Məhkəmə qərarları › İş №2(104)-1991/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1991/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1991/2023 25.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, X1 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-4215/2016 saylı mülki iş üzrə 05 may 2023-cü il tarixli qarardadından iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azər Əmirov tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli 2(013)-4215/2016 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 Agaxan oğlu və Cavabdeh2 müştərək qaydada 22.766.20 manat əsas borcu, 5247.63 manat faiz borcu, 30 manat dəbbə pulu, cəmi 28043.83 manat borc və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın Cavabdeh1 Agaxan oğluna məxsus olan "HOVVO" ZZ3257N3847A markalı **-DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yönəldilərək avtomobilin açıq hərracdan satılması və bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi tələbi barədə iddia qismən təmin edilmişdir.. Cavabdeh1 Agaxan oğlu 25 aprel 2023-cü ildə məhkəməyə ərizə verərək Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli 2(013)-4215/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-4215/2016 saylı mülki iş üzrə 05 may 2023-cü il tarixli qərardadı ilə qeyd olunan ərizə təmin edilərək Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli 2(013)-4215/2016 saylı qətnaməsindən Cavabdeh1 Agaxan oğlunun apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət buraxılmasının səbəbi üzrlü hesab edilərək bərpa edilmiş və həmin qətnamədən Cavabdeh1 Agaxan oğlunun verdiyi apellyasiya şikayəti icraata qəbul edilmiş və baxılmasından ötrü mülki işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardadla razı olmayan Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azər Əmirov məhkəməyə şikayət ünvanlanmış və şikayətdə ünvan 1023-cü il tarixli qərardadının ləğv edilməsini məhkəmədər xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 7 ildən sonra apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsi buraxılmış prosessual müddəti bərpa etmiş, müvafiq gərardaddan şikayət vermək müddəti bitdikdən sonra apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Hesab edirlər ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 4215/2016 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, məhkəmə müddət bərpa ərizəsin təmin edərkən qərardadı bir cümlə ilə əsaslandıraraq qeyd etmişdir ki, mülki iş materiallarında cavabdeh tərəfindən qətnamənin alınması müəyyən edilmir. Məhkəmə işi tam və obyektiv araşdırmamış, mülki işdə olan sənədlər ilə kifayətlənərək icra şöbəsi, Hərrac Mərkəzinə sorğu verməmişdir. Belə ki, qətnamə qanuni qüvvəyə minib, icra sənədi verilib, icra məmuru icra sənədi üzrə icraatın başlanması barədə qərar qəbul edib və tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilib. Daha sonra icra sənədinin icrası ilə bağlı tədbirlər həyata keçirilib, hərrac protokolu və ödəniş tapşırığı tərtib olunub. Ağlabatan deyil ki, qətnamənin qəbulundən sonra ötən 7 il ərzində Cavabdeh1 qətnamənin icrası ilə bağlı icra tədbirlərindən məlumatlı olmasın. Bu isə onu təsdiq edir ki, Cavabdeh1 qətnamədən məlumatı olub. Bundan əlavə, Cavabdeh1 kredit alandır, o, 10 il bundan əvvəl -xx.xx.2013-ci ildə bağlanmış kredit müqaviləsi üzrə bankdan kredit alıb, lakin krediti qaytarmayıb. Ağlabatan deyil ki, kredit alan kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə qətnamədən 7 il ərzində məlumatlı olmasın. Apellyasiya şikayətinin məzmunundan görünür ki, o, formal mülahizələrlə əsaslandırılıb. Bu da öz növbəsində onu təsdiq edir ki, cavabdehin 7 il sonra apellyasiya şikayəti verməkdə məqsədi həmin qətnamənin icrasına mane olmaqdır. Cavabdeh1 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək qətnamədən məlumatı olmadığını bildirib və qətnamənin surətinin ona verilməsini xahiş edib. xx.xx.2023-cü ildə qətnaməni surəti ona verilib, bundan 1 ay keçməmiş - xx.xx.2023-cü ildə hazırkı apellyasiya şikayəti verilib. Lakin qətnaməni surətinin xx.xx.2023-cü ildə verilməsi apellyasiya şikayəti verilməsi müddətinin yenidən başlanmasına səbəb olmamalı idi. Buna qədər apellyasiya şikayəti verilməsi müddətinin axımı başlayıb və müddət bitib. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi müddəti keçib. Odur ki, müddət bərpa ərizəsi rədd edilməli, apellyasiya qeyrimümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Bundan əlavə qeyd edilmişdir ki, Ağdam Rayon Məhkəməsindən Banka daxil olan bildirişə əsasən cavabdehin müddət bərpa ərizəsinə xx.xx.2023-cü il tarixdə baxılacaq. Lakin müddətin bərpası ərizəsinin surəti bildirişə əlavə edilmədiyindən tərəfimizdən məhkəmə ilə əlaqə yaradılmış Cavabdeh1 tərəfindən müddət bərpa ərizəsinin və apellyasiya şikayəti alınmışdır. Məhkəmədən şifahi məlumat verilərək bildirilmişdi ki, mülki iş 2016-cı il tarixli olduğundan elektron məhkəmə sisteminə arxiv iş kimi əlavə edilir, tərəflər sözügedən mülki işə daxil ola bilmirlər. Prosesə (xx.xx.2023-cü il tarixinə) məhdud zaman qalmasına baxmayaraq, tərəfimizdən müddət bərpa ərizəsinə etiraz hazırlanmış, yuxarıda qeyd edilmiş səbəblərdən məhkəmə tərəfindən verilmiş mail ünvanına xx.xx.2023-cü il tarixdə göndərilmiş və bu barədə məhkəməyə məlumat verilmişdir. Lakin Bank tərəfindən verilmiş etirazı məhkəmə nəzərə almamış, qərardadda Bankın mövqeyinə münasibət bildirməmişdir. Hazırkı mülki iş üzrə Ağdam Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsində qeyd edilir ki, cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin məhkəmə prosesinə gəlməmişlər. Məhkəmə qətnaməsinin qəbul edilməsi, qəbul edilmiş qətnamənin nəticə hissəsinin elan edilməsi, həmçinin eyni gündə onun (qətnamənin nəticə hissəsinin) təsdiq olunmuş surətinin də işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsi, eyni zamanda əsaslandırılmış məhkəmə qətnaməsinin işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada çatdırılması və iş üzrə qətnamə ilə bağlı icra vərəqəsi çıxarılaraq işin icraya verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə qətnaməsinin qəbul edilməsindən (xx.xx.2016-ci il tarixdə), xeyli müddət, yəni təxminən qətnamənin işdə iştirak edən şəxslərə rəsmi qaydada çatdırılmasından 7 (yeddi) ilə yaxın müddət keçdikdən sonra nədənsə cavabdehin apellyasiya şikayəti verməsi yadına düşmüş və apellyasiya şikayətinin tərtib edilərək, məhkəməyə təqdim etmişdir. Bu da onu deməyə əsas verir ki, məhkəmə qətnaməsinin icra olunması mərhələsi cavabdehlərin mənafelərinə uyğun olmaması səbəbindən (iradələrinə zidd olduğundan), həmçinin guya onların yaşayış tərzinə ciddi təsir göstərdiyindən hansı üsulla olursa-olsun məhkəmə qətnaməsinin icrasının lüzumsuz yerə uzadılması, eyni zamanda öyrədilmiş şəkildə dolayı yolla hüquqi hiylələr işlədərək qətnamənin icrasından boyun qaçırmaq məqsədi daşıyır. Belə ki, cavabdehlər keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə qabaqcadan lazımı (rəsmi) qaydada məlumatlandırılmışdır. Məhkəmə baxışında iştirak etməsə belə, iclasların nəticəsi olaraq qətnamə qəbul ediləcəyini bilmiş, lakin onun nəticəsi ilə maraqlanmamışdır. Bunu etməyərək cavabdeh özü öz prosessual hüquqlarını məhdudlaşdırmışdır. Onu da qeyd etmək lazımdır ki, Bank tərəfindən iddianın təmin edilməsi barədə ərizə verilmiş, yuxarıda qeyd edilmis əmlakın üzərinə həbs qoyulması, istismarının cavabdehə və başqa şəxslərə, qadağan edilməsi və həmin nəqliyyat vasitəsinin məcburi qaydada saxlanılaraq, ARDİN-nin BDYp xüsusi mühafizə olunan duracağına yerləşdirilməsi xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2016ci il tarixli 2(013)-4215/2016 nömrəli qətnaməsinin surəti tərəflərə göndərilmiş və qanunvericilikdə göstərilmiş müddətdən sonra məhkəmə qətnaməsi qüvvəvə minərək icraya yönəlmişdir. Müvafiq icra şöbəsi tərəfindən "İcraata başlamaq haqqında" qərar qəbul edilərək qətnamənin icrası üçün tədbirlər görülmüşdür. Bundan əlavə "xxxx" MMC tərəfindən yuxarıda təsvir edilmiş avtomobilin acıq hərraca çıxarılması barədə sifarişçi, tələbkar və borclulara bildirişlər göndərmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmişlər ki, cavabdehə müxtəlif vaxtlarda məhkəmə qətnaməsi və qətnamənin icrası ilə bağlı sənədlər göndərilmişdir. Cavabdeh müddət bərpa ərizəsində dolayısı ilə iddia edir ki, aşağıda qeyd edilmiş- Ağdam Rayon Məhkəməsinin qətnaməsinin surətindən, müvafiq icra şöbəsinin "icraata başlamaq haqqında" qərarından, həmçinin icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün bildirişdən, Əmlakın üzərinə həbs qoyularaq xüsusi mühafizə olunan duracağına verləşdirilməsindən, əmlakın açıq hərraca çıxarılmasına dair bildirişdən xəbərsiz olmuş, sadalanmış sənədlərdən heç biri ona təqdim edilməmişdir. Yuxarıda təsvir edilmiş, mülki iş üzrə yekun məhkəmə qətnaməsi ilə "kredit müqaviləsi və iddia tələbi ipoteka müqaviləsinə əsasən yüklü edilmiş əmlaka" hüquqi qiymət verilmiş, iddiaçının qismən təmin edilmiş və məhkəmənin yekun qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Odur ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-4215/2016 saylı, xx.xx.2023-cu larixli qərardadını ləğv edilməsi, əks halda şikayətə baxılması üçün apellyasiya instansıyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(013)-4215/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(013)-4215/2016 saylı qərardadı tam, onunla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti bərpa edərkən öz qərardadında qeyd etmişdir ki, iş materiallarında Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli 2(013)-4215/2016 saylı qətnaməsinin Cavabdeh1 Agaxan oğlu tərəfindən alınması müəyyən edilmir. Kollegiya həmin nüansla bağlı birinci instansiya məhkəməsinin mövqeyini qəbul etsə də, bu əsasla müddətin bərpa edilməsi hissəsində məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, işin hallarından müəyyən olunur ki, Ağdam Rayon Məhkəməsinin 26 oktyabr 2016-ci il tarixli 2(013)-4215/2016 nömrəli qətnaməsinin surəti tərəflərə göndərilmiş və qanunvericilikdə göstərilmiş müddət bitikdən sonra məhkəmə qətnaməsi qüvvəvə minərək icraya yönəlmiş, müvafiq icra şöbəsi tərəfindən "İcraata başlamaq haqqında" qərar qəbul edilərək qətnamənin icrası üçün tədbirlər görülmüşdür. Bundan əlavə "xxxx" MMC tərəfindən avtomobilin acıq hərraca çıxarılması barədə sifarişçi, tələbkar və borclulara bildirişlər göndərmişdir. Cavabdeh isə müddət bərpa ərizəsində həmin qətnamənin surətindən, müvafiq icra şöbəsinin "icraata başlamaq haqqında" qərarından, həmçinin icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün bildirişdən, Əmlakın üzərinə həbs qoyularaq xüsusi mühafizə olunan duracağına verləşdirilməsindən, əmlakın açıq hərraca çıxarılmasına dair bildirişdən xəbərsiz olduğunu, sadalanmış sənədlərdən heç birinin ona təqdim edilmədiyini qeyd etmişdir. Hazıki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi göstərilən bu halları aydınlaşdırmaq məqsədilə heç bir araşdırma aparmamış, qətnamənin icrası ilə əlaqədar icra şöbəsindən sənədləri tələb etməmiş, sadəcə müddətin bərpasına dair cavabdeh tərəfindən verilmiş ərizədə göstərilənlərə əsasən ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, kollegiya tərəfindən qeyd olunan hallar tam, obyektiv və tam araşdırıldıqdan sonra müddətin bərpası barədə ərizəyə hüquqi qiymət verilməlidir.. Azərbaycan Respublikası MPM-nin 227.3-cü məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-ci apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2-cü maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)-4215/2016 saylı mülki iş üzrə 05 may 2023-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azər Əmirov tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-4215/2016 saylı mülki iş üzrə 05 may 2023-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edillsin. Apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar