Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1933/2023 01.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 2(013)-1617/2023 saylı mülki iş üzrə 26 may 2023-cü il tarixli qərardadından İddiaçı ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 3307 manat borc və 53.07 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı bankın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1617/2023 saylı mülki iş üzrə 26 may 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ASC-nin nümayəndəsi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1617/2023 saylı mülki iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, qərardaddan verilən şikayət qismən təmin edilməli və Ağdam Rayon Məhkəməsinin 2(013)-1617/2023 saylı mülki iş üzrə 26 may 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən öz qərarında göstərmişdir ki, iddia ərizəsində cavabdehin faktiki ünvanı göstərilməmiş, onun faktiki yaşadığı ünvanı təsdiq edən müvafiq arayış iş materiallarına əlavə edilməmişdir. İddia ərizəsində cavabdehin yaşadığı ünvan Ağcabədi şəhəri, H.Aslanov küçəsi, ev 116 göstərilsə də, Cavabdeh həmin ünvanda yaşamadığı məlum olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından görünür ki, Cavabdeh ünvan 2 ünvanda qeydiyyatdadırlar. Qanunvericiliyə əsasən isə hazırki tələblə bağlı iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə, iş materiallarından görünür ki, Cavabdeh verilən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi barədə, istifadəsində olan mobil telefon nömrəsi barədə məlumatlar öz əksini tapmışdır. Cavabdeh aid ********** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlanıldıqda Cavabdeh hazırda cəzaçəkmə müəssisəsində olduğu barədə məhkəməyə məlumat verilmişdir. Belə olan halda kollegiya hesab edir ki, məhkəmə iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1617/2023 saylı mülki iş üzrə 26 may 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1617/2023 saylı mülki iş üzrə 26 may 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. İddiaçı ASC tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1933/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1933/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver