Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1935/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X6 (sədrlik edən və məruzəçi), X7 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehərin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması tələbi barədə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-913/2025 saylı, 27 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 125.70 kv.m fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
2. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-195/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir
3. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və İddiaçı nikahlarını xx.xx.2009-cu il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlamışlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 125.70 kvm fərdi yaşayış evində kommunal xidmətlərdən (elektrik enerjisi, qaz və su) istifadəsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı maneələrin aradan qaldırılmasına diar qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1 keçmiş qayınatası, Cavabdeh2 isə keçmiş qayınanasıdır. Cavabdeh1 ona qarşı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən özünə məxsus 125.70 kvm fərdi yaşayış evindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilmədikdən bir müddət sonra hazırki iş üzrə cavabdehlər onlarla birgə yaşadığı evdə ona kommunal xidmətlərdən (elektrik enerjisi, qaz və su) istifadə etməyə qoymurlar. O, məcbur olub dəfələrlə özünə yemək bişirmək üçün anasının yaşadığı evə getmişdir. Cavabdehlər tərəfindən yaradılan bu maneələr artıq dözülməz həddə çatmışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə etiraz ərizəsi təqdim edərək, etirazı onunla əsaslandırmışlar ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının onlara məxsus evdən çıxarılması tələbinə dair iddia tələblərinin təmin edilməməsinə baxmayaraq iddiaçının həmin fərdi yaşayış evindən istifadə hüquqları barədə ayrıca qətnamə çıxarılmamış, iddiaçının qazdan, işıqdan və sudan hansı qaydalar üzrə istifadə etməsinə dair dəqiq normalar müəyyən edilməmişdir. Ancaq məlum qətnamə üzrə iddiaçının evindən çıxarılmasına dair iddiası təmin edilməmişdir. Əgər məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında iddiaçının evində qoyulmuş sayğac əsasında istifadə olunan işıq, qaz və sudan istifadə müəyyən edilərsə, həmin istifadə nəticəsində ödəməli olduğu pul məbləğini mübahisəsiz qaydada ödəyərsə, təbii ki, o halda istifadə etməsinə heç kim mane olmaz.
7. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-913/2025 saylı, 27 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024- cü il tarixdə, ********** nömrə ilə qeydə alınmış sahəsi 125.70 kv.m olan fərdi yaşayış evi üzrə kommunal xidmətlərdən (elektrik enerjisi, qaz və su) İddiaçı istifadəsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər X2 valideynləridir. X4 və İddiaçı 2006-cı ildə qeyri-rəsmi ailə qurmuşlar və Ç.X1 atası Cavabdeh1 məxsus, sonuncunun adına mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə qeydə alınmış fərdi yaşayış evinə köçmüş və yaşamışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-195/2025 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmış 125.70 kv.m fərdi yaşayış evinə İddiaçı istifadə hüququnun olması müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-195/2025 saylı qətnaməsi hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Göründüyü kimi, hazırda qüvvədə olan və hazır ki iş üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnaməsi ilə İddiaçı mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququnun olması müəyyən edilmişdir. .
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-913\2025 saylı qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-913\2025 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçının iddiasının təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış Çıxarış əsasında mülkiyyətində olan, sahəsi 125,70 kv.m-lik fərdi yaşayış evi üzrə kommunal xidmətlərdən (elektrik enerjisi, qaz və su) iddiaçı-İddiaçı istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair məlum qətnaməni çıxararkən maddi hüquq norması olaraq istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş halların başqa məhkəmə araşdırmasında təkrar araşdırılmalı olmaması qeyd edilməklə İddiaçının Gədəbəy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-195\2025 saylı qətnaməsi ilə ona məxsus olan ünvan 2 ünvanda yerləşən, sahəsi 125,70 kv.m olan fərdi yaşayış evi üzrə istifadə hüququnun tanınmış olmasına görə cavabdehlər tərəfindən iddiaçıya həmin evdən istifadəsinə mane olmaq hüquqlarının olmaması kimi, eyni ilə həmin evdəki kommunal xidmətlərdən (elektrik enerjisi, qaz və su) istifadəsinə də maneə olmadıqlarını qeyd etmişdir. Halbuki, cavabdehlər iddiaçının Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-195\2025 saylı qətnaməsi əsasında mübahisəli evdən istifadəsinə etirazlarının olmamasını məhkəməyə təqdim etdikləri etiraz ərizəsində qeyd etməklə iddiçının həmin ev üzrə istifadə edəcəyi kommunal xidmətlərə görə cavabdehlər müştərək qaydada kommunal xərclərin ödənilməsində də iştirak edəcəyi halda heç bir etirazlarının olmayacağını bəyan etmişilər. Axı nə qədər ədalətlilikdir ki, onlar qoca və xəstə, çətinliklə dolanan insanlar evlərində istifadə olunan kommunal xidmətlərin ödənişini pensiyalarıyla ödədikləri halda, iddiaçı nisbətən cavan və sağlam olmaqla ayrıca özü üçün işləyərək aldığı əmək haqqı ilə nə uşaqlarına maddi təminatına kömək etmir, üstəlik yaşadığı evdə istifadə etdiyi kommunal xidmətlərin ödənişinin payına düşən hissəsini ödəmək istəməyərək məlum iddianı qaldırmaqla həmin ödənişi də cavabdehlərin üzərinə qoydurmuşdur. Məhkəmə də iddiaçıdan bir qədər ədalətli və vicdanlı olmağı tələb etmək əvəzinə istinad etdiyi maddi hüquq normaları əsasında iddiaçının tələbinin haqlı olmasını sübut etmək üçün sanki dəridən-qabıqdan çıxmışdır. Ancaq, məhkəmə istinad etdiyi maddi hüquq normasında və ya hər hansı normativ aktda evdən istifadə hüquq dedikdə həmin istifadəyə kommunal xidmətlərdən istifadənin ödənişsiz olması anlamına gəlməsi müəyyən edilməmişdir. Necə ola bilər ki, evin mülkiyyətçisinin mülkiyyətində olan evindəki kommunal xidmətlərdən istifadəsi ödənişli olmalı, adi istifadəçinin isə kommunal xidmətlərdən istifadəsi ödənişsiz olmalı və ya onun da əvəzindən həmin xidmətlərə görə ödənişləri mülkiyyətçi ödəməlidir? Belə yanaşmanı heç bir məntiqə uyğun hesab etmirlər. İddiaçı isə sözün həqiqi mənasında kommunal xidmətlərdən israfçılıqla istifadə edərək mübahisəli evdə yaşamaqla cavabdehlərə mənəvi iztirablar yetirdiyi kimi, maddi məsrəflər yetirməklə də onlardan hər vasitə ilə qisas almaqdaddır. Şərh etdikləri xüsusatlara əsasən hesab edirlər ki, iddiaçı da onlar da cavabdehlərlə eyni hüquqla həmin evdən isatifadə hüququna malikdirsə, onlarla eyni cavabdehliyi daşımalı, yəni istifadə etdiyi kommunal xidmətlərin ödənişini də öz payına düşən məbləğdə ödəməyə borcludur. Həmçinin, məhkəmənin maddi hüquq norması olaraq istinad etdiyi AzərbaycanRespublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Ş.Məmmədovun şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyində də müvafiq qərarın qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olmaması müəyyən edilmişdir. Eyni ilə mövqeylərini bir daha təkrarlayaraq göstərirlərki ki, 1-ci instansiya məhkəməsi istinad etdiyi maddi və prosessual hüquq normalarına əsasən iddiaçının iddiasını təmin etmiş olsa da, onların etirazları, həm insanlıq həm də ədalət normalarına əsasən əsaslıdır. Yəni, cavabdehlər iddiaçının evindəki kommunal xidmətlərdən istifadəsinə qadağa qoymamışlar, sadəcə olaraq necə ki, aldığı ərzaq və geyim əşyalarının dəyərini ödəyərək istifadə etdiyi kimi, kommunal xidmətlərin də dəyərini onlarla eyni dərəcədə ödəməklə istifadə edərsə, heç kim narazılıq etməz.
12. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. O, etirazını onunla əsaslandırmışdır ki, o xadimə işləyir. Səhər saat 09:00-dan saat 16:00-a kimi işdə olur. İşdən evə gələndə görür ki, cavabdehlər evin darvazasını arxadan bağlayaraq, nə qədər çağırısa da cavab vermirlər. Qapını nə qədər müddətdən sonra gəlib açırlar. Ac və susuz olduğu üçün sobada özünə yemək bişirib, çay qaynatmaq istəyir. Lakin iş üzrə cavabdehlər olan qayınatası və qayınanası onu sobadan istifadə etməyə qoymurlar. Hava soyuq olanda istilik sobasından, qaranlıq olanda isə evi işıqlandırmaq üçün elektirik enerjisindən istifadə etməyə imkan vermirlər. Bir sözlə o nə qazdan, nə işıqdan, nə də sudan istifadə edə bilmir. Bu barədə onlara iradını bildirdikdə isə iş üzrə cavabdeh olan qayınanası Cavabdeh2 onu nalayiq ifadələr ilə təhqir edir, hədə-qorxu gəlir. Onu öldürməklə hədələyir. O tək qalmışdır. Hətta onlar uşaqlarını o qədər öyrədiblər ki, uşaqlarıda onu qazdan, işıqdan və sudan istifadə etməyə qoymurlar. Onunla kobud rəftar edirlər. Onlar belə etməklə azyaşlı uşaqlarını da qanunsuzluğa sövq edirlər. Əşyalarını dağıtmışlar. Mədəsi xəstədir. Qida borusu dəliyində yırtıq var. Kredit götürərək əməliyyat olmuşdur. Tez-tez sulu xörək bişirib yeməlidir. Ona imkan vermirlər. Buna görə ac qalır. Oda məcbur olub özümə yemək bişirmək üçün anasının yaşadığı evə gedmişdir. Hər ay davamlı müalicəyə getməlidir. Onun imkanı olmur. Ayda 450 manat əmək haqqı alır. Müalicəyə gedəndə də, həkimin qəbulu, analizləri və dərmanları 300- 400 manat tutur. Ona görə həkimə də, gec-gec gedir. Gədəbəy Rayon Məhkəməsinin hakimi ədalətli qərar qəbul etmişdir. Odur ki, yuxarıda qeyd etdiklərini nəzərə alaraq Gədəbəy Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamağı xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehərin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, cavabdehlər iddiaçının istifadə hüququnun olmasına etiraz etmirlər. Cavabdehlərin tələbi sadəcə iddiaçı tərəfindən istifadə olunan təbii qaz və elektrik enerjisindən istifadə etməsilə bağlı iddiaçı tərəfindən heç bir ödənişin edilməməsidir. İddiaçınnı kommunal xərclərin ödənilməsində iştirak edəcəyi təqdirdə onun kommunal xidmətlərdən istifadə etməsinə mane yaratmayacaqlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkilinin dedikləri ilə razı olduğunun bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, istifadə etdiyi təbii qaz və elektrik enerjisindən istifadə ilə bağlı xərclərin bölüşdürülməsinə razıdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
18. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
19. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
20. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
21. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
22. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
23. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
24. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
34. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
35. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
36. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-913/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
42. İş materiallarından görünür ki, cavabdehlər İddiaçı keçmiş qayınata və qayınanasıdır. İddiaçı 2006-ci ildə cavabdehlərin oğlu Yalçın İsmayılovla evlənmiş, nikahlarını 2009-cu ildə rəsmiləşdirmişlər. İddiaçı 2006-cı ildən Yalçın İsmayılovla Cavabdeh1 məxsus fərdi yaşayış evinə köçmüşlər. Mübahisəli ünvan 1 ünvanında yerləşən 125.70 kv.m fərdi yaşayış evi reyestrdə Cavabdeh1 adına xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı 19 ildir ki, sözgedən fərdi yaşayış evində yaşayır. Birgə nikahlarından dörd övladları anadan olmuşdur. X4 və İddiaçı faktiki ailə münasibətləri pozulmuşdur.Bundan sonra iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-195/2025 saylı qətnaməsi ilə İddiaçı həmin fərdi yaşayış evinə istifadə hüququnun yaranması əsası ilə iddia tələbi təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi İddiaçı mübahisəli yaşayış sahəsində 2006-ci ildən hazırkı vaxtadək fasiləsiz yaşamış, onun fərdi yaşayış evindən istifadə hüququ yaranmış və bu hal Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-195/2025 saylı qətnaməsi ilə təsdiq edilmişdir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
45. İddiaçının mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması tələbi ilə bağlı kollegiya qeyd edir ki, fərdi yaşayış evinə istifadə hüquqununu olması özlüyündə tələbin bu hissəsini də özündə etiva edir. Belə ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə uyğun olaraq əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Kommunal xidmətlərdən istifadəyə maneə yaradılması isə iddiaçının həmin evdən istifadə hüquqlarını həyata keçirməsini mümkünsüz edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinin ailə üzvü olmasa da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun həmin evdən istifadə hüququ saxlanılmışdır. Mənzil Məcəlləsinin 30.6-cı maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır və bu baxımdan iddiaçı mübahisəli mənzildə istifadə hüququ olan şəxs kimi mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər.
46. Həmçinin qeyd olunmalıdır ki, MM-nin 158-ci maddəsinin tələbləri baxımından mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayıldığından və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edildiyindən iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququna cavabdehlər tərəfindən edilən müdaxilə aradan qaldırılmalıdır.
47. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin iddiaçı tərəfindən kommunal xərclərin ödənilməsində iştirak edəcəyi təqdirdə iddiaçının kommunal xidmətlərdən istifadə etməsinə mane yaratmayacaqlarına dair dəlilləri ilə bağlı qeyd edir ki, yaşayış sahəsindən faktiki istifadə edən bütün şəxslər həmin əmlakın saxlanması və istifadəsi ilə bağlı yaranan zəruri xərclərin ödənilməsində iştirak etmək öhdəliyinə malikdirlər. Çünki, bu xərclər yalnız mülkiyyət hüququnun icrası ilə deyil, həmçinin yaşayış sahəsindən faktiki istifadə ilə bağlı yaranan zərurətlərdən irəli gəlir və onların ödənilməməsi digər istifadəçilərin qanuni mənafelərinə müdaxilə etməyə səbəb olur. Yaşayış sahəsindən istifadə edən şəxslərin kommunal xidmətlərdən (elektrik enerjisi, qaz, su təchizatı və s.) istifadə nəticəsində yaranan borcların ödənilməsində iştirak etməsi hüquqi baxımdan zəruri və məcburi xarakter daşıyır. Tərəflərin bu sahədəki davranışları həm qanunvericiliyin tələb etdiyi bərabərlik prinsipinə, həm də ailə və məişət münasibətlərindən irəli gələn qarşılıqlı məsuliyyət tələblərinə uyğun olmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı onun istifadə etdiyi təbii qaz, su və elektrik enerjisindən istifadə ilə bağlı xərclərin bölüşdürülməsinə razı olduğunu bildirsə də, kollegiya bununla əlaqədar qeyd edir ki, iddiaçı həmin xərclərin ödənilməsində iştirak etmədiyi təqdirdə cavabdehlərin ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Lakin, apellyasiya şikayətinin həmin dəlili hazırkı iddia tələbinin təmin edilməməsi əsası ola bilməz. Odur ki, apellyasiya şikayətinin həmin dəlili əsassız olduğundan təmin edilməməlidir.
48. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə mahiyyəti üzrə düzgün olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 913/2025 saylı, 27 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gədəbəy Rayon Məhkəməsinin 2(042)-913/2025 saylı, 27 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-913/2025 saylı, 27 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.