Məhkəmə qərarları › İş №2(104)-1949/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1949/2024

19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1949/2024 19.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2593/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 77.656 manat maddi ziyan, 2.000 manat vəkil xidmət haqqı və 345 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 80.000 manat məbləğində pulun alınması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2593/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Z.Allahyarov) iş üzrə məhkəmə–əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə–əmtəəşünaslıq ekspertizasının rəyi alınanadək hazırki mülki işin icraatının dayandırılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(076)-2593/2024 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, İddiaçı iddiasını qəbul etmir və əsassız hesab edir. Bundan da əlavə, məhkəmə hazırkı iş üzrə heç bir araşdırma aparmadan ekspertiza təyin edib işin icraatının dayandırılmasını ədalətli hesab etmir. Hesab edir ki, iş üzrə araşdırılma aparılıb iddia tələbi sübuta yetirildikdən sonra ekspertiza təyin olunmalı idi. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2593/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2593/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh şikayətinin uyğunluğuna baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 77.656 manat maddi ziyan, 2.000 manat vəkil xidmət haqqı və 345 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 80.000 manat məbləğində pulun alınması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2593/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə–əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə–əmtəəşünaslıq ekspertizasının rəyi alınanadək hazırki mülki işin icraatının dayandırılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(076)-2593/2024 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iş üzrə heç bir araşdırma aparmadan ekspertiza təyin etmişdir. Hesab edir ki, iş üzrə araşdırılma aparılıb iddia tələbi sübuta yetirildikdən sonra ekspertiza təyin olunmalı idi. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2593/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi verilmiş şikayət üzrə öz nəticəsini onunla əsaslandırmışdır ki, mübahisəli ərazidə istilikxana quraşdırılıb-quraşdırılmaması, əgər quraşdırılmışdırsa, orada hər hansı məhsul əkilibəkilməməsi, meyvə bağının və yonca sahəsinin olub-olmaması, əgər olmuşdursa onlardan məhsul əldə edilib-edilməməsinin, əgər məhsul əldə edilmişdirsə, əldə oluna biləcək mümkün gəlirin (orta gəlir) dəyərinin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunur ki, qeyd olunan məsələnin həlli məhkəmə–əmətəəşünaslıq ekspertizası vasitəsilə aradan qaldırıla bilər.Bu səbəbdən məhkəmə müvafiq ekspertiza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Mülki-prosessaul qanunvericiliyin tələblərinə əsasən, iş üzrə təyin edilmiş məhkəmə ekspertizalarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi isə, prosessaul qanunvericiliyin qeyd edilən tələbini pozaraq, verilmiş şiklayətin uyğunluğunu yoxlamadan, həmin şikayətə MPM-nin 269-cu madəsinə əsasən, baxaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2593/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh şikayətinin uyğunluğuna baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2593/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Cavabdeh şikayətinin uyğunluğuna baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar