Məhkəmə qərarları › İş №2(104)-1909/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1909/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1909/2024 05.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1626/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ev almağı üçün verdiyi 30.000 manat pulun və təmirə görə xərclədiyi 35.000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1626/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Gəncə Şəhər Məhkəməsinin 2(125)-1626/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti “Elektron Sistemi” vasitəsi ilə vermiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1626/2024 saylı qərardadı ilə (hakim Xədicə Səfərli) İddiaçı Gəncə Şəhər Məhkəməsinin 2(125)-1626/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1626/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəmə qətnaməsinini vaxtında almış və vaxtında müddəti ötürmədən vermişdir. Belə ki, iddiaçı qətnaməni 20 iyunda almış, 15 iyulda isə şikayət vermişdir. Hesab edir ki, belə olan halda isə onun tərəfindən verilmiş apellyasiya şikayətinin müddəti ötürülmə əsası ilə geri qaytarılmasına hüquqi əsası yoxdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1626/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1626/2024 saylı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı qətnaməni aldıqdan sonra 1 ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, qanunun həmin tələblərinə əməl etməyərək, qanunla müəyyən olunmuş apellyasiya şikayətini vermə müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1626/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti İddiaçı tərəfindən xəbərnaməyə imza etdirilməklə xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə qəbul edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qətnamədən bir ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək apellyasiya şikayəti verməli olduğu halda, apellyasiya şikayətini sonradan xx.xx.2024-il tarixində “Elektron Sistemi” vasitəsi ilə vermiş, bununla da, qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göründüyü kimi, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1626/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti İddiaçı tərəfindən xəbərnaməyə imza etdirilməklə xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə qəbul edilmiş, onun həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1626/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1626/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar