Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2003/2024 26.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(013)-1092/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 26 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmş “Borc Müqaviləsi”ndə qeyd edilmişdir ki, borcverən İddiaçı 12000 (on iki min) manat pul vəsaitini mülkiyyət hüququna əsasən borcalana verməyi, borcalan Cavabdeh isə, həmin məbləği 31 may 2022-ci il tarixədək, tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür;
2. xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə Bakı şəhəri Binəqədi RPİ-nın İŞ-nin müstəntiqi, polis mayoru Şövqi Əsədovun qərarının sürətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2022-ci ilin fevral ayında əvvəllər tanıdığı Əhliyyət adlı şəxsin oğlu İddiaçı ilkin olaraq 12000 manat, qalan məbləği isə 13 ay ərzində ayda 3000 manat ödəmək şərtilə “Shagman” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük maşını vermiş, həmin şəxs 12000 manat ona ödəmiş, 7 ay ərzində isə 5000 manat ödəməli olduğunu, 12000 manatı borc aldıqdan sonra ümumilikdə 3500 manatı İddiaçı atası Əhliyətə borc verdiyini, 7 ayın tamamında isə, İddiaçı razılaşdıqları pulu ödəmədiyinə görə avtomobili ondan geri aldığını və avtomobilin təmirə ehtiyacı olduğunu aşkar etdiyini, avtomobilin təmiri üçün 18000 manat pul xərclədiyini, 7 ay ərzində İddiaçı 21000 manat pul ödəməli olduğu halda, cəmi 5000 manat ödədiyini qeyd etmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **-BC-*** dövlət qeydiyyat nişanlı Shagman markalı yük avtomobili üçün ödədiyi 17000 manat məbləğində pulun, **-BC-*** qeydiyyat nişanlı “Shagman” markalı avtomobilin təmir xərcləri üçün "xxxx" ASC-dən kredit müqaviləsi əsasında götürülmüş 21196 manat məbləğində pulun və əldən çıxmış fayda kimi **-BC-*** qeydiyyat nişanlı Shagman markalı avtomobil ilə yük daşıması üçün hər ay (15 ay) qazanılmalı olan 5000 manat məbləğində pulun, cəmi 113196 manat məbləğində pulun və ödənilmiş 404 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh yük daşımaq məqsədi ilə “Shagman” markalı **-BC-*** qeydiyyat nişanlı yük avtomobilini ilkin ödəniş olaraq 12000 manat ödəməklə, qalan məbləği isə 13 ay ərzində ayda 3000 manat ödəmək şərti ilə satın almışdır. Yük avtomobilini aldıqdan 10 gün sonra onun mühərrikində və başqa yerlərində bir sıra problemlər yaranmış, bu problemləri aradan qaldırmaq məqsədlə "xxxx" ASC-dən 15000 manat krediti (qohumunun adına) götürüb avtomobil təmir etdirmişdir. Bundan başqa, 7 ay ərzində cavabdehə 5000 manat ödəniş etmiş, 2022-ci ilin oktyabr ayının sonunda Cavabdeh avtomobili satmaq və satışdan əldə olunan gəlirdən ona olan borcunu geri qaytarmaq məqsədi ilə geri almış, həmin vaxtdan etibarən 1 ildir ki, qohumunun adına götürdüyü kreditin ödənişlərini həyata keçirtmişdir. Cavabdeh isə avtomobili ondan aldıqdan sonra, guya avtomobili onun nasaz hala saldığını əsas gətirərək, nə avtomobili, nə də ona ödədiyi pulları geri qaytaracağını bildirmişdir. diyini, eyni zamanda avtomobilin dövlət qeydiyyat nömrəsini dəyişdi
5. Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(013)-1092/2024 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul və ödənilmiş 141.0 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Əhliyyat oğlunun xeyrinə ödənilməsi; İş üzrə ödənilmiş 404 manat dövlət rüsumunun qalan 263 manat hissəsinin İddiaçı Əhliyyat oğluna aid edilməsi; İddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh da apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-yə müraciət etmiş və cavabdeh izahat verərkən, aralarında olan borc müqaviləsinin həqiqət olduğunu etiraf etmişdir. Həmin izahatda cavabdeh bildirmişdir ki, “2022-ci ilin fevral ayında əvvəllər tanıdığı Əhliyyət adlı şəxsin oğlu olan İddiaçı ilkin olaraq 12000 manat, qalan pulu isə 13 ay ərzində ayda 3000 manat ödəmək şərtilə dövlət qeydiyyat nişanı **- BC-*** olan Shagman markalı yük avtomobili vermişdir. Həmin şəxs 12000 manatı ona ödəmiş, 7 ay ərzində isə 5000 manat pul ödəməli idi. O, 12000 manatı alandan sonra ümumilikdə 3500 manatı Fazilin atası Əhliyyət borca istədiyinə görə ona vermişdir. 7 ayın tamamında Fazil ona razılaşdıqları aylıq pulu vermədiyinə görə o, ondan dövlət qeydiyyat nişanı **-BC-*** olan Shagman markalı avtomobili geri almışdır. Həmin avtomobili alandan sonra avtomobilin təmirə ehtiyacı olduğunu aşkar etmişdir. Avtomobilin təmiri üçün 18000 manat pul xərcləmişdi. 7 ay ərzində Fazil ona 21000 manat pul ödəməli idi. Lakin Fazil ona 5000 manat vermişdir” qeyd edərək aralarında olan borc müqavilənin həqiqiliyini etiraf etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı hər hansı sübut təqdim etmədiyi halda məhkəmə iddia tələbini qismən təmin etmişdir. Bundan başqa, məhkəmə iddia tələbini qismən təmin edərkən xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərara istinad etmişdir. Halbuki, polis şöbəsində onun verdiyi izahat təhrif edilmişdir. Bu səbəbdən də həmin qərardan şikayət vermişdir.
c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 52000 manat dəyərində yük avtomobilini ilkin ödəniş olaraq 12000 manat, sonra isə 13 ay müddətində hər ay 3000 manat verməklə alacağı barədə cavabdehlə aralarında razılaşmışlar. 2022-ci ilin fevral ayında ilkin ödəniş olaraq cavabdehə 12000 manat pul vermişdir, həmin ilin aprel ayında isə cavabdeh yük avtomobilini ona təhvil vermişdir. 10 gün sonra avtomobildə nasazlıq yaranmış, bu barədə cavabdehə məlumat vermiş və avtomobili təmir etdirmişdir. 3 dəfə belə hadisə olmuş və nəticədə cavabdehdən aldığı yük avtomobilinin mühərriki sıradan çıxmışdır. 12000 manat mühərrikə, 3000 manat isə digər görülən işlərə xərcləmişdir. Bu səbəbdən də aylıq ödənişləri ödəyə bilməmiş və 6 ay ərzində cavabdehə cəmi 5000 manat pul vermişdir. Bundan sonra Cavabdeh ona təklif etmişdir ki, yük avtomobilini sataraq satışdan əldə edilmiş pulu öz aralarında bölsünlər. Həmin vaxtdan da cavabdeh yük avtomobilini ondan almışdır. 2022-ci ilin fevral ayında yük avtomobilinin alqı-satqısına görə cavabdehə 12000 manat ilkin ödəniş etmişdir. 2022-ci ildə yük avtomobilinə baxış keçirilmiş və rəy verilmişdir. Həmin vaxt pulu olmadığına görə avtomobili təmir etdirə bilməmişdir. 2024-cü ildə xalası oğlunun adına 15000 manat kredit götürüb yük avtomobilini təmir etdirmişdir. Ona görə cavabdehdən əldən çıxmış fayda tələb edir ki, 5 ay müddətində işsiz qalmış və gəlir əldə edə bilməmişdir. Əslində, həmin yük maşınını kimsə düzəltdirib, 1 il Xocahəsən yolunda qalıb, sonra Elbrus o avtomobili başqa avtomobillə dəyişib və qaraja gətirib. Atası da həmin vaxt avtomobili görüb almaq qərarına gəlmişdir. Hər dəfə cavabdehdən pulu istəyəndə sonuncu pulu verəcəyini bildirdiyinə görə polis şöbəsinə gec müraciət etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə2 iddiaçı tərəfin verdiyi apellyasiya şikayətini müdafiə edərək, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən əldə edilmiş rəydən də görünür ki, mübahisəsi gedən yük avtomobilinin təmirinə 12000 manat xərc çəkilmişdir. Bundan əlavə, cavabdeh özü də birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, yük avtomobili ona saz vəziyyətdə təhvil verilmişdir. Əgər avtomobil təmir edilməmişdirsə, necə saz vəziyyətdə ola bilərdi? Kreditlə bağlı isə bildirir ki, kredit başqa şəxsin adına götürülsə də, əslində iddiaçının cavabdehdən aldığı yük avtomobilinin təmirinə sərf edilmişdir. Bunu krediti götürən şəxs də təsdiq edə bilər. Birinci instansiya məhkəməsində icraat zamanı həmin şəxsin şahid qismində dindirilməsini xahiş etsələr də, lakin vəsatətləri təmin edilməmişdir. Vəkil Nümayəndə2 sonda məhkəmə kollegiyasından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iddiaçı tərəfin verdiyi apellyasiya şikayətini qəbul etməyərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddia ərizəsində də yük avtomobilinin 5 ay ərzində iddiaçının sahiblik və istifadəsində olduğu göstərilmişdir. Həmin zaman avtomobilin nasaz olması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçının özü də bildirir ki, yük avtomobilinin alqı-satqısına görə üzərində düşən aylıq ödənişləri edə bilməmişdir. İddiaçı yük avtomobilinin alqı-satqısına görə 6 ay ərzində cəmi 5000 manat pul ödəmiş, 1 il sonra isə polisə müraciət etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
17. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
18. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsız hesab olunur.
19. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
20. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Birinci instansiya məhkəməsinin qətnaməsi iki apellyasiya şikayəti üzrə bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Shagman markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsus olmuşdur. İddiaçı və Cavabdeh öz aralarında əldə etdiyi şifahi razılığa görə, cavabdeh özünə məxsus Shagman markalı **- BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 12000 manat ilkin ödəniş, 13 ay müddətində isə hər ay 3000 manat ödəmək şərtilə nisyə şəkildə iddiaçıya satmışdır. İddiaçı tərəfindən cavabdehə 12000 manat ilkin ödəniş edilmiş, cavabdeh də öz növbəsində qeyd olunan yük avtomobilini iddiaçıya təhvil vermişdir. Beləliklə, tərəflər arasında faktiki nisiyə alqı-satqı münasibətləri yaranmış və cavabdeh sözügedən yük avtomobilini iddiaçının sahiblik və istifadəsinə vermişdir. Tərəflər arasındakı razılaşmaya uyğun olaraq iddiaçı hər ay cavabdehə 3000 manat ödəniş etməli olsa da, lakin iddiaçı bu öhdəliyini lazımınca yerinə yetirə bilməmiş və avtomobilin onun sahiblik və istifadəsində qaldığı bir neçə ay ərzində cavabdehə cəmi 5000 manat pul ödəmişdir. Daha sonra isə tərəflər arasındakı faktiki alqı-satqı münasibətləri pozulduğundan İddiaçı Shagman markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Cavabdeh geri qaytarmışdır. İddiaçı sözügedən yük avtomobilinin alqı-satqısına görə cavabdehə ödədiyi pulların, o cümlədən avtomobilin təmirinə çəkilmiş xərcin əvəzinin, habelə əldən çıxmış faydanın tutulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
35. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
36. İşin hallarından göründüyü kimi İddiaçı hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Bakı şəhəri Binəqədi rayon Polis Şöbəsinə müraciət etmiş, müraciət üzrə araşdırma aparılmış və məsələ mülki xarakterli mübahisə olduğundan polis şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
37. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2022-ci ilin fevral ayında əvvəllər tanıdığı Əhliyyət adlı şəxsin oğlu İddiaçı ilkin olaraq 12000 manat, qalan məbləği isə 13 ay ərzində ayda 3000 manat ödəmək şərtilə “Shagman” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük maşını vermiş, həmin şəxs 12000 manat ona ödəmiş, 7 ay ərzində isə 5000 manat ödəməli olduğunu, 12000 manatı borc aldıqdan sonra ümumilikdə 3500 manatı İddiaçı atası Əhliyətə borc verdiyini, 7 ayın tamamında isə, İddiaçı razılaşdıqları pulu ödəmədiyinə görə avtomobili ondan geri aldığını və avtomobilin təmirə ehtiyacı olduğunu aşkar etdiyini, avtomobilin təmiri üçün 18000 manat pul xərclədiyini, 7 ay ərzində İddiaçı 21000 manat pul ödəməli olduğu halda, cəmi 5000 manat ödədiyini qeyd etmişdir.
38. Eyni zamanda cavabdehin nümayəndəsi apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı Cavabdeh ümumilikdə 17000 manat pul vəsaitini Shagman markalı yük avtomobilin alınması üçün verməsini təkzib etməmişdir.
39. Göründüyü kimi, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh “Shagman” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin alqı-satqısına görə İddiaçı 12000 manat ilkin ödəniş almış; yük avtomobilinin iddiaçıda qaldığı müddət ərzində isə sonuncu Cavabdeh 5000 manat, ümumilikdə (12000+5000=17000) 17000 manat vəsait vermişdir.
40. Lakin, sonradan tərəflər arasındakı faktiki alqı-satqı münasibətləri pozulduğundan Cavabdeh Shagman markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini İddiaçı geri almışdır. Buna baxmayaraq, İddiaçı həmin avtomobilə görə Cavabdeh ödədiyi 17000 manat pul vəsaiti isə sonuncu tərəfindən geri qaytarılmamaqla o, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanmışdır. Tərəflər arasında həmin pulun verilməsi ilə bağlı qanuni əsas və ya etibarlı müqavilə əsası mövcud olmamışdır.
41. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh 17000 manat vəsait tutularaq İddiaçı verilməsi qənaətinə gəlmişdir. İşin şərh olunan bu hallarına görə məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır.
42. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin təmin olunmamış hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.
43. Belə ki, İddiaçı Shagman markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin nasaz olmasına görə həmin avtomobilə 15000 manat vəsait sərf etdiyini iddia etsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Məhəkmə kollegiyası həmçinin iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi bu hissədə iddianı rədd etməkdə düzgün və əsaslı nəticəyə gəlmişdir. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi zəruri edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi zəruri edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına gürə zərərin ödənilməsi üçün ağağıdakı hğquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
45. Eyni zamanda Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin mövcudluğu güstərilməlidir. Həmin maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hğququnu bərpa etmək üçünn çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
46. Qeyd olunan maddənin məzmunundan da gürünür ki, hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir.
47. Lakin hazırkı işdə bu əsaslar mğəyyən edilmir. Çünki ümumiyyətlə zərərin müvcud olması və iddiaçıya maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətlərinin müvcud olması müəyyən olunmur.
48. İşin yuxarıda şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin qismən təmin edilməsi qanuni əsaslara söykənir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(013)-1092/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.