Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-201/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı1, Cavabdeh3 vəkili Vəkil1 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X9” MMC-nin nümayəndəsi AlıyevTeymur Məzahir oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, 1 saylı Gəncə “ASAN XİDMƏT” mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X9” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(125)-272/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, 1 saylı Gəncə “ASAN XİDMƏT” mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X9” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, bir il əvvəl maddi vəziyyətinin ağır olması səbəbindən ünvan 1i ünvanda yerləşən, ümumi sahəsi 156 kv.m olan evi və 0.12 ha torpaq sahəsini lombarda girov qoymaqla pul götürmək qərarına gəlmiş və bu barədə “X9” MMC-yə getmiş, lombardın rəhbərliyi və işçiləri tərəfindən bunun mümkün olmasını öyrənmişdir. Bundan sonra onunla “X9” MMC-nin işçisi Cavabdeh3 ilə Gəncə şəhərində yerləşən “Asan Xidmət“ Mərkəzində alqı-satqı həyata keçirilmişdir. Lakin o, “X9” MMC-də olarkən, evin sadəcə ipotekaya qoyulması və borcun ödənildiyi təqdirdə ona geri qaytarılacağı barədə məlumat verilmişdir. “X9” MMC tərəfindən ona ödəniş cədvəli təqdim edilmiş, ona aylıq ödənişləri və gecikdirmək üçün faizlər barədə xəbərdarlıq edilmişdir. Sonra “X9” MMC-də qızıl girovunun olmasından dolayı, hər iki borc birləşdirilərək ona ümumilikdə 34.280 manat borc hesablanmış və aylıq 1730,2 manat ödəniş müəyyən edilmiş, bu barədə ödəniş cədvəli ona təqdim edilmişdir. O, yalnız bu il evin alqı-satqı olduğunu və evə dair Cavabdeh3 adına çıxarış alındığını bilmişdir. Bundan sonra isə Goranboy Rayon Məhkəməsi ona məhkəmə bildirişi göndərən zaman o, bilmişdir ki, Cavabdeh3 evi digər şəxs Cavabdeh2 satmışdır. Cavabdeh3 və onun arasında xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə etibarsızdır və heç bir hüquqi nəticə doğura bilməz. Belə ki, o, əmlakı girov qoyduğunu düşündüyü təqdirdə, əksinə əmlakı digər şəxsin xeyrinə özgəninkiləşdirmişdir. O, əmlakı girov qoyduğunu və pulu ödədikdən sonra əmlakını geri qaytaracağını düşünmüşdür. Buna görə də iyul ayından sentyabr ayınadək müntəzəm şəkildə borcu ödəməyə davam etmişdir. Lakin “X9” MMC və Cavabdeh3 onun vəziyyətindən sui-istifadə edərək real dəyərindən ucuz qiymətə ondan almış və daha sonra həmin qiymətə Cavabdeh2 satmışdır. Göründüyü kimi alqı-satqı müqaviləsi onun tərəfindən vacib yanılma ilə bağlanılmış və ona yalan məlumat verilərək evin girov qoyulması deyilmişdir. Eyni zamanda fərdi yaşayış evinə və torpaq sahəsinin 20000 manat dəyərində qiymətləndirilməsi də açıq-aşkar bazar qiymətlərinə uyğun deyildir. Həmin mənzilin hazırda bazar dəyəri 35000-40000 manat təşkil edir. Bu fakt məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilməklə müəyyənləşdirilə bilər. ünvan 2ində yerləşən sözügedən mənzildə İddiaçı2, İddiaçı3 və o, qeydiyyatdadırlar. Lakin bu şəxslərin qeydiyyatda olmasına və həmin mənzilin onların istifadəsində olmasına baxmayaraq, nə birinci alqı-satqı müqaviləsində, nə də ikinci alqı-satqı müqaviləsində onların razılığı alınmamış və onların hazırda yaşadığı evin satılmasından xəbərsiz olmuşlar. Bu isə hər iki müqavilənin etibarsızlığını birbaşa şərtləndirən amildir. ünvan 2ində yerləşən ev təkcə onun sahibliyində istifadəsində deyil, onunla bərabər yaşayan digər şəxslər - yəni onlarında həmin evdə sahiblik və istifadə hüquqları var. Bunu həm də həmin evə olan qeydiyyatları və uzun müddətdir ki, orada yaşamaqları sübut edir. Sözügedən mənzil onların ata mülküdür və ümumi istifadədədir, həmin fərdi yaşayış sahəsinə təkcə onun sərəncam vermək səlahiyyətinə malik deyil. Lakin Asan Xidmət Mərkəzinin artıq elektronlaşdırılmış qaydada fəaliyyət göstərməsinə baxmayaraq, nədənsə alqı-satqıya dair heç bir müqavilədə evdə qeydiyyatda olan şəxslərin icazəsinin alınmasına mərkəz ehtiyac görməmişdir. İlkin alqı-satqı müqaviləsində iradə ifadəsi zədələnmiş və istər ilkin istərsə də ikinci müqavilədə hüquq subyektlərinin iradə sərbəstliyi ifadə edilməmişdir. Bu faktları isə “X9” MMC tərəfindən tərtib edilmiş ödəniş cədvəli və müqavilə, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş qeydiyyat barədə arayışlar təsdiq edir. Burada məhkəmənin xüsusi diqqət etməli olduğu məqam evin satış qiyməti ilə ona verilmiş məbləğin eynilik təşkil etməsi, ona aylıq ödəniş cədvəlinin təqdim edilməsidir. Bu faktlar sözügedən qərara istinadən hazırkı iş üçün xüsusi əhəmiyyətli rol oynayır. Bununla da əsas diqqət Cavabdeh3 ilə Cavabdeh2 əlbir olması, ilkin və ikinci müqavilələr arasındakı müddətin xeyli qısa olması və mənzilin alındığı qiymətə satılmasına yetirilməlidir. Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(125)-272/2022 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbi təmin edilməmişdir. İşdə olan sübutlar: xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2ində yerləşən ev İddiaçı1 tərəfindən Cavabdeh3 20000 (iyirmi min) manata satılmışdır. xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2ində yerləşən ev Cavabdeh3 tərəfindən Cavabdeh2 20000 (iyirmi min) manata satılmışdır. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2ində yerləşən ev İddiaçı1 adına qeyd edilmişdir. 24 may 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, “X9” MMC-nin nümayəndəsi qismində X5 ilə İddiaçı1 arasında bağlanmış kredit müqaviləsi üzrə 13160 manat pulun 12 ay müddətinə ödənilməsi razılaşdırılmışdır. 24 sentyabr 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, “X9” MMC-nin nümayəndəsi qismində Cavabdeh3 ilə İddiaçı1 arasında bağlanmış kredit müqaviləsi üzrə 34280 manat pulun 25 ay müddətinə ödənilməsi razılaşdırılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(125)-272/2022 saylı qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(125)-272/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və Quliyeva X1 rayonu, Quşçular kəndində yaşayır. İddiaçı1 2021-ci ildə maddi vəziyyətinin ağır olması səbəbindən ünvan 1ində yerləşən, ümumi sahəsi 156 kv.m olan evi və 0.12 ha torpaq sahəsini lombarda qoyaraq pul götürmək qərarına gəlmişdir. Bu məqsədlə o, "X9" MMC-nin ofisinə yaxınlaşaraq pul götürmək istəyini bildirmiş, lombard rəhbəri və işçiləri tərəfindən bunun mümkün olacağı bildirilmişdir. Lombardın işçiləri İddiaçı1 bildirmişdir ki, ev ipotekaya qoyulacaq və bundan sonra ona pul veriləcək, ödənişlər başa çatdıqdan sonra ev öhdəlikdən azad olunacaq. Bunun üçün evin ipotekasına dair müqavilə bağlanmalıdır. Bundan sonra "X9" MMC-nin işçisi Əli adlı şəxs İddiaçı1lə birlikdə Gəncə şəhərində yerləşən Asan Xidmət Mərkəzinə getmişlər. Burada İddiaçı1 aldadılmış və ona evin ipotekaya qoyulmasına dair müqavilə deyil, alğı-satqı müqaviləsinə imza atdırmışlar. "X9" MMC tərəfindən İddiaçı1 ödəniş cədvəli təqdim edilmiş və ona aylıq ödənişlər və gecikdirmək üçün faizlər barədə xəbərdarlıq edilmişdir. İddiaçının "X9" MMC-də qızıl girovunun olmasına görə, hər iki borc birləşdirilərək ona ümumilikdə 34.280 manat borc hesablanmış və aylıq 1.730,2 manat ödəniş müəyyən edilmiş və bu barədə ödəniş cədvəli iddiaçıya təqdim edilmişdir. İddiaçı alğı-satqı müqaviləsinin tərtib olunmasından xəbərsiz olub. O, yalnız 2022-ci ildə evin alqı-satqı yolu başqa şəxsin adına rəsmiləşdirildiyini və evə dair Cavabdeh3 adına çıxarış alındığını bilmişdir. Bir müddət sonra Goranboy Rayon Məhkəməsi tərəfindən iddiaçılara məhkəmə bildirişi göndərilib və o zaman məlum olub ki, Cavabdeh3 evi digər şəxs Cavabdeh2 Fəxrəddin qızına satıb. Buna görə də iddiaçılar cavabdehlər Cavabdeh2 Fəxrəddin qızı, Cavabdeh3, 1 saylı Gəncə "ASAN XİDMƏT" mərkəzində notariat ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ilə Gəncə şəhər Məhkəməsinə iddia veriblər. Məhkəmənin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə göstərib ki, iddiaçı mübahisəli ünvan 1i ünvanda yerləşən, ümumi sahəsi 156 kv.m olan evi və 0.12 ha torpaq sahəsinə dair İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı və Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqavilələrini mübahisələndirmişlər və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişlər. Bu əsasla məhkəmə hesab edib ki, iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara və iddiaçıların istinad etdiyi formal mülahizələrə əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmənin qətnaməsi iddiaçılara 01 avqust 2022-ci ildə poçt vasitəsi ilə çatdırılıb. Bildirir ki, İddiaçı1 əmlakı girov qoyduğunu düşündüyü təqdirdə, əmlakı digər şəxsin xeyrinə özgəninkiləşdirib. Çünki iddiaçı "X9" MMCnin əməkdaşları ilə belə razılığa gəlib ki, əmlak girov qoyulacaq və pul geri ödənildikdən sonra iddiaçıya geri qaytarılacaq. Buna görə də 2021-ci ilin iyul ayından sentyabr ayınadək müntəzəm şəkildə borcu ödəməyə davam edib. Lakin "X9" MMC və Cavabdeh3 iddiaçının vəziyyətindən sui-istifadə edərək onu aldadaraq saxta alğı-satqı müqaviləsi bağlayıb. İddiaçılar bildirir ki, cavabdehlə bağlanmış alğı-satqı müqaviləsi aldatma yolu ilə tərtib edilib. Çünki alğısatqı müqaviləsinin predmeti olan mənzilin bazar qiyməti 35.000-40.000 manatdır. İddiaçı1lə Cavabdeh3 arasında bağlanmış müqavilədə evin qiyməti 20.000 manat göstərilib. Daha sonra Cavabdeh3 Cavabdeh2 ilə bağladığı alğı-satqı müqaviləsində də evin qiyməti 20.000 manat göstərilib. Əgər həqiqətən də Cavabdeh3 ev alırdısa, bu halda həmin evin qısa müddət sonra eyni qiymətə başqa şəxsə satılmasının məntiqi izahı yoxdur. Bundan əlavə, İddiaçı1 aldadılması yolu ilə evin alğı-satqısı həyata keçirilib. Əgər İddiaçı1 aldadılmasaydı, o bu evi satmayacaqdı. Çünki İddiaçı1 məqsədi lombard yolu ilə pul götürmək olub, evi satmaq olmayıb. Cavabdeh3 onun ağır maddi vəziyyətindən istifadə edib, onu aldadaraq alğı satqı müqaviləsi bağlayıb. Alğı-satqı müqaviləsinin şərtlərinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM-nin 567-ci maddəsi). Əgər iddiaçıların həqiqətən də evi satmaq və cavabdehlərin evi almaq niyyəti olsaydı, bu halda iddiaçılar evi təhvil verməli və evdə cavabdehlər yaşamalı idi. Hazırki şəraitdə evə dair alğı-satqı müqaviləsi bağlansa da, indiyə qədər evdə iddiaçılar yaşayır və müqavilənin tərtib edilməsindən 1 il keçməsinə baxmayaraq son vaxtlara qədər onlara evin satılması barədə hər hansı fikir bildirilməmişdir. Digər tərəfdən, Cavabdeh3la Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi də formaldır, çünki Cavabdeh2 həqiqətən də ev almaq istəsəydi, evə gəlib baxardı və evdə kimlərin yaşamasını müəyyən edə bilərdi. Qeyd edilən hallar onu göstərir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi formaldır, aldatma və vacib əhəmiyyətli yanılma nəticəsində tərtib edilib. Gəncə Şəhər Məhkəməsi isə qeyd edilən halları araşdırmayıb, evin bazar qiyməti ilə alğı-satqı müqaviləsindəki qiymət arasında kəskin fərqin olmasına, evdə yaşayan şəxslərin notarial təsdiq edilmiş razılıqlarının alınmamasına, evdə hazırda da iddiaçıların yaşamasına, İddiaçı1 lombard vasitəsi ilə pul götürmək niyyətinin olmasını, hər ay ödəniş etməsini nəzərə almayıb və bu xüsusatlara diqqət yetirməyib. "X9" MMC tərəfindən İddiaçı1 ödəniş cədvəli verilib və ona uyğun olaraq İddiaçı1 MMC-yə hər ay pul ödəyib. Əgər evə dair həqiqətən də alğı-satqı müqaviləsi bağlansaydı, bu halda ödəniş cədvəli niyə verilirdi və E. Quliyev niyə hər ay MMC-yə pul ödəyirdi? Məhkəmə bu suala cavab axtarmayıb. İddiaçılar bildirir ki, onlar alğısatqı müqaviləsinin predmeti olan evdə qeydiyyatdadırlar, onların şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı həmin ünvan qeyd edilib. Həmçinin iddiaçılar ASAN XİDMƏT mərkəzindən yaşayış yeri üzrə arayış alıblar və həmin arayışda da onların qeydiyyat ünvanı həmin ev göstərilib. Buna görə də alğı-satqı müqaviləsi həqiqətən də qanunidirsə, evdə qeydiyyatda olan 18 yaşından yuxarı şəxslərin notarial qaydada təsdiq edilmiş razılıqları alınmalı idi. Lakin iddiaçıların belə razılığı alınmayıb, ümumiyyətlə onlar alğı-satqı müqaviləsinin tərtibi zamanı notariat orqanına çağırılmayıblar. Buna görə də müqavilənin qanunsuz olması hallarından biri də iddiaçıların notariat təsdiq edilmiş razılıqlarının olmamasıdır. Məhkəmə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Quşçular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 88 saylı arayış alıb, həmin arayışdan görünür ki, İddiaçı1 məxsus ünvan 2i ünvanda yerləşən fərdi yaşayış evində İddiaçı1 başqa heç kim qeydiyyatda deyil. Həmin arayışın hüquqi qüvvəsi yoxdur. Çünki iddiaçılar həqiqətən də mübahisəli evdə pasport qeydiyyatındadırlar, eyni zamanda şəxsiyyət vəsiqələrində də yaşayış ünvanı həmin ünvan göstərilib. Məhkəmə iddiaçıların təqdim etdiyi arayışı nəzərə almayıb, Quşçular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin arayışını əsas götürüb, halbuki ASAN XİDMƏT tərəfindən verilmiş arayış daha etibarlıdır. Məhkəmə həmin arayışı nəzərə almırsa, gəldiyi nəticəni əsaslandırmalı idi. Lakin qətnamədən görünür ki, məhkəmə gəldiyi nəticəni əsaslandırmayıb. Gəncə şəhər məhkəməsi çəkişmə prinsipini pozub. Belə ki, məhkəmə işi araşdırmayıb, tərəflərin təqdim etdiyi sübutlarla, sənədlərlə bağlı tərəfləri dinləməyib, onların dəlillərini əsaslandırmasına imkan verməyib. Məhkəmə iddiaçıların məhkəmə iclasında iştirakını təmin etməyib. Belə ki, İddiaçı1 məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırılmayıb, hətta qətnamənin elan edilməsindən xəbərsiz olub. O, iş üzrə qətnamənin qəbul edilməsini qətnamənin ev ünvanına poçt vasitəsi ilə göndərilməsindən sonra xəbər tutub. İddiaçılar iddia ərizəsində alğı-satqı müqaviləsinin etibarsızlıq şərtlərini aşkar şəkildə sübutlar vasitəsi ilə göstəriblər. Məhkəmə həmin sübutları araşdırmayıb və onların nəyə görə rədd edilməsini əsaslandırmayıb. Məhkəmə müəyyən etməyib ki, mənzildə qeydiyyatda olan şəxslərin niyə notarial qaydada təsdiq edilmiş razılıqları alınmayıb və ASAN Xidmət tərəfindən yaşayış yeri üzrə verilmiş arayışa niyə əhəmiyyət verilməyib. İddiaçılar "X9" MMC-dən lombarda pul götürməsinə dair sübutları, həmçinin hər ay MMC-ə pul ödənişinin verildiyini təsdiq edən sübutları təqdim edib. Mənzilə dair alğı-satqı müqavilələrinin hər ikisində mənzilin qiyməti 20.000 manat göstərilib. Halbuki mənzilin bazar qiyməti 35.000-40.000 manatdır. Mənzildə qeydiyyatda olan şəxslərin notarial təsdiq edilmiş razılıqları alınmayıb, iddiaçıların mübahisəli evdə pasport qeydiyyatında olmasına dair arayış nəzərə alınmayıb. Burada məhkəmənin diqqət etməli olduğu daha bir məqam Cavabdeh3 ilə Cavabdeh2 Fəxrəddin qızının yaxın qohum olması, ilkin və ikinci müqavilələr arasındakı müddətin xeyli qısa olması və mənzilin alındığı qiymətə satılmasıdır. Gəncə şəhər məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Buna görə də apellyasiya şikayətinin təmin eidlməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat:
1. İddiaçı1 yazılı izahatı:
İddiaçı1 yazılı izahatını məhkəməyə ünvanlayaraq ,yazılı izahatını onunla əsaslandırmışdır ki, o 2020-ci ilin yanvar ayında Rusiyya Fedarasiyasında yaşayan dostu ilə aptek açmaq fikrinə gəlmişdir. Öz vəsaiti hesabına obyekt kirayə götürmüş, mebel və lisenziya kassa məsələlərini həll etmişdir. Zeytun depodan ilkin olaraq nisyə 10 min (on min manat) manatlıq dərman almışdır. Dostu ay sonuna kimi xərclədiyi vəsaiti və depodan aldığı dərmanların pulunu göndərəcəyini bildirmiş, onu tam arxayın salmış və sonra ona sms yazaraq imkanının olmadığını və şəriyə qoşula bilməyəcəyini bildirmişdir. İddiaçı1 ay sonu zeytun deponun borcunu bağlamaq üçün bir neçə nəfərdən borc almış, sonralar əlində şirkətlərin verdiyi və xarici bazardan nisyə aldığı dərmanlarla borcları qismən olsa da bağlamağa çalışmışdır. Ayları bir-birinə əvəz edərək apteki ayaqda saxlamağa ailəsini o apteklə dolandırmağa çalışmışdır. Ailədə 3 nəfərlər anası və yoldaşı heç bir yerdə işləmir, evdar qadındırlar anasının səhhəti işləməyə imkan vermir. Yoldaşı ilə 8 ildi ki ailə həyatı qurmuşlar və övladları olmur. Bununla bağlı müalicə aldığı üçün həkim daim özünü qorumağı məsləhət görüb. Ailənin hər yükü çiynində olduğu üçün düşdüyü bu vəziyyətdən çıxış yolu axtarmağa, borcları tamamilə bağlayıb apteki nəğd şəkildə işlətməyi düşünmüşdür. Bir gün çox illər öncədən tanıdığı Cavabdeh2 yanına getmiş, düşdüyü bu çətin vəziyyəti ona anlatmışdır. Xumar xanım onun tanışının lombart işdətdiyini və aşağı faizlə pul verdiyini bildirmiş və onu "xxxx" lombardın sahibi Sərxan Əliyevlə tanış etmişdir. O lombarta qızıl qoyaraq pul götürmüş, xarici bazardan aldığı dərmanların pulunu göndərmişdir. Sonralar aptekin dərmanı azaldığı üçün zeytun və avromed depolardan dərman zəif aldığı üçün aylıq nisyəni kəsməyə və nəğd şəkildə işdəməyi bildirmişlər. Həmin ərəfədə lombardın çətinliklə də olsa 2 ay aylığ ödənicini vermişdi. Vəziyyətin get-gedə pisləşdiyini görəndə Xumar xanımdan yenidən kömək borc pul istəmişdir. Həmin vaxtda yoldaşı Bakı şəhəri X2 əməliyyat olunacaqdı və bu əməliyyatın həm vacib, həmdə riskli olduğunu həkim Aytən xanım bildirmişdir. O, Xumar xanımdan borca 2500 manat pul alaraq həm sonsuzluq mərkəzinə, həm də zeytundan 700 manatlıq mal götürmüşdür. Xumar xanım ona vəziyyətdən çıxış yolu ancaq Sərxan bəylə danışıb onu razı salıb yaşadıqları evi girov qoyub, həm borclarını bağlamağı həm də Xumar xanımla qızıl lombardının ödənişindən verməyi məsləhət görmüşdür. İlk an razı olmamış, çünki yaşadığı və atasından ona miras qalan ev onların ata baba mülkləri olduğunu və hər il nənə-babasının atasının il dönümünü qohum-qraba yığışıb həmin evdə qeyd edirlər. Evlərinin səhərsi günü lombardın dələduzluğuna məruz qalaraq çöldə qalarıq ifadəsini bildirəndə, Xumar xanım “qorxma mən cavahdehəm” demiş və Daşkəsən rayonunda rəfiqəsinin də evini lombarda qoyub pul götürdüyünü heç bir problem olmadığını qeyd etmişdir. O, Xumar xanıma inanaraq bu işə razı olmuş və 2-3 dəfə Sərxan bəylə görüşüb girov barədə və məbləğ barədə danışmışdır. O, isə heç bir problem olmayacağını, sadəcə asan xidmətdə girova qol çəkəcəyini bildirmişdir. Həmin söhbətdən 4-5 gün sonra Xumar xanım ona zəng edərək yaşadığı yerdən qeydiyyat barədə arayış almağı bildirmiş və bu işdə çox əziyyət çəkdiyini və arada vasitəçilərə 2000 (iki min manat) manat şapka vermək lazım olduğunu, əks təqdirdə kreditin alınmayacağını bildirmişdir. Goranboy rayon Quşçular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən arayış almış və səhəri gün ASAN xidmətə gedərək, bir neçə sənədlərə qol çəkmişlər. Borc onu o qədər sıxmışdır ki, gördüyü işin hansının doğru hansının yalnış olduğunu bilməmişdir. Ona lombartda ödəniş cədvəli açaraq bir neçə sənədə qol çəkdirib 20 min manat pul vermişlər. 2 ay ödəniş etmiş, sonra apteki satıb Göy-Göl xəstəxanasında əczaçı kimi işləməyə başlamışdır. Əmək haqqı az olduğundan lombardda hər iki krediti ödəməkdə çətinlik çəkmişdir. Sərxan, Əli və Xumar xanım ona hər gün zəng edib ödəniş etməyi bildirirmiş, az da olsa ödəniş etmiş, əmək haqqı kartını da onlara təhvil vermişdir. Sonralar ona hədə qorxu gəlməyə qapısına kimi iş yerinə kimi gəlib səs küy salmağa başladılar onu hər gün fərqli nömrələrdən zəng edib hədə qorxu gəlmişlər ki, evdən xoşluqla çıxıb evi təhvil versin. O hər dəfə möhlət istəyirdi. Sərxana və Əliyə səs ataraq evdən çıxacağını bildirirdi ki, ailəsinə və ona heçnə etməsinlər o artıq bu məsələlərə çarə tapa bilmədiyindən artıq gecə yata bilməmiş, onlar onu rahat buraxmadığları üçün ərizə ilə Göygöl xəsdəxanasından işdən azad olub qaçıb gizlənməyə başlamışdır. Bundan sonra daha çox qəzəblənib gecə-gündüz yaşadıqları evə gələrək küçədə səsküy hədə qorxu gəldilər. Bu hala qonşular kənd sakinləri də şahiddir. Evi lombardın adına keçirdiyindən xəbəri olmayıb, həmin vaxtlar özündə olmamışdır. Xumar xanım ona səs atıb sənin evini özünün alacağını, onu zəlil edəcəyini, küçələrə salacağını bildirmişdir. O, anası və yoldaşı o evdə qeydiyyatdadırlar və hal-hazırda yaşayırlar, ancaq onların razılığı olmadan lombard Cavabdeh3 evi yenidən ASAN xidmətdə Cavabdeh2 satıb. Bundan onlar Xumar onu Goranboy Məhkəməsinə qeydiyyatdan çıxmaq və əşyaları evdən boşaltma iddiası ilə verdikdə bilmişlər.
2. İddiaçı3 yazılı izahatı:
İddiaçı3 yazılı izahatını məhkəməyə ünvanlayaraq, yazılı izahatında göstərmişdir ki, həyat yoldaşı İddiaçı1 yaşadıqları evin "xxxx" MMC-nin əməkdaşı Cavabdeh3 adına girov adı ilə alqı-satqı edilməsindən xəbəri olmayıb. İddiaçı1 Gəncə şəhərində Məhrəsə bağı adlanan qəsəbədə aptek işlətmişdir. Elçinin alverinin zəif olduğunu, əlində mayanın olmadığını və aptekə mal yığmağa görə borcu olduğunu bilirdi. Hər dəfə söz düşəndə yoluna qoyacağını, borcu bağlayıb apteki işlətməyəcəyini deyirdi. Amma lombarda qızıl, sonralar isə evi girov qoyduğundan xəbəri olmayıb. Onun və evdəkilərin xəbəri evə bir xanım və bəyin gəlməsi, qayınanası və yoldaşı ilə danışanda bilmişdir. Onlar qayınanasına gecikmə və bu ayın ödənişini ödəməsələr evi boşaltmağı, evi satıb borcu bağlamağı tələb edib getmişlər. Sonralar isə lombardın əməkdaşları evə basqın etmişlər. Xumar xanım küçədə həm hədə-qorxu gəlmiş, həm də söyüşlər söymüşdür. Heç biri evdən çölə çıxmırdılar. Çox qorxduğundan atası gəlib onu evinə aparmışdır. Evlə tez-tez danışmış və qayınanası deyirmiş ki, gece saat 11-də, günorta, səhər tezdən başqa-başqa adamlar gəlib hədə-qorxu gəlmişlər. Dəfələrlə onlar Elçinin Göygöl Rayon Mərkəzi Xəstəxanasında iş yerinə gedib, orda səs-küy salırmış və Elçini qorxudurmuşlar.
3. İddiaçı2 yazılı izahatı:
İddiaçı2 məhkəməyə yazılı izahatını ünvanlayaraq, yazılı izahatında göstərmişdir ki, oğlu İddiaçı1 evi lombarda girov qoyub, 20000 manat pul götürməsindən xəbəri olmamışdır. Sözü gedən evi həyat yoldaşı ilə birgə nikah dövründə çox çətin zəhmət və əziyyətlə tikmişlər və hələ də tam hazır deyil. Həyat yoldaşı X4 xx.xx.2018-ci ildə ürək çatışmazlığından rəhmətə gedəndən sonra o və qızları Gəncə ASAN xidmətinin notarial kontorunda vərəsəliyi qəbul edib sonra isə oğlu İddiaçı1 bağışlanma etmişlər. Oğlu 2009-cu ildən aptek işindədir və özünə 2019-cu ildə aptek açmışdır. Aptek işlətdiyi dövürdə sələm və borca girib ziyan etməyinə baxmayaraq, vəziyyətdən çıxması üçün uzun illərdi tanıdığı Gəncə şəhərində yaşayan Cavabdeh2 vasitəsi ilə onun tanışı "xxxx" MMC-nin rəhbəri olan Sərxan bəy vasitəsi ilə girov qoymuş və 20000 manat pul götürmüşdür. Əvvəl isə qızılları girov qoyaraq borca pul götürmüşdür. Onun bu hər iki kreditdən xəbəri olmayıb. O 2021-ci ilin noyabr ayında Xumar xanımın və Sərxan bəyin qapılarına gəlib deyəndə bilmişdir ki, oğlu İddiaçı1 bilmədən alqısatqı ilə evi lombardın əməkdaşı Cavabdeh3 adına keçirib. Ona evin kreditinin ödəməsini, əks halda evdən çıxaracaqlarını bildirmişlər. O isə onlara yalvarmışdır ki, onun ödənişini ayda 500- 600 manat etsinlər və müddəti uzadsınlar ki, evləri özlərinə qalsın. Lakin, onlar razılaşmadmış və gecikmə ilə bir yerdə 3450 manatı bir həftəyə ödəməyi tələb etmişlər. Bundan sonra hər 2-3 gündən bir gecə-gündüz qapıya basqına gəlib, hədə-qorxu gəlmişlər. Axırda onların əlindən qapını bağlı saxlayırdılar ki, qonşular kənd sakinləri onların tamaşasına baxmasın.
Apellyasiya icraatı iştirakçılarının izahatları:
Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçılar İddiaçı3, İddiaçı2, Cavabdeh2 və 1 saylı Gəncə “ASAN XİDMƏT” mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 yazılı izahatında göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, həqiqətən də “ASAN” Xidmət Mərkəzində yerləşən bankdan 20000 manat pulu ona versələr də, pulu götürüb birlikdə bankdan çıxıb kredit təşkilatına gələrək, 20000 manata dair kredit müqaviləsi bağlanmış və müvafiq komissiya məbləğini çıxdıqdan sonra yeni müqavilə bağlayaraq pulu ona geri qaytarmışlar. Yəni evin alqı-satqısına görə banka qoyulmuş və onun tərəfindən götürülmüş pul ona kredit müqaviləsi üzrə borca verilmişdir. Bir neçə ay o, hər iki kredit müqaviləsi üzrə pulu ödəməkdə çətinlik çəkdiyindən, lombard rəhbəri ona hər iki kredit müqaviləsini birləşdirməklə, müddəti uzatmağı təklif etmiş, o da razılaşmışdır. Bundan sonra faizlər və komissiya məbləği hesablanmaqla, onunla 34000 manatlıq kredit müqaviləsi bağlanmışdır. Müqaviləni düşdüyü ağır vəziyyətlə əlaqədar bağlasa da, həmçinin aldadılmışdır. Belə ki, o müqaviləni girov müqaviləsi kimi bağladığını düşünmüşdür. O, bankda pulu götürərkən, həmin pulun alqı-satqı ilə bağlı deyil, lombardın bank vasitəsi ilə borc məbləğini ona verildiyini zənn etmişdir. Müqavilələrin surəti onda qalmamışdır. Belə ki, apteki satarkən həmin sənədlər aptekdə olmuş, sonradan itmişdir. Onda qalan kredit sənədlərini isə məhkəməyə təqdim etmişdir. Hazırda kredit müqaviləsi üzrə borcunun yarısını ödəməyə, qalıq borcunu isə hissə-hissə ödəməyə hazırdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evin 20000 manata alınıb 20000 manata satılmasında hər hansı bir qanunsuzluq mövcud deyildir. Alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmiş və 20000 manat pul vəsaiti də bank vasitəsi ilə iddiaçıya verilmişdir. İddiaçı alqı-satqı müqaviləsi bağladığını bilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X9” MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, Cavabdeh3 “X9” MMC-nin əməkdaşı olsa da evin alqı-satqının iddiaçının borcuna aidiyyəti olmamışdır. İddiaçının həqiqətən də “X9” MMC ilə iki kredit müqaviləsi olmuş, onlardan biri 13000 manatlıq, digəri isə 21000 manatlıq olmuş, sonradan hər iki kredit müqaviləsi birləşdirilərək, 34000 manatlıq kredit müqaviləsi bağlanmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(125)-272/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin mübahisə edilməyən hallarına əsasən iddiaçı ilə “X9” MMC arasında 24 may 2021-ci il tarixli kredit müqaviləsi bağlanaraq iddiaçıya 13160 manat borc verilmiş və həmin kredit müqaviləsi üzrə iddiaçı öhdəliyini lazımı qaydada icra edə bilməmişdir. Bundan sonra isə 2021-ci ilin təxminən iyul ayında iddiaçı ilə “X9” MMC arasında təxminən 20000 manatlıq kredit müqaviləsi bağlanmış, lakin həmin müqavilə üzrə də iddiaçı öhdəliyini yerinə yetirə bilmədiyindən, hər iki müqavilə borc məbləği birləşdirilməklə, 24 sentyabr 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə 34280 manat pulun 25 ay müddətinə ödənilməsi razılaşdırılmışdır. “X9” MMC-nin nümayəndəsinə 2021-ci ilin iyul ayında bağlanmış müqavilənin surətinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, həmin müqavilənin surətini məhkəməyə təqdim etməmişdir. Lakin, nümayəndə məhkəmə iclasında müqavilənin mövcudluğunu qəbul etdiyindən məhkəmə kollegiyası həmin halı işin mübahisəsiz halı kimi qəbul etmişdir. Digər tərəfdən işin mübahisəsiz halı kimi 24 may 2021-ci il tarixdə və 2021-ci ilin iyul ayında bağlanmış kredit müqavilələri üzrə borcların birləşdirilməklə, 24 sentyabr 2021ci il tarixdə 34280 manat pulun 25 ay müddətinə ödənilməli olması ilə əlaqədar müqavilənin bağlanması da işin mübahisəsiz halı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bağlanmış alqı-satqı müqaviləsinin aldadılma yolu ilə bağlanılması iş üzrə mötəbər sübutlarla təsdiqini tapmamışdır. Belə ki, iddiaçı müqaviləni girov (ipoteka) müqaviləsi qismində bağlandığını bildiyini qeyd etsə də iş materiallarında olan sənədlərlə, o cümlədən alqı-satıq müqaviləsi bağlandıqdan sonra 20000 manat pulun bank vasitəsi ilə ona verilməsi iddiaçının girov müqaviləsi adı altında, yəni başqa əqdi pərdələmək niyyəti ilə alqı-satqı müqaviləsi bağladığını bildiyini deməyə əsas vermişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi iddiaçının ağır vəziyyətə düşməsi nəticəsində başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqd olmuşdur. Alqı-satqı müqaviləsinin tərəfi olan Cavabdeh3 “X9” MMC-nin səlahiyyətli şəxsi olması iş materialları ilə öz təsdiqini tapmaqla, 24 sentyabr 2021-ci il tarixli ödəniş cədvəli də “X9” MMCnin adından onun tərəfindən imzalanmışdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının həmin təşkilata təxminən 13000 manat borcunun olması və həmin borcunu ödəyə bilməməsi işin mübahisəsiz halı olmuşdur. Buna baxmayaraq “X9” MMC-nin 2021-ci ilin iyul ayında iddiaçıya yenidən təxminən 20000 manat məbləğində borc pul verməsi faktı da iş üzrə hüquqi qiymət verilməli olan əhəmiyyətli hal olmuşdur. Belə ki, maddi vəziyyəti ağır olan və əvvəlki borcunu ödəyə bilməyən şəxsə yenidən borcun verilməsi müəyyən təminatın mövcudluğu halında mümkün ola bilərdi ki, hazırkı halda da bu təminat iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan evin “X9” MMC-nin səlahiyytətli şəxsinin, yəni Cavabdeh3 mülkiyyətinə keçirilməsi ilə təmin olunmuşdur. İddiaçının evin alqı-satıqısına əsasən ASAN” Xidmət Mərkəzində yerləşən bankdan 20000 manat pulu alması və birlikdə bankdan çıxıb kredit təşkilatına gələrək, 20000 manata dair kredit müqaviləsi bağlanması və həmin pulun ona kredit müqaviləsi üzrə verilməsi ilə bağlı izahatı işin digər faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər hesab olunur ki, bununla da evin alqı-satqısına dair müqavilə üzrə iddiaçıya faktiki olaraq pulun verilməməsi, həmin müqavilə üzrə iddiaçıya verilməli olan pulun borc müqaviləsi üzrə iddiaçıya verilməsi öz təsdiqini tapmışdır. Həmçinin, kredit müqaviləsi üzrə verilmiş borc məbləğin alqı-satqı müqaviləsində göstərilən məbləğlə eyni olması da həmin alqı-satqı müqaviləsinin iddiaçının iddia etdiyi əsaslarla, yəni məhz evin satılması niyyəti olmadan, məcburiyyətdən, borcunun qaytarılmasının təminatı qismində bağlanmasını təsdiq etməkdədir. Digər tərəfdən evin alqı-satqısından sonra iddiaçının və onun ailə üzvləri həmin evdə yaşamağını davam etdirmiş, Cavabdeh3 isə evi onun faktiki sahibliyinə verilmədən iddiaçıya borc verilməsi məsələlərində iştirak etmiş digər Cavabdeh2 satmışdır ki, bu fakt da mübahisələndirilən alqı-satqı müqavilələrinin alqı-satqı niyyəti olmadan formal bağlandığını təsdiq etmişdir. Bununla da İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi, başqa əqdi pərdələmək üçün bağlanmış əhəmiyyətsiz olan yalan əqd, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi isə əhəmiyyətsiz olan uydurma əqd qismində etibarsız olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilələri etibarsız hesab edilməklə, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilməlidir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə müvafiq olaraq isə qeyd edir ki, İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə iddiaçıya verildiyi qeyd olunan 20000 manat pul məbləği, faktiki olaraq “X9” MMC ilə İddiaçı1 arasında 2021-ci ilin iyul ayında bağlanmış kredit müqaviləsi üzrə, daha sonra isə 24 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş hesab olunduğundan, yəni alqı-satqı müqaviləsi üzrə pul verilməmiş hesab edildiyindən həmin pulun geri qaytarılması da mümkünsüzdür. Həmçinin, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış, xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə də pulun verilməsi iş materialları ilə təsdiqini tapmadığından həmin alqı-satqı müqaviləsi üzrə də alınanların geri qaytarılması həll edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan müqavilənin etibarsızlığının nəticələri ilə əlaqədar Cavabdeh2 hər hansı bir formada zərərə məruz qaldığını iddia etdiyi təqdirdə, Cavabdeh3 qarşı məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(125)-272/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(125)-272/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı və Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 mülkiyyət hüququna dair ********** saylı qeyd və Cavabdeh2ln mülkiyyət hüququna dair ********** saylı qeydlər ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.