Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1908/2025 10.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzi qismində pul tələbinə dаir mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-787/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən təzə mənzildə 87.4 kv.m ölçüdə olan 2 otaqlı mənzildə Cavabdeh tərəfindən keyfiyyətsiz aparılmış təmir işləri nəticəsində vurduğu ziyana görə və Cavabdeh tərəfindən həmin mənzildə təmir- bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materiallarının qiymətinin artması səbəbilə vurduğu ziyana görə cəmi 20933.7 (iyirmi min doqquz yüz otuz üç manat 7 qəpik) pul vəsaitinin və dövlət rüsumu hesabına ödədiyi 152 .80 manat pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmaını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-787/2025 saylı qətnaməsi ilə (hakim E.Mansırov) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsi yerləşən 87.4 kvadrat metr ölçüdə olan 2 otaqlı mənzilinin təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində vurulmuş ziyana görə 16089.20 manat, təmir-bərpa işlərinin keyfiyyətsiz görülməsi nəticəsində vurulmuş ziyana görə 4844,50 manat olmaqla, ümumilikdə 20933.70 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 152,80 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən məlum olmuşdur ki, həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni apellyasiya şikayəti həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti də göstərilməlidir. Apellyasiya şikayətindən və iş materiallarından göründüyü kimi Nümayəndə Cavabdeh etibarnamə üzrə nümayəndəsidir və mövcud qanunvericiliyin tələbinə əsasən o, təmsil etdiyi şəxsin adından ərizələr verə, həmin ərizələri imzalaya, məhkəmə aktlarından şikayətlər verə bilər. Nümayəndə həmçinin etibarnamə ilə ona verilmiş və qanunla qadağan edilməyən digər səlahiyyətləri yerinə yetirə bilər. Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin etibarnamənin anlayışından bəhs edən 362.1-ci maddəsində göstərilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İstinad olunan prosessual və maddi hüquq normalarının məzmunundan da aşkar şəkildə görünür ki, hər bir şəxs üşüncü şəxs qarşısında təmsil olunması üçün başqa şəxsə vəkalət verə bilər. O cümlədən məhkəmədə nümayəndə vasitəsi ilə təmsil oluna və ya da nümayəndə vasitəsi ilə iddia, məhkəmə aktlarından isə şikayət verə bilər. Lakin bu halda təmsil edən (nümayəndə) iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməli, ona iddia ərizəsini (şikayəti) imzalamaq səlahiyyəti verildiyi halda həmin sənədi imzalaya bilər. Mülki işlər üzrə nümayəndə hər bir halda iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməlidir. Hazırkı halda isə Nümayəndə (nümayəndə) mülki prosessual qanunvericiliyin istinad olunan normasının tələbini pozaraq apellyasiya şikayətini Cavabdeh adından verməli olduğu halda, öz adından vermişdir ki, bu da MPM-in 361.1-ci maddəsinin apellyasiya şikayətinin məzmununa dair tələblərinin pozulmasıdır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan qrafalarında Cavabdeh aid məlumatları göstərmədiyinə görə məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-787/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.3-cü maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(023)-787/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Beləliklə, Azərbaycan Respublikası MPM-in 69.2, 366-368, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-787/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş materialları ilə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1908/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1908/2025
10.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver