Məhkəmə qərarları › İş №2(104)-2007/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2007/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2007/2025 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X5 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı cavabdeh X9 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-322/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan X2 və Bərdə rayonu Mustafaağalı kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1-388 sırasında qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

2. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1779/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X10 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh X6 700 (yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat məbləğində vəsait alınaraq İddiaçı verilməsi qət edilmişdir.

3. İş materiallarında olan Bərdə şəhər "xxxx" MMC-nin 22 yanvar 2026-cı il tarixli 02 saylı arayışından görünür ki, 2023-2024-cü illərdə 1 ədəd yanı balalı qoyunun qiyməti 650- 680 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bərdə rayon Mustafaağalı kənd sakini hazırda Bakı şəhəri Kürdəxanı həbsxanasında cəza çəkən X7 dələduzluq yolu ilə ələ keçirtdiyi 5300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, hazırki iş üzrə cavabdeh kimi qeyd etdiyi X13 onun qonşusudur. Uzun zamandır ki, ağır xəstəlikdən əziyyət çəkir. Müalicə olunmaq üçün isə tez-tez Bakı şəhərinə gedib-gəlir. Ailəsinin tələbatları üçün isə mal-qara saxlayaraq gəlir əldə edir. Bakıya gedib-gəldiyi üçün isə günlərlə mal-qaraya baxmağa bir şəxs tapa bilmir. Bunun üçün təxminən 2023-cü iln sentyabr ayında 19 xırda buynuzlu heyvanı qonşusu X10 və Cavabdeh vermişdir. Cavabdeh onun ağır xəstə olduğunu və tez-tez həkimə Bakı şəhərinə getdiyini bildiyi üçün onun heyvanlarına baxacağını bildirmişdir. O da, qonşusu olduğu üçün onun sözünə inanıb və 19 baş xırda buynuzlu heyvanı X11 və X3 yanında qoyunlarını Cavabdeh vermişdir. Rəşad isə onun qoyunlarını öz heyvanları olan tövləyə qoymuşdur. Bakı şəhərində müalicə alan vaxtlarda o vaxtaşırı Rəşadla əlaqə saxlamış və Rəşad ona qoyunlarında heç bir problemin olmadığını və narahat olmamağını demişdir. Hətta qoyunlarından 10-nun balaladığını və digərlərinində o gələn vaxta kimi baxacağını bildirmişdir. Yanvar ayının ortalarında eşitmişdir ki, Rəşad Bakıda keçmiş həyat yoldaşını ov tüfəngi ilə güllələmişdir. Rəşad polis əməkdaşları tərəfindən saxlanılmış, Səbail Rayon Prokrorluğunda barəsində cinayət işi açılaraq həbs edilmişdir. Rəşad həbsdə olduğu üçün atasından qoyunları soruşduqda onların harda olduğunu bilmədiyini söyləyərək, gedib Rəşaddan soruşmasını ona söyləmişdir. Dəfələrlə cavabdehin atasından heyvanları istəsə də, imtina cavabı almışdır. Ona görə də, cavabdeh Bərdə rayon Mustafaağalı kənd sakini hazırda Bakı şəhəri Kürdəxanı həbsxanasında cəza çəkən X7 dələduzluq yolu ilə ələ keçirtdiyi 5300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bərdə Rayon Məhkəməsinin 2(021)-322/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ziya Abdullayev) iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidməti vasitəsilə iddia ərizəsinin ona təqdim edilməsi və münasibətinin müəyyən edilməsi məqsədilə 02 oktyabr 2024-cü il tarixli məktubla məlumatlandırılsa da, bu barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. iddiaçı tərəfindən iddia mötəbər sübutlarla sübuta yetirilməmişdir. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 fevral 2024-cü il tarixli qərarla da müəyyən olunur ki, Cavabdeh izahatı alınmamış, onun tərəfindən iddianın etirafına dair hər hansı hal müəyyən olunmamışdır.

8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Bərdə Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-322/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bərdə rayon məhkəməsinə iddia ərizəsi ilə cavabdeh Bərdə rayon Mustafaağalı kənd sakini hal-hazırda Bakı şəhəri Kürdəxanı həbsxanasında cəza çəkən X7 dələduzluq yolu ilə ələ keçirdiyi əmlakının dəyəri olan 5300 manat və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə xx.xx.2025-ci il tarixli 2(021)-322/2025 saylı qətnamə qəbul edərək iddia tələbini rədd etmişdir. Qeyd edilən qətnaməni qanunsuz, əsassız, qeyri-obyektiv hesab etmişdir. Beləki, cavabdeh X13 onun qonşusudur. Xeyli vaxtdır ki, ağır xəstəlikdən əziyyət çəkmişdir. Müalicə olunmaq üçün tez-tez Bakı şəhərinə gedib-gəlmişdir. Ailənin dolanışığı üçün malqara saxlamışdır. Təxminən 2023-cü ilin sentyabr ayında 18(on səkkiz) baş xırda buynuzlu heyvanlarını Bakı şəhərinə növbəti dəfə müalicəyə gedərkən qonşusu X10 və onun oğlu Cavabdeh təhvil vermişdir. Onlar iddiaçı müalicədən qayıdana kimi heyvanlara baxacaqlarını bildirmişdilər. Beləliklə o, qonşularına inanıb 18 baş xırda buynuzlu heyvanlarını, bunlardan ikisi qoç olmaqla həmkəndliləri X4 və X3 yanında qonşularına təhvil vermişdir. Cavabdeh onun qoyunlarını da öz heyvanlarına qoşaraq tövləsinə salmışdır. Bakı şəhərində müalicə olunduğu vaxtlarda tez-tez Rəşadla əlaqə saxlamışdı, Rəşad ona bildirmişdir ki, qoyunlarda heç bir problem yoxdur. Hətta Rəşad ona demişdir ki, qoyunlarından 10 başı balalamışdır, digərləri isə o, gələnə qədər balalayacaqdır. ”Yanvar ayının ortalarında isə eşitmişdir ki, Rəşad Bakıda keçmiş arvadını ov tüfəngi ilə güllələyib. Rəşad polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon prokurorluğunda barəsində cinayət işi ilə həbs edilmişdir. Bu hadisələrdən bir neçə gün sonra özünü yaxşı hissetdiyi üçün yaşadığı Bərdə rayon Mustafaağalı kəndinə gəlmişdir, Rəşad Əlizadənin evi onun evinin yaxınlığında olduğundan birinci olaraq Rəşadın Yaşadığı evə getmişdir. Rəşad həbsdə olduğu üçün onun evində atası X14 həmin evdə qalırdı. Murad həyətdə olduğu üçün tövləyə yaxınlaşdı və qoyunlarının orada olmadığını görmüşdür. O, Muraddan qoyunların harada olduğunu soruşmuşdu. Murad ona demişdirki, ”Mən bilmirəm qoyunlar haradadır, get problemini Rəşadla həll et”. O, Muraddan qoyunlarını tələb etsə də, bir nəticəsi olmamışdır. O, bununla bağlı aidiyyəti qurumlara o, cümlədən Bərdə rayon polis şöbəsinə müraciət etmiş, ancaq bir nəticəsi olmamışdır. Ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Odur ki, əvvəlcə cavabdeh X6 heyvanlarının dəyəri olan 6.000 manat və dövlət rüsumu hesabına ödənilmiş 80 manat pulun alınaraq onun xeyrinə verilməsinə dair iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət etmiş, məhkəmə baxışı iclasında cavabdeh Murad Əsədov bildirmişdirki, 18 baş qoyulardan ikisi damazlıq qoç olmuş, həmin qoçlardan birini satdığını, qalan 9 baş qoyunu-biri qoç olmaqla oğlu Rəşad Əlizadənin sataraq pulunu mənimsədiyini etiraf etmiş, məhkəmə 2024-cü ildə bir qoçun bazar qiymətini 700 manat olduğunu müəyyən etmiş, 2(040)-1779/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamə qəbul edərək cavabdeh X6 700 manat və Dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun alınaraq iddiaçının xeyrinə verilməsini təmin etmiş, qalan hissədə təmin etməmişdir. Bundan sonra digər cavabdeh Bərdə rayon Mustafaağalı kənd sakini Cavabdeh qarşı, yəni 17(on yeddi) baş qoyununun dəyəri olan 5300 (beş min üç yüz) manat və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun Cavabdeh alınaraq onun xeyrinə verilməsinə dair iddia ərizəi ilə Bərdə rayon məhkəməsinə müraciət etmiş, məhkəmə 2(021)-322/2025 saylı xx.xx.2025-ci il tarixli qətnamə qəbul edərək iddia tələbini bütünlüklə rədd etmişdir. Məhkəmə qərar qəbul edərkən tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Belə ki, Bərdə rayon məhkəməsinin 2(040)- 1779/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd edilənləri nəzərə almamış, 18 baş qoyunları cavabdehlərə təhvil verən vaxt orada olan şahidlər—X11 və X8 məhkəmədə dindirilməsinə şərait yaradılmamış, yəni şahidlər dindirilməmişdir. Belə hesab etmişdir ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Məhkəmə yuxarıda qeyd edilən iş üçün əhəmiyyətli olan bütün faktiki halları nəzərə almamış, bu səbəbdən məhkəmə qərar qəbul edərkən səhv nəticəyə gəlmişdirki, bu isə yol verilməzdir. Аzərbаycаn Rеspubliкаsı MPM-nin 385-ci mаddəsinə əsаsən mаddi və yа prоsеssuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq еdilməməsi, bütün fакtiкi hаllаrın аrаşdırılmаmаsı, iş üçün əhəmiyyətli оlаn hаllаrın sübut еdilməməsi, birinci instаnsiyа məhкəməsinin qətnаmədə göstərilmiş nəticələrinin işin hаllаrınа uyğun gəlməməsi, qətnаmənni Аpеllyаsiyа qаydаsındа ləğv оlunmаsı üçün əsаsdır. Yuxarıda qeyd edilənlər buna əsas verir. Аzərbаycаn Rеspubliкаsı MPM-nin 82.1ci mаddəsinə əsаsən Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Necəki, cavabdehin atası olanları məhkəmədə etiraf etmişdir. Məhkəmə yuxarıda qeyd edilən iş üçün əhəmiyyətli olan bütün faktiki halları nəzərə almamış, bu səbəbdən məhkəmə qərar qəbul edərkən səhv nəticəyə gəlmişdir ki, bu isə yolverilməzdir

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçıya məhkəmə iclasınını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki iclas zamanı izahatında bildirmişdir ki, apellyasiya şlikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

13. Əvvəlki məhkımə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

14. AR ƏN Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində cəza çəkən məhkum Cavabdeh tərəfindən məhkəmə ünvanlanan ərizəsində göstərmişdir ki, iddiaçı ilə razılaşmışlar ki, ona hər ay 150 manat ödəyəcəkdir. Lakin, iddiaçı ona 8 ay heç bir ödəniş etməmişdir. O, 14 baş heyvan saxlamışdır. Hamısını iddiaçı xəstəliyi ilə əlaqədar satmış və onun qapısında 8 baş heyvan isə onun qapısında qalmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

16. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

17. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

18. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

19. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

20. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

21. Maddə 781. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-322/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

33. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı səhhəti ilə əlaqədar Bakı şəhərinə getməli olduğundan 2023-cü il sentyabr ayında ona məxsus 18 baş xırda buynuzlu heyvanları saxlamaq üçün Cavabdeh vermişdir. Bundan sonra cavabdehin atası Murad Əsədov iddiaçıya məxsus bir baş iki illik damazlıq qoçun birini sataraq mal-qara üçün otlaq sahəsi almışdır. Digər xırda buynuzla heyvanları isə Cavabdeh satmışdır. Cavabdeh cinayət törətməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsilə ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və hazırda Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində cəza çəkməkdədir. Bundan sonra iddiaçı Rəşad Əsgərzadənin atası Murad Əsədova qarşı pul tələbinə dair iddia qaldırmış, ondan 18 baş xırdabuynuzlu heyvanın əvəzi olaraq 6000 manat məbləğində pul tələb etmişdir. Həmin icraat zamanı Murad Əsədov iddiaçının 18 baş xırda buynuzlu heyvanları saxlamaq üçün oğlu Cavabdeh verdiyini, həmin heyvanlardan bir baş iki illik damazlıq qoçu onun satdığını, lakin, digər xırdabuynuzlu heyvanların oğlu Rəşd tərəfindən satıldığını etiraf etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)- 1779/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X10 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh X6 700 (yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat məbləğində vəsait alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda isə iddiaçı Cavabdeh tərəfindən ona məxsus satılmış 17 baş xırdabuynuzle heyvanın əvəzi olaraq 5300 manat pulu tələb edir.

34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsində Cavabdeh 19 baş xırdabuynuzlu heyvan verdiyini iddia etsə də, işin hallarından, iddiaçının 09 fevral 2024-cü il tarixdə Bərdə rayon Polis şöbəsində verdiyi izahatda, həmçinin Bərdə Rayon Məhkəməsində cavabdeh Murad Əsədova qarşı qaldırdığı iddia ərizəsində Cavabdeh 18 baş xırda buynuzlşu heyvan verməsini bildirmişdir.

35. Bundan başqa Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində cəza çəkən məhkum Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ərizəsində iddiaçı ilə ona hər ay 150 manat ödəyəcəyi barədə razılşadıqlarını, lakin, iddiaçı ona 8 ay heç bir ödəniş etmədiyini, onun 14 baş heyvanını saxladığını, hamısını iddiaçının xəstəliyi ilə əlaqədar satdığını və onun qapısında 8 baş heyvan qalmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə Bərdə Rayon Məhkəməsinin icraatında olmuş 2(021)-1779/2024 saylı iş üzrə izahat verən cavabdehin atası Murad Əsədov iddiaçının 18 baş xırda buynuzlu heyvanları saxlamaq üçün oğlu Cavabdeh verdiyini, həmin heyvanlardan bir baş iki illik damazlıq qoçu onun satdığını, lakin, digər xırdabuynuzlu heyvanların oğlu Rəşd tərəfindən satıldığını etiraf etmişdir.

36. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə saxlamaq üçün 18 baş xırdabuynuzlu heyvan vermişdir ki, onlardan səkkiz başı ana qoyun, qalan 9 başı isə biri əkiz olmaqla səkkiz baş qoyunun balası olmuşdur. Bərdə şəhər "xxxx" MMC-nin 22 yanvar 2026-cı il tarixli 02 saylı arayışından görünür ki, 2023-2024-cü illərdə 1 ədəd yanı balalı qoyunun qiyməti 650-680 manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, saxlanamsı üçün cavabdehə verilmiş 17 baş xırdabuynuzlu heyvanın satılması nəticəsində iddiaçıya 5300 manat zərər dəymişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

38. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-322/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Bərdə Rayon Məhkəməsinin 2(021)-322/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-322/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 5300 (beş min üç yüz) manat alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar