən və Cavabdeh2 18000 manat pulun tutularaq ona verilməsi barədə tələbi qanuni və əsaslıdır. Cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 və cavabdeh bankın nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki penitensiar müəssisəsində cəza çəkən Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə kollegiyasına ərizə ünvanlanaraq nümayəndələri xx.xx.2024-cü il tarixində saat 16:00-da Şəki Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə iştiraka etməsi üçün xx.xx.2024-xx.xx.2024-cü il tarixində Şəki şəhərində ezamiyyətdə olduğundan üzrlü səbəbdən məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəklər.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, sözügedən məbləğin bankla heç bir əlaqəsi yoxdur. İddiaçı və Cavabdeh2 bir-birilərini şəxsən tanımışlar. Banka 22000 manat depozitə qoyulması ilə bağlı kassa mədaxil qəbzi mövcud olmamışdır. Belə ki, Cəlil "xxxx" ASC-də şöbə müdiri işləmiş, pulu götürmək səlahiyyəti olmamış, verilən kreditləri qəbul etmişdir. Bankın bu məsələdə heç bir marağı yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 18000 (on səkkiz min) manat pul və 144 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməmiş hissəsini mübahisələndirsə də, tələb bölünməz olduğundan, qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 saylı qərardadının 14-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır. Həmçinin, həmin qərardadda qərara alınmışdır ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. İş materiallarında olan: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(104)-139/2019 saylı qərarının surətindən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmündən məhkum Cavabdeh2, onun müdafiəçisi X1 və zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Cavabdeh2 barəsində 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. "xxxx" tərəfindən müştəri İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-də İddiaçı adına AZ74İBAZ******************** nömrəli hesab açılmışdır "xxxx" tərəfindən verilmiş əmanət kitabçasının surətindən görünür ki, İddiaçı adına ******************** hesab nömrəsi açılmışdır. xx.xx.2017-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı məxsus ******************** nömrəli hesabdan 21657 manat vəsait məxaric edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, zərərçəkmiş şəxs İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli, 500 saylı mədaxil qəbzinin surəti və onun məhkum olunmuş Cavabdeh2 Tofiq oğlu ilə üzləşdirmə protokolları cinayət işinin materiallarında aşkar edilməmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin (İİcild səh 189-192) materiallarında olan şahid X4 ifadəsində göstərmişdir ki, İddiaçı müştəri kimi tanımışdır. Sevil xx.xx.2017-ci ildə hesabından 21657 manat pul məxaric etmiş və o, bu məxarici sistemə işləmişdir. Daha sonra is üstünü düzəldərək pul qoyacağını bildirib çıxıb getmişdir. Daha sonra İddiaçı Şöbəyə qayıdaraq hesabına 22000 manat pul qoymaq istədiyini bildirmişdir. Həmin vaxt cəlil onu yanına çağıraraq sənədləşmə işləri aparmış və sayını bilmədiyi məbləğdə pulu ondan alaraq əmanət kitabçasını yazmış və müqavilə imzalatmışdır. O, həmin vaxt başqa müştəri ilə məşğul olduğunqdan İddiaçı sənədləşmə işlərini Cəlilin özü gördüyünü görsə də nə yazdığını bilməmişdir. Cinayət işinin (İİ-cild səh 201) materiallarında olan şahid X8 ifadəsində göstərmişdir ki, İddiaçı müştəri kimi tanımışdır. Sevil xx.xx.2017-ci ildə hesabından 21657 manat pul məxaric etmiş, əməliyyat işləri aparıldıqdan sonra o, kassadan həmin pulu qəbz əsasında Sevilə təhvil vermişdir. Daha sonra Sevil çıxıb getmişdir. Onun hasebına 22000 manat pul mədaxil etməsini xatırlamır. Cinayət işinin (İİ-cild səh 164) materiallarında olan İddiaçı izahatında göstərmişdir ki, O, əvvəllər X10 filialında özünə hesab açdıraraq 21657 manat pul yığmış, sonradan 2017ci ilin oktyabr ayında həmin pulu hesabdan götürüb elə həmin gündə X12 Gəncə filialında əvvəllər oranın işçisi kimi tanıdığı Cəlil müəllimə vermişdir ki, onun hesabına yatırsın və ondan sonra müəyyən sənədlərə Cəlil müəllimin iştirakı ilə imzalamışlar. Cinayət işinin (İİ-cild səh 192) materiallarında olan təqsirləndirilən şəxs Cavabdeh2 ifadəsindən görünür ki, İddiaçı onun tanışıdır. O, ona müraciət edərək hesabına 22000 manat məbləğində pulu hesabına qoymaq istəmiş, o, ona narahat olmamağını demiş və sənədləşməni özü edəcəyini bildirmişdir. 22000 manat pulu ondan alsa da hər hansı bir məbləğdə depozitə pul qoymayaraq həmin pulu özünə götürmüşdür. Daha sonra onu inandırmaq üçün şöbəyə çağıraraq müəyyən sənədləri imzalatmışdır. 2018-ci ilin fevral ayında o hesabından 4000 manat pul lazım olduğunu bildirdiyi üçün o, özü düzəltdiyi 4000 manat pulu ona vermişdir ki, şübhələnməsin. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə səzasına məhkum edilmişdir. Qeyd olunan cinayət işi üzrə Cavabdeh2 zərərçəkən şəxs (hazırki iddiaçı) İddiaçı da 22000 manat pulunu dələduzduq yolu ilə ələ keçirməsində təqsirli bilinmiş və ona verilmiş ittihamda təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə X5 Beynəlxalq Bankın depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzi hazırlayaraq imzası ilə işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə İddiaçı təqdim edib vəzifə saxtakarlığı törətdiyi göstərilmişdir. 2018-ci ilin fevral ayında iddiaçı hesabından 4000 manat pul lazım olduğunu bildirdiyi üçün o, özü düzəltdiyi 4000 manat pulu ona vermişdir ki, şübhələnməsin. İddiaçı iddia etmişdir ki, Cavabdeh2 "xxxx" ASC-nin “Gəncə” filialının müdiri vəzifəsində işlədiyindən, vurduğu ziyan əmək vəzifələrinin icrası zamanı baş verdiyindən "xxxx" ASC də həmçinin, işçisinin vurduğu ziyana görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, İddiaçı vurulmuş zərərin əvəzinin tələb etməsi üçün "xxxx" ASC -yə qarşı tələb hüququ yaranmışdır. Belə ki, mülki hüquq pozuntusu Cavabdeh2 təqsiri ucbatından baş versə də, "xxxx" ASC Cavabdeh2 işəgötürəni olduğundan cavabdehin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Ona görə də, İddiaçı dəymiş zərər kimi ödənilmiş 18000 manat pul və ödənilmiş 144 manat dövlət rüsumu tutularaq cavabdeh "xxxx" ASC-dən tutulmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə 18000 manat pulu ələ keçirərək dələduzluq etməkdə cavabdeh X2 təqsirli olması müəyyən edildiyindən "xxxx" ASC -nin cavabdeh X6 qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddiprosessual hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş və hüququn tətbiq edilməsində səhv buraxmışdır ki, bu hallar da,mMəhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 18000 (on səkkiz min) manat pul və 144 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 18000 (on səkkiz min) manat pul və 144 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1896/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1896/2024
07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver