Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1930/2025 10.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-181/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-181/2025 saylı qətnaməsi ilə (hakim Z.İmanov) İddiaçı Cavabdeh qarşı “42100 manat pul” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 216.30 (iki yüz on altı manat otuz qəpik) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı (nümayəndəsi (vəkil) Nümayəndə) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 26, mənzil 44-də qeydiyyatda olan və yaşayan Cavabdeh 42100 (qırx iki min yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilən 216.30 (iki yüz on altı manat otuz qəpik) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 7 ildir ki, tanıyır, onu şəhərdə “Səbiş” kimi tanıyırlar. O, Güneli tanıdıqdan sonra Günelə pul lazım olduğu üçün dəfələrlə ondan müxtəlif vaxtlarda borc pul almışdır. İlk vaxtlarda Cavabdeh ondan aldığı borcu vaxtında qaytarmışdır. Hətta borcu qaytaran zaman Günel əlavə borcun üstündə pul vermişdir. Lakin bir müddətdən sonra Günelin ona 13100 manat borcu yaranmışdır və o artıq Günelə borca pul verməmişdir. Bir az keçdikdən sonra həmin 13100 manat pulu bir dəfəyə onun dostu Elnur adlı şəxs ödəmişdir. Bundan sonra onun Cavabdeh inamı artmış və Günel nə vaxt ondan borc istəyəndə o, Günelə borca pul vermişdir. Cavabdeh pulu o özü və yaxud tanışı X2 və yaxud dostu Şahin adlı şəxs vasitəsi ilə vermişdir. 2023-cü ilin oktyabr-noyabr aylarından başlayaraq Cavabdeh ondan bacısı Lalə və xalası qızı Vəfanın adından borc istəməyə başlamışdır və həmin borcları qısa zamanda qaytaracağına söz vermişdir. Günel ona xalası qızı Vəfanın pula ehtiyacı olduğunu deyərək ondan hissəhissə olmaqla ümumilikdə təxminən 10000 manat borc almış və həmin borcun bir hissəsini qaytarmış, hazırda onun 5100 manat borcu qalmışdır. Bundan başqa Günel ona bacısı Lalənin pula ehtiyacı olduğunu deyərək Lalənin səs yazılarını göndərib ondan hissə-hissə olmaqla ümumilikdə təxminən 30000 manat borc almış və həmin borcun bir hissəsini qaytarmış, hazırda onun 20200 manat borcu qalmışdır. Günelin, öz adına aldığı borc puldan isə bir ildən çoxdur ki, 16800 manat borcu qalmışdır. Günelin aldığı 600 manat pulu isə o, əl borcu kimi ona dişlərini düzəltməyə və ev kirayəsi pulu kimi vermiş və həmin pulu heç ondan tələb etməmişdir. O, Günelin xalası qızı Vəfadan və bacısı Lalədən pulu qaytarmasını tələb etdikdə onlar bildirmişlər ki, onlar Güneldən pul istəməmişlər və Günel onlara pul göndərməmişdir. Beləliklə, hazırda Cavabdeh ona 42100 (qırx iki min yüz) manat (5100+20200+16800=42100) məbləğində borcu vardır. O, Cavabdeh borcunu istəyən zaman Günel müxtəlif bəhanələr gətirib borcunu qaytarmamış, ona hədə-qorxu gəlib üzərində gəzdirdiyi bıçaqla özünü öldürüb onu günahkar çıxardacağını bildirmişdir. Bununla bağlı o, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət etmiş və toplanmış material üzrə araşdırma aparılaraq Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmış və həmin iş mülki xarakterli olduğundan ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. 2-ci PŞ-də araşdırma aparılarkən Cavabdeh ona 20000 manat borcu olmasını etiraf etmiş və həmin borcdan hər ay 500 manat ödəməsinə söz vermişdir, lakin həmin vaxtdan bu günə kimi heç nə ödəməmişdir. Buna görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İddiaçı ilə 7 il olar münasibəti var. Əvvəllər münasibətləri çox yaxşı olmuşdur. Bəxtiyar ona dəfələrlə faizə, yənisələmə pul vermiş, o da həmin pulu artıqlaması ilə ödəmişdir. Bəxtiyardan dəfələrlə sələm pul alsa da konkret ondan nə qədər pul aldığını bilmir. Lakin ən çox Bəxtiyardan 6000 manat birdəfəyə borc pul almışdır. Həmin pulun da hamısını tam şəkildə ödəmişdir. Belə ki, ödənişlərini “Milliön” və kartdan karta göndərməklə həyata keçirmişdir. Bu günədək onun kartından iddiaçının kart hesabına göndərdiyi məbləğlər xeyli çoxdur. O, “Milliön” vasitəsi ilə "xxxx" ASC-ə məxsus “4169-7388-6066-0913” saylı kart hesabına pullar göndərmişdir. Bəxtiyar ona şər böhtan atır. Onun barəsində dəfələrlə polis orqanlarına şikayət etmişdir. O, Bəxtiyara nə qədər ödəməli olduğunu dəqiq bilmədiyi üçün polisdə canını qurtarmaq üçün guya Bəxtiyara 20000 manat borcu olması barədə yanlış izahat vermişdir. Əslində isə o, Bəxtiyardan aldığı borcu artıqlaması ilə qaytarmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Bəxtiyar onun dostudur. Cavabdeh İddiaçı vasitəsilə tanımışdır. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Bəxtiyarın ona verdiyi 2700, 2800 və 4000 manatı çatdırması üçün Günelə vermişdir. Bundan başqa Bəxtiyarın tapşırığına əsasən ona verdiyi 1600 manatı Günelin götürməsi üçün sonuncunun yaşadığı evin yaxınlığındakı OBA marketə aparıb vermişdir. Lakin bir qədər sonra Günel həmin 1600 manat pulu onun vasitəsilə Bəxtiyara qaytarmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, İddiaçı onun oğlunun kirvəsidir. Günellə hazırda münasibəti yaxşı deyil, onu danışdırmır. Belə ki, aralarında pul söhbəti var. O, 2024-cü ilin yanvar-aprel aylarında şəxsi bank hesabından Günelə məxsus bank kartına 19500 manat pul göndərmişdir. Həmin pulu Bəxtiyarın tapşırığına əsasən Günelə göndərmişdir. Lakin Günellə bu barədə danışmamışdır. Birinci instansiya məhkəməsi onun və şahidlərin izahatlarına nədənsə inanmamış, yalnız cavabdehin izahatına və öz mülahizələrinə əsaslanaraq düzgün nəticəyə gəlməyərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, iş materiallarından və cavabdehin izahatından görünür ki, Cavabdeh həqiqətən 7 il olarkı borca pul vermişdir. 2023-cü ilin oktyabr ayına kimi onun özünün adına borca verdiyi puldan Günelin 16800 manat borcu qalmış və oktyabr ayından sonra xalası qızı Vəfanın adı ilə aldığı 10000 manat borcdan 5100 manat borcu qalmış, bacısı Lalənin adı ilə almış 30000 manat puldan 20200 manat borcu qalmışdır, yəni Günelin ona cəmi 42100 manat borcu qalmışdır. Lakin məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh sonuncunun etirafına və işdə olan sənədlərə əsasən borc verməsini qismən sübut etsə də, lakin cavabdehin ona 42100 manat borclu olduğunu tamamilə sübut edə bilməmişdir. Baxmayaraq ki, 2-ci polis şöbəsində aparılan araşdırma zaman Cavabdeh ondan 2023-cü ilin oktyabr ayından sonra da Vəfanın adı ilə və bacısı Lalənin adı ilə borc aldığını təsdiq edərək ona 20000 manat borcu olduğunu və həmin borcu o, ayda 500 manatla ödəcəyini bildirmiş və bunu onunla WahtsApp danışığında da təsdiq etmişdir. Həmin diski səs yazması kimi məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə buna heç bir hüquqi qiymət verməmiş və yalnız Günelin bu izahatı qorxduğu üçün verməsini göstərmişdir. Lakin Polis şöbəsində Günelə kim tərəfindən və hansı hədə-qorxu gəlməsi barədə Günel iş materiallarına heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh Polis şöbəsində qismən də olsa ona 20000 manat borcun olmasını etiraf etmişdir, lakin məhkəmə AR Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsinin (Preyudisiya) tələblərini nədənsə nəzərə almamışdır. Əvvəllər həll olunmuş işlə əlaqəli olan işi araşdıran məhkəmə üçün tətbiq edilməsi məcburi olan, hüquqi faktın və ya hüquq münasibətlərinin mövcudluğu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya məhkəmə qərarı və ya səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş qayda da qəbul edilən inzibati akt preyudisiya kimi başa düşülür. Preyudisiya institutu sübut hüququnun əsas institutlarından biri kimi, daha əvvəl qəbul edilmiş qərarı nəzərə almaqla sübutetmənin məqsədinə zidd ola bilməz. Məlum olduğu kimi, sübutetmənin məqsədi həqiqətin müəyyən edilməsidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, tərəflər arasında 3000 manatdan artıq məbləğdə pulun borc kimi verilməsi barədə hər hansı rəsmiləşdirilmə aparılmamış, yazılı formada müqavilə bağlanmamışdır. Pulun borc verilməsinə dair şifahi əqd də bağlana bilər, mənim cavabdehlə 7 ildir ki, borc alış-verişi olmuş və ona inandığı üçün onunla yazılı formada əqd bağlamamışdır. Bundan başqa məhkəmə Cavabdeh "xxxx" ASC-ə məxsus olan şəxsi “4169-7388-7756-3704” saylı bank kart hesabından onun kart hesabına pul mədaxil olmasına dair çıxarış almış, lakin onun "xxxx" ASC-ə məxsus şəxsi “4169-7388-6066- 0913” saylı kart hesabından və digər 2 kartlardan Cavabdeh kart hesabına köçürülən pul məbləği barədə çıxarış almamışdır. Bu onu göstərir ki, məhkəmə işi səthi və bir tərəfli araşdırmışdır. Bundan başqa məhkəmə cavabdehə vermiş olduğu borc 2023-cü ilin oktyabr ayı və ondan sonrakı dövrü əhatə etməklə hissə-hissə olmaqla borc məbləği 3000 (üç min) manatdan artıq təşkil etməsini və cavabdehin iddiaçıdan aldığı hissə-hissə borc onların şifahi razılaşmasına görə vahid borcun əsasını təşkil etməsini göstərmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və digər iş materialları ilə iddiaçının cavabdehə hissə-hissə olmaqla 27400 manat borc verməsi sübut olunur. Digər tərəfdən SD diskdə olan görüntüdə Cavabdeh İddiaçı 7850 manat borcunun olmasını etiraf etmişdir. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işə əlavə edilmiş qəbzlərdən, Günay Alıyevanın və Şahin Cəfərovun izahatlarından məlum olur 2023-cü ilin oktyabr ayı və ondan sonrakı dövrü əhatə etməklə hissə-hissə olmaqla Cavabdeh 67780 manat borc pul vermişdir. Bu 2023-cü ilin oktyabr ayı və ondan sonrakı dövrə aiddir, o, hələ oktyabr ayından əvvəl də Cavabdeh hissə-hissə pul göndərmişdir. Lakin məhkəmə bunları nəzərə almayaraq əsassız və qanunsuz qətnamə çıxarmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında İddiaçı və nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehi xeyli müddətdir ki, tanıyır. Onunla dost münasibətdə olmuş və cavabdehə lazım olduqca borca pul vermişdir. O, həmin pulları sələm kimi yox, faizsiz borc kimi vermişdir. Polis orqanında yazdığı izahatda borcu faizlə verdiyi göstərilsə də, əslində borcu faizsiz vermiş, onun adından izahat təhqiqatçı tərəfindən yazılmış, o, həmin izahatı oxumadan imza etmişdir. Cavabdeh polis orqanında yazdığı izahatında ona 20000 manat borclu olduğunu və həmin borcu ayda 500 manat olmaqla qaytaracağını bildirmişdir. Əslində isə cavabdehin ona ödənilməmiş 42100 manat borcu qalmışdır. Həmin pulun bir hissəsi nağd şəkildə, bir hissəsi isə kartına ödəniş edilməklə verilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə da apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə (vəkil) Nümayəndə əlavə olaraq göstərdi ki, iddiaçı 2023-cü ilin axırlarından 2014-cü ilin apel ayı da daxil olmaqla cavabdehə ümumilikdə 107320 manat miqdarında borc pul vermişdir ki, həmin məbləğdən birinci instansiya məhkəməsinə 35 380 manata dair ödəniş sənədləri təqdim etmişdir, hazırda təqdim etdikləri ödəniş sənədlərinə görə isə 72 500 manat cavabdehə borc pul vermişdir. İddiaçı cavabdehə verdiyi xırda məbləğləri isə ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçını uzun müddətdir ki, tanıyır və onunla yaxın münasibətləri olmuşdur. O, həm də iddiaçını sələmçi kimi tanıyır və iddiaçıdan bir ayı 30 faiz əlavə ödəməklə dəfələrlə borc pul almış, lakin aldığı borcları sələmi ilə birlikdə qaytarmışdır. Polis orqanında yazdığı izahatda iddiaçıya borclu olması barədə qeyd etməsinin səbəbi polis tərəfindən ona təzyiq göstərilməsi olmuşdur. Belə ki, ondan izahat alınanda iddiaçı da polis idarəsində olmuş, polis əməkdaşı “onu içəri salın” deyə qışqiraraq ona təzyiq göstərmiş və iddiaçıya guya ki, borclu olmasına dair izahatını almışdır. Əslində isə o, iddiaçıya aldığından xeyli artıq məbləğdə pul qaytarmışdır və hər hansı məbləğdə borcu qalmamışdır. İddiaçıya borcunu əksər hallarda onun bank kartına köçürməklə ödəniş etmiş, bəzən isə pulu nağd qaydada özünə vermişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi, iş üzrə məhkəmə iclasında iştirak edən tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan HK-1/1695 saylı material üzrə İddiaçı izahatından görünür ki, Gəncə şəhərində yaşayır. Cavabdeh 7 ildir ki, tanıyır. Güneli hər kəs “Səbiş” kimi tanıyır. O, Güneli əvvəllər tanışı olan Cəmilə adlı şəxsin vasitəsilə tanımışdır. Güneli tanıdıqdan sonra Günel onun etibarından istifadə edib müxtəlif vaxtlarda ondan borc almağa başlamışdır. Günel ilk vaxtlarda ondan aldığı borcu qaytarmış və onda inam yaratmışdır. Günel ondan borcu alan zaman əlavə borcun üstündə pul vermişdir. X2 onun tanışıdır. Günel ondan borc istəyən zaman o, Günaya demiş və Günay Günelin göndərdiyi bank kartına pul vurmuş və ya ona göndərmiş və Günelə vermişdir. 2023-cü ilin oktyabr-noyabr aylarından başlayaraq Günel ondan bacısı Lalə və xalası qızı Vəfanın adından borc istəməyə başlamışdır. Günel həmin borcları qısa zamanda qaytaracağını demişdir. Belə ki, Günel ona xalası qızı Vəfanın pula ehtiycı olduğunu demiş və ondan hissə-hissə olmaqla ümumilikdə təxminən faizlə birlikdə 10.000 manat borc pul almış və həmin borcun bir hissəsini qaytarsa da, hazırda 5100 manat borcunu qaytarmır. Bundan başqa Günel ona bacısı Lalənin pula ehtiyacı olduğunu və Lalənin səs yazılarını göndərib borc pul istəmişdir. Günel bacısı Lalənin adından ondan təxminən faizlə birlikdə 30.000 manat borc pul istəmişdir. Günel həmin borcdan bir qismini qaytarsa da, 20 200 manat borcunu qaytarmır. Həmin 20 200 manat pulun təxminən 15 000 manatın bir qisimini Günay ona göndərmiş və o, Günelə vermiş, bir qisimini isə Günay Günelin və bacısı Lalənin bank kartına göndərmişdir. O, Güneldən borcunu istəyən zaman Günel müxtəlif bəhanələr gətirərək borcunu qaytarmır. Belə ki, o, Güneldən borcunu istəyən zaman Günel ona hədə-qorxu gəlib üzərində gəzdirdiyi bıçaqla özünü öldürüb onu günahkar çıxardacağını deyir. O, ona görə polisə müraciət etmişdir. Günel özünə xəsarət yetirərsə günahkarı o, deyil. Ümumilikdə Günel xalası qızı Vəfanın adından 5100 manat, bacısı Lalənin adından ümumilikdə 20 200 manat, Günel öz adından 16800 manat borc pul almışdır. Günelin aldığı 600 manat pulu əl borcu kimi almışdır. Ümumi borc 42100 manat olmuşdur. İş materiallarında olan HK-1/1695 saylı material üzrə Cavabdeh izahatından görünür ki, Gəncə şəhərində yaşayır. İddiaçıni təxminən 6-7 il olarki tanıyır. Onunla Bəxtiyar pulalış verişi olmuşdur. Belə ki, Bəxtiyar ona 30 faizlə borca pul vermişdir. O, Bəxtiyarı tanıyandan müxtəlif vaxtlarda Bəxtiyardan faizlə borca pul almış və qaytarmışdır. Bundan başqa o, X3 Atainin sevgilisi kimi tanımışdır. O, Günay Alıyevadan borca pul almamışdır. X6 heç bir pul alış-verişi olmamışdır. Bacısı Lalənin adı ilə o, İddiaçıdən borca faizlə pul almış, lakin həmin pulu o, bacısına verməmiş, Bəxtiyara olan borcunu ödəmişdir. Bundan başqa xalası qızı Vəfanın adı ilə o, Bəxtiyardan borca pul alıb Bəxtiyara olan borcunu ödəmişdir. Vəfa və Lalə Bəxtiyardan borca pul almamışdırlar. Bəxtiyar və Günay ondan borclarını istəyən zaman o, əsəbləşərək özünü öldürəcəyini demişdir. Təxminən onun Bəxtiyara iyirmi min manat borcu olar və həmin borcu o, ayda 500 manatla ödəyəcəkdir. İş materiallarında olan HK-1/1695 saylı material üzrə X1 izahatından görünür ki, Gəncə şəhərində yaşayır. İddiaçı onun tanışıdır. Cavabdeh təxminən 1 il olar tanışı Bəxtiyarın vasitəsilə tanımışdır. 2023- cü ilin oktyabrnoyabr aylarından başlayaraq Bəxtiyar Günelin borca ehtiyacı olduğunu demiş və ondan pul alıb Günelə göndərmişdir. Həmçinin Günel bank kartını Bəxtiyara göndərmiş və Bəxtiyar da həmin bank kartını ona göndərmişdir. O, həmin bank kartına pulu vurmuşdur. O, ümumilikdə Günelə və bacısı Laləyə 20000 manat pul vermişdir. Həmin məbləğin bir qismini Bəxtiyara göndərmişdir ki, Bəxtiyar Günelə göndərsin. Bir qismini isə Günelə göndərmişdir. Təxminən 2000 manat pulu isə Lalənin bank kartına göndərmişdir. O, Güneldən borcunu istəyən zaman Günelə borc vermədiyini və borcu Bəxtiyardan aldığını deyir. Bundan başqa Güneldən borcu istəyən zaman özünü öldürəcəyi və pulu qaytarmayacağı ilə hədələyir. Beləliklə Günel onu və Bəxtiyarı günahkar çıxartmaq istəyir. Günel özünə xəsarət yetirərsə günahkarı o və Bəxtiyar deyil. İş materiallarında olan SD diskə əlavə olunan görüntülərdən görünür ki, İddiaçı sualına cavab olaraq Cavabdeh ona 7850 manat borcunun olduğunu bildirir. Lakin həmin görüntünün hansı tarixdə qeydə alınması barədə hər iki şəxs tərəfindən heç bir məlumat verilməmişdir. İş materiallarında olan 12 mart 2025-ci il tarixli, 2025/204/5368 nömrəli məktuba əsasən "xxxx" tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən bank əməliyyatlarına dair plastik kart hesabından çıxarışdan görünür ki, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayının sonunadək Cavabdeh "xxxx" ASC-yə məxsus olan şəxsi “4169-7388-7756-3704” saylı bank kart hesabından, İddiaçı "xxxx" ASC-ə məxsus şəxsi “4169-7388-6066-0913” saylı bank kart hesabına 82 095 manat pul mədaxil olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş, habelə EMİS-ə daxil edilmiş bank əməliyyatlarına dair plastik kart hesabından çıxarışlardan görünür ki, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayının sonunadək Cavabdeh "xxxx" ASC-yə məxsus olan şəxsi “4169-7388-7756-3704” saylı bank kart hesabına ümumilikdə 81 300 manat pul mədaxil edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə uzun müddətdir ki, münasibətləri olduğundan sonuncu iddiaçıdan dəfələrlə müxtəlif məbləğlərdə həm plastik kart hesabına köçürülməklə, həm də nağd qaydada əlavə faiz ödəmək şərti ilə borc pul almış, aldığı borc pulları sonradan qaytarmış, iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş, həmçinin məhkəmə sorğusuna əsasən "xxxx" ASCdən götürülmüş bank hesabından çıxarışlardan görünür ki, mübahisələndirilən dövr ərzində yəni 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayınadək təkcə kart hesabına köçürmə qaydasında cavabdehin plastik kart hesabına 81 300 manat, cavabdehin kart hesabından isə iddiaçının kart hesabına 82 095 manat pul mədaxil edilmişdir. İddiaçı cavabdehə qağd qaydada borc pul verdiyini iddia etsə də məhkəməyə həin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə vermiş olduğu borc 2023-cü ilin oktyabr ayı və ondan sonrakı dövrü əhatə etməklə hissə-hissə olmaqla borc məbləği 3000 (üç min) manatdan artıq təşkil etmişdir. Cavabdehin iddiaçıdan aldığı hissə-hissə borc onların şifahi razılaşmasına görə vahid borcun əsasını təşkil etmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və digər iş materialları ilə iddiaçının cavabdehə hissə-hissə olmaqla 27400 manat borc verməsi sübut olunur. Digər tərəfdən SD diskdə olan görüntüdə Cavabdeh İddiaçı 7850 manat borcunun olmasını etiraf etmişdir. Qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin, tərəflər arasında 3000 manatdan artıq məbləğdə pulun borc kimi verilməsi barədə hər hansı rəsmiləşdirilmə aparılmamış, yazılı formada müqavilə bağlanmamışdır. Başqa sözlə, tərəflər arasında 3000 manatdan artıq pulun borc verilməsinə dair yalnız şifahi əqd bağlanmış, qüvvədə olan qanunvericiliyin tələbinə əməl olunmamış, yəni əqd yazılı formada tərtib olunmamış və tərəflər onu imzalamamışlar. Bu isə özlüyündə əqdin forma və məzmununa dair mülki qanunvericiliklə müəyyən olunan tələbinə əməl edilməməsi ilə nəticələnmişdir. Nəticədə qeyd olunan münasibət özlüyündə tərəflər arasında bağlanmış şifahi müqavilənin etibarsızlığına səbəb olmuşdur. Bununla belə, cavabdeh tərəfindən 3000 manatdan artıq məbləğdə pulu iddiaçıdan alması məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunmuşdur. Belə olan halda məhkəmə tərəflər arasında olan mövcud (faktiki) münasibəti qanunvericiliyin tələbi baxımından qiymətləndirərək hesab edir ki, cavabdeh hüquqi əsas (qanuni və müqavilə əsası) olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Lakin cavabdehin öz bank kartı hesabından iddiaçının bank kartı hesabına göndərmiş olduğu məbləğlər tədqiq edilən zaman müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə vermiş olduğu məbləğdən xeyli artıq məbləğdə cavabdeh ona ödənişlər etmişdir. Belə olan halda iddiaçının cavabdehdən hər hansı məbləğdə pul tələb etməsi haqlı deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.10-cu maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı cavabdehin ona 42100 manat borcunun olmasını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə vermiş olduğu məbləğdən xeyli artıq məbləğdə cavabdeh ona ödənişlər etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, 2-ci polis şöbəsində aparılan araşdırma zaman Cavabdeh ondan 2023-cü ilin oktyabr ayından sonra da Vəfanın adı ilə və bacısı Lalənin adı ilə borc aldığını təsdiq edərək ona 20000 manat borcu olduğunu və həmin borcu o, ayda 500 manatla ödəyəcəyini bildirmiş və bunu onunla WahtsApp danışığında da təsdiq etmişdir. Həmin diski səs yazması kimi məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə buna heç bir hüquqi qiymət verməmiş və yalnız Günelin bu izahatı qorxduğu üçün verməsini göstərmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə bağlı kollegiya qeyd edir ki, əvvəla iddiaçı cavabdehin ona 20000 manat yox, 42100 manat borclu olduğunu bildirir. Lakin plastik kart hesabından çıxarışlardan göründüyü kimi cavabdehin iddiaçının kart hesabına köçürdüyü məbləğlər iddiaçının onun kart hesabına köçürdüyü məbləğlərdən daha çoxdur. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apelyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-181/2025 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı (nümayəndəsi (vəkil) Nümayəndə) apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-181/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1930/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1930/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver