Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2004/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərardadından Cavabdeh (etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək 4110,00 (dörd min yüz on) manat sığorta ödənişi məbləğinin və 61,10 (altmış bir manat on qəpik) manat dövlət rüsumunun, cəmi 4171,10 (dörd min yüz yetmiş bir manat on qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh X2 tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 4110 (dörd min yüz on) manat və məhkəmə xərci qismində 61.10 (altmış bir manat on qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4171.10 (dörd min yüz yetmiş bir manat on qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh (etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə2) apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daha sonra Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, ötürülmüş prosessual müddətin bərpa edilməsi və Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 2796/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Məhkəmənin e- 2(125)-2796/2025 saylı, xx.xx.2025-ci tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə həmin qərardadı onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh qeydiyyatda olduğu və iddia ərizəsində yaşadığı ünvan kimi qeyd edilmiş ünvan 1bərnaməsinə xx.xx.2025-ci il tarixdə “Mətanət” adlı şəxs tərəfindən imza edilməklə, rəsmi qaydada alınmışdır. Cavabdehin nümayəndəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinin e- 2(125)- 2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet üzərindən elektron formada xx.xx.2025-ci il tarixdə imzalanaraq verilmişdir. Göründüyü kimi, qətnamədən apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş, müddət ötürüldükdən sonra verilmiş və prosessual müddətin buraxılmasının üzrlü səbəbdən olması ilə bağlı hər hansı vəsatət verilməmişdir. Hal-hazırda onlar yenidən apellyasiya şikayəti verərək müddətin bərpa edilməsi barədə vəsatət verir və hesab edir həmin müddət bərpa edilməlidir. Belə ki, cavabdeh hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.3.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində icraatda cinayət işi vardır. Səhhətində olan problemlərə görə o, bu ilin may ayında 2 saylı İstintaq Təcridxanasından Bakı şəhərinə Penitensiar xidmətinin Mərkəzi Xəstəxanasına göndərilmiş və müalicə aldıqdan sonra xx.xx.2025-ci il tarixdə Gəncə 2 saylı İstintaq Təcridxanasına qaytarılmışdır. Orda olarkən qohumları ona qətnamə barədə məlumat vermişlər. O, istintaq təcridxanasında olduğundan ASAN imza işlədə bilməmiş, şikayət verə bilməmiş və bu səbəbdən qohumları onunla vəkil müqaviləsi bağlamış, lakin etibarnamə ala bilməmişdir. Bundan sonra o, Gəncə Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş və etibarnamə verilməsi üçün notariusu istintaq təcridxanasına girməsinə icazə istəmiş və icazə alınandan sonra 21 avqust 2025-ci il tarixdə notarius istintaq təcridxanasına daxil olub etibarnamə almışdır. Etibarnamə alındıqdan sonra isə dərhal apellyasiya şikayəti verilmişdir. Yuxarıda qeyd elədiyi kimi qətnamə cavabdehin evinə göndərilən zaman o, Bakı şəhərində Penitensiar xidmətinin Mərkəzi Xəstəxanasında müalicə almış və yalnız xx.xx.2025-ci il tarixdə Gəncə 2 saylı İstintaq Təcridxanasına qaytarılmışdır. Bundan sonra notarius 2 saylı İstintaq Təcridxanasına gələndən sonra etibarnamə alınmışdır. Nəzərə alınmalıdır ki, cavabdeh MPM-nin apellyasiya şikayətinin verilməsi ilə bağlı tələblərinə uyğun olaraq, yəni apellyasiya şikayəti yalnız elektron kabinet vasitəsi ilə verilməli olduğu üçün o, heç bir qaydada şikayət verə bilməzdi, belə ki, təcridxanada elektron vasitələrdən, yəni ASAN imza, SİMA proqramının istifadəsi qadağandır. Ona verilən etibarnaməyə nəzər yetirilsə, etibarnamənin Gəncə 2 saylı İstintaq Təcridxanasına verilməsi təsdiq olunur. Belə olan halda hesab edir ki, prosessual müddət bərpa edilməlidir. Eyni zamanda bildirir ki, onun tərəfindən apellyasiya şikayəti verilərkən ********** nömrəli qəbzlə 31 manat dövlət rüsumu ödənilmişdir. Hazırda sistem artıq həmin nömrəli qəbzi qəbul etmədiyindən o, məcbur olub 1 manat yenidən rüsum ödəyir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakim Z.İmanov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə2 apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsinin əsassız olduğundan rədd edilməsi və həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina olunması qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsin e-2(125)- 2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, sığorta ödənişinin əvəzi olaraq 4110 (dörd min yüz on) manat və məhkəmə xərci qismində 61.10 (altmış bir manat on qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4171.10 (dörd min yüz yetmiş bir manat on qəpik) manat pultutularaq iddiaçı "xxxx"Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Məhkəmənin e-2(125)- 2796/2025 saylı xx.xx.2025-ci tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra o, apellyasiya şikayətini təkrar verərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müddət bərpa edilməmişdir. Hesab edir ki, həmin qərar əsassız olduğu üçün ləğv edilməli, müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməlidir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 2796/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərardadından Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə2 tərəfindən verilmiş şikayətin baxılması üçün e-2(125)-2796/2025 nömrəli mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilərək yeni qərardad çıxarılmalı, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə2 apellyasiya şikayəti verməsi üçün prosessual müddətin buraxılması səbəbi üzrlü hesab edilməli, prosessual müddət Cavabdeh üçün bərpa edilməli və sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh qeydiyyatda olduğu və iddia ərizəsində yaşadığı ünvan kimi qeyd edilmiş ünvan 1bərnaməsinə xx.xx.2025-ci il tarixdə “Mətanət” adlı şəxs tərəfindən imza edilməklə, rəsmi qaydada alınmışdır. Buna baxmayaraq, cavabdehin nümayəndəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk dəfə apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet üzərindən elektron formada xx.xx.2025-ci il tarixdə imzalanaraq verilmişdir. Bununla da cavabdeh tərəfindən məhkəmənin qətnaməsindən apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş, müddət ötürüldükdən sonra verilmiş, məhkəmənin müvafiq qərardadı ilə müddət ötdüyü üçün apellyasiya şikayəti geri qaytarılmış və cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə yenidən apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Məhkəmə yekun olaraq hesab etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 2796/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə2 verdiyi apellyasiya şikayəti və ötürülmüş müddətin bərpa olunmasına dair ərizəsi açıq aşkar əsassızdır. Azərbaycan Respublikası MPM-in 357.1 və 357.2-ci maddələrinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan 48-ci vərəqində olan məhkəmə poçt xəbərnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh qeydiyyatda olduğu və iddia ərizəsində yaşadığı ünvan kimi qeyd edilmiş ünvan 1bərnaməsinə xx.xx.2025-ci il tarixdə “Mətanət” adlı şəxs tərəfindən imza edilməklə alınmışdır. Cavabdehin nümayəndəsi tərəfindən elektron məhkəmə kabineti vasitəsilə yüklənilmiş Azərbaycan Respublikası 2 saylı İsintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 2-16-xx/xx/26783/2025 nömrəli məktubundan görünür ki, həbs edilmiş şəxs Cavabdeh 1 dəfə xx.xx.2025-ci il tarixdə Müalicə Müəssisəsinə göndərilmiş “Qeyri spesifik xoralı kolit, AES çatışmamazlığı, eroziv qastrit (antrumda), bulbit, mədə xorası (antrumda), enteroqastrit, reflüks, kolitə görə keçirilmiş seqmentar kolektomiyadan sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicədə olmuş və xx.xx.2025-ci il tarixdə təcridxanaya geri qaytarılmışdır. Göründüyü kimi cavabdeh xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək Müalicə Müəssisəsində olduğundan və qətnamədən məlumatlı olmadığından apellyasiya şikayətini müddət ötürülməklə vermişdir. Kollegiya cavabdehin narazı qaldığı məhkəmə aktından şikayət verə bilməsi hüququnun realizə edilməsinin mümkün edilməsi üçün hesab edir ki, verilmiş ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində təsbit olunmuş İnsan və vətəndaş hüquqularının müdafiəsi adlanan maddəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsində isə göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 08 may 2008-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı hüquqi mövqeyini aşağıdakı qaydada nümayiş etdirmişdir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli Qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etməmiş cavabdehin prosessual müddətin bərpasına dair ərizəsini təmin etməməklə, onu yuxarı məhkəmə instansiyasına müraciət etmək, bununla da, onun apellyasiya instansiyası məhkəməsində öz hüquq və azadlıqlarını müdafiə etmək hüququndan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilərək Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilərək yeni qərardad çıxarılmalı, Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 2796/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilərək sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilərək yeni qərardad çıxarılsın. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin və baxılması üçün Mülki kollegiyaya verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2(104)-2004/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2004/2025
12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver