Məhkəmə qərarları › İş №2(104)-1942/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1942/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1942/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-55/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 36600 manat icarə haqqının ödənilməsi və 200 manat dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-55/2023 saylı qərardadı ilə (hakim Gündüz Şirinov) İddiaçı Cavabdeh MMC-nə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinin ləğv edliməsi və cavabdehin icarə obyektindən çıxarılması, icarə haqqının və dəymiş ziyanın ödənilməsi tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs X1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(104)-876/2023 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılması qət edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-55/2023 saylı qərardadının ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh AKYOL İNTERNATİONAL” MMC-yə qarşı xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və qarşılıqlı iddia üzrə iddiaçı AKYOL İNTERNATİONAL” MMC-nin cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(104)876/2023 nömrəli mülki iş vardır.Həmin iş üzrə muhasibatlıq ekspertizası təyin edilmişdir.Məhkəmə həmin işlərin bir-biri ilə bağlılığını və asılılığını müəyyənləşdirməmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-55/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə icra icraatının tərəflərinə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)- 55/2023 saylı qərardadı tam, onunla bağlı Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-55/2023 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, iş mahiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğv edliməsi və cavabdehin icarə obyektindən çıxarılması, icarə haqqının və dəymiş ziyanın ödənilməsi” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs X1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(104)-876/2023 nömrəli mülki iş olduğundan, hazırki mülki işə mahiyyəti üzrə baxılması mümkün deyildir, ona görə də İddiaçı Cavabdeh MMCnə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair 2(058)-55/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi başa düşülür. Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğv edliməsi və cavabdehin icarə obyektindən çıxarılması, icarə haqqının və dəymiş ziyanın ödənilməsi” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs X1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə İddiaçı 2020-ci ilin iyul ayından 2022-ci ilin fevral ayınadək olan 19 aylıq ödənilməmiş icarə haqqını tələb etmişdir. Hazırkı iddia tələbi isə ödənilməmiş 3 aylıq, yəni 2022-ci ilin mart, aprel və may aylarının ödənilməmiş icarı haqqı ilə bağlıdır. Göründüyü kimi, hazırkı işin Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğv edliməsi və cavabdehin icarə obyektindən çıxarılması, icarə haqqının və dəymiş ziyanın ödənilməsi” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs X1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(104)-876/2023 nömrəli mülki işlə bağlılığı yoxdur, yəni həmin mülki işin hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsi müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmamış və mübahisənin prosessual-hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar da qərardadın apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, şikayət təmin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-55/2023 saylı qərardadı tam, onunla bağlı Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-55/2023 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, iş mahiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-55/2023 saylı qərardadı tam, onunla bağlı Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-55/2023 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və yeni qərardad qəbul edilsin. İş mahiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar