Məhkəmə qərarları › İş №2(104)-2018/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2018/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2018/2025 02.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlunun sədrliyi və məruzəsi ilə, Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2(013)-2510/2025 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8.483,03 ABŞ dolları əsas, 3.405,61 ABŞ dolları faiz, 5.592,53 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1.204,78 ABŞ dolları faiz borcu, cəmi 18.685,95 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 185,30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2(013)-2510/2025 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 8.483,03 ABŞ dolları əsas, 3.405,61 ABŞ dolları faiz, 5.592,53 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1.204,78 ABŞ dolları faiz borcu, cəmi 18.685,95 /on səkkiz min altı yüz səksən beş dollar 95 sent/ ABŞ dollarının alınan gündə Azərbaycan manatına məzənnəsi və iş üzrə dövlət rüsumu kimi ödənilmiş 185,30 /bir yüz səksən beş manat 30 qəpik/ manat pul tutularaq iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh4 apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinıə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli 2(104)-2018/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Ağdam Rayon Məhkəməsi 07 noyabr 2025-ci il tarixli məktubla Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2(013)-2510/2025 nömrəli qətnaməsindən digər Cavabdeh1 tərəfindən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Ona görə də mülki işin Ağdam Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli 2(104)-2018/2025 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh1 Ağdam Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2(013)-2510/2025 nömrəli qətnaməsindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması üçün 2(104)-2018/2025 nömrəli mülki iş apelyasiya baxışından çıxarılmalı və Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 384 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli 2(104)-2018/2025 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh1 tərəfindən Ağdam Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2(013)-2510/2025 nömrəli qətnaməsindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması üçün 2(104)-2018/2025 nömrəli mülki iş apelyasiya baxışından çıxarılsın və Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar