Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1931/2025 13.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X6 (sədrlik edən və məruzəçi), X7 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin e-2(030)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 25 mart 2024-cü il tarixli 09/24-G xidməti müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin direktor X8 ilə İddiaçı arasında 25 mart 2024-cü il tarixli 09/24-G xidməti müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı adlanan sahibkar İddiaçı sifarişçi adlanan "xxxx" MMC-nin tələbinə uyğun olaraq günlük bir reys üçün 23-26 ton daşıma öhdəliyini öz üzərinə götürür. Yanacaq və yemək sifarişçinin hesabına verilir.
2. Göygöl rayon X11 bölməsinin müstəntiqi X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 avqust 2024-cü il tarixli qərarının surətindən görünür ki, 21 aprel 2024cü il tarixdə saat 16 radələrində Cavabdeh etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus “Howo” yük markalı, **-BG-*** nömrə yük avtomobilini Göygöl rayonu Tülallar kəndi ərazisində Göygöl rayonu Zunges adlanan əraziyə doğru hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək, avtomobil üzərində idarəetməni itirmiş, yük avtomobilin yolun ona nisbətdə sağ hissəsində olan dəmir maneəni keçərək aşmışdır. Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir.
3. Fotoşəkillərdən görünür ki, “Howo” markalı, **-BG-***: dövlət qeydiyyat nişanlı avtomaşının ön qabaq hissəsi yarasız vəziyyətdədir.
4. Gəncə “Avtomotoservis və Ticarət” müəssisəsi trəfindən tərtib edilmiş akt-rəydən görünür ki, “Howo” yük markalı, **-BG-*** nömrə nişanlı avtomobilə dəymiş ziyan 70000 manat məbləğində qiymətləndirilmişdir.
5. 16 iyul 2024-cü il tarixli 55570 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Gəncə “Avtomotoservis və Ticarət” müəssisəsinin hesabına 140 manat məbləğində xidmət haqqı ödənilmişdir.
6. 17 avqust 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. Ppulpal məlumat portalından çıxarılmış mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Gəncə Vəkil Bürosunun hesabına 1000 manat məbləğində vəkil xidmət haqqı ödənilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2025-ci tarixli 9/9325 nömrəli ekspert rəyindən görünür ki, “Hovvo” markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada 2024-cü ilin aprel ayından əvvəl olan bazar dəyəri təxminən 50700 (48000+53500):2=17950,00) manat müəyyən edilmişdir.
9. 04 iyul 2025-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, dövlət qeydiyyat nişanı 21BG122 olan “Howo” yük markalı yük maşını 10000 manata Tovuz RQİ və TBŞ qeydiyyat məntəqəsində satıcı İddiaçı tərəfindən alıcı X1.
10. X12 Xidməti İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar olan 22 aprel 2024-cü il tarixli məlumatından görünür ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanası “PHŞ Abbas Səhət adına xəstəxanada zərərçəkən Cavabdeh Suray oğlu “ sağ sait sümüyünün sınığı, baş-təpə nahiyyəsinin çapılmış yarası, 12-ci fəqərən sınığı ilə xx.xx.2024-cü il tarixdə, X13 yük apararkən Göyğöl rayonu, Tülallar kəndində yol nəqliyyat hadisəsi baş verməsi nəticəsində xəsarət almışdır.
11. Məhkəmə sorğusu əsasında əldə edilmiş Göygöl rayon Polis Şöbəsindən əldə edilmiş xx.xx.2026-cı il tarixli, 77/2-680/26 saylı məktubdan görünür ki, 21 aprel 2024-cü il tarixdə saat 16 radələrində Cavabdeh BC139769 nömrəli sürücülük vəsiqəsi ilə, 961847 nömrəli etibarnamə əsasında idarə etdiyi xxxxxxx000200 nömrəli əmək müqaviləsi ilə işçisi olduğu İddiaçı məxsus BD449821 nömrəli qeydiyyat şəhadətnaməli "Howo Yük" markalı, **-BG-*** nömrə nişanlı yük avtomobilini Göygöl rayonu Tülallar kəndi ərazisindən yüklə yüklədikdən sonra Göygöl rayonu Zurges adlanan əraziyə doğru hərəkətdə olduğu zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinin pozmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək avtomobil üzərində idarəetməni itirmiş nəticədə yük avtomobili yolun ona nisbətdə sağ hissəsində olan dəmir maneəni keçərək aşmış, nəticədə Cavabdeh sol said sümüklərinin qapalı sınığı, sağ gicgah-təpə nahiyyəsinin əzilmiş yarası, Xİl döş fəqərəsinin compression sınığı, hər iki ağciyərin kontuziyası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa AZ AGİR zərər vurmaya aid edilən xəsarət almışdır. Həmin məlumat Göygöl RPŞ-də xx.xx.2024-cü il tarixdə HK-1/766 nömrə ilə qeydiyyata alınaraq icrası istintaq bölməsinə həvalə edilmişdir. Araşdrıma zamanı sürücü Cavabdeh hadisənin qarşısının almağa texniki imkanının olub-olmaması ilə əlaqədər məhkəmə kompleks yol nəqliyyat ekspertizası təyin edilməklə rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 8/1426-8/1468 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən edilmişdir ki, baxışa təqdim olunmuş "Howo" markalı, **- BG-*** d.q.n.l-i avtomobilin hadisə zamanı sükan sistemi işlək vəziyyətdə olmuş və qabaq sağ təkərinin tormozu istisna olmaqla digər bütün təkərlərin tormoz sistemi işlək vəziyyətdə olmuşdur. Avtomobilin qabaq sağ təkərinə gedən tormoz şlanqı qartlanaraq kustar üsulla zajimlə bağlandığından digər təkərlərdə effektivlik tormozlanma olmuşdur. Yəni avtomobilin sükan sistemi və işçi tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Howo" markalı, **-BG-*** d.q.n.l-i avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh avtomobili qabaq sağ təkərinin tormozu nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı əlavə 1-ci hissəsinin) tələblərinə uyğunsuzluq olmuş, lakin həmin nasazlıqla hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyində zərəçəkmiş şəxsin özünün təqsiri ilə baş vermiş hadisə nəticəsində özünün xəsarət alması hüquqi nəticə yaratmadığından toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda "Howo" markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı dəymiş ziyanla bağlı iddia ərizəsi ilə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir.
12. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X2 17 dekabr 2025-ci il tarixli, 3-17-5/2-118170/2025 saylı məktubunda qeyd edilmişdir ki, baş vermiş bədbəxt hadisənin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədi ilə işəgötürən İddiaçı ünvanlarına (ünvan 117-5/2-B-24319/2024 və 3-17-5/2-B-24317/2024 nömrəli məktublarla Cavabdeh aid sənədlərin təqdim edilməsi xahiş olunmuş, lakin işəgötürən göndərilən məktublara cavab verməmişdir. “Göygöl rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024cü il tarixli 18-1-42/2-341/2024 nömrəli cavab məktubunda Cavabdeh xx.xx.2024-cü il tarixdə “Göygöl rayon X4 Tibbi Yardım bölməsinə “Sol mil bilək sümüyünün sınığı, alın-baş nahiyyəsinin çapığı, gözaltı nahiyyəsinin çapığı ilə müraciət etdiyi, ilkin tibbi yardım göstərilərək “əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi” açılmayaraq “Gəncə şəhər Birləşmiş Xəstəxanasına” göndərildiyi bildirilmişdir. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli 18-1-37/2-478/2024 nömrəli cavab məktubunda, Cavabdeh xx.xx.2024-cü il tarix saat 18:24 radələrində xəstəxananın X20 bölməsinə müraciət etdiyi, TTY şöbəsinin həkimi X10 tərəfindən Cavabdeh tibbi xidmət göstərildiyi, onun “Döş qəfəsinin rentgenoqrafiyası, Said sümüklərinin rentgenoqrafiyası, beyin KT, Torakal (döş qəfəsinin) KT” müayinələri olunduğu, xəstəxananın TTY şöbəsində Cavabdeh “Sağ said sümüklərinin sınığı” diaqnozunun qoyulduğu, Cavabdeh xəstəxananın travmatalogiya şöbəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müalicə aldığı, xx.xx.2024-cü il tarixdə “Sol said sümüklərinin metal lövhə ilə osteosintezi” əməliyyatı icra olunduğu, “əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi” açılmadığı bildirilmişdir. Tərəfimizdən Göygöl rayon Polis şöbəsinə xx.xx.2024-cü il tarixli 3-17-5/2-24130/2024 nömrəli məktub ünvanlanmış, lakin sorğuya cavab verilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında xx.xx.2024-cü il tarixdə Göygöl rayon Topalhəsənli kənd ərazisində yerləşən "xxxx" MMC-nə gedərək orada Anar deyilən şəxslə qarşılıqlı razılaşma əsasında “etibarnamə” ilə “Hovo” markalı yük avtomobili ilə həmin şirkətdə sürücü olaraq işə qəbul edildiyini, işinin “Hovo” markalı yük avtomobili ilə Göygöl rayon Tülallar kənd ərazisindən qızıl torpağı Daşkəsən rayon Çovdar kəndi ərazisində yerləşən “Azərgold” şirkətinə aparmaqdan ibarət olduğu, hadisə baş verən gün, yeni xx.xx.2024-cü il tarixdə saat 07:00 radələrində 1-ci reys etmək üçün yük avtomobilinə yük yükləyərək Daşkəsən rayon Çovdar kəndinə getdiyini, yükü boşaltdıqdan sonra Göygöl rayon Tülallar kənd ərazisinə qayıtdığını, hadisədən əvvəl yük avtomobili nasaz olduğu halda 1 (bir) reys etdiyini, Anar adlı şəxsə məlumat verdiyini, lakin Anarın ona 2-ci reys də etməyini bildirdiyini, hadisə baş verən gün saat təxminən 16:00 radələrində 2-ci reys üçün yük avtomobili ilə yük aparmaq üçün yola çıxdığını, Göygöl rayon Tülallar kənd ərazisində yolun sərt eniş-yoxuş olan hissəsində, yolun enişin təxminən yarısında yük avtomobilinin nasazlığından əyləcinin tutmayaraq maşının enişdə sürətlənərək yolun sərt döngə hissəsində aşaraq dərəyə yuvarlandığını, hadisə baş verdikdən sonra huşsuz vəziyyətdə olduğu üçün heç nə xatırlamadığını, özünü normal hiss edəndə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada olduğunu bildirmişdir. Araşdırma zamanı tərəfimizdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən xx.xx.2024-cü il tarixinədək fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı və əmək müqaviləsi bildirişinin hadisə baş verdikdən sonra, xx.xx.2024-cü il tarixdə saat 23:31-də elektron informasiya sisteminə daxil edildiyi məlum olmuşdur. Xəsarət alan Cavabdeh işəgötürən – vəzifəli şəxs İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilən inzibati xəta törədildiyinə görə, onun barəsində X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi əsasında inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Qərar qəbul edilmişdir. Bildiririk ki, Cavabdeh iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş verən zaman onunla işəgötürən – vəzifəli şəxs İddiaçı arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək münasibətləri yaranmadığından, baş vermiş hadisə tərəfimizdən təhqiq edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70000 manat dəymiş ziyanın, ödənilmiş 300 manat dövlət rüsumunun, vəkilə hüquqi yardımı ilə bağlı ödənilmiş 1000 manatın və avtomobilə dəymiş ziyanla bağlı qiymətləndirilməyə ödənilmiş 140 manat xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan “Howo” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh tərəfindən idarə olunan zaman aşmış və nəticədə avtomobilə 70000 manat ziyan dəymişdir. Ona dəymiş ziyan bu günədək cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən avtomobilə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır.
15. Daşkəsən Rayon Məhkəməsinin e-2(030)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş ziyanın əvəzi kimi 40700 manat, ödənilmiş dövlət rüsumu əvəvzi olaraq 242,10 manat və hüquqi xidmətlə bağlı ödənilmiş 700 (yeddi yüz) manat tutulub İddiaçı verilməsi, məhkəmə ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, Ekspertiza xərci, Adı: Dövlət xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 21 aprel 2024-cü il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Howo” yük markalı, **-BG-*** dövlət qeydiyyat nömrəli yük avtomobilini Göygöl rayonu Tülallar kəndi ərazisində ehtiyatsızlıq edərək qəzaya uğratmışdır. Nəticədə avtomobilin mülkiyyətçisinə maddi zərər vurmuşdur. Avtomobilin təmir edilmə yolu ilə əvvəlki vəziyyətə gətirilməsi qeyri-mümkün olmuşdur. Avtomobilin qəzadan əvvəlki vəziyyətinə uyğun bazar dəyəri ekspert rəyinə əsasən təxminən 50700 manat məbləğində müəyyən edilmişdir. İddiaçı avtomobili yararsız vəziyyətdə 10000 manata satmışdır. Məhkəmə qeyd edir ki, zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Buna görə də şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. İş üzrə göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən İddiaçı 50700 manat məbləğində ziyan vurulmuşdur. Ziyanın yaranma səbəbi Göygöl rayon X11 bölməsinin 15 avqust 2024-cü il tarixli qərarı, ziyanın həcmi isə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2025-ci tarixli 9/9325 nömrəli ekspert rəyi ilə təsdiq olunur. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi xidmətlə bağlı ödənilmiş 1000 manat məbləğində pul vəsaitinin 700 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
17. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1108.1, -cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
18. Daşkəsən Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil3 apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 36/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə maddi hüquq normalarınn yəni, ziyan və delektlərlə bağlı maddi normalara istinad etsədə, apellyasiya şikayətin 7-ci paraqrafında qeyd edilən sübutlara düzgün qiymət verməmiş və nəticədə düzgün qərara gəlməyərək, adıçəkilən maddi hüquq normalarının tələblərini pozmuşdu. Belə ki, cavabdeh həmin avtomobili hansı əsaslarla idarə edib, avtomobil nəyə görə sığortalanmayıb, müqavilə üzrə cavabdehin dəymiş ziyana görə pul ödəməsi öhdəliyi olumuşdurmu və sair bu cürə məsələlər məhkəmə tərəfindən araşdırılmamıdır. İddiaçı irəli sürdüyü tələbində qeyd etmişdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2024-cü il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus olan “Howo” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən avtomobil müqavilə əsasında cavabdehə verilməsi qeyd edilsə də, həmin müqavilə məhkəmə tərəfindən araşdırılmamış, buna qiymət verilməmişdir. Digər bir məsələ isə avtomobilin nəyə görə sığortalanmaması məsələsi idi. İddiaçı yüksək təhlükə mənbəyi olan və ağır işlərlə cəlb edilən yük avtomobili sığortalamamsı məsuliyyəti onun üzərinə qoyulması anlamına gəlir. Bundan başqa cavabdeh qeyd edir ki, avtomobil ona verilərkən nasaz vəziyyətdə olub və o, dəfələrlə iddiaçıdan avtomobili təmir etdirməsini tələb edib. Eyni zamanda hesab edir ki, ekspertiza tərəfindən ziyanla bağlı qoyulan məbləğdə ağlabatan deyil. Belə ki. əvvala ekspert avtomobilə baxış keçirmədən qiymət qoyub. Bundan başqa iddiaçı həmin avtomobili guya 10000 manata satıb. Həmin qiymət təbii ki, həqiqətə uyğun deyil. Şəkillərdən də görünür ki, avtomobilə dəymiş ziyan cox azdır. Ona görə də iş üzrə təkrar ekspertiza keçirilməlidir.
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, işlədiyi müddətdə maşının təkərləri yaxşı vəziyyətdə olmamışdır. Təkərlər mütəmadi olaraq partlamış və maşının əyləc sistemində problem olmuşdur. O, bu barədə iddiaçıya bildirəndə isə İddiaçı ona işə çıxmasını, problemin isə növbəti gün aradan qaldırılacağını bildirmişdir. Hadisədən bir gün əvvəl maşın nasaz olmuş, lakin ona işə çıxması bildirilmişdir. Onun maddi vəziyyəti pis olduğundan işə çıxmışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, şirkətdə işçilərə rəhbərlik edən Anar adlı şəxs ona işə çıxmasını bildirmişdir. Hadisə axşam saat 5-də baş vermişdir. Gecə saat 12-də cavabdeh xəstəxanada olan müddətdə hadisədən sonra onunla əmək müqaviləsi bağlanmışdır. Şirkətdə işçilərə rəhbərlik edən Anar adlı şəxs onu sürücü kimi işə götürmüşdür. İddiaçı avtomobilinin mülkiyyətçisidir, onu işə şirkət götürmüşdür. İddiaçı yük avtomobili şirkətə icarəyə vermişdir. İddiaçı yük avtomobili etibarnamə ilə birbaşa olaraq ona vermişdir. Onu "xxxx" MMC işə götürmüşdür. Ona etibarnamə verilmişdir ancaq o, yük avtomobilinin sahibinin kim olduğunu bilməmişdir. Avtomobilin xidməti müqaviləsi şirkətlə bağlamışdır. O, şirkətin işini yerinə yetirdiyi zaman hadisə baş vermişdir. Avtomobil yüklü vəziyyətdə olmuşdur. Hadisə 21 aprel 2024-cü ildə baş vermişdir. İşlədiyi dövr 450-500 manat əmək haqqı almalı imiş və əmək haqqı əlbəəl verilirmiş.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən işin hallarına düzgün qiymət verməmişdir. İddia ərizəsinə əsasən tərəflər arasında müqavilə bağlanmışdır. Məhkəmə həmin müqavilə üzrə öhdəliklər və digər məsələlərə toxunmamışdır. Bir digər məsələ isə avtomobilin sığortalanması məsələsidir. Belə ki, adı çəkilən yük avtomobili sığortalanmamamışdır, etibarnamə əsasında sığortalanmamış avtomobil necə idarə olunmuşdur? Əsas məsələlərdən biri də, cavabdehin avtomobildə olan nasazlıqları iddiaçıya bildirməsidir. İddiaçı isə dəfələrlə nazaslıqları aradan qaldıracaqlarını bildirsə də, aradan qaldırılmamışdır. Ekspertizanın rəyində avtomobilə dəymiş ziyan müəyyən olunmuşdur. Həmçinin iddiaçı avtomobili 10000 manata satdığını bildirmişdir. Həmin avtomobilin 10000 manata metal kimi də satılması mümkün deyildir. Həmçinin ekspert yük avtomobilinə baxış keçirmədən necə o qədər ziyan hesablamışdır. Məhkəmə bu kimi halları araşdırmalı, təkrar ekspertiza təyin etməlidir. Cavabdehin yüklərini daşıdığı zavodla müvaqiləsi olduğu üçün yük maşının əyləcində problem ola-ola işləməyə məcbur olmuşdur.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 izahat verərək bildirmişdir ki, cavabdeh hadisə baş verən günü dərhal qaynar xəttə çıxaraq əmək müfəttişliyinə müraciət etmiş və bildirmişdir ki, onu kimsə əmək müqaviləsi olmadan işlədir. Buna görə də, İddiaçı cavabdehi qanunsuz işlətdiyinə görə cərimələmişdir. Bununla bağlı əmək müfətəşliyindən qərar var və qüvvədədir. Birinci instansiya məhkəməsinin icraatı zamanı da cavabdehin etiraz etdiyi yeganə məsələ avtomobilə dəymiş ziyan məsələsidir. Buna görə də, birinci instansiya məhkəməsində ekspertiza təyin edildi. Bundan sonra cavabdeh ərizə yazaraq sonrakı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianın qismən təmin edilməsini, avtomobilin ona satılması barədə və ya həmin avtomobili onun kiməsə satması barədə iddiaçının razılığa gəlməsini xahiş edir. Bununla bağlı o, cavabdehin vəkili ilə dəfələrlə əlaqə yaratmağa çalışmışdır ki, avtomobili cavabdehə sata bilərlər. Həmçinin avtomobildə nasazlıq olmasına dair faktda öz əksini tapmamışdır. Yəni ortada hüquq pozuntusu vardır və pozuntunu törədən şəxsdə məsuliyyət daşımalıdır. İddiaçı ölkə ərzasində yaşamır. O, sahibkar olaraq avtomobilinin istifadəsi üçün şirkətlə müqavilə bağlamışdır. Cavabdeh İddiaçı tanımadığını bildirsə də, cavabdeh İddiaçı nümayəndəsi (sürücüsü) kimi şirkətə getmişdir. Cavabdeh iddiaçının etibarnamə əsasında nümayəndəsi olmuşdur. İş üzrə cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar olmasa da, hesab edirlər ki, hazırkı iş üzrə cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi iş üçün əhəmiyyət kəsb etmir. Belə ki, cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur və ödəməlidir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
28. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
29. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.
30. Maddə 199.1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
31. Maddə 205.1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.
32. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
33. Maddə 205.3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
34. Maddə 206.1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.
35. Maddə 206.2. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
41. 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
42. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
43. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
44. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
45. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
46. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
47. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin e-2(030)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
51. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC ilə müqavilə bağlayaraq və müqaviləyə 01 nömrəli əlavə razılaşma protolu əsasında ona məxsus olan **-BG-*** dövlət qeydiyyat nişanlı “Hovo” markalı yük avtomobilini torpaq daşıma xidmətinin aparılması üçün bir reysi 165 manat məbləğinə razılaşmışlar. Həmçinin iddia ərizəsindən də, görünür ki, Cavabdeh İddiaçı məxsus olan **-BG-*** dövlət qeydiyyat nişanlı “Hovo” markalı yük avtomobilinin sürücü kimi işə qəbul edilmiş və cavabdeh “Howo” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili etibarnamə əsasında idarə etmişdir. 21 aprel 2024-cü il tarixdə saat 16 radələrində Cavabdeh etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus “Howo” yük markalı, **-BG-*** nömrə yük avtomobilini Göygöl rayonu Tülallar kəndi ərazisində Göygöl rayonu Zunges adlanan əraziyə doğru hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla avtomobil üzərində idarəetməni itirmiş, yük avtomobilin yolun ona nisbətdə sağ hissəsində olan dəmir maneəni keçərək aşmışdır. Yalnız bundan sonra xx.xx.2024-cü il tarixdə fiziki şəxs "xxxx" MMC ilə Cavabdeh arasında əmək müqaviləsinin bağlanmasına dair bildiriş hadisə baş verdikdən sonra, xx.xx.2024-cü il tarixdə saat 23:31-də elektron informasiya sisteminə daxil edilmişdir. Xəsarət alan Cavabdeh işəgötürən-vəzifəli şəxs İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilən inzibati xəta törədildiyinə görə, onun barəsində X12 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi əsasında inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Qərar qəbul edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
52. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin hallarından və tərəflərin qarşılıqlı münasibətindən müəyyən olunur ki, tərəflər arasında əmək müqaviləsi olmadan da, faktiki əmək münasibətləri mövcud olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X2 17 dekabr 2025-ci il tarixli, 3-17-5/2- 118170/2025 saylı məktubun ilə də tərəflərin faktiki əmək münasibətlərində olması öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehlə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağladığını və cavabdehi işə götürdüyünü qeyd etmişdir. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin hallarından və tərəflərin qarşılıqlı münasibətini tam araşdırmamış və nəticədə tətbiq edilməli olan maddi hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir.
53. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri işçinin işəgötürənə vurduğu ziyanla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına, tərəflər arasında faktiki mövcud olmuş əmək münasibətlərinə əsasən hesab edir ki, hazırki mübahisə əmək qanunvericiliyinin müddəaları əsasında həll edilməlidir.
54. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarında qeyd edilmişdir, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da, faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Həmçinin qərarda qeyd edilir ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Əmək (qulluq, mənsəb) vəzifələrinin icrası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan vəzifə (peşə) üzrə işlərin (xidmətlərin), həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən ona tapşırılan digər işlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsində isə işçinin əmək funksiyasının dairəsi konkretləşdirilərək müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin, göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
55. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə görə, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
56. Hazırkı işin hallarından isə Əmək Məcəlləsinin 199-cu maddəsində sadalanmış işçinin qanuna ziddi hərəkərlərdən hər hansı birinə yol verməsi iş materialları ilə sübut olunmur. Əmək Məcəlləsinin 199-cu maddəsinin c) bəndinə əsasən, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda işçi tam həcmdə maddi məsuliyyət daşıyır. Hazırkı iş üzrə cavabdehin hərəkətlərində inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri müəyyən olunmur. Belə ki, cavabdehin barəsində cinayət məsuliyyəti müəyyən edilməmiş və o, inzibati məsuliyyətə cəlb edilməmişdir. Göstərilənlərə əsasən, hazırkı vəziyyətdə cavabdehin iddiaçı qarşısında tam maddi məsuliyyəti istisna olunur.
57. Qeyd edilənlərlə bərabər kollegiya qeyd edir ki, cavabdehin tam maddi məsuliyyəti istisna edilsə də, cavabdeh iddiaçıya vurduğu ziyana görə Əmək Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq bir aylıq orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Cavabdehin izahatı ilə müəyyən olunur ki, iddiaçı işəgötürən kimi cavabdehə 450-500 məbləğində əmək haqqı ödəmişdir. Odur ki, iddia tələbi 1 aylıq əmək haqqı məbləğində, yəni 500 manat məbləğində təmin edilməlidir.
58. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin e- 2(030)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Daşkəsən Rayon Məhkəməsinin 2(030)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi kimi 500 (beş yüz) manat, ödənilmiş dövlət rüsumu əvəzi olaraq 2.14 (iki manat 14 qəpik) manat tutulub İddiaçı verilsin. Məhkəmə ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı aid edilsin və ondan tutulub Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, Ekspertiza xərci, Adı: Dövlət xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba ödənilməsi. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.