Məhkəmə qərarları › İş №2(104)-1904/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1904/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1904/2025 21.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X20 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1413/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 yanvar 2026cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2(125)-4162/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X55 cavabdehlər İddiaçı, Cavabdeh və X56 qarşı pulun tutulması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X21 13120 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,36 manat pul müştərək qaydada tutularaq iddiaçı X82 ödənilməsi qət edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2(125)-5492/2025 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və X114 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X150 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(125)- 4162/2024 nömrəli qətnaməsi - iddianın qalan hissədə təmin edilməməsi - hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilmişdir. Cavabdehlər İddiaçı və X21 1500 manat müştərək qaydada tutularaq iddiaçı X82 ödənilməsi, cavabdehlər İddiaçı və X21 müştərək qaydada ümumilikdə iddiaçı X55 xeyrinə tutulan məbləğ 14620 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 129,36 manat müəyyən edilməsi, iddiaçı X150 tərəfindən verilmiş apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

3. Şəkillərdən görünür ki, 5243 4544 1044 2931 nömrəli kart Allahverdiyev Çingizə, 5213 6751 6917 1189 nömrəli kart Hüseynli İsrafilə, 5243 7544 1025 5598 nömrəli kart Talıbov Fikrətə, 5243 7544 1051 5421 nömrəli kart Mahmudova Kifayətə məxsusdur.

4. 30 avqust 2021-ci il tarixli, 2002 nömrəli bank qəbzindən görünür ki, İddiaçı tərəfindən **********0082 nömrəli hesaba həmin tarixdə 3800 ABŞ dolları pul köçürülmüşdür.

5. Qəbzlərdən görünür ki, 5243 75XX XXXX 5361 nömrəli kart nömrəsinə avqustsentyabr aylarında 3200 manat, 650 manat, 1815 manat, 1900 manat və 1700 manat olmaqla, ümumilikdə 9265 manat pul köçürülmüşdür.

6. Qəbzlərdən görünür ki, İddiaçı Cavabdeh bank hesabına 2021-ci ilin iyun-sentyabr aylarında 9 dəfə ayrı-ayrı vaxtlarda 1700 manat, 1700 manat, 200 manat, 1000 manat, 1365 manat, 3905 manat, 1870 manat, 2550 manat, 2040 manat olmaqla ümumilikdə 19533 manat pul ödəmişdir.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün nəticə hissəsindən görünür ki, X189 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X189 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 10 gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəza ilə qismən birləşdirilməklə X189 qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X115 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: X57 dəymiş 510 manat maddi ziyan; X116 9.000 manat; X58 900 dollar və ya 1530 manat; X235 450 dollar və ya 765 manat; X117 6050 dollar və ya 19.285 manat; X118 11.000 manat; X151 7.000 dollar və ya 11.900 manat X34 2 684 manat; X119 7000 manat; X13 27.000 manat; X120 1000 manat; X190 12.000 dollar və ya 20.400 manat; X35 1285,5 manat; X83 700 dollar və ya 1.190 manat; X59 3972 dollar və ya 6752 manat; X36 31.700 manat; X60 3.375 manat; X152 8.000 dollar və ya 13.600 manat; X61 50.000 manat; X153 21.000 dollar və ya 35.000 manat; X191 12.000 manat; X84 1970 manat; X22 20.400 manat; X9 9.700 dollar və ya 16.940 manat; X85 21.000 manat; X62 20.350 dollar və ya 34595 manat; X10 5.474 dollar 9305 manat; X121 4000 dollar və ya 6800 manat; X224 9.742 dollar və ya 16561 manat; X122 4.780 dollar və ya 8126 manat; X192 1.800 dollar və ya 3.060 manat; X37 15 000 dollar və ya 25500 manat; X63 3.150 dollar və ya 5355 manat; X38 3.850 dollar və ya 6545 manat; X86 5400 dollar və ya 9180 manat; X39 5.100 manat; X23 3.600 dollar və ya 6120 manat; X123 30.000 dollar 51000 manat; X124 22.100 manat; Coşkun Hamdinə 26.200 dollar və ya 44540 manat ; X193 680 manat; X24 17.550 dollar və ya 29835 manat; X64 1800 dollar və ya 3.060 manat; X154 16.000 dollarvə ya 27200 manat; X82 14.620 manat; X155 850 manat; X194 13.350 dollar və ya 22695 manat; X87 600 dollar və ya 1020 manat; X195 8.400 manat; X156 19.380 manat; X88 3.650 dollar və ya 6250 manat; X40 15.000 manat; X41 5060 manat; X89 25.000 dollar və ya 42500 manat; X65 3.500 dollar və ya 5950 manat; X3 15.300 dollar və ya 26010 manat; X196 1.300 dollar və ya 2210 manat; X110 300 dollar və ya 510 manat; X1 2600 dollar və ya 4420 manat; X90 3600 dollar və ya 6120 manat; X125 3000 dollar və ya 5100 manat; X91 16.000 dollar və ya 27200 manat; X6 1000 manat; X66 2.000 dollar və ya 3400 manat; X67 595 manat; X157 10.000 dollar və ya 17.000 manat, həmçinin 5.000 manat; X42 1500 dollar və ya 2550 manat; X92 4.300 dollar və ya 7310 manat; X68 6200 dollar və ya 10540 manat; X93 4200 manat; X158 600 dollar və ya 1020 manat; X360 22.000 dollar və ya 37400 manat; X43 10.400 dollar və ya 17680 manat; X2 3.800 dollar və ya 6460 manat; X69 900 dollar və ya 1530 manat; X159 10.000 manat; X126 20.000 manat; X44 10.000 dollar və ya 17.000 manat; X197 3.000 manat; X36 31.700 manat; X61 50.000 manat; X153 21 000 dollar və ya 35700 manat; X25 6200 manat; X225 1000 dollar və ya 1700 manat; X127 dəymiş 5541 ABŞ dolları və ya 9419 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmış; X.X.Yaxyayev cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, X.X.Yaxyayevin cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablanması, X.X.Yaxyayev barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş; X94 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X94 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; G.Q.Abdullayevanın 17 noyabr 2021-ci il tarixdən 19 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət nəzərə alınmış və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X94 qəti olaraq 11 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X45 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: X57 dəymiş 510 manat maddi ziyan; X116 9.000 manat; X58 900 dollar və ya 1530 manat; X235 450 dollar və ya 765 manat; X117 6050 dollar və ya 19.285 manat; X118 11.000 manat; X151 7.000 dollar və ya 11.900 manat X34 2 684 manat; X119 7000 manat; X13 27.000 manat; X120 1000 manat; X190 12.000 dollar və ya 20.400 manat; X35 1285,5 manat; X83 700 dollar və ya 1.190 manat; X59 3972 dollar və ya 6752 manat; X36 31.700 manat; X60 3.375 manat; X152 8.000 dollar və ya 13.600 manat; X61 50.000 manat; X153 21.000 dollar və ya 35.000 manat; X191 12.000 manat; X84 1970 manat; X22 20.400 manat; X9 9.700 dollar və ya 16.940 manat; X85 21.000 manat; X62 20.350 dollar və ya 34595 manat; X10 5.474 dollar 9305 manat; X121 4000 dollar və ya 6800 manat; X224 9.742 dollar və ya 16561 manat; X122 4.780 dollar və ya 8126 manat; X192 1.800 dollar və ya 3.060 manat; X37 15 000 dollar və ya 25500 manat; X63 3.150 dollar və ya 5355 manat; X38 3.850 dollar və ya 6545 manat; X86 5400 dollar və ya 9180 manat; X39 5.100 manat; X23 3.600 dollar və ya 6120 manat; X123 30.000 dollar 51000 manat; X124 22.100 manat; Coşkun Hamdinə 26.200 dollar və ya 44540 manat ; X193 680 manat; X24 17.550 dollar və ya 29835 manat; X64 1800 dollar və ya 3.060 manat; X154 16.000 dollarvə ya 27200 manat; X290 imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. qızına 14.620 manat; X155 850 manat; X194 13.350 dollar və ya 22695 manat; X87 600 dollar və ya 1020 manat; X195 8.400 manat; X156 19.380 manat; X88 3.650 dollar və ya 6250 manat; X40 15.000 manat; X41 5060 manat; X89 25.000 dollar və ya 42500 manat; X65 3.500 dollar və ya 5950 manat; X3 15.300 dollar və ya 26010 manat; X196 1.300 dollar və ya 2210 manat; X110 300 dollar və ya 510 manat; X1 2600 dollar və ya 4420 manat; X90 3600 dollar və ya 6120 manat; X125 3000 dollar və ya 5100 manat; X91 16.000 dollar və ya 27200 manat; X6 1000 manat; X66 2.000 dollar və ya 3400 manat; X67 595 manat; X157 10.000 dollar və ya 17.000 manat, həmçinin 5.000 manat; X42 1500 dollar və ya 2550 manat; X92 4.300 dollar və ya 7310 manat; X68 6200 dollar və ya 10540 manat; X93 4200 manat; X158 600 dollar və ya 1020 manat; X360 22.000 dollar və ya 37400 manat; X43 10.400 dollar və ya 17680 manat; X2 3.800 dollar və ya 6460 manat; X69 900 dollar və ya 1530 manat; X159 10.000 manat; X126 20.000 manat; X44 10.000 dollar və ya 17.000 manat; X197 3.000 manat; X36 31.700 manat; X61 50.000 manat; X153 21 000 dollar və ya 35700 manat; X25 6200 manat; X225 1000 dollar və ya 1700 manat; X127 dəymiş 5541 ABŞ dolları və ya 9419 manat pul vəsaitlərinin aldatma, etibardan sui-istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmış; G.Q.Abdullayeva cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, G.Q.Abdullayevanın cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablanması, G.Q.Abdullayeva barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş; X70 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X70 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Y.Ə.Məmmədovanın 16 iyun 2022-ci il tarixdən 18 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay 02 gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X70 qəti olaraq 11 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPMnin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X26 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: X57 dəymiş 510 manat maddi ziyan; X116 9.000 manat; X58 900 dollar və ya 1530 manat; X235 450 dollar və ya 765 manat; X117 6050 dollar və ya 19.285 manat; X118 11.000 manat; X151 7.000 dollar və ya 11.900 manat X34 2 684 manat; X119 7000 manat; X13 27.000 manat; X120 1000 manat; X190 12.000 dollar və ya 20.400 manat; X35 1285,5 manat; X83 700 dollar və ya 1.190 manat; X59 3972 dollar və ya 6752 manat; X36 31.700 manat; X60 3.375 manat; X152 8.000 dollar və ya 13.600 manat; X61 50.000 manat; X153 21.000 dollar və ya 35.000 manat; X191 12.000 manat; X84 1970 manat; X22 20.400 manat; X9 9.700 dollar və ya 16.940 manat; X85 21.000 manat; X62 20.350 dollar və ya 34595 manat; X10 5.474 dollar 9305 manat; X121 4000 dollar və ya 6800 manat; X224 9.742 dollar və ya 16561 manat; X122 4.780 dollar və ya 8126 manat; X192 1.800 dollar və ya 3.060 manat; X37 15 000 dollar və ya 25500 manat; X63 3.150 dollar və ya 5355 manat; X38 3.850 dollar və ya 6545 manat; X86 5400 dollar və ya 9180 manat; X39 5.100 manat; X23 3.600 dollar və ya 6120 manat; X123 30.000 dollar 51000 manat; X124 22.100 manat; Coşkun Hamdinə 26.200 dollar və ya 44540 manat ; X193 680 manat; X24 17.550 dollar və ya 29835 manat; X64 1800 dollar və ya 3.060 manat; X154 16.000 dollarvə ya 27200 manat; X82 14.620 manat; X155 850 manat; X194 13.350 dollar və ya 22695 manat; X87 600 dollar və ya 1020 manat; X195 8.400 manat; X156 19.380 manat; X88 3.650 dollar və ya 6250 manat; X40 15.000 manat; X41 5060 manat; X89 25.000 dollar və ya 42500 manat; X65 3.500 dollar və ya 5950 manat; X3 15.300 dollar və ya 26010 manat; X196 1.300 dollar və ya 2210 manat; X110 300 dollar və ya 510 manat; X1 2600 dollar və ya 4420 manat; X90 3600 dollar və ya 6120 manat; X125 3000 dollar və ya 5100 manat; X91 16.000 dollar və ya 27200 manat; X6 1000 manat; X66 2.000 dollar və ya 3400 manat; X67 595 manat; X157 10.000 dollar və ya 17.000 manat, həmçinin 5.000 manat; X42 1500 dollar və ya 2550 manat; X92 4.300 dollar və ya 7310 manat; X68 6200 dollar və ya 10540 manat; X93 4200 manat; X158 600 dollar və ya 1020 manat; X360 22.000 dollar və ya 37400 manat; X43 10.400 dollar və ya 17680 manat; X2 3.800 dollar və ya 6460 manat; X69 900 dollar və ya 1530 manat; X159 10.000 manat; X126 20.000 manat; X44 10.000 dollar və ya 17.000 manat; X197 3.000 manat; X36 31.700 manat; X61 50.000 manat; X153 21 000 dollar və ya 35700 manat; X25 6200 manat; X225 1000 dollar və ya 1700 manat; X127 dəymiş 5541 ABŞ dolları və ya 9419 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmış; Y.Ə.Məmmədova cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, Y.Ə.Məmmədovanın cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanması, Y.Ə.Məmmədova barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş; İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər X189, X94 və X14 bank hesablarına dair "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-dən əldə edilmiş məlumatlar və təqsirləndirilən şəxslər X189, X94 və X14 «OCOS» şirkətini təbliğ etmələri və kriptovalyutanın satışı ilə bağlı çıxışlar etmələri ilə bağlı video görüntülərin əks olunduğu disklərin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınması hökm edilmiş; Zərərçəkmiş şəxs-mülki iddiaçılar: X46 63.750 manat maddi ziyan və 291 manat dövlət rüsumu hissəsində qismən, X128 47.118 manat maddi ziyan hissəsində qismən, X129 9000 dollar və ya 15.300 manat maddi ziyan tam, X95 30.301 manat maddi ziyan və 181 manat dövlət rüsumu hissəsində, X15 ona dəymiş 70.300 manat maddi ziyan hissəsində, X4 ona dəymiş 86.700 manat təşkil edən 51.000 dollar maddi ziyan, X96 ona dəymiş 37.400 manat təşkil edən 22.000 dollar hissəsində maddi ziyanın ödənilməsi barədə mülki iddiaları təmin edilmiş və həmin məbləğlər müvafiq olaraq təqsirləndirilən şəxslər-mülki cavabdehlər X189, X94 və X11 tutularaq göstərilən zərərçəkmiş şəxsmülki iddiaçılara ödənilməsi hökm edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabında saxlanılan 43.450 (qırx üç min dörd yüz əlli) manat pul vəsaiti müsadirə olunaraq, iş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxs-mülki iddiaçılar X71 dəymiş 63.750 manat maddi ziyan və 291 manat dövlət rüsumu, X160 dəymiş 9000 dollar və ya 15.300 manat maddi ziyan, X161 dəymiş 47.118 manat maddi ziyan, X130 dəymiş 30.301 manat maddi ziyan və 181 manat dövlət rüsumu, X27 dəymiş 70.300 manat maddi ziyan, X7 dəymiş 86.700 manat təşkil edən 51.000 dollar maddi ziyan, X131 dəymiş 37.400 manat təşkil edən 22.000 dollar maddi ziyan bərabər şəkildə bölünərək qeyd olunan zərərçəkmiş şəxs-mülki iddiaçılara ödənilməsinə yönəldilməsi hökm edilmiş; zərərçəkmiş şəxs-mülki iddiaçılar X46 3000 manat mənəvi ziyanın ödənilməsi barədə və X128 5000 manat mənəvi ziyanın ödənilməsi barədə mülki iddialları baxılmamış saxlanılmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüquqları olması izah olunmuş; Zərərçəkmiş şəxs-mülki iddiaçılar X72, X198, X97 barəsində olan epizodlar ittihamdan xaric olduğundan onlar tərəfindən verdiyləri mülki iddialar baxılmamış saxlanılmış və sonunculara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2ci maddəsinin müddəallarına görə mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüquqları olması izah olunmuş; Zərərçəkmiş şəxslər X199, X132,X73, X74, X226, X162, X163, X47, X164, X165, X166, X98, X167, X28, X287, X8, X168, X227, X228, X75, X200, X99, X201, X288, X76, X229, X48, X133, X169, X289, X202, X134, X170, X230, X29, X171, X135, X136, X172, X137, X147, X49, X30, X173, X203, X231, X50, X138, X139, X174, X175, X100, X101, X140, X109 qızı, X102, X204, X176, X16, X205, X177, X103, X104, X17, X178, X232, X233, X31, X141, X51, X12, X206, X54, X179, X207, X105, X234, X106, X180, X259, X181, X77, X142, X208, X209, X107, X78, X18, X182, X108 dəymiş maddi ziyanla bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüquqları izah edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh 61.305 manat pulun alınması və həmin məbləğin gecikdirilməsinə görə ondan iki il müddət üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni hər il üçün 3065 manat, iki il üçün 6130 manat olmaqla, cəmi 67435 (altmış yeddi min dörd yüz otuz beş) manatın tutulub ona ödənilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X150 ona və Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək 13120 manat pul və 129.36 manat dövlət rüsumunun ondan və X21 tutularaq X82 ödənilməsi qət edilmişdir. İşin faktiki halı ondan ibarətdir ki, o, öz şəxsi iradə ifadəsini bildirərək həmin məbləği məhz könüllü olaraq qazanc məqsədilə digər cavabdehlərə vermişdir. X5 adından hərəkət edərək bu məsələdə o, sadəcə vasitəçinin xahişi ilə onun tapşırığı əsasında hərəkət etmişdir. X150 dəfələrlə bu məbləğə münasibətdə yüksək gəlir və qazanc əldə etmişdir. Hansı ki, birmənalı olaraq şirkətə yatırım etdiyi pul qədər də mənfəət götürmüşdür. O, həm öz pullarını, həm də digər şəxslərin pullarını Cavabdeh vermişdir. Çünki həmin şirkətin pul yığanı məhz Cavabdeh olmuşdur. Bunun çoxsaylı mötəbər sübutlar və şahid ifadələri var. O, “OCOS” şirkətinə yatırımı məhz Cavabdeh vasitəsilə etmişdir. Yəni, Cavabdeh onu inandırdığı üçün pulu ona vermiş və qeydiyyatları Kifayət aparmışdır. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh zərərçəkmiş şəxs kimi keçməmişdir. Çünki ondan və ya başqalarından alınan pulları “OCOS” şirkətinə yatırım etsəydi şirkətdən şikayət edib həmin pulları tələb edərdi. Amma görünür ki, onlardan cavabdeh pulları alsa da məbləğlərin müəyyən hissəsini özündə saxlamışdır. O, Cavabdeh sözlərinə aldanaraq ona vermiş olduğu pulu ondan tələb etsə də o verməkdən imtina etmiş, ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1413/2025 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777, 778, 779, 780 və 782-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 214 və 218-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı öz şəxsi iradə ifadəsini bildirərək həmin məbləği könüllü olaraq məhz qazanc məqsədi ilə digər cavabdehlərə vermişdir. Burada iddiaçının adından hərəkət edərək bu məsələdə o, sadəcə vasitəçinin xahişi ilə iddiaçının tapşırıq müqaviləsi əsasında hərəkət etmişdir. İddiaçı dəfələrlə bu məbləğə münasibətdə yüksək gəlir və qazanc əldə etmişdir. Hansı ki, bir məna olaraq şirkətə yatırım etdiyi pul qədərdə mənfəət götürmüşdur. Digər bir məsələ o, həm pullarını, həm də digər şəxslərin pullarını Cavabdeh vermişdir. Çünki həmin şirkətin pul yığanı məhz Cavabdeh olmuşdur. Bunu sübüt edən çox saylı mötəbər sübütlar və şahid ifadələri var. O, “Ocos” şirkətinə yatırımı məhz Cavabdeh vasitəsi ilə etmişdir. Yəni Cavabdeh onu inandırmış, həmin pulu ona vermiş və həmin qeydiyyatları Kifayət özü aparmışdır. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin1(101)-120/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh zərərçəkən şəxs kimi keçməmişdir. Çünki ondan və ya başqalarından alınan pulları “Ocos” şirkətinə yatırım etsə idi, şirkətdən şikayət edib həmin pulları tələb edərdi. Amma görünür ki, onlardan pulları almış cavabdeh həmin məbləğlərin müəyyən hissəsini özündə saxlamışdır. O, özü Cavabdeh sözlərinə aldanaraq ona vermiş olduğu pulu özündən tələb etsə də, verməkdən imtina etmiş, o da məcbur qalıb məhkəməyə müraciət etmişdir. Lakin, Gəncə Şəhər Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2(125)-1413/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir. Məhkəmənin gəldiyi əsaslara münasibətdə bildirir ki, müəyyən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsinin məhkəmədə öz təsdiqini tapması qeyd edilmişdir. Həmçinin, təsdiq olunan məbləğdə illik 5 faiz tələb olunmasında haqlı olunması qeyd edilmişdir. Amma qət etdi hissəsində 67435 manat pul tələbinə dair iddiası rədd edilmişdir. Eyni zamanda qətnamədə qeyd edilmişdir ki, cavabdeh iddiaçıya noyabr ayından sonra pul ödəməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, 3 il iddia müddəti 2021-ci ilin noyabr ayından tətbiq olunmalıdır, çünki “OCOS” şirkətinin rəhbəri olan Xəyalın həbs edilməsindən xəbəri olmuşdur. Amma dəfələrlə məhkəmə iclasında iddiaçı öz izahatında bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-120/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən sonra məlumatı olub ki, cavabdeh tərəfindən artıq ödənişlər olmayacağını bildirmiş və o hüquqlarını pozulmasını bilib ondan sonra məhkəməyə müraciət edib. Çünki dəfələrlə cavabdeh iddiaçıya bildirmişdir ki, ödənişlər olacaqdır. Məhkəməyə təqdim olunan disklərdən cavabdehin səmimi etirafları olub, lakin məhkəmə həmin sübütları tətqiq etməmiş və lazımı araşdırma aparmadan düzgün qiymətləndirməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Günay Vəliyeva ona Kifayət adlı şəxsin “OCOS” şirkətində işlədiyini və hamıya pul qazandırdığını demişdir. Ona görə də 2021-ci ilin yay aylarında Günay Vəliyeva ilə X19 evinə getmişlər. Söhbət zamanı Kifayət özünü “OCOS” şirkətinin Gəncə şəhəri üzrə lideri olduğunu, Amerika şirkəti olduğunu, rəhbərinin isə Xəyal adlı şəxs olduğunu bildirmişdir. Kifayət ona şirkətə qoşulacağı və pul qoyacağı halda gəlir əldə edə biləcəyini bildirmişdir. Aralarında olan söhbətə görə o, Kifayətə pul verməli, əvəzində Kifayət şirkətə yatırım etməklə ona “coin” almalı idi. Bu məqsədlə o, Kifayətə Günayın yanında 1000 ABŞ dolları pul vermişdir. Həmçinin, 1000 dollar da bacısının adına şirkətə yatırım etmişdir. Belə ki, həmin vaxt Kifayət kompaniya olduğunu bildirərək əlavə 100 “coin” qazanmaq şansı olduğunu bildirmişdir. Sonra o, kompaniya ilə bağlı 3000 dollar şirkətə yatırım etmək istədikdə, Kifayət həmin pulu Xəyaləyə verməyini bildirmişdir. O da “Gəncə Mall”da həmin pulu Kifayətə çatdırması üçün Xəyaləyə vermişdir. Bundan sonra şirkətin sistemində onun adına səhifə açılmış, login və parol verilmişdir. O hər dəfə öz səhifəsinə daxil olaraq orada nə qədər “coini” olduğunu görmüşdür. Sonralar Kifayət ona pulu kart vasitəsilə göndərməyini bildirmişdir. Bu səbəbdən 2021-ci ilin yay aylarında cavabdehə məxsus olan 5243-7544-1051-5421 nömrəli karta 1700, 1700, 1365, 1870, 2040, 200, 1000, 3905, 2550 manat olmaqla cəmi 16330 manat pul göndərmişdir. Daha sonra o yenə pul göndərmək istədikdə, cavabdeh ona Çingiz Abdullayevə və digər şəxsə məxsus kartın şəklini “whatsappda” ataraq pulu ora köçürməyini bildirmişdir. O da cavabdehin sözünə əsasən ümumilikdə 25170 manat pulu digər şəxslərin adlarına olan kartlara atmışdır. Onlardan 6800 manat Çingiz Allahverdiyevin, 5750 manat Təranənin kartına, habelə Təranənin bankda olan hesabına 38000 ABŞ dolları pul göndərmişdir. Həmçinin, Kifayətin özünün xahişinə əsasən digər şəxslər vasitəsilə 19800 manat Kifayətə pul göndərmişdir. Belə ki, Vəliyeva Günayla 2021-ci ilin avqust ayında 2000 ABŞ dolları, Xəyalə vasitəsilə 5100 manat, Şeyda ilə 1800 manat, Şərafət həkim vasitəsilə 1000 manat, Aynurə Əliyeva ilə 3400 manat və Təranə vasitəsilə 5100 manat göndərmişdir. Cavabdehə ümumilikdə göndərmiş olduğu pulların cəmi 61330 manat təşkil edir. Lakin, Cavabdeh verdiyi pulun müqabilində qazanc kimi ona 13443 manat pul qaytarmışdır. Odur ki, o həmin məbləğin verilən puldan çıxılmasını istəmir və cavabdehə göndərmiş olduğu bütün pulları tələb edir. Qeyd edir ki, 2021-ci ilin noyabr ayında cavabdeh ona heç pul verməmişdir. Həmin vaxt o, Xəyalın həbs edildiyini eşitmişdir. Bundan sonra Kifayətə pulunun qaytarılmasını bildirmiş, lakin Kifayət onların heç bir yerə şikayət etməməklərini istəmiş və hər dəfə yalan vədlər vermişdir. Kifayət ona 2021-ci ilin noyabr ayının 19-da sonuncu dəfə ödəniş edərək bildirmişdir ki, 60 gün ərzində qalan pulu qaytaracağdır. O da Kifayətə inanaraq gözləmişdir. Kifayətlə aralarında bu barədə səs yazısı da vardır. Kifayət ona pulu qaytarmadığı üçün, o, məhkəməyə iddia müddətini ötürmədən vaxtında müraciət etmişdir. Ona görə də onlar Kifayət barəsində heç bir orqana şikayət verməmişlər. Sonra iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, İddiaçı iddia qaldırmaq üçün hüququnun pozulduğunu sonradan bildiyindən və Cavabdeh ona iddia qaldırmamaq üçün yalan vədlər verdiyi üçün iddia müddəti tətbiq edilməməlidir. Onlar iddia müddətini ötürməmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Həsrət qızı apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, onu “OCOS” şirkətinə Təranə adlı şəxs dəvət etmişdir. 2021-ci ilin aprel ayında Günay adlı şəxsə “OCOS” şirkətinin sisteminə daxil olmaq üçün kabinet açmışdır. Sonra İddiaçı də Günayın vasitəsilə şirkətə qoşulmuşdur. Bir müddət sonra Mələklə Günayın arası dəymişdir. Ona görə də Mələk Günayın qolundan çıxmış və onun qoluna daxil olmuşdur. Bundan sonra İddiaçı adına da şəxsi kabinet açılmışdır. Təranənin ona bildirməsinə görə şirkətin balansına 300 ABŞ dolları pul qoyduqdan 60 gün sonra həmin pulun yarısını çıxarmaq mümkün idi. Qalan pul isə artmaqda davam edirmiş. O, vətəndaşlardan aldığı pulları Təranəyə göndərmiş, Təranə də “coinləri” onun şəxsi kabinetinə göndərmişdir. O da öz növbəsində “coinləri” onun tərəfindən şirkətə qoşulan şəxslərin şəxsi elektron kabinetlərinə əlavə etmişdir. Mələk ilə aralarında olan razılaşmaya görə Mələyin ona göndərdiyi pulları o, Bakıdakı ofisə göndərməli, əvəzində Mələyə “coin” almalı idi. İddiaçı də öz növbəsində digər şəxsləri şirkətə dəvət etmişdir. Mələk öz qolundan şirkətə dəvət edilən şəxslərin hər birinin etdiyi yatırımdan 15 faiz pul gəlir götürmüşdür. Hər bir satılan “coinin” 2021-ci ilin dekabr ayına kimi sertifikatı olmuşdur. Mələk ilk əvvəl onun vasitəsi ilə “OCOS” şirkətinə 2000 ABŞ dolları yatırım etmiş, 60 gündən sonra həmin məbləğ 3000 ABŞ dolları olmuşdur. Həmin pul şirkət tərəfindən ona göndərilmiş, o da öz növbəsində pulu İddiaçı bank hesabına köçürmüşdür. İddiaçı öz bank hesabına 2021-ci ilin sentyabr, oktyabr aylarında daxil olan pullar barədə hesabat təqdim etmir. Əgər təqdim edərsə hər şey üzə çıxar. Qeyd edir ki, Mələyin Xəyaləyə verdiyi pullar ona çatmamışdır. Mələk özü-özünü investr elan etmiş və qoluna çoxlu adamlar yığmışdır. Mələk “OCOS” şirkətinin tədbirlərində yaxından iştirak etmişdir və həmin tədbirlər zamanı çəkilən fotoşəkillər bunu təsdiq edir. Mələk şəxsən “OCOS” şirkətinin rəhbəri Xəyal müəllimi tanımışdır. Mələyin digər şəxslərin bank hesablarına göndərmiş olduğu pullar ona çatmamışdır. Belə ki, onun Mələyə ayrı-ayrı şəxslərin bank kartlarını atmasının səbəbi həmin şəxslərlə Mələyi əlaqələndirmək olmuşdur. Mələk ona “coin” satan şəxsləri onunla əlaqələndirməyi xahiş etdiyi üçün o da həmin şəxslərin bank kartlarını Mələyin “vatsap” hesabına atmışdır. Yalnız onun kartına atdığı pullar ona çatmış, həmin pullara da “coin” alaraq Mələyin şəxsi kabinetinə yerləşdirmişdir. Bundan başqa Mələyə 2021-ci ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında əlbəəl 7225 manat, 1530 manat, 1798 manat, 850 manat, 2890 manat, 850 manat, 2890 manat, 850 manat pul qaytarılmışdır. Həmçinin, 340 manat və 200 manat olmaqla cəmi 540 manat pulu Mələyə verməsi üçün Sevincə vermişdir. Bundan əlavə, bank vasitəsilə Mələyin hesabına 12240 manat, 192 manat, 170 manat, 1000 ABŞ dolları, 1500 ABŞ dolları, 10245 manat, 900 manat olmaqla pullar köçürülmüşdür. Ümumilikdə Mələyə onun tərəfindən 45550 manat pul ödənilmişdir. Mələyin ona dəqiq nə qədər pul göndərdiyini bilmir. Mələyin ona göndərdiyi pulları o geri qaytarmışdır. O, Mələyə pulu 60-70 gün ərzində qaytarmağı bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Həsrət qızının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil3 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, Mələyin göndərdiyi pulları cavabdeh geri qaytarmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

20. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

21. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

22. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

23. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

24. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

25. Maddə 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə.

26. Maddə 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır.

27. Maddə 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin.

28. Maddə 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər.

29. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

30. Maddə 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, üç apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, cavabdeh İddiaçı 16268 manat pul və 4800 ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə tutularaq İddiaçı ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Məhkəmə kollegiyası işin faktiki halları kimi müəyyən etmişdir ki, İddiaçı Günay Vəliyeva adlı şəxs vasitəsilə Cavabdeh tanımış və aralarında şəxsi münasibətlər qurulmuşdur. Cavabdeh ona özünü “OCOS” şirkətinin Gəncə şəhəri üzrə lideri olduğunu, “coin” almaqla mənfəət əldə ediləcəyini bildirmiş, beləliklə aralarında pul münasibətləri yaranmışdır. İddiaçı Cavabdeh Həsrət qızına ayrı-ayrı vaxtlarda ümumilikdə 44838 manat və 4800 ABŞ dolları məbləğində pul göndərmişdir. Cavabdeh isə İddiaçı qazanc kimi ümumilikdə 16330 manat pulu özü, 12240 manat vəsaiti isə Firdovsi Həsənov adlı şəxsin vasitəsilə vermişdir. İddia ərizəsində qeyd olunan qalan pulların Kifayətə verilməsinə dair işdə subutlar yoxdur.

44. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli hökmünə əsasən, özlərini “Ocos” şirkətinin Gəncə şəhəri üzrə rəhbəriliyi kimi təqdim etmiş şəxsin pulu aldatma, etibardan sui istifadə yolu ilə əldə etmələri və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin epizod elan edilmiş ittihamdan çıxarılmış, yəni cinayət işi üzrə təqsirləndirilən şəxslərin İddiaçı məxsus pulu təhvil alması öz təsdiqini tapmamışdır.

45. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

46. Qeyd edilməlidir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

47. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

48. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, iddiaçı 16268 manat və 4800 ABŞ dolları vəsaiti “Ocos” şirkətinə ödənilməsi üçün vəkalət alan Cavabdeh vermiş, lakin sonuncu həmin tapşırığı icra etməyərək iddiaçıya məxsus 16268 manat və 4800 ABŞ dolları vəsaiti adıçəkilən şirkətin hesabına köçürtməmişlər. Odur ki, həmin vəsaitin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi qeyd olunan hissədə qanuni əsaslara söykənir.

49. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

50. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

51. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

52. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

54. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

55. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

56. Belə ki, məhkəmə kollegiyasında işin araşdırılması zamanı müəyyən edilişdir ki, İddiaçı Günay Vəliyeva adlı şəxs vasitəsilə Cavabdeh tanımış və aralarında şəxsi münasibətlər qurulmuşdur. Cavabdeh ona özünü “OCOS” şirkətinin Gəncə şəhəri üzrə lideri olduğunu, “coin” almaqla mənfəət əldə ediləcəyini bildirmiş, beləliklə aralarında pul münasibətləri yaranmışdır. İddiaçı Cavabdeh Həsrət qızına ayrı-ayrı vaxtlarda ümumilikdə 44838 manat və 4800 ABŞ dolları məbləğində pul göndərmişdir. Sonuncu dəfə pulu Kifayətə verərkən Kifayət Mələyə 60- 70 gün müddətində onun pulunu qaytaracağını bildirmişdir. Sonra isə Xəyal adlı şəxsin tutulduğunu, hamının pulunun qaytarılacağını bildirmişdir. Mələk Kifayətə inanaraq bir müddət gözləmiş və iddia müddəti bitməmiş iddia ərizəsi ilə xx.xx.2025-ci ildə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh İddiaçı qazanc kimi ümumilikdə 16330 manat pulu özü, 12240 manat pul vəsaitini isə Firdovsi Həsənov adlı şəxsin vasitəsilə vermişdir.

57. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

58. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

59. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

60. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

63. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

64. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X150 ona və Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək 13120 manat pul və 129.36 manat dövlət rüsumunun ondan və X21 tutularaq X82 ödənilməsi qət edilmişdir. İşin faktiki halı ondan ibarətdir ki, o, öz şəxsi iradə ifadəsini bildirərək həmin məbləği məhz könüllü olaraq qazanc məqsədilə digər cavabdehlərə vermişdir. X5 adından hərəkət edərək bu məsələdə o, sadəcə vasitəçinin xahişi ilə onun tapşırığı əsasında hərəkət etmişdir. X150 dəfələrlə bu məbləğə münasibətdə yüksək gəlir və qazanc əldə etmişdir. Hansı ki, birmənalı olaraq şirkətə yatırım etdiyi pul qədər də mənfəət götürmüşdür. O, həm öz pullarını, həm də digər şəxslərin pullarını Cavabdeh vermişdir. Çünki həmin şirkətin pul yığanı məhz Cavabdeh olmuşdur. Bunun çoxsaylı mötəbər sübutlar və şahid ifadələri var. İddiaçı daha sonra iddia ərizəsində qeyd etmişdir ki, o, “OCOS” şirkətinə yatırımı məhz Cavabdeh vasitəsilə etmişdir. Yəni, Cavabdeh onu inandırdığı üçün pulu ona vermiş və qeydiyyatları Kifayət aparmışdır. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh zərərçəkmiş şəxs kimi keçməmişdir. Çünki Kifayət ondan və ya başqalarından alınan pulları “OCOS” şirkətinə yatırım etsəydi şirkətdən şikayət edib həmin pulları geri tələb edərdi. Amma görünür ki, Cavabdeh onlardan pulları alsa da məbləğlərin müəyyən hissəsini özündə saxlamışdır. Hər dəfə Kifayət Mələyə pulu aldıqdan 60-70 gün ərzində qaytaracağını bildirmişdir O, Cavabdeh sözlərinə aldanaraq ona vermiş olduğu pulu tələb etsə də Kifayət pulu verməkdən imtina etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci ildə Kifayət iddiaçıya 2890 manat pul vermişdir. Kifayət hər dəfə iddiaçını sakitləşdirərək, pulları həmin tarixdə qaytaracağına inandırmışdır. Lakin, sonradan iddiaçı aldandığını bilərək xx.xx.2025-ci ildə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddətinin ötürülməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsində deyilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). İddia müddəti mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında da göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, sonuncu dəfə xx.xx.2021-ci ildə cavabdeh iddiaçıya pul vermiş, razılığa əsasən 60-70 gün keçdikdən sonra cavabdeh qalan pulları iddiaçıya qaytarmalı idi. Məhkəmə kollegiyasının iclasında iddiaçı 60 gün, cavabdeh isə 60-70 gün ərzində pulun qaytarılacağı barədə razılığa gəldiklərini izahatlarında bildirmişlər. Belə olan halda, müddət axımının əvvəli xx.xx.2022-ci ildən başlanması olduğundan, iddia müddətinin axımı xx.xx.2022-ci il tarixindən hesablanmalı, bitmə tarixi isə xx.xx.2025-ci il kimi nəzərə alınmalı idi. Çünki artıq yuxarıda da qeyd edildiyi kimi Mülki Məcəllənin 368-ci maddəsinə əsasən müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. İddiaçı isə iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə (bax.1 cild səhifə 2) iddia müddəti keçməmiş məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi müddətin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından göründüyü kimi, cavabdeh baxılan iş üzrə iddia müddətinin tətbiq olunması barədə birinci instansiya məhkəməsində ərizə vermiş, birinci instansiya məhkəməsi isə iddia müddətini tətbiq etməkdə səhvə yol vermişdir. Göründüyü kimi, baxılan işdə 3 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyasında işin araşdırılması zamanı bir daha müəyyən edilmişdir ki, İddiaçı Günay Vəliyeva adlı şəxs vasitəsilə Cavabdeh tanımış və aralarında şəxsi münasibətlər qurulmuşdur. Cavabdeh iddiaçıya özünü “OCOS” şirkətinin Gəncə şəhəri üzrə lideri olduğunu, “coin” almaqla mənfəət əldə ediləcəyini bildirmiş, beləliklə aralarında pul münasibətləri yaranmışdır. Məhkəmə Kollegiyası tərəfindən bu istiqamətdə araşdırma aparılmaqla, baxılan iş üzrə iddiaçı tərəfə məxsus olan **********036964 nömrəli "xxxx" kartında, bank hesablarına pul vəsaitlərinin köçürülmə əməliyyatları (mədaxil,məxaric) barədə məlumatlar (rəsmi sənədlər) və həmin bank hesablarından 2021-ci ilin mart ayından 2021-ci ilin dekabr ayınadək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan yuxarıda qeyd olunan bank kartından edilmiş bütün əməliyyatlar barədə məlumatlar məhkəməyə təqdim edilməsi, həmin kartın hansı tarixdən aktiv və deaktiv olunması barədə məhkəməyə məlumat verilməsi barədə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətindən məlumatların götürülməsi qərara alınmışdır. Müəyyən edilmişdir ki, tərəflər arasında kibervalyuta münasibətlərinə görə İddiaçı Cavabdeh Həsrət qızına və sonuncunun tapşırığı ilə başqa şəxslərə ayrı-ayrı vaxtlarda yəni, 2021-ci ilin mart ayından 2021-ci ilin dekabr ayınadək “coin”ə görə ümumilikdə (18715 manat, 5100 manat, 1800 manat, 3400 manat, 15823 manat) cəmi 44838 manat və (3800 ABŞ dolları, 1000 ABŞ dolları) cəmi 4800 ABŞ dolları məbləğində pul göndərmişdir. İşdə olan sənədlərdən görünür ki, yuxarıda qeyd olunan ümumi məbləğin bir hissəsi - Cavabdeh tərəfindən İddiaçı məxsus unibank kartına xx.xx.2021-ci ildə 850 manat, xx.xx.2021-ci ildə 7225 manat, xx.xx.2021-ci ildə 1530 manat, xx.xx.2021-ci ildə 1798 manat, xx.xx.2021-ci ildə 1530 manat və xx.xx.2021-ci ildə 2890 manat olmaqla - cəmi 15823 manat pul göndərmişdir. Beləliklə, yuxarıda qeyd olunan sübutlar, ödəniş qəbzləri, bank və kart məlumatları, səs yazısı və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ümumilikdə 44838 manat pul vəsaitini və 4800 ABŞ dollarını vermişdir. Cavabdeh isə İddiaçı cəmi 28570 manat (16330 manat pulu hissə-hissə özü,12240 manat pulu isə onun tapşırığı ilə Firdovsi Həsənov adlı şəxs vasitəsi ilə) qaytarmışdır. Göründüyü kimi, cavabdeh iddiaçıdan cəmi aldığı puldan 16268 manatını və 4800 ABŞ dollarını qaytarmamışdır. Bundan başqa iddia ərizəsində qeyd olunan qalan pulların Kifayətə verilməsinə dair işdə subutlar yoxdur, iddiaçı bu barədə sübut təqdim etməmişdir.

65. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

66. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. İddia tələbinin təmin olunan hissəsi üzrə nəzərdə tutulan və ödənilmiş dövlət rüsumunun 163,28 manat hissəsi Cavabdeh tutulub, İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə İddiaçı aid edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1413/2025 nömrəli nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilsin. Cavabdeh 16268 (on altı min iki yüz altmış səkkiz) manat və 4800 (dörd min səkkiz yüz) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 163,28 (yüz altmış üç manat iyirmi səkkiz qəpik) manat Cavabdeh tutulub, İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar