Məhkəmə qərarları › İş №2(104)-2016/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2016/2025

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2016/2025 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh(bundan sonra- cavabdeh) qarşı borc tələbinə dair mülki üzrə Ağdam Rayon Məhkəməsinin e-2(013)-2448/2025nömrəli, ## ######## 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti(bundan sonra- Bank) ilə cavabdeh arasında bağlanmış ## ###### 2010-cu il tarixli, *** nömrəli kredit müqaviləsinə cavabdehə illik 15 % dərəcəsi ilə, 180 ay müddətinə 109.000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən verilmiş ## #### 2025-ci il tarixli maliyyə arayışına əsasən sözügedən kredit müqaviləsi üzrə cavabdehin ##.##.2025-ci il tarixə ödənilməmiş qalmış əsas borcu 22.664,73 manat, faiz borcu 63.198,71 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22.664,73 manat əsas, 63.198,71 manat faiz - cəmi 85.863,44 manat borc və ödənilmiş 348 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış ***/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, məhəllə 1130, ev 2, blok B-də yerləşən ** saylı mənzil ipotekaya qoyulmuşdur. Həmin mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında ##.##.2010-cu il tarixli ***/* saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-*(***)- ****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ######## 2025-ci il tаrixli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 22.664,73 manat əsas, 63.198,71 manat faiz - cəmi 85.863,44 manat borc və ödənilmiş 348 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 124-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddia ərizəsindən göründüyü kimi iddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsini qeyd edir. Halbuki tərəflər arasında ##.##.2010-cu il tarixdə ***/* saylı ipoteka müqaviləsi olmuşdur. İşə baxan məhkəmə iddiaçının təqdim etdiyi ##.##.2010cu il tarixli, *** saylı kredit müqaviləsinin 1.3-cü bəndinə nəzər yetirmiş olsaydı, həmin bənddə “kreditin borcalana ünvan 1 ünvanında yerləşən binanın B blokunun ** saylı mənzilin alınmasına verilir” cümləsinin qeyd edildiyinin şahidi olacaqdı. Məhkəmə təqdim edilmiş sübuta diqqət yetirməmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. iddiaçı tərəf qərəzli olaraq tərəflər arasında bağlanmış ipoteka müqaviləsini gizlətmiş və gizlətməsinə səbəb isə başqa məhkəmələrdə iddia tələlərinin borcun ipoteka predmetinə yönəldilməsi tələblərinin təmin edilməməsidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi(vəkili) nümayəndə1 izahatında bildirmişdir ki, cavabdeh krediti ev alması üçün götürmüşdür və həmin ev ipoteka ilə yüklü edilmişdir. Cavabadeh kredit borcunu 2014-cü ildə ödəyib qurtarmışdır və Banka hər hansı məbləğdə borcu yoxdur. Əgər cavabdehin borcu olsaydı o, ipoteka ilə yüklü edilmiş evi başqa şəxsə sata bilməzdi. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaşının nümayəndəsi X1 iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanan zaman cavabdehin almaq istədiyi mənzil ipoteka ilə yüklü edilsə də, yüklülük dövlət qeydiyyatına alınmadığından iddiaçı borcun ipoteka predmetinə yönəldilməsi barədə tələb irəli sürə bilməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür(kredit müqaviləsi bağlanan zaman qüvvədə olan redaksiyada). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğinin tutulması hissəsində iş üzrə düzgün nəticəyə gəlsə də, faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsində tələb olunan borc məbləği Bank ilə cavabdeh arasında bağlanmış ## ###### 2010-cu il tarixli, *** nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Belə ki, cavabdeh özü də apellyasiya şikayətində etiraf edir ki, tərəflər arasında ##.##.2010-cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında ona 109.000 manat məbləğində kredit verilmişdir. Həmçinin cavabdeh kredit vəsaitinin mənzil alınmasına sərf edildiyini və həmin mənzilin ipoteka ilə yüklü edildiyini bildirir. Deməli, kredit müqaviləsinin bağlanması, kredit vəsaitinin verilməsi və cavabdehin kredit öhdəliyinin mövcudluğu mübahisələndirilmir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə ipoteka əsas öhdəliyin təminat üsullarından biridir və onun mövcudluğu borclunun kredit müqaviləsindən irəli gələn öhdəliyini aradan qaldırmır. İpoteka təminat vasitəsi olmaqla əsas öhdəlikdən asılı xarakter daşıyır. Buna görə də kreditor öz seçimi ilə borcun birbaşa borcludan tutulmasını tələb edə bilər. Qanun kreditorun yalnız ipoteka predmetinə yönəlmiş tələb irəli sürməsini məcburi qayda kimi nəzərdə tutmur. Cavabdehin Bankın ipoteka müqaviləsini guya məhkəmədən gizlətməsi barədə arqumenti də əsassızdır. Çünki iş materiallarından göründüyü kimi, iddia kredit müqaviləsindən irəli gələn pul öhdəliyinin icra edilməməsi ilə əlaqədar verilmişdir. İpoteka müqaviləsinin mövcudluğu kredit borcunun yaranması, məbləği və cavabdehin həmin borca görə məsuliyyəti faktlarını təkzib etmir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində ipoteka müqaviləsinin mövcudluğunu göstərsə də, həmin müqavilənin dövlət qeydiyyatına alındığını və nəticədə ipoteka hüququnun qanunla müəyyən edilmiş qaydada yarandığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İpoteka hüququnun yaranması üçün təkcə müqavilənin bağlanması kifayət etmir, həmin hüququn dövlət qeydiyyatı zəruridir. Buna görə də qeydiyyata alınmamış ipoteka müqaviləsinə istinad edilməsi borcun tutulmasına dair iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində ##.##.2010-cu il tarixli ipoteka müqaviləsinə istinad etsə də, kredit müqaviləsinin ##.##.2010-cu il tarixdə bağlandığını göstərir. Belə olan halda, apellyasiya şikayətində göstərilən tarixlərə əsasən ipoteka müqaviləsinin kredit müqaviləsindən əvvəl bağlandığı məlum olur. Cavabdeh isə bu halın səbəblərini, hansı öhdəliyin təmin edildiyini və ipoteka müqaviləsinin konkret olaraq sonradan bağlanmış kredit müqaviləsi ilə əlaqəsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu ziddiyyət cavabdehin istinad etdiyi halların etibarlılığına şübhə yaradır və apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. Beləliklə də, Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tamamilə rədd olunmasını şərtləndirən hallar deyildir. Eyni zamanda, Məhkəmə iş üzrə borcun məbləğinin düzgün müəyyən edilməsi məqsədilə ## ###### 2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - ##.##.2010-cu il tarixli, *** nömrəli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas və faiz borcu nə qədərdir? Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** nömrəli rəyi ilə müəyyən edilir ki, ##.##.2010-cu il tarixli, *** nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh ##.##.2025-ci il tarixədək banka olan əsas borcu 31.336,71 manat, faiz borcu üzrə 58.534,36 manat təşkil edir. Göründüyü kimi ekspert rəyi ilə cavabdehin əsas borcunun iddiaçının hesabladığı məbləğdən daha artıq olması müəyyən edilmiş, lakin Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, əsas borc məbləği iddiaçının iddiasında tələb etdiyi məbləğdə təmin edilməlidir. İddianın faiz borcu hissəsi ilə bağlı isə Məhkəmə qeyd edir ki, sözügedən ekspert rəyi ilə faiz borcunun 58.534,36 manat təşkil etməsi müəyyən edilmişdir. Ona görə də Məhkəmə hesab edir ki, iddia tələbi faiz borcuna aid hissədə 58.534,36 manat həddində təmin edilməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarına düzgün qiymət verməsinə baxmayaraq, faiz borcunun məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Odur ki, MPM-nin 384.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni 63.198,71 manat faiz borcunun iddiaçının xeyrinə ödənilməsi hissəsində dəyişdirilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, apellyasiya instansiyası məhkəməsində aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri tərəflərə aid edilməli və 150 manat məbləğində olan ekspertiza xərci bölünərək, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 100 manat, cavabdeh Cavabdeh 50 manat məbləğində alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tаrixli qətnaməsi, cavabdeh Cavabdeh 63.198,71 manat faiz borcunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh 58.534,36 manat faiz borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində olan ekspertiza xərci iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 100 manat, cavabdeh Cavabdeh 50 manat məbləğində alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar