Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1930/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(013)-269/2023 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh, X2 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4472.51 manat əsas borcun, 4773.98 manat faiz, 3688.26 manat cərimə borcunun və 641.08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenium qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla cəmi 13 575.83 manat və ödənilmiş 130.73 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(013)-269/2023 saylı qətnaməsi ilə (sədrlik edən Rafiq Məmmədov) iddia tələbi təmin edilməmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(013)-269/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən Cavabdeh Airf oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq iddia müddəti ötürülmədən (son iddia müddəti xx.xx.2022-ci il tarixdə bitir), yəni xx.xx.2022-ci il tarirxdə Cavabdeh və onun zaminlərinin rəsmi qeydiyyatda olduqları ərazi üzrə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Ağdam Rayon Məhkəməsi müvafiq işi icraata götürmədən xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarmışdır. Həmin iş üzrə geri qaytarma qərardadı bankın ünvanına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur.Cavabdehin faktiki yaşayış yerini müəyyən etmək məqsədilə Bank tərəfindən Ağdam Rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli sorğu məktubu göndərilmiş, sorğuya cavab xx.xx.2022-ci il tarixdə Banka daxil olmuşdur.Bundan sonra Ağdam Rayon Məhkəməsinə yenidən müraciət edilməsi üçün müvafiq sorğuya cavab məktubunun alınması, iddia ərizəsinin tərtib edilməsi və s. bu kimi zəruri idarədaxili prosedur qaydalar LPO "xxxx" ASC-dən asılı olmayan səbələrdən iddia ərizəsinin müvafiq vaxt itkisi ilə Ağdam Rayon Məhkəməsinə göndərilməsinə səbəb olmuşdur. İş üzrə cavabdehlərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi və onun təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(013)-269/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(013)-269/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 051T08170120 saylı “Kredit Müqaviləsi”ndən görünür ki, Cavabdeh 24 ay müddətinə, illik 27% dərəcəsi tətbiq edilməklə 6000 (altı min) manat məbləğində kredit vermişdir. "xxxx" ASC ilə X4 və X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ZM2/051T08170120 saylı Zaminlik müqaviləsindən görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyırlar. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş 4472.51 manat əsas kredit borcu, 4773.98 manat faiz, 3688.26 manat cərimə, 641.08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 13 575.83 manat təşkil edir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, iddiaçı tərəfindən iddia müddəti buraxıldığından iddia müddətinin tətbiq edilməsini və buna uyğun olaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə, iddianı rədd etmiş və öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi vaxt 25 avqust 2019-cu il tarixdir və həmin vaxtdan onun 3 illik iddia müddətinin axımı başlamışdır. Lakin iddiaçı 16 noyabr 2022-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsi ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət etməsini, iddia müddətinin axımının xx.xx.2019-cu il tarixdən hesablanmağa başlanmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, “"xxxx" ASC ilə Cavabdeh arasında oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 051T08170120 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 6000 (altı min) manat məbləğində kredit verməyi, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin təminatı kimi "xxxx" ASC ilə X4 və X8 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və sonuncu zamin kimi borcalanın kreditor qarşısında öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı Bank kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini yetirə yetirmiş və müqavilədə nəzərdə tutulmuş vəsaiti Cavabdeh vermiş, sonuncu isə krediti və ona hesablanmış faizləri geri qaytarmaq barədə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, ödənişləri vaxtında və tam şəkildə həyata keçirməmiş, nəticədə iddiaçı Banka borclu qalmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməməklə, müqavilə şərtlərini pozmuş və əsas kredit və faiz borcundan ibarət pul vəsaitini müəyyən olunmuş qaydada və müddətdə Banka geri qaytarmamışdır ki, bununla da iddiaçı Bankın ödənilməmiş kredit borcunun cavabdehdən tutulmasına dair subyektiv hüququ əmələ gəlmişdir. Lakin tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 051T08170120 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və müqavilənin icra müddətinin son tarixi xx.xx.2019-cu il tarix müəyyən olunmuşdur. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı müqavilənin müddətinin başa çatdığı xx.xx.2019-cu il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin: 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əçyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MM-in 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MM-in 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi, hazırkı tələb üzrə iddia müddətinin axımı xx.xx.2017-ci il tarixli kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə, yəni xx.xx.2019-cu il tarixdə başlanmış, lakin iddiaçı bank xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə, üç illik iddia müddətini ötürmüşdür ki, bu da məhkəmənin iddiadan imtina etməsi, yəni iddianı rədd etməsi üçün əsasdır. İddiaçı Bank apellyasiya şikayətində bank tərəfindən Cavabdeh Airf oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq iddia müddəti ötürülmədən xx.xx.2022-ci il tarirxdə Cavabdeh və onun zaminlərinin rəsmi qeydiyyatda olduqları ərazi üzrə Ağdam Rayon Məhkəməsinə müraciət etdiyini, lakin Ağdam Rayon Məhkəməsi müvafiq işi icraata götürmədən xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarıldığını göstərmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin ilkin olaraq iddia müddəti ötürülmədən (son iddia müddəti xx.xx.2022-ci il tarixdə bitir), yəni xx.xx.2022-ci il tarirxdə məhkəməyə müraciət etmələri, məhkəmənin isə işi icraata götürmədən xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarması və geri qaytarma qərardadının bankın ünvanına xx.xx.2022-ci il tarixdə daxil olması ilə bağlı apellyasiya dəlillərinə münasibətdə qeyd edir ki, həmin 7 günlük müddət nəzərə alınsa belə, yenə də, iddiaçı bankın xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsi nəzərə alımnmaqla, hazırkı iş üzrə iddia müddəti ötürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək, iddianı rədd etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(013)-269/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(013)-269/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1930/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1930/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver