Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1907/2023 28.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(125)-2804/2023 nömrəli qərardadından iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 7752,89 manat əsas, 29,56 manat faiz borcu olmaqla, cəmi 7782,45 manat məbləğində pulun və 97,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq xeyirlərinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-2804/2023 nömrəli qərardadı ilə (hakim Cavid Tağıyev) iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bundan sonra iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, baxılmamış saxlama barədə qərardadın ləğv edilməsini və mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(125)-2804/2023 nömrəli qərardadı ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" KB ASC-in nümayəndəsi X1 tərəfindən verilmiş vəsatət təmin olunmaması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 şikayət verərək, qərardadın ləğv olunması və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, iddiaçı bank tərəfindən xx.xx.2023-cü il tarixində saat 09:15-də Elektron Məhkəmə İnformasiya Sisteminə iddiaçının iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsi barədə ərizə yerləşdirilməsinə baxmayaraq məhkəmə qarardadı ilə iddia ərizəsi MPM-nin 259.0.6-cı maddəsi ilə baxılmamıș saxlanılmışdır. Halbuki, Asan imza vasitəsilə Elektron Məhkəmə İnformasiya Sisteminə ərizənin xx.xx.2023-cü il tarixdə, saat 09:15:36-da yerləşdirilməsi elektron sistemdən çıxarışda da aydın șəkildə görünür. Lakin, qeyd ediən mühüm hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(125)-2804/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(125)- 2804/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 02 iyun 2023-cü il tarixli, 2(125)- 2804/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 188.2-ci maddəsnə əsasən işə baxılması təxirə salındıqda, proses iştirakçılarını çağırmaq və ya sübutlar tələb etmək üçün zəruri olan vaxt nəzərə alınmaqla, məhkəmə iclasının yeni günü təyin edilərək, gəlmiş şəxslərə imzalatmaqla, bu barədə xəbər verilir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixə, saat 09:45-ə təyin olunmuş.Tərəflərə məhkəmə hazırlıq iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmişdir. Qeyd edilən vaxtda tərəflər məhkəməyə gəlmədikləri üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı işə baxılıb qərardad qəbul edildikdən sonra işə iştirakları olmadan baxılması barədə ərizəni xx.xx.02023-cü il tarixdə, saat 16:44-də elektron məhkəmə informasiya sisteminə yerləşdirmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə, saat: 09:45-ə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikasının MPM-in 259.0.6-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli qərarının 9.2-ci bəndində izah edilmişdir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələyə və işə baxmaya haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda əsaslı nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(125)-2804/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 02 iyun 2023-cü il tarixli, 2(125)-2804/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1907/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1907/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver