Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1937/2024 31.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4013/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.123 ABŞ dolları 89 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 ABŞ dolları 44 sent, cərimə qismində 32 ABŞ dolları 32 sent, cəmi 1.241 ABŞ dolları 65 sent və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul olunmasın xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)- 4581/2015 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(044)-4581/2015 nömrəli qərardadı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)- 4581/2015 nömrəli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. xx.xx.2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi T.İ.Piriyeva 2(125)-4013/2023 nömrəli mülki iş üzrə tələb hüququnun 22 noyabr 2021-ci il tarixli 02/21UB nömrəli müqavilə əsasında "xxxx" Kommersiya Bankı ASC-dən İddiaçı2 ASC-yə keçdiyini bildirmiş və iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin İddiaçı2 ASC ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə razı olduğunu bildirmiş və mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı əsl olmayan iddiaçı "xxxx" Kommersiya Bankı ASC əsl İddiaçı2 ASC ilə əvəz edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4013/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim C.Quliyev) İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.032 (bir min otuz iki) ABŞ dolları 71 (yetmiş bir) sent, cərimə qismində 2 (iki) ABŞ dolları, cəmi 1.034 (bir min otuz dörd) ABŞ dolları 71 (yetmiş bir) sent ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4013/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə ona bank tərəfindən hər hansı məbləğ ödənilməmişdir. İddiaçı tərəf ona kredit verilməsini sübutetməlidir. Tərəflər arasında öhdəliyin əmələ gəlmə əsaslarından biri də, müqavilədir. Müqaviləyə görə hər bir tərəf öz öhdəliyini icra etməldir. xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kreditvə bank hesabı müqaviləsi üzrə ilk öncə bankın öhdəliyi o olmuşdur ki, müqavilədə göstərilən vəsaiti ona ödəsin. Vəsait ödənilmədən onun bank qarşısında hər hansı ödəliyindən söhbət belə gedə bilməz. Mübahisəli qətnamədə göstərilir ki, işdə olan iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən təqdim olunmuş xx.xx.2015-ciil tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2015ci iltarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 91 ABŞdolları 18 sent ödəniş edilmişdir. Qeyd olunan ödənişdən onun xəbərim yoxdur. İddiaçı tərəf iddia müddətinin ötürlüməsini qarşısını almaq üçün onun adından ödəniş etmişdir. O, qeyd olunan kredit müqaviləsi üzrə hər hansı ödəniş etməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı ilə kredit götürülməsi ilə əlaqədar aralarında müqavilə bağlanmasına baxmayaraq, faktiki olaraq o, heç bir pul vəsaiti almamışdır. "xxxx" Kommersiya Bankı ASC ilə onun arasında kredit götürülməsi ilə bağlı olan müqavilə sənədləri həftə sonu imzalanmışdır. "xxxx" Kommersiya Bankı ASC ona bazar ertəsi gələrək kredit pulu götürməyə vəd vemişdir. O, bazar ertəsi "xxxx" Kommersiya Bankı ASC-yə getdikdə, "xxxx" Kommersiya Bankı ASC-dən kredit götürülməsi üçün müqavilələri Bakı şəhərində yerləşən baş ofisin qəbul etmədiyini və buna görə də ona kredit verilmədiyi ona bildirilmişdir. Bu səbəbdən də o, heç bir pul vəsaitini "xxxx" Kommersiya Bankı ASC-dən almamış, nağd pulun alınması ilə əlaqədar heç bir kassa məxaric orderinə imza etməmişdir. İddiada göstərilən 1.213 ABŞ dolları 89 sent vəsait ona verilməmiş, əsas borc kimi göstərilən 1.213 ABŞ dolları 89 sent ümumiyətlə kassadan məxaric olunmamışdır. "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsində, eləcə də həmin müqavilənin əlavəsi olan ödəniş qrafikində onun adının qarşısındakı imzalar ona məxsus olmuşdur. O, "xxxx" Kommersiya Bankı ASC-yə müraciət etmiş, ona nəğd pul verilməsi ilə bağlı sənədləri, yəni ödəniş cədvəlini, kassa məxaric orderini və s. tələb etsə də, "xxxx" Kommersiya Bankı ASC tərəfindən ona heç bir rəsmi məlumat verilməmişdir. Ona görə də, apellyasiya şikayətinim təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4013/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən istehlak məqsədləri üçün "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 32% ödəmək şərtilə 1.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə xx.xx.2015-ci il tarixə Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə 1.123 ABŞ dolları 89 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 ABŞ dolları 44 sent, cərimə qismində 32 ABŞ dolları 32 sent, cəmi 1.241 ABŞ dolları 65 sent məbləğində borcu yaranmışdır. Ona görə də, şikayətin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4013/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, hazırda cavabdehlə bağlı kassa məxaric orderi saxlanılmadığı üçün, təqdim edilməsi mümkün deyidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4013/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 32% ödəmək şərtilə 1.300 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsinə əlavə edilən 1 saylı əlavədən görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-dən götürdüyü krediti hissə-hissə 18 ay ərzində hər ay 92 ABŞ dolları ödəmək şərti ilə öhdəsinə götürmüşdür "xxxx" Kommersiya Bankı ASC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh əsas borcun əvəzi qismində 1.123 ABŞ dolları 89 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 ABŞ dolları 44 sent, cərimə qismində 32 ABŞ dolları 32 sent, cəmi 1.241 ABŞ dolları 65 sent məbləğində təşkil edir Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-4581/2015 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 1.123 ABŞ dolları 89 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 ABŞ dolları 44 sent, cərimə qismində 32 ABŞ dolları 32 sent, cəmi 1.241 ABŞ dolları 65 sent borc əmr icra olunan günə manat məzənnəsi üzrə və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 1.150 ABŞ dolları 48 sent kredit borcu qalmışdır. "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavabın surətindən görünür ki, kassa məxaric orderinin təqdim olunması kassa əməliyyatları üzrə günün sənədləri 5 il müddətinə saxlandığına və məhv edildiyinə görə mümkün deyildir. "xxxx" Kommersiya Bankı ASC tərəfindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 91 ABŞ dolları 18 sent ödəniş edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyyən olundu ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit müqaviləsi ilə "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 32% ödəmək şərtilə 1.300 ABŞ dolları məbləğində pul vəsaiti verməsini göstərsə də, həmin kredit məbləğinin verilməsi ilə bağlı kassa məxaric orderini iş materiallarına əlavə etməmiş və iddiaçının nümayəndəsi həmin sənədlərin mövcud olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsini, həmin müqaviləyə 1 nömrəli Əlavəni, xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışını təqdim etsə də, cavabdehə məxsus məxaric orderini isə ümumiyyətlə nə əsli, nə də ki, təsdiq olunmuş surəti məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(102)-575/2023 saylı*** iş üzrə mövqeyini qeyd etməyi zəruri hesab edir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşür. Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti), o cümlədən kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri əsaslı hesab edilmir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavabın surətindən görünür ki, kassa məxaric orderinin təqdim olunması kassa əməliyyatları üzrə günün sənədləri 5 il müddətinə saxlandığına və məhv edildiyinə görə mümkün deyildir.Ona görə də, kollegiya hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4013/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 384-385, 392- 393, 402-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4013/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1937/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1937/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver