Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1949/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh və İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(125)-155/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2011-ci il tarixli, 324/255 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən cavabdehə 250 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 50.000 manat məbləğində kredit verilmişdir.
2. 28 iyun 2011-ci il tarixli, 324/232 nömrəli alqı-satqı və ipoteka müqaviləsi surətindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətindəki Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m ümumi sahədən, 66.2 kv.m yaşayış sahədən, 42.4 sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzil ipoteka ile yüklü etmişdir. İpoteka predmeti 50.000 manat məbləğində qiymətləndirilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № 0214740, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 108,6 m2 olan mənzil daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində Cavabdeh adına qeydə alınmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № 0259172, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 108,6 m2 olan mənzil "xxxx" ASC-nin xeyrinə xx.xx.2036-cı il tarixədək ipoteka ilə yüklü edilmişdir.
5. Azərbaycan İpoteka Fondu ilə "xxxx" ASC (İddiaçıASC) arasında imzalanmış 17 fevral 2006-cı il tarixli 2 saylı Xidmət müqaviləsinə 11 avqust 2015-ci il tarixli Əlavədən görünür ki, Cavabdeh qarşı tələb hüququ "xxxx" ASC (İddiaçıASC)-yə keçmişdir.
6. İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin əsas borcu 43.394,2 manat, faiz borcu 20.680,88 manat, cərimə borcu 1829,82 manal təşkil edir.
7. İddiaçı tərəfindən cavabdehlə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir.
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/781 nömrəli ekspet rəyindən görünür ki, Cavabdeh iddiaçı Bank İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə olan əsas borc üzrə-43394.23 manat, faiz borcu üzrə 19121.95 manat məbləğində müəyyən edilir
9. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/22-586 nömrəli rəyindən görünür ki, ipoteka predmetinin ünvan 1 ünvanında yerləşən, 3 otaqlı mənzilin xx.xx.2022-ci il tarixə bazar dəyəri 95000 manat, likvit dəyəri isə 80000 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2011-ci il 28 iyun tarixli kredit müqaviləsi üzrə banka 43394.71 manat əsas borc, 18449.71 manat faiz borcu və 329.53 manat cərimə olmaqla, ümumilikdə cəmi 62173.44 manat məbləğində borcun, 276.52 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh mülkiyyətindəki Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Borcalan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 28 iyun 2011-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bundan sonra İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2011-ci il 28 iyun tarixli kredit müqaviləsi üzrə banka 43394.71 manat əsas borc, 18449.71 manat faiz borcu və 329.53 manat cərimə olmaqla ümumilikdə cəmi 62173.44 manat məbləğində borcun, 276.52 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh mülkiyyətindəki Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Borcalan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 28 iyun 2011-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Daha sonra İddiaçı ASC yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2011ci il 28 iyun tarixli kredit müqaviləsi üzrə banka 43394.71 manat əsas borc, 20680.88 manat faiz borcu və 1829.82 manat cərimə olmaqla ümumilikdə cəmi 65904.9 manat məbləğində borcun, 276.52 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh mülkiyyətindəki Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Borcalan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 28 iyun 2011-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci il 28 iyun tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-dən illik 8%-lə, 250 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m ümumi sahədən, 66.2 kv.m yaşayış sahədən, 42.4 sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzili 2011-ci il 28 iyun tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. lpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan İpoteka Fondu ilə "xxxx" ASC ("xxxx"ASC) arasında imzalanmış 17 fevral 2006-cı il tarixli 2 saylı Xidmət müqaviləsinə 11 avqust 2015-ci il tarixli Əlavəyə əsasən Cavabdeh kredit portfeli "xxxx" ASC (İddiaçı ASC) -yə ötürülmüşdür. 2011-ci il 28 iyun tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.2-ci bəndinə əsasən hər gecikdirilən gün üçün kreditin və faizinin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında cərimə hesablayıb borcludan tələb edir. 2022-ci il aprelin 08-dək Cavabdeh 2011-ci il 28 iyun tarixli kredit müqaviləsi üzrə banka 43394.2 manat əsas, 18449.71 manat faiz, 1318.12 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 63162.03 manat borcu vardır. Cavabdeh banka 2011-ci il 28 iyun tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1318.12 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 329.53 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.
14. Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(125)-155/2023 nömrəli qətnaməsi (hakim Xədicə Səfərli) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 324/255 nömrəli, 28 iyun 2011-ci il tarixli kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh 324/255 nömrəli, 28 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə 43394.23 manat əsas borc, 19121.95 manat faiz borcu və 300 manat cərimə olmaqla, ümumilikdə 62816 (altmış iki min səkkiz yüz on altı) manat 18 (on səkkiz) qəpik borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 276 (iki yüz yetmiş altı) manat 52 (əlli iki) qəpik, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat və 30 (otuz) manat xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 90 nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat (səksən min) müəyyən edilməsi, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 90 nömrəli evin 1 nömrəli mənzili açıq hərracda satılsın və satışdan əldə edilən vəsaitdən 324/255 nömrəli, 28 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 62816 (altmış iki min səkkiz yüz on altı) manat 18 (on səkkiz) qəpik borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 276 (iki yüz yetmiş altı) manat 52 (əlli iki) qəpik, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat və 30 (otuz) manat xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, tələb ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən 90 nömrəli evin 1 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində X4 mənzildən çıxarılmaqla mənzil boşaldılsın və onun mənzildən istifadə hüququna xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
15. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 319.5, 319.6, 462.1, 467 və 739-cu maddələrinə istinad etmiş, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3, 59.1 və 59.3-cü maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 101.3, 103.1, 107, 119.1, 216- 220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(125)-155/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun əmlakı düzgün qiymətləndirilməmiş və aşağı məbləğdə dəyərləndirilmişdir. Həmçinin, həmin ekspert rəyi Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən deyil "xxxx" MMC tərəfindən təqdim edilmişdir. İddiaçı müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməmişdən qabaq müqavilənin ləğvi barədə ona məlumat verməmişdir. Bundan sonra "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsinin tələb hüququ olan İddiaçı ASC ilə davam etməsi mümkün idi. Hesab edir ki, İddiaçı ASC ilə onun arasında kredit müqaviləsinin restruktirizasiyası və ya müqaviləyə dəyişiklik edilməsi mümkün ola bilərdi. Lakin, bank tərəfindən belə bir təklif olmamışdır. Məhkəmə isə bu halları nəzərə almamışdır. Digər tərəfdən mühasibatlıq ekspertizasının rəyində faiz borcunun ağlabatan olmadığını aydın görülməsinə baxmayaraq, yenidən ekspertiza keçirilməmişdir. "xxxx" ASC ləğv olunduqdan sonra onun tələb hüququnun İddiaçı ASC-yə keçməsi barədə rəsmi bildiriş verilməmişdir. Buna görə də kredit ödənişlərini ödəyə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
33. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
34. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
35. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
36. Maddə 59. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
48. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
50. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
53. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamənin iddianın təmin edilmiş hissəsindən narazıdır. İddianın rədd edilmiş hissəsi onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
55. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(125)-155/2023 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, 324/255 nömrəli, 28 iyun 2011-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh illik 8 faiz dərəcəsiylə 250 ay müddətinə 50000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təminat olaraq, Cavabdeh mülkiyyətindəki Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m ümumi sahədən, 66.2 kv.m yaşayış sahədən, 42.4 sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzili 2011-ci il 28 iyun tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan İpoteka Fondu ilə "xxxx" ASC (İddiaçıASC) arasında imzalanmış 17 fevral 2006-cı il tarixli 2 saylı Xidmət müqaviləsinə 11 avqust 2015-ci il tarixli Əlavəyə əsasən Cavabdeh qarşı tələb hüququ "xxxx" ASC (İddiaçıASC)-yə keçmişdir. Daha sonra borcalan kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və lazımınca üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Nəticədə borcalanın kreditora əsas borc üzrə 43.394,2 manat, faiz borcu üzrə 20680.88 manat və 1829.82 manat cərimə olmaqla, cəmi 65.904,9 manat məbləğində borcu yaranmışdır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
59. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
60. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan kredit müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdehlər isə borclu statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
61. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca vaxtında icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
62. Borcun düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 9/781 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə əsas kredit borcu üzrə 43.394,23 manat, 19.121,95 manat borcu vardır.
63. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
64. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
65. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq borcalandan tutulmalı olan 28 iyun 2011-ci il tarixli, 324/255 nömrəli kredit müqaviləsi üzrə yalnız faiz borcunu rəyə uyğun müəyyən etmişdir.
66. Məhkəmə kollegiyası eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə gəldiyi nəticəni əsaslı hesab edir.
67. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
68. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
69. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
70. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
71. Mülki Məcəlləsinin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
72. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
73. Həmçinin, məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır. Həmçinin işin hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsi cərimənin məbləğini azaltmış, 300 manat məbləğində müəyyən etməklə əsaslı nəticəyə gəlmişdir. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.
74. Həmçinin məhkəmə kollegiyası göstərir ki, bankın kredit müqaviləsinin ləğvini tələb etməsi də əsaslıdır. Çünki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırki halda isə Cavabdeh öhdəliklərini icra etməməsi bankın bu hüquqdan istifadəsinə əsas verir.
75. Kollegiya yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, işin bu halları tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 108,6 m2 olan mənzilə yönəldilməsi üçün əsasdır.
76. Çünki, Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
77. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi anlarıdır.
78. Yuxarıda göstərildiyi kimi, məhkəmədə müəyyən edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir.
79. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
80. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
81. Birinci instansiya məhkəməsi 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının tutulmasının da ipoteka predmetinə yönəldilməsində haqlı olmuşdur.
82. Belə ki, “İpoteka haqqında” Qanunun 4-cü maddəsində ipoteka ilə təmin edilən tələbin həcmi müəyyən edilərək göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərər, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərcləri və digər xərclər də daxil edilməklə tam həcmdə təmin edilir.
83. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi üçün “İpoteka haqqında” Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur.
84. Həmçinin, “İpoteka haqqında” Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.
85. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur.
86. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/22-586 nömrəli rəyindən görünür ki, ipoteka predmetinin ünvan 1 ünvanında yerləşən, 3 otaqlı mənzilin xx.xx.2022-ci il tarixə bazar dəyəri 95000 manat, likvit dəyəri isə 80000 manat müəyyən edilmişdir.
87. Azərbaycan Respublikasının MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
88. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 38.2.2-ci maddəsindən görünür ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.
89. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
90. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır.
91. Həmin Qanunun 6-cı maddəsinə əsasən, qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.
92. Həmin Qanunun 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı “Azərbaycan Respublikasının Nazirlər Kabineti” müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəriciləri məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
93. Qeyd olunanlara əsasən, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə istinad edərək həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən digər sübutlarla paralel qiymətləndirib kollegiya belə qənaətə gəlir ki, həmin qiymətləndirmə rəyi əsas sübut növü kimi götürülməli və qiymətləndirilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə göstərilən məbləğdə müəyyən etməsi barədə gəldiyi nəticə əsaslıdır.
94. Həmçinin, kollegiya göstərir ki, ipoteka predmetinin satıldıqdan boşaldılmasının tələb edilməli olması da əsaslıdır.
95. Belə ki, “İpoteka haqqında” 59.3-cü maddəsində göstərilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
96. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
97. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
98. Apellyasiya şikayətinin bank tərəfindən kredit müqaviləsi üzrə faiz borcunun şişirdilməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər də iş materialları ilə təsdiqini tapmır. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə edilmiş hər hansı bir ödəniş barədə sənəd (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəmələrə təqdim olunmamışdır.
99. Halbuki Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Eyni zamanda kollegiya onu da qeyd edir ki, cavabdeh borcalan bankın kredit müqaviləsi üzrə əsas və faiz borcunun şişirdilməsini göstərsə də, bu nəticəyə hansı əsaslarla gəlməsini apellyasiya şikayətində yetərincə əsaslandıra bilməmişdir. Kollegiya xatırladır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
100. Apellyatorun şikayətində kreditor tərəfindən ona məhkəməyə müraciət etməmişdən qabaq məlumat verilməməsnii göstərsə də, kollegiya bu dəlili əsassız sayır. Çünki, iş materiallarından olan iddiaçı tərəfindən təqdim edilmiş xəbərnamədən (iş səh 38) görünür ki, İddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xx.xx.2022 və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu cavabdeh tərəfindən imtina edilmiş və bu barədə həmin zərfdə qeyd aparılmışdır.
101. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
102. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
103. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
104. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
105. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
106. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
107. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(125)-155/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.