Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-195/2025 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh*, Iqtisadiyyat nazirliyi yanında ƏMDX Bərdə ərazi idarəsinə qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh*, Iqtisadiyyat nazirliyi yanında ƏMDX Bərdə ərazi idarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *7.07.2024-cü il tarixli 2(02*)-707/2024 nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Başçısının Otuzikilər kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin *8 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Otuzikilər kəndində yaşayır.
2. 0* yanvar 2004-cü il tarixli *5 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Icarəverən İddiaçı 70 il müddətinə 9 ha olan torpaq sahəsini icarəyə vermişdir.
3. *9 sentyabr 2003-cü il tarixli mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 başçısının sərəncamı ilə yaradılmış komissiya üzvlərinin iştirakları sahəseçmə aktından görünür ki, «Torpaq islahatı haqqında» Qanunun 7-ci maddəsinə,Torpaq məcəlləsinin 47-ci İ maddəsinə Otuzikilər bələdiyyəsinin DTXK-nin Bərdə rayon şöbəsinə yazdığı *2 sentyabr 2003-cü il tarixli ** saylı məktubuna və bələdiyyənin cizgisinə əsasən bələdiyyə fondunda olan əkinə qismən yararlı sahədən 9,0 hektar torpaq sahəsi ayrılıb kənd təsərüffatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Otuzikilər kənd sakini İddiaçı uzunmüddətli (90 il müddətinə) icarəyə verilməsinə komissiya üzvləri etiraz etməmişlər.
4. ##.##.2024-cü il tarixli 2(02*)707/2024 saylı Bərdə Rayon Məhkəməsinin qərardadından görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi şöbəsi iddiaçı İddiaçı cavabdeh cavabdeh*, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Bərdə Ərazi Idarəsinə qarşı icarə müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
5. Seriya HTM ****** nömrəli şəhadətnamədən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Bərdə rayon şəhər ərazisində yerləşən Otuzikilər bələdiyyəsinin, dövlətin mülkiyyətində olan 5 ha olan torpaq sahəsinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı “X2” publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən *4 dekabr 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin, hərracın qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində, hərracında 2500 manata satılmışdır, icarəyə 20 il müddətinə verilmişdir. Şəhadətnamə “X2” publik hüquqi şəxsin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən *4 dekabr 2023-cü il tarixdə 975 nömrə ilə qeydiyyata alınmaqla hərracın, müsabiqənin qalibinə verilmişdir.
6. “X2”nin Hərracın nəticələri haqqında № *** saylı, *4 dekabr 2023-ci il tarixli Protokoldan görünür ki, Bərdə rayonu Otuzikilər kəndində bələdiyyə, dövlət mülkiyyətində olan Bərdə rayonu, Otuzikilər kəndində 5 ha kənd təssərüfat təyinatlı torpaq sahəsini 2500 (iki min beş yüz) manata mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh*, Iqtisadiyyat nazirliyi yanında ƏMDX Bərdə ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi tərəfindən onun istifadəsində olan 5 ha torpaq sahəsinə görə *4.*2.2023-cü il tarixdə keçirilən *** saylı hərracın nəticələrinin etibarsız hesab edilməsi, torpaq sahəsinin onun istifadəsində saxlanılması və ödəniş olmuş olduğu *00 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddiaçı İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 başçısının sərəncamı ilə yaradılmış komissiya üzvlərinin iştirakları ilə akt tərtib olunaraq bələdiyyə fondunda olan əkinə qismən yararlı sahədən 9.0 hektar torpaq sahəsi ayrılıb kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək məqsədilə ilə ona uzunmüddətli (90 il) icarəyə verilmişdir. Bunun əsasında *9.09.2003-cü il tarixdə sahəseçmə aktı ilə 9 hektar torpaq sahəsi ona ayrılmışdır. Həmin sahəseçmə aktını DT və XK-nin Bərdə rayon şöbəsinin müdiri, Otuzikilər bələdiyyəsi və onun tərəfindən imzalanmışdır. Həmin vaxtdan başlayaraq onunla Otuzikilər Bələdiyyəsi arasında müqavilə imzalanmış, müqavilədən sonra o hər ay icarə haqqı ödəməyə başlamışdır. Icarə haqqını bü günə kimi ödənişi onun tərəfindən həyata keçirilibdir. Bundan sonra Bələdiyyə sədri tərəfindən ona məxsus torpaq sahəsinə sənəd alınması üçün hərrac keçiriləcəyini bildirdi. O isə ona bildirdi ki, torpaq ona məxsusdur və onların arasında icarə müqaviləsi var, uzun müddətdir bu müqavilə davam edir. O illik icarə haqqını ödəyir. Bundan sonra o xəbər tutdu ki, Otuzikilər Bələdiyyəsi tərəfindən torpaq sahəsi hərraca çıxarılıb. *4.*2.2023-cü il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bərdə Ərazi Şöbəsində onun istifadəsində olan torpaq sahəsi üzrə hərrac keçirilmiş və hərrac nəticəsində *4.*2.2023-cü il tarixli, *** saylı hərrac protokolu ilə torpaq sahəsi hərracda başqa bir şəxs tərəfindən əldə edilmişdir. Buna görə də, onun istifadəsində və icarəsindədə olan torpaq sahəsi necə ola bilər ki, hərraca çıxarılsın və başqa şəxs tərəfindən əldə edilsin. Bu günə kimi onun torpaq sahəsinin keyfiyyətinin artırılması üçün o nə qədər xərc çəkmişdir. Hər il mütəmadi olaraq icarə haqqı ödəmişdir. Ona görə də, keçirilən hərrracın əsassız olduğunu hesab edir. O hesab edir ki, Bərdə rayonu, Otuzikilər bələdiyyəsi heç bir əsaslı səbəb olmadan qanunsuz olaraq aralarında olan müqavilə öhdəliklərinə əməl etməmişdir. Buna görə də, *4.*2.2023-cü il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bərdə Ərazi Şöbəsində onun istifadəsində olan torpaq sahəsi üzrə hərrac nəticəsində *4.*2.2023-cü il tarixli, *** saylı hərrac protokolu etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır.
9. Bərdə Rayon Məhkəməsinin *7.07.2024-cü il tarixli 2(02*)-707/2024 nömrəli qətnaməsi (hakim Ziya Abdullayev) ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4*4.4, 4*4.5, 4*5.2, 4*5.3, 4*5.4, 4*5.5, 4*6.* və 4*6.2-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *4.2, 76.*, 77.*, *06.*, *07, 2*3-2*4, 2*7.4, 2*6-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qeyd etməyi zəruri hesab edir ki, hərraclar açıq və qapalı keçirilir. Hazırki iş üzrə açıq hərrac keçirilsə də, əslində hərracdan əvvəl Komissiya təşkilatçıları ona bildirmişlər ki, torpaq sahəsinin dəyərini gizli formada yazıb komissiyaya verməlidir. O deyilənlərə etiraz etsə də, məcburiyyət qarşısında qalıb deyilənləri etmişdir və sonda ona məlum olmuşdur ki, onun yazdığını əvvəlcədən iş üzrə üçüncü şəxsə məlulmat veriblər və o, bu səbəbdən də onun təklif etdiyi qiymətdən yuxarı məbləği yazıb komissiyaya verib və yekunda hərracın qalibi olub. 2* ildir sözügedən torpaq sahəsi onun icarəsindədir. Onun üstünlük hüququ nəzərə alınmamış və açıq hərac adı altında, qapalı hərac keçirilərək, gizli şəkildə ondan yuxarı dəyər təklif edilərək 70 il müddətinə verilmiş icarə hüquqları pozulmuşdur. Əlavə edir ki, həmin torpaq sahəsi bələdiyyə ilə aralarında olan *9.09.2003-cü il tarixli müqavilə əsasında 70 il müddətinə icarəsinə verilmişdir. Müqavilə ləğv edilməmiş, hərracın keçirilməsi və yekunda digər şəxsin qalib olması qanunsuz və ədalətsizdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Iş üzrə cavabdehlər və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə, həmin sənədin elektron kabinetinə yerləşdirilməsinə və həmin sənədləri almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 4*4.*. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
17. Maddə 4*4.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.
18. Maddə 4*5.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
19. Maddə 4*6.*. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
20. Maddə 4*6.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə *4.*. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 2*8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
30. Maddə 385.*. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.*.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.*.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
31. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
32. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 20**-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
37. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
38. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 başçısının sərəncamı ilə yaradılmış komissiya üzvlərinin iştirakları ilə akt tərtib olunaraq bələdiyyə fondunda olan əkinə qismən yararlı sahədən 9.0 hektar torpaq sahəsi ayrılıb kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək məqsədilə ilə iddiaçı İddiaçı uzunmüddətli (90 il) icarəyə verilmişdir. Bunun əsasında *9.09.2003-cü il tarixdə sahəseçmə aktı ilə 9 hektar torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin sahəseçmə aktını DT və XK-nin Bərdə rayon şöbəsinin müdiri, Otuzikilər bələdiyyəsi və iddiaçı tərəfindən imzalanmışdır. Həmin vaxtdan başlayaraq iddiaçı ilə Otuzikilər Bələdiyyəsi arasında müqavilə imzalanmış, müqavilədən sonra iddiaçı hər ay icarə haqqı ödəməyə başlamışdır. Icarə haqqını bü günə kimi ödənişi iddiaçı tərəfindən həyata keçirilmişdir. Bundan sonra Bələdiyyə sədri tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə sənəd alınması üçün hərrac keçiriləcəyini bildirilmişdir. Iddiaçı isə bildirmişdir ki, torpaq ona məxsusdur və onların arasında icarə müqaviləsi var, uzun müddətdir bu müqavilə davam edir, illik icarə haqqını ödəyir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Otuzikilər Bələdiyyəsi tərəfindən torpaq sahəsi hərraca çıxarılmışdır. *4.*2.2023-cü il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bərdə Ərazi Şöbəsində iddiaçının istifadəsində olan torpaq sahəsi üzrə hərrac keçirilmiş və hərrac nəticəsində *4.*2.2023-cü il tarixli, *** saylı hərrac protokolu ilə torpaq sahəsi hərracda başqa bir şəxs tərəfindən əldə edilmişdir. Həmin torpaq sahəsi iddiaçının istifadəsində və icarəsində olmuş, bu günə kimi torpaq sahəsinin keyfiyyətinin artırılması üçün xeyli miqdarda xərc çəkmişdir. Hər il mütəmadi olaraq icarə haqqı ödəmişdir.
39. Bu iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 4*6.*-ci maddəsi çıxış edir. Həmin normada deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
40. Mülki Məcəllənin 4*6.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
41. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə *5 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmuş, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslıdır və həqiqəti əks etdirir.
43. Belə ki, Gəncə Apellyasiya Məhkəməsində işə baxılarkən hazırki iş üzrə icraat iddiaçı İddiaçı cavabdeh Bərdə rayon Otuzikilər kənd bələdiyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair mülki mübahisə üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
44. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli 2-* (**4)-*370/2025 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş, Bərdə rayonu Otuzikilər Bələdiyyəsinin **.09.2023cü il tarixli ** saylı qərarı iddiaçı İddiaçı 0*.0*.2004-cü il tarixli *5 nömrəli torpaq icarəsi müqaviləsi əsasında icarəyə verilmiş 09 hektar torpaq sahəsinin üst-üstə düşən 04 hektar hissəsində ləğv edilməsi qərara alınmışdır. Qeyd edilən qərar qanuni qüvvəsini almışdır.
45. Göründüyü kimi 0* yanvar 2004-cü il tarixli *5 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən iddiaçı İddiaçı icarəyə verilmiş və hazırda onun istifadəsində olan torpaq sahəsinin 04 ha hissəsi sonradan hərrac yolu ilə başqa şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.
46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Azərbaycan Respublikasının Konstitusiyasının *25-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın 28.*2.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 3* may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
50. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” *9 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin *-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
51. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 başçısının sərəncamı ilə yaradılmış komissiya üzvlərinin iştirakları ilə akt tərtib olunaraq bələdiyyə fondunda olan əkinə qismən yararlı sahədən 9.0 hektar torpaq sahəsi ayrılıb kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığı inkişaf etdirmək məqsədilə ilə iddiaçı İddiaçı uzunmüddətli (90 il) icarəyə verilmişdir. Bunun əsasında *9.09.2003-cü il tarixdə sahəseçmə aktı ilə 9 hektar torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin sahəseçmə aktını DT və XK-nin Bərdə rayon şöbəsinin müdiri, Otuzikilər bələdiyyəsi və iddiaçı tərəfindən imzalanmışdır. Həmin vaxtdan başlayaraq iddiaçı ilə Otuzikilər Bələdiyyəsi arasında müqavilə imzalanmış, müqavilədən sonra iddiaçı hər ay icarə haqqı ödəməyə başlamışdır. Icarə haqqını bü günə kimi ödənişi iddiaçı tərəfindən həyata keçirilmişdir. Bundan sonra Bələdiyyə sədri tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə sənəd alınması üçün hərrac keçiriləcəyini bildirilmişdir. Iddiaçı isə bildirmişdir ki, torpaq ona məxsusdur və onların arasında icarə müqaviləsi var, uzun müddətdir bu müqavilə davam edir, illik icarə haqqını ödəyir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Otuzikilər Bələdiyyəsi tərəfindən torpaq sahəsi hərraca çıxarılmışdır. *4.*2.2023cü il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bərdə Ərazi Şöbəsində iddiaçının istifadəsində olan torpaq sahəsi üzrə hərrac keçirilmiş və hərrac nəticəsində *4.*2.2023-cü il tarixli, *** saylı hərrac protokolu ilə torpaq sahəsi hərracda başqa bir şəxs tərəfindən əldə edilmişdir. Həmin torpaq sahəsi iddiaçının istifadəsində və icarəsində olmuş, bu günə kimi torpaq sahəsinin keyfiyyətinin artırılması üçün xeyli miqdarda xərc çəkmişdir. Hər il mütəmadi olaraq icarə haqqı ödəmişdir. Məhkəmə qərarı ilə 0* yanvar 2004-cü il tarixli *5 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən iddiaçı İddiaçı icarəyə verilmiş və hazırda onun istifadəsində olan torpaq sahəsinin 04 ha hissəsi sonradan hərrac yolu ilə başqa şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətində göstərilənlər əsaslıdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün deyil, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır.
53. Ona görə də Məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi taçmamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi tərəfindən iddiaçı İddiaçı istifadəsində olan 4 ha torpaq sahəsinə görə *4.*2.2023-cü il tarixdə keçirilən *** saylı hərracın nəticələri etibarsız hesab edilməli, torpaq sahəsi iddiaçının istifadəsində saxlanılmalı və ödənilmiş *00 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
54. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in **9.*-ci maddəsinə əsasən iddia tələbi qismən təmin edildiyindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. 55. Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin *7.07.2024-cü il tarixli 2(02*)-707/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi tərəfindən iddiaçı İddiaçı istifadəsində olan 4 ha torpaq sahəsinə görə *4.*2.2023-cü il tarixdə keçirilən *** saylı hərracın nəticələri etibarsız hesab edilsin, torpaq sahəsi iddiaçının istifadəsində saxlanılsın və ödənilmiş *00 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.