Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1953/2024 19.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-786/2020 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 ilə iddiaçı Cəmiyyət arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli 2019/00001EQ-0266 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2247.92 manat əsas, 602.76 manat faiz, 630 manat cərimə, cəmi 3480.68 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)-786/2020 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli 2019/00001EQ0266 saylı kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2247.92 manat əsas, 602.76 manat faiz, 220 manat cərimə, cəmi 3070.68 (üç min yetmiş manat altmış səkkiz qəpik) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh3 26 iyul 2024-cü il tarixdə müddətin bərpasına dair ərizə ilə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)- 786/2020 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini mümkün hesab edilməsini, sözügedən qətnamə rəsmi olaraq ona təqdim edilmədiyindən, prossesual müddətin onun təqsiri ucbatından ötürülmədiyindən, ötürülmüş müddətin üzürlü hesab edilməsini və mülki işin Gəncə Apellaysiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-786/2020 saylı, 08 avqust 2024-cü il tarixli qərardadına əsasən İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)-786/2020 nömrəli qətnaməsindən Cavabdeh3 vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilmişdir. Cavabdeh3 şikayətlə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)- 786/2020 saylı, 08 avqust 2024-cü il tarixli nömrəli qərardadını ləğv edilməsi və xx.xx.2024-cü il tarixli ərizəsinin təmin edilməsi, buraxılmış prosessual müddəti üzürlü hesab edərək, apellyasiya şikayətinə baxılması üçün mülki işiin Gəncə Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəmə dövründə N saylı hərbi hissədə və müharibədə olmuşdur. Həmin məhkəmədən və məhkəmə işindən heç bir xəbəri olmamışdır. Məhkəmə bildirişini və qətnaməni almaq üçün xx.xx.2024-cü il tarixdə Qazax rayon Məhkəməsinə müraciət edərək, dövlət rüsumu ödəyərək almışdır. Qəradadda qətnamənin vaxtında alınması göstərilsə də¸ o, qətnaməni almamış və xəbərnamədə olan imza ona aid deyidlir. Məhkəməyə xəbərnamədəki imzanın ona aid olmasının yoxlanılması üçün ekspertiza keçirilməsi üçün ərizə versə də, təmin edilməmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1319/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə icra icraatının tərəflərinə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1319/2023 qərardadı şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və Cavabdeh3 verdiyi şikayətə yenidən baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 23 avqust 2020-ci il tarixli xəbərnamədən görünür ki, Cavabdeh3 Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)-786/2020 nömrəli qətnaməsinin surətini 23 avqust 2020-ci il tarixdə almışdır. Sözügedən qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış, icra edilməsi üçün Tərtər rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, iş üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanılmışdır. Lakin Cavabdeh3 apellyasiya şikayəti vermə müddətin onun təqsirsizliyi uçbatından ötürülməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh3 müddətin bərpasına dair ərizəsinə və apellyasiya şikayətinə apellyasiya şikayəti vermə müddətinin ötürülməsi ilə bağlı hər hansı bir üzürlü səbəblə bağlı sənədi əlavə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Cavabdeh3 Qazax Rayon Məhkəməsinin 2(023)-786/2020 saylı, 08 avqust 2024cü il tarixli nömrəli qərardadından verdiyi şikayətin dəlillərində məhkəmədə işə baxılan döbrdə N saylı hərbi hissədə və müharibədə olmasını, Qazax rayon Məhkəməsinin qətnaməsini almamasını, qətnamənin ona təqdim edilməsi barədə işıdə olan xəbərnamədəki imzanın ona aid olmasını və yoxlanılması üçün ekspertiza keçirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cavabdehin həmin dəlillərinin yoxlanılması istiqamətində heç bir araşdırma aparmamış, xəbərnamədə olan imzanın kim tərəfindən imzalanmasını araşdırmamış və cavabdehin həmin dəlilini yoxlayıb hüququ qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsində müəyyən olunmuş səlahiyyətə və yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1319/2023 qərardadı şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və Cavabdeh3 verdiyi şikayətə yenidən baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə işə yenidən baxarkən, qeyd edilən nöqsanları aradan qaldırmalı, zərurət olduğu halda, ekspertiza təyin etməklə, şikayətin dəlillərini araşdırmalı və qanuni qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1319/2023 qərardadı şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və Cavabdeh3 verdiyi şikayətə yenidən baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1953/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1953/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver