Məhkəmə qərarları › İş №2(104)-2020/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2020/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2020/2025 01.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbi üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və nümayəndəsi (vəkili) Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə ilkin, Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1744/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Cavabdehin şikayəti əsasında Ağdam Rayon Polis Şöbəsində izahatı alınmış iddiaçının izahatından görünür ki, o, 2024-cü ilin əvvəllərində Cavabdeh1 ilə birlikdə Bərdə şəhərində yerləşən Unibank ASC Kommersiya Bankına gedərək öz adına 6850 manat pul götürmüş və götürdüyü pulu Cavabdeh1 təklifi üzərinə 3 ay müddətinə, hər ay 1500 manat, 3 ayın sonunda isə 6850 manatı tam almaq şərti ilə ona verdiyini, 03 ay krediti ödədikdən sonra Cavabdeh1 ona pul gələcəyini ona bilrdiyini, lakin hərbiçi olduğu üçün onun kart hesabının izləndiyini, ona görə də ona məxsus kartı ona verməyini ondan xahiş etdiyini, o, isə adına olan kartı Cavabdeh1 verdiyini, bundan sonra pul ehtiyacı olduğu üçün pulunu tam istədiyini, Cavabdeh1 pulu verdiyi adamın burada olmadığını, gələn kimi pulu alıb qaytaracağını bildirsə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmadığını, belə olan halda atasını evə dəvət edərək olanları ona danışdığını, atası ilə aralarında olan razlaşmaya əsasən hər ay krediti ödəməyi üzərinə götürdüyünü və bunun üçün onun plastik kartına iki aylıq ödəniş üçün 730 manat pul yüklədiyini göstərmişdir.

2. Cavabdehin Ağdam rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, İddiaçı xx.xx.2024-cü il tarixdə 6000 manat pul istədiyini, İddiaçı ona 5200 manat pul verdiyini və pulu sələm olaraq verdiyini, özünün dörd ay müddətinə İddiaçı 1500 manat pulu onun evində əli ilə verdiyini, bundan başqa 730 manat və 400 manat məbləğində pulu isə ona məxsus karta köçürdüyünü, daha sonra 3000 manat sələmə götürdüyünü və buna görə 15 gündən bir 600 manat verdiyini, sonra isə 3000 manatı tam şəkildə qaytardığını, daha sonra 6000 manat sələmə pul götürdüyünü və qarşılığında öncə 1500 manat daha sonra isə 7500 manat ödəməklə qaytardığını, daha sonra həmişəki qaydada 8000 manat pul götürdüyünü və razılaşmalarına əsasən 15 gün ərzində 12000 manat qaytarmalı olduğunu, bundan sonra 10 000 manat götürdüyünü və üzərinə əlavə olaraq 2000 manat əlavə etməklə qaytardığını, daha sonra ehtiyacı olduğu üçün 300 manat aldığını və 10 gündən sonra 5000 manat olaraq qaytardığını, sonra 5000 manat aldığını və əvəvzində 6500 manat olaraq qaytardığını və İddiaçı borcunun qalmadığını, bir həftə sonra 1800 manat aldığını və Rahibin dediyinə görə həmin pulu Vəfa adlı şəxsdən alaraq ona verdiyini və pulun üzərində hər həftə 500 manat sələm verəcəyini bildirdiyini, iki həftə 500 manat ödədikdən sonra üçüncü həftə 2000 manat qaytardığını və bundan sonra Rahibin onu mütəmadi olaraq hədələdiyini göstərmişdir.

3. "xxxx" ASC-dən götürülmüş iddiaçıya məxsus “4169 7388 **** 7526” nömrəli plastik kartdan 20 iyun 2024-cü il tarixdə pul çıxarılarkən aparılmış videogörüntüdən görünür ki, cavabdeh tərəfindən 20 iyun 2024-cü il tarixdə iddiaçıya məxsus “4169 7388 **** 7526” nömrəli plastik kartdan 10000 manat pul çıxarılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10300 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 121 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onunla qonşu kənddə yaşayır. O, 190 saylı hərbi Hissədə xidmət edir. Onu təqribən 2023-cü ilin sonlarında tanımışdır. Belə ki onun sürücülük vəsiqəsi var. Öyrəndir ki, Cavabdeh1 atasının Yük maşınları var və həmin maşınla Bakı şəhərinə soğan aparmaq üçün sürücü axtarır. O da sürücü olduğu üçün ona müraciət etmişdir. Bakı şəhərinə soğan daşımaq üçün hər reysi üçün ona 80 manat verməyi öhdəsinə götürdü və o Kamaz markalı **-AD-*** dövlət qeydiyyatlı yük maşını vermiş və yükü apararkən özü də onunla birgə Bakı şəhərinə gedib gəlirdi. Bu münvalla Aqil Əhmədovla birgə işləməyə başlamış və bundan sonra münasibətləri yarandı. Ailəvi gediş gəlişimiz yarandı. 2024-cü ildə özünə 07 markalı “Jiquli” almaq qərarına gəlmişdir. Ona görə də xx.xx.2024-cü ildə "xxxx" ASC-nin Bərdə rayon Filialından 7000 manat kredit götürmüşdür. Kredit götürməyə Cavabdeh1 “011” markalı Jiquli avtomobili ilə getmişlər. O krediti götürüb evə gələn zaman yolda Cavabdeh1 ona demişdir ki, əgər bu pulu 2 aylığına ona versən o işğal olunmuş ərazilərdən metal və dəmir gətirib satmaqla yaxşı pul qazanar və Bankın aylıq ödənişlərini özü ödəyər. 2 ay müddətinə bankı bağlayar və əlavə olaraq qazancını da səninlə bölər. İlk öncə bir söz deməmişdir. Gəlib evə çatmışlar. Görmüşdür ki, Ağcəbədi rayonunun Hüsülü kəndindən olan köhnə əsgər yoldaşı X2 onlara ailəvi qonaq gəlib. Eyni zamanda həmin vaxt qohumları X5 və X3 da onlardaidi. Qonaqlarla görüşdükdən sonra o Cavabdeh1 də evə dəvət etmişdir. Sonra həyat yoldaşı Gülşən Məmmədova ilə məsləhətləşdikdən sonra Cavabdeh1 7000 manat vermişdir. Cavabdeh1 ondan pul aldığını atasına bildirməməyi xahiş etmişdir. O 7000 manatı Cavabdeh1 verərəkən X2, X5 və X3 da yanlarında olmuşdur. Aradan 2 ay keçdikdən sonra Cavabdeh1 yenə ona müraciət edərək – “məni öldürürlər, təcili 3300 manat pul lazımdır, 10 günə verəcəm” deyə yalvarmağa başladı. Yenə heç nədən şübhələnmədən gətirib ona 3300 manat vermişdir. Aradan bir ay da keçdi. Cavabdeh1 heç bir xəbər çıxmadı. Bu arada atası ciddi xəstələnmişdir. Cavabdeh1 zəng etmişdir ki, onun borcunu gətir atasını Bakı şəhrinə onkoloji xəstəxanaya aparmalıdır. Pulu olmadığını bildirmişdir və bir az gözləməyini xahiş etmişdir. Təxminən 10 gündən sonra Cavabdeh1 ona zəng edərək ona küllü miqdarda pul göndəcəklərini, ancaq hərbiçi olduğu üçün onun kart hesabının izləndiyini bildirərək ona göndəriləcək pulun onun kart hesabına köçürmək üçün kartını ona verməyini xahiş etmişdir. Heç nədən şübhələnmədən 4169 7388 3489 7526 nömrəli kartımı ona vermişdir. Həm də bu ərəfədə atası can üstə olduğu üçün başım tamam qarışmışdı. Təqribən 10-15 gün kartı onda qalmışdır. Nəhayət kartını gətirib özünə qaytarmışdır ki, hesaba pul keçmədi, artıq şübhələndiyi üçün kart hesabını yoxlatdır. Məlum oldu ki, Cavabdeh1 kartımı məndən aldıqdan sonra 20 iyun 2024-cü ildə onun kart hesabına 10.000 manat köçürüb və elə həmin gün də 10.000 manatı hesabından hissə-hissə çıxarıb ki, guya o çıxarmışdır. Eyni zamanda daha sonra məlum olmuşdur ki, Cavabdeh1 dələduzluq yolu onun kimi bir neçə şəxsi aldatmışdır. Belə olduqda atası Aqil kişiyə məsələni bildirmişdir. Aqil kişi krediti özü ödəyəcəyini bildirib şikayət etməməyimi xahiş etmişdir. O yenə də istər-istəməz razılaşmışdır. Ancaq, Cavabdeh1 onu qabaqlayaraq ondan Ağdam rayon Polis Şöbəsinə müraciət edib ki, “guya mən ondan 80.000 manat borc almışam və qaytarmıram”. O Polis Şöbəsində bildirmişdir ki, Cavabdeh1 bir nəfər Şəmsiyyə adlı şəhid ailəsini də aldadıb 20.000 manat pulunu ələ keçirib və həmin 20.000 manat pulu da ona verdiyini deyib. Polis Şöbəsində eyni ilə olduğu kimi izahat vermişdir. Artıq başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki,Cavabdeh1 10.300 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır.

6. Bundan sonra cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı 48.540 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mənə qarşı iddia ərizəsi ilə Agdam Rayon Məhkəməsinə müraciət edərək 10.300 (on min üç yüz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 121 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. İşin faktiki halları ondan ibarətdir ki, o cavabdeh İddiaçı maxtəlif vaxtlarda 2023-cü ilin dekabr ayına kimi sələmə 3000, 6700, 8000, 10000, 3000 manat, cəmi 30.700 manat pul almışdır. 30.700 manat pula görə o 15.700 manat cavabdehə sələm ödəmiş və sələmin kökü olan 30.700 manatı da cavabdehə qaytarmışdır. Bir sözlə cavabdehə o aldığı sələmə görə cəmi 46.400 (qırx altı min dörd yüz) manat pul qaytarmışdır. O həmin məbləği 2024-cü ilin fevral ayının 02-nə kimi ödəyib başa çatdırmışdır. Bundan əlavə 2024-cü ilin fevral ayının təxminən 05-də cavabdehdən eytiyacı olduğu üçün 7000 manat borc istəmişdir. Cavabdeh ona 5200 manat verə biləcəyini bildirmişdir. O da razılaşıb cavabdehdən 5200 manat sələm götürmüşdür. Cavabdeh 5200 manatı bir həftəyə qaytarmalı olan zaman əlavə 1500 manat sələm verməli olduğunu bildirmişdir. O da əlacsız olduğu üçün razılaşmışdır. O bir həftəyə 6700 manat cavabdehə qaytamalı idim. Həmin məbləği bütöv şəkildə cavabdehə qaytara bilməmişdir. Ancaq cavabdehin adına olan bank kartlarına 2024-cü ilin fevral ayının 08-də 400 manat, 27-də 500 manat, mart ayının 01-də 30 manat, 06-da 100 manat, 12-də 1000 manat, may ayının 03-də 90 manat, 25-də 2500+2000 manat=4500 manat, 31-də 480 manat, iyun ayının 05-də 1100 manat, 14-də 800+300=1100 manat,16-da 10.000 manat, iyul ayının 02-də 5000 manat, cəmi 25.470 (iyirmi beş min dörd yüz yetmişon doqquz min doqqus yüz yetmiş) manat pul ödəmişdır. Bundan əlavə cavabdehə taksi sürücüsü X10 vasitəsi ilə 2024-cü ilin may ayında 12.500 manat pul vermişdir. Həmin pulu atasına məxsus 7 baş erkək dana sataraq cavabdehə göndərmişlər. Bu faktı taksi sürücüsü X10 və atası X12 da təsdiq edə bilrələr. O cavabdehdən sələm kimi aldığı 5200 manata görə 32.770 sələm (faiz) manat, cəmi 37.970 (otuz yeddi min doqquz yüz yetmiş) manat pul ödəmişdir. Bir daha qeyd edir ki, həmin məbləğlərin çox hissəsini cavabdehin adına olan kart hesabına köçürmüşdür. Cavabdeh həmin pulları öz adına olan kart hesabından çıxarmışdır. Cavabdehin pulları çıxarmasının video qeydi vardır (Video qeydlər Ağdam rayon polis şöbəsində mənim müraciətimlə bağlı aparılan materiala əlavə edilmişdir, əgər cavabdeh inkar edirsə məhkəmə tərəfindən tələb edilsin). Cavabdeh və qohumları ona dəfələrlə hədə-qorxu gəlmişdir. O qanunları yaxşı bilmədiyi üçün onun hədələrindən qorxmuşdur. Artıq əlacsız qaldığından və atasının təkidi ilə xx.xx.2024-cü ildə mən cavabdeh İddiaçı qanunsuz hərəkətləri ilə bağlı Ağdam rayon polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış, onun və digər şəxslərin izahatları alınmış, kart hesablarından və pul köçürmələrindən çıxarışlar götürülmüşdür. O həmin sənədlərin bir hissəsinin surətlərini qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. Cavabdehin ona sələmə pul verməsi və ondan artıq pul alması öz təsdiqini tapmışdır. Cavabdehlə aralarında telefon danışıqları olmuşdur. O həmin səs yazılarını da iddia ərizəsinə əlavə etmişdir. Səs yazılarında cavabdehin ona hədə-qorxu gəlməsi əksini tapmışdır. Cavabdeh iş polisdə araşdırılan zaman istintaqdan yayınmaq üçün məhkəməyə müraciət etmişdir. Göstərdiklərini Ağdam rayonu, Sarcalı kəndində yaşayan X12, X6, Bərdə rayonu, Lək kəndində yaşayan X10 təsdiq edə bilərlər. Möhtərəm hakim, cavabdeh İddiaçı müxtəlif vaxtlarda cəmi 35.900 (otuz beş min doqquz yüz) manat sələmə pul almışdır. Həmin sələmlərə görə cavabdehə 15.700 +32.770= 48.540 manat sələm ödəmişdir. Onun cavabdehə heç bir borcu yoxdur. Bu iddia ərizəsinə əlavə edilmiş kart hesabından çıxarışlarla, izahatlarla, səs-yazıları ilə və digər sübutlarla tam təsdiq edilir. Onun cavabdehdən hər hansı məbləği almağım barədə heç bir sübut yoxdur. Ancaq cavabdehə pul qaytarmağını təsdiq edən kifayət qədər sübutlar vardır. Cavabdehdən o və digər şəxslər daimi sələmə pul götürürlər. Ancaq onun həmişə pulu olub, bankdan hansı məqsədlə pul götürməsini bilmir. Cavabdeh heç bir vergi ödəmədən onun kimi vətəndaşları sələmlə yükləyir. Bank faizə pul verən zaman illik 5 faizlə verir. Cavabdeh isə həftəlik, aylıq, yəni özünün müxtəlif faiz dərəcələrindən istifadə etməklə əlacsız vəziyyətdə olan şəxslərin həyatını çıxılmaz hallara salır. O hərbi qulluqçu olmuş və ailə vəziyyətilə bağlı borc götürmək məcburiyyətində olmuşdur. Ona görə də o hesab edir ki, ilkin iddia rədd olunmalı və qarşılıqlı iddia təmin olunaraq İddiaçı 48.540 (qırx səkkiz min beş yüz qirx) manat pul alınaraq ona verilməlidir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianın isə əsassız olduğunu, təxminən 2023-cü ildə Cavabdeh1 ilə tanışlıqlarının başlandığını, cavabdehin atasına məxsus Kamaz markalı yük maşınına sürücü axtardığını və onun sürücü olduğu üçün ona müraciət etdiyini, nəticədə Cavabdeh1 atasına məxsus Kamaz markalı **-AD-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Bakı şəhərinə soğan daşımağı və hər reys üçün 80 manat zəhmət haqqı almaq barədə razılığa gəldiklərini və bu minvalla münasibətlərinin yarandığını və ailəvi gediş-gəlişlərinin olduğunu, beləliklə ona etibar etdiyini, 2024-cü ildə maşın almaq niyyəti ilə bankdan götürdüyü 6850 manat pulu Cavabdeh1 təklifinə əsasən ona verdiyini, Cavabdeh1 isə iki ay ərzində pulu qaytaracağına və aldığı puldan qazandığı gəliri onunla böləcəyinə söz verdiyini, pulu Cavabdeh1 verərkən dostu B.Mustafayevin, qohumu G.Abbasovanın və onun qızının da onlarda olduğunu, Cavabdeh1 pulu alarkən atasının xəbəri olmaması barədə ondan xahiş etdiyini, aradan iki ay keçdikdən sonra Cavabdeh1 ondan yenə 3300 manat pul aldığını və 10 gün müddətinə qaytaracağına söz verdiyini, ardan xeyli vaxt keşdikdən sonra ona zəng edərək pulu istədikdə, ona külli miqdarda pul gələcəyini, lakin hərbişi olduğu üçün onun kart hesabının izləndiyini, ona görə də ona məxsus kartı ona verməyini, onun isə heç bir şeydən şüphələnməyərək adına olan kartı Cavabdeh1 verdiyini, atasının xəstə olduğu üçün başının qarışıq olması səbəbindən kartının uzun müddət cavabdehdə qaldığını, kartı qaytardıqda isə hesaba pul keçmədiyini gördüyünü, həmin kart hesabını yoxlatdırdıqda, hesaba 10 000 manat pul köçdüyünü və həmin pulların hissə-hissə çəkildiyini öyrəndiyini, bundan sonra polis şöbəsinə müraciət etmək istədiyini, lakin Cavabdeh1 onu qabaqlayaraq güya ondan 80 000 manat borc pul aldığı barədə şikayət etdiyini, Polis Şöbəsində izahat verdiyini, lakin polisə verdiyi izahatlarda nədənsə Cavabdeh1 verdiyi 3300 manatın qeyd edilmədiyini, qeyd olunan borcdan cəmi 730 manat pul cavabdehin atası tərəfindən qaytarıldığını bildirdi və qeyd olunanları nəzərə alaraq ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında ilkin iddianın əsasız olduğunu, qarşılıqlı iddianı müdafiə etdiyini, özünün 2023-cü ilin sonundan başlayaraq müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə olmaqla İddiaçı cəmi 30 700 manat sələmə pul aldığını və aldığı məbləğlə və sələmi ilə birlikdə 46 400 manat pul qaytardığını, daha sonra ondan ehtiyacı olduğu üçün 7000 manat borc istədiyini, İddiaçı ona 5200 manat verdiyini və üzərində əlavə olaraq daha 1500 manat qaytaracağını söylədiyini özünün məcbur olaraq razı olduğunu, beləliklə İddiaçı 6700 manat borcunun yarandığını, borcu bütöv qaytara bilməsə də onun kartına müxtəlif vaxtlarda, müxtəlif məbləğlər olmaqla, cəmi 25 470 manat pul ödədiyini, bundan əlavə taxi sürücüsü K.Həsənovdan 12 500 manat pul göndərdiyini, həmin məbləği atasına məxsus 7 baş dananı sataraq ödədiyini, beləliklə İddiaçı aldığı 5200 manata görə ona sələmi ilə birlikdə cəmi 37 970 manat pul ödədiyini, İddiaçı və onun qohumlarının hədələrindən qorxaraq onun qanunsuz əməllərindən Ağdam rayon Polis Şöbəsinə müraciət etdiyini və aparılan araşdırma nəticəsində İddiaçı ona sələmə pul verdiyinin və ondan artıq pul aldığının öz təsdiqini tapdığını, İddiaçı istintaqdan yayınmaq üçün məhkəməyə müraciət etdiyini bildirərək və bütün təqdim etdiyi sübutların nəzərə alınmasını istəyərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil çıxışında ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, təxminən bir il bundan əvvəl Cavabdeh1 ilə qohumdur. Cavabdeh1 ilə İddiaçı yaşadığı evə getmişdilər. Avtomobildə olarkən Cavabdeh1 ona kağızın içində pul göstərmiş və həmin pulun 12500 manat olduğunu ona demiş, lakin həmin pulu saymadığı üçün nə gədər olduğunu bilməmişdir. Cavabdeh1 İddiaçı evinə girmişdir, o isə avtomobildə gözləşmişdir. Həmin pulun Hüseynin Rahibə verdiyini görməmişdir və pulun Hüseynin Rahibə nə üçün verilməli olduğunu maraqlanmamşıdır. Sonra təxminən 5 dəqiqə sonra Hüseyn, Rahib və Hüseynin hərbiçi yoldaşı və o, Şırşır adlı restorana gedib yeyib içiblər. Sonra Hüseyn ona zənk vuraraq ondan 1000 manat pulu Rahibin oğluna verməyini xahiş etmiş, o da 1000 manat pulu Rahibin azyaşlı uşağına vermişdir. Hüseyn ilə Rahibin arasında pul söhbətlərindən onun xəbəri yoxdur.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, o, İddiaçı və Cavabdeh1 tanımır. Təxminən 2024-cü ilin iyul ayaında Ələsgərin oğlu Qabil ondan Ağcabədi rayonu, Hindarxı qəsəbəsinə getməyini orada yaşayan adını bilmədiyi bir şəxsə pul veriməyini xahiş etmişdir. Qabil ona pul vermiş və o, da Qabil dediyi ünvana Ağcabədi rayonu, Hindarxı qəsəbəsinə getmiş və Qabilin verdiyi 12500 manat pulu həmin qəsəbədə yaşayan tanımadığı bir şəxsə vermişdir. Lakin həmin şəxsin İddiaçı olduğunu xatırlamır.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, o, Cavabdeh1 atasıdır. Oğlu Cavabdeh1 İddiaçı sələmə pul almışdır və aldığı pulları artıqlaması ilə geri qaytarmışdır.

14. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(013)-1744/2025 nömrəli qətnaməsi (hakim Rafiq Məmmədov) ilə, ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh1 9420 manat pul və ödənilmiş 114.2 manat dövlət rüsumu alınaraq ilkin iddia üzrə İddiaçı verilməsi, ilkin iddia üzrə ödənilmiş 121 manat dövlət rüsumunun qalan 6.8 manat hissəsi ilkin iddia üzrə İddiaçı aid edilməsi, ilkin iddia qalan hissədə təmin edilməməsi, ilkin iddia ərizəsi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı İddiaçı 48540 manat pulun alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia qismən təmin edilməli, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 9420 manat pul tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməlidir. İlkin iddianın qalan hissəsi isə təmin edilməməlidir. İlkin iddia ərizəsi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı İddiaçı 48540 manat pulun alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.

16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 739.1, 1096.1 və 1096.2-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982ci il tarixli qərarı, “X14rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216, 222, 224-226-cı və 360-cı maddələrinə istinad etmişdir.

17. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1744/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh İddiaçı müxtəlif vaxtlarda cəmi 35.900 (otuz beş min doqquz yüz) manat sələmə pul almışdır. Həmin sələmlərə görə cavabdehə 15.700 +32.770 = 48.540 manat sələm ödəmişdir. Onun cavabdehə heç bir borcu yoxdur. Bu iddia ərizəsinə əlavə edilmiş 38 vərəqdən və flaşkartdan ibarət olan kart hesablarından çıxarışlarla, izahatlarla, səsyazıları ilə və digər sübutlarla tam təsdiq edilir. Onun cavabdehdən hər hansı məbləği almağı barədə heç bir sübut yoxdur. Ancaq cavabdehə pul qaytarmağını təsdiq edən kifayət qədər sübutlar vardır. Cavabdehdən o və digər şəxslər daimi sələmə pul götürürlər. Cavabdeh heç bir vergi ödəmədən onun kimi vətəndaşları sələmlə yükləyir. Bank faizə pul verən zaman illik 5 faizlə verir. Cavabdeh isə həftəlik, aylıq, yəni özünün müxtəlif faiz dərəcələrindən istifadə etməklə əlacsız vəziyyətdə olan şəxslərin həyatını çıxılmaz hallara salır. O hərbi qulluqçu olmuş və ailə vəziyyətilə bağlı borc götürmək məcburiyyətində olmuşdur. Ancaq, İddiaçı sələmə pul verərək vergidən yayınması və hədə qorxu ilə pul tələb etməsinə görə polis və məhkəmə tərəfindən hər hansı bir tədbir görülməmişdir. Bir sözlə məhkəmə tərəfindən bu hallar barədə araşdırma aparılmamışdır. Cavabdeh İddiaçı onun şikayəti ilə bağlı Ağdam rayon polis şöbəsinin istintaq bölməsində izahat verərkən 6800 manat kredit götürərərək ona verdiyini, həmin vaxt onun 6800 manat pulun üzərindən 1500 manat pul götürərək ilk ayın sələm kimi Rahibə verdiyini, Rahib isə həmin 1500 manatı sələm olaraq qəbul etdiyini, Rahibin ikinci ay 1500 manat və üçüncü ay 1500 manat ondan sələm aldığını, sonra isə 730 manat ondan pul aldığını təsdiq etmişdir. Həmçinin, İddiaçı izahatında ondan pulunun qalığını, yəni 1800 manat pulu 2024-cü ilin iyul ayında istədiyi üçün guya Rahibə məxsus plastik karta pul vuraraq çeklər aldə etdiyini və onun kartının onda olan zaman onun çıxardığını göstərmişdir. İddiaçı polis şöbəsində araşdırma zamanı onunla onun arasında 1800 manat borc qalması barədə göstərsə də məhkəmədə 10.300 manat pul tələbinə dair iddia qaldırmışdır. İddiaçı polis araşdırılması zamanı və məhkəmə araşdırılması zamanı verdiyi izahatlar arasında kəskin ziddiyətlər vardır. Birinci instansiya məhkəməsi tərəfindən həmin ziddiyyətlər araşdırılmamışdır. Polisdə aparılan araşdırma zamanı İddiaçı ona 6800 manat pul verdiyini və ondan 5.230 manat aldığını etiraf etmişdir. Bu fakt cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci tarixli (HK-1/1649 nömrəli) qərarla təsdiq edilmişdir. Ağdam rayon polis şöbəsinin istintaq bölməsində izahat verən X1 Əhmədli ilə birlikdə 12.500 manat pulu İddiaçı evində ona verdiklərini, sonradan isə Hüseynin xahişi ilə 1000 manat pulu Rahibin oğluna verdiyini təsdiq etmişdir. Ağdam Rayon polis şöbəsinin istintaq bölməsində və məhkəmə baxışında izahat verən X10 izahatında 12.500 manat pulu İddiaçı verdiyini təsdiq etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdeh İddiaçı atasına görə tanımışdır. Atasının yanında sürücü kimi işləmişdir. Belə ki, müxtəlif vaxtlarda 2023-cü ilin dekabr ayına kimi sələmə 3000, 6700, 8000, 10000, 3000 manat, cəmi 30.700 manat pul almışdır. 30.700 manat pula görə o 15.700 manat cavabdehə sələm ödəmişdir və sələmin kökü olan 30.700 manatı da cavabdehə qaytarmışdır. Bir sözlə cavabdehə o aldığı sələmə görə cəmi 46.400 manat pul qaytarmışdır. O həmin məbləği 2024-cü ilin fevral ayının 02-nə kimi ödəyib başa çatdırmışdır. Bundan əlavə 2024-cü ilin fevral ayının təxminən 05-də cavabdehdən ehtiyacı olduğu üçün 7000 manat borc istəmişdir. Cavabdeh ona 5200 manat verə biləcəyini bildirmişdir. O da razılaşıb cavabdehdən 5200 manat sələm götürmüşdür. Cavabdeh 5200 manatı bir həftəyə qaytarmalı olan zaman əlavə 1500 manat sələm verməli olduğunu bildirmişdir. O da əlacsız olduğu üçün razılaşmışdır. O bir həftəyə 6700 manat cavabdehə qaytamalı idi. Həmin məbləği bütöv şəkildə cavabdehə qaytara bilməmişdir. Ancaq cavabdehin adına olan bank kartlarına 2024-cü ilin fevral ayının 08-də 400 manat, 27-də 500 manat, mart ayının 01-də 30 manat, 06-da 100 manat, 12-də 1000 manat, may ayının 03-də 90 manat, 25-də 2500+2000 manat=4500 manat, 31-də 480 manat, iyun ayının 05-də 1100 manat, 14-də 800+300=1100 manat,16-da 10.000 manat, iyul ayının 02-də 5000 manat, cəmi 25.470 manat pul ödəmişdir. Bundan əlavə cavabdehə taksi sürücüsü X10 vasitəsi ilə 2024-cü ilin may ayında 12.500 manat pul vermişdir. 12.500 manat pulun İddiaçı verilməsini Kərəm Həsənov həm polis araşdırması zamanı, həm də məhkəmə iclasında təsdiq etmişdir. O cavabdehdən sələm kimi aldığı 5200 manata görə 32.770 sələm (faiz) manat, cəmi 37.970 manat pul ödəmişdir. Bir daha qeyd edir ki, həmin məbləğlərin çox hissəsini cavabdehin adına olan kart hesabına köçürmüşdür. Cavabdeh həmin pulları öz adına olan kart hesabından çıxarmışdır. Cavabdehin pulları çıxarmasının video qeydi vardır. Tərəfindən köçürülən pulların video qeydləri Ağdam Rayon Polis Şöbəsində onun müraciəti ilə bağlı aparılan materiala əlavə edilmişdir. Belə ki, İddiaçı kart hesabına 15.000 manat məbləğində pul köçürməsi eləmişdir. Bununla bağlı ödəniş qəbzləri də vardır. Pulları Bakı şəhərində yaşayan qohumu göndərmişdir. Pullar iddiaçı tərəfindən çıxarılmışdır. Belə ki, həmin zaman iddiaçı avtomobildə oturmuş, iddiaçı kartdan istədə edə bilmədiyi üçün məcbur olaraq özü gedib nağlaşdırmanı etmişdir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

21. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

22. İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Cavabdeh1 onunla qonşu kənddə yaşayır. O, “N” saylı hərbi hissədə xidmət edir. Onu təqribən 2023-cü ilin sonlarında tanımışdır. xx.xx.2024-cü ildə "xxxx" ASC-nin Bərdə rayon Filialından 7000 manat kredit götürmüşdür. Bundan sonra iddiaçı ona pulun lazım olduğunu və 2 aylıq kreditini ödəyəcəyini bildirmişdir. Bu zaman maşın almaq üçün götürdüyü kreditdən cavabdehə 6850 manat pul vermişdir. Aradan 2 ay keçdikdən sonra cavabdeh yenə ona müraciət edərək təcili 3300 manat pul lazım olduğunu və 10 günə qaytaracağını demişdir. Yenə heç nədən şübhələnmədən gətirib ona 3300 manat vermişdir. Aradan bir ay da keçdi. Cavabdeh1 heç bir xəbər çıxmadı. Bu arada atası ciddi xəstələnmişdir. Cavabdehə zəng etmişdir ki, onun borcunu gətir atasını Bakı şəhrinə onkoloji xəstəxanaya aparmalıdır. Pulu olmadığını bildirmişdir və bir az gözləməyini xahiş etmiş, lakin daha sonra pulunu geri qaytarmamışdır. Bundan sonra cavabdeh ona zəng edərək ona küllü miqdarda pul göndəcəklərini, ancaq hərbiçi olduğu üçün onun kart hesabının izləndiyini bildirərək ona göndəriləcək pulun onun kart hesabına köçürmək üçün kartını ona verməyini xahiş etmişdir. Həmin vaxt pulunu almaq üçün “4169 7388 **** 7526” nömrəli kartını cavabdehə vermişdir. Həm də bu ərəfədə atası can üstə olduğu üçün başı qarışıq olmuşdur. Təqribən 10-15 gün kartı onda qalmışdır. Nəhayət kartını gətirib özünə qaytarmışdır ki, hesaba pul keçməməmişdir. Həmin zaman artıq şübhələndiyi üçün kart hesabını yoxlatdırmışdır. Məlum olmuşdur ki, cavabdeh kartını ondan aldıqdan sonra 20 iyun 2024-cü ildə onun kart hesabına 10.000 manat köçürüb və elə həmin gün də 10.000 manatı hesabından hissə-hissə çıxarıb ki, guya o çıxarmışdır. İddiaçıya 6850 manat və 3300 manat pul vermişdir. Həmin puldan isə hazırda 730 manat məbləğində cəmi pul qaytarmışdır. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

24. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

25. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

27. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

28. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

29. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

35. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı

39. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“

“R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı

40. “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı

41. “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

42. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

43. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

44. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

45. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

46. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

47. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.” “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

48. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

49. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

50. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

58. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

61. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

62. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

63. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

64. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

65. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

66. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

70. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

72. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

73. İlk olaraq qeyd edilməlidir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

74. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).

75. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.

76. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur.

77. Bu kontekstdə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 739.1, 1096.1 və 1096.2-ci maddələrinə istinad etdə də mübahisəyə tətbiq edilməli olan maddi hüquqi əsas baxımından qətnaməsini əsaslandırmamış və iddia tələbini mahiyyəti üzrə araşdıraraq ilkin iddia tələbini qismən təmin etmişdir.

78. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından məlum olur ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə borc kimi 6850 manat və 2024-cü ilin may ayında isə 3300 manat verilmiş, cavabdeh tərəfindən borc məbləğindən 730 manat pul qaytarılsa da, qalan 9.420 manat pulu geri qaytarmamışdır.

79. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

80. Mülki Məcəllənin 1096-cı maddəsində nəzərdə tutulmuş delikt məsuliyyəti isə mülki hüquq münasibətlərinin müqavilədənkənar pozulması hallarına tətbiq edilir və zərərin qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində vurulması, zərərlə həmin qanunsuz davranış arasında səbəbli əlaqənin olması, eləcə də zərər vuran şəxsin təqsirliliyi kimi ünsürlərin məcmu halda mövcudluğunu tələb edir. Lakin, hazırkı iş üzrə tərəflər arasında münasibətlər əvəzedilən əşyanı, yəni pulun verilməsi və qaytarılmaması ilə bağlıdır.

81. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərildiyi kimi, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

82. Beləliklə, məhkəmə göstərir ki, tərəflər arasında yaranmış münasibətlər deliktdənirəli gəlmədiyindən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 739.1, 1096.1 və 1096.2-ci maddələrinə istinad edilməklə mübahisənin həll edilməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir.

83. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin xx.xx.2023-cü il tarixdən qüvvədə olan 739.2-ci maddəsi ilə fiziki şəxslər arasında üç min manatdan çox məbləğli borc müqaviləsinin yazılı formada bağlanması tələb edilmişdir, habelə, eyni Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 2024-cü il tarixdə 10300 manat mədləğində borcun verilməsinə dair müqavilənin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) sual doğurmur.

84. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

85. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

86. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir illik iddia müddəti ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 375-ci maddəsi isə məhkəmələrdən tələb edir ki, onlar hüququn müdafiəsi haqqında tələbi iddia müddətinin keçməsindən asılı olmayaraq baxılmağa qəbul etsinlər, iddia müddətini isə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq etsinlər. Lakin, hazırki vəziyyətdə qeyd edilən iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Həmçinin, bununla bağlı cavabdeh tərəfindən hər hansı bir etiraz bildirilməmişdir.

87. Göründüyü kimi, 10300 manat məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halında şifahi qaydada bağlanmış bu cür müqavilə qanunun müəyyən etdiyi formada bağlanmadığından etibarsız hesab olunur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

88. Lakin, məhkəmə hesab edir ki, tərəflər arasında 10300 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsız sayılsa belə, cavabdehin ibtidai istintaq orqanında verdiyi izahatla, qarşılıqlı iddiada və məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir.

89. Belə ki, cavabdeh qeyd edilən sənədlərdə iddiaçıdan 30700 manat borc aldığını və 48540 manat pul qaytardığını bildirir ki, bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur.

90. Belə olan vəziyyətdə məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında 10300 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdehin qeyd edilən məbləğin iddiaçı tərəfindən verilməsini sübuta yetirildiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır.

91. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

92. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

93. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

94. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.

95. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

96. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

97. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

98. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

99. Qeyd olunan mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdehlər sübut etməlidir.

100. Bu baxımdan hazırki mübahisə araşdırılan zaman iddiaçı iddiasının əsası kimi, ibtidai istintaq orqanında tərəflərin verdiyi izahatları və bank məlumatlarını birinci instansiya məhkəməsinə təqdim etmişdir.

101. Eyni zamanda cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan 30700 manat məbləğində pul aldığını etiraf edir. İddiaçı cavabadehə 30700 manat deyil, 10300 manat pulun verdiyi iddia edir ki, cavabdeh 10300 manat iddiaçıdan pulun alındığını etiraf edir.

102. Cavabdeh alınmış pulların əvəzi olaraq iddiaçıya 48540 manat pul qaytardığını iddia edir və bu halın təsdiqi kimi məhkəməyə şahidlər təqdim etmişdir.

103. İlk olaraq qeyd edilməlidir ki, şahid işin nəticəsində marağı olmayan və işin hallarından məlumatlı olan şəxsdir.

104. Şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, cavabdeh ona pul göstərmiş, pulun 12500 manat olduğunu bildirmiş, pulu saymadığından məbləğini bilməmiş və cavabdeh iddiaçının evinə girmişdir. Göründüyü kimi şahidin izahatından pulun məbləği və pulun həqiqətən iddiaçıya verilməsi təsdiq olunmur ki, bu şahidin ifadəsi pulun qaytarılmasını təsdiq etmir.

105. Bundan başqa şahid cavabdehin ona zəng etdiyini və iddiaçının oğluna 1000 manat verməyi xahiş etdiyini və onun tərəfindən iddiaçının oğluna 1000 manat pul verdiyini bildirir. Lakin bu pulun nə üçün və nəyin müqabilində verildiyini təsdiq edən iş materiallarında sübut mövcud deyidir və şahidin bu izahatı işin halları, iş materialları və tərəflərin izahatı ilə təsdiq olunmur.

106. Şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, o, iddiaçı və cavabdehi tanımır. Təxminən 2024-cü ilin iyul ayaında Ələsgərin oğlu Qabil ondan Ağcabədi rayonu, Hindarxı qəsəbəsinə getməyini orada yaşayan adını bilmədiyi bir şəxsə pul verməyini xahiş etmişdir. Qabil ona pul vermiş və o, da Qabil dediyi ünvana Ağcabədi rayonu, Hindarxı qəsəbəsinə getmiş və Qabilin verdiyi 12500 manat pulu həmin qəsəbədə yaşayan tanımadığı bir şəxsə vermişdir. Lakin həmin şəxsin İddiaçı olduğunu xatırlamır.

107. Göründüyü kimi, şahidin ifadəsində pulu işə aid olmayan şəxsdən aldığını, tanımadığı şəxsə verdiyini və iddiaçını tanımadığını bildirir ki, bu şahidin ifadəsi də cavabdeh tərəfindən iddiaçıya 12500 manat pulun verilməsini təsdiq etmir.

108. Şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, o, Cavabdeh1 atasıdır. Oğlu Cavabdeh1 İddiaçı sələmə pul almışdır və aldığı pulları artıqlaması ilə geri qaytarmışdır.

109. Bu şahid isə cavadehin atasıdır və işin nəticəsində bir başa maraqlıdır ki, onun ifadəsi sübut qismində qəbul edilə bilməz və onun ifadəsi iş materialları ilə də təsdiq olunmur.

110. Göründüyü kimi, cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin ifadələri hazırki işin həllinə təsir edəcək sübut növü deyildir ki, şahidlərin ifadələri əsasında hazırki mübahisənin həll ediməsi də mümkün deyildir. 111.Eyni zamanda nəzərə alınmalıdır ki, əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.

112. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdehin Ağdam rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, İddiaçı xx.xx.2024-cü il tarixdə 6000 manat pul istədiyini, İddiaçı ona 5200 manat pul verdiyini və pulu sələm olaraq verdiyini, özünün dörd ay müddətinə İddiaçı 1500 manat pulu onun evində əli ilə verdiyini, bundan başqa 730 manat və 400 manat məbləğində pulu isə ona məxsus karta köçürdüyünü, daha sonra 3000 manat sələmə götürdüyünü və buna görə 15 gündən bir 600 manat verdiyini, sonra isə 3000 manatı tam şəkildə qaytardığını, daha sonra 6000 manat sələmə pul götürdüyünü və qarşılığında öncə 1500 manat daha sonra isə 7500 manat ödəməklə qaytardığını, daha sonra həmişəki qaydada 8000 manat pul götürdüyünü və razılaşmalarına əsasən 15 gün ərzində 12000 manat qaytarmalı olduğunu, bundan sonra 10000 manat götürdüyünü və üzərinə əlavə olaraq 2000 manat əlavə etməklə qaytardığını, daha sonra ehtiyacı olduğu üçün 300 manat aldığını və 10 gündən sonra 5000 manat olaraq qaytardığını, sonra 5000 manat aldığını və əvəvzində 6500 manat olaraq qaytardığını və İddiaçı borcunun qalmadığını, bir həftə sonra 1800 manat aldığını və Rahibin dediyinə görə həmin pulu Vəfa adlı şəxsdən alaraq ona verdiyini və pulun üzərində hər həftə 500 manat sələm verəcəyini bildirdiyini, iki həftə 500 manat ödədikdən sonra üçüncü həftə 2000 manat qaytardığını və bundan sonra Rahibin onu mütəmadi olaraq hədələdiyini göstərmişdir.

113. Mülki Məcəllənin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

114. Göründüyü kimi, ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materialları zamanı cavabdeh ümumilikdə təqribən 35.430 manat pul aldığını və faizi ilə birlikdə artıqlaması ilə qaytardığını bildirmişdir. Lakin, iddiaçı tərəfindən tələb edilən məbləğin geri qaytarılması yalnız cavabdehin subyektiv izahatı ilə öz təsdiqini tapmışdır.

115. Eyni zamanda, məhkəmə cavabdehin iddiaçıya məxsus bank kartına guya 15.000 manat pul vəsaiti göndərilməsi barədə verdiyi izahatı da iş üzrə toplanmış sübutlarla müqayisəli qiymətləndirmişdir.

116. Belə ki, iş materiallarında mövcud olan "xxxx" ASC-dən əldə edilmiş videogörüntüdən aydın görünür ki, 20 iyun 2024-cü il tarixdə İddiaçı məxsus “4169 7388 **** 7526” nömrəli plastik kartdan pul çıxarılması əməliyyatı bilavasitə Cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Həmin video görüntüdə cavabdehin qeyd olunan tarixdə bankomatdan 10.000 manat məbləğində nağd pul çıxarması aydın şəkildə əks olunmuşdur.

117. Məhkəmə qeyd edir ki, cavabdehin iddia etdiyi kimi iddiaçının kart hesabına 15.000 manat pul vəsaitinin göndərilməsi faktı nə müvafiq bank köçürmə sənədləri, nə hesab çıxarışları, nə də digər obyektiv sübutlarla təsdiq olunmuşdur. Əksinə, mövcud videogörüntü və bank sənədləri cavabdehin iddiaçının kartından faktiki olaraq 10.000 manat pul çıxardığını sübut edir.

118. Bu baxımdan, cavabdehin pulun məbləği və əməliyyatın mahiyyəti ilə bağlı verdiyi izahatların real faktlarla uyğun gəlmədiyi, habelə cavabdehin məhkəməni çaşdırmağa yönəlmiş ziddiyyətli mövqe nümayiş etdirdiyi qənaətinə gəlinir. Məhkəmə hesab edir ki, cavabdehin iddia etdiyi 15.000 manat məbləğində pul köçürülməsi faktının sübuta yetirilməməsi və bunun əksinə olaraq 10.000 manat məbləğində pulun iddiaçının kartından çıxarılmasının videomaterialla təsdiqlənməsi cavabdehin izahatlarının etibarsızlığını daha da möhkəmləndirir.

119. Bununla paralel, iş materiallarında digər sübutlardan da görünür ki, ünvan 2 ünvanında yerləşən terminaldan xx.xx.2024-cü il tarixli 54639 nömrəli qəbzlə “eManat” ödəniş aparatından 4169 73******7526 saylı bank kartına 5.000 manat, həmçinin xx.xx.2024-cü il tarixli 51992 nömrəli qəbzlə həmin karta 10.000 manat pul vəsaiti köçürülmüşdür. Qeyd olunan bank kartı İddiaçı adına rəsmiləşdirilmişdir və bu hal bank çıxarışları ilə təsdiq edilir.

120. Cavabdeh göstərilən məbləğlərin mənşəyi ilə bağlı məhkəməyə verdiyi izahatlarda əvvəlcə həmin vəsaitləri şəxsən özünün karta yüklədiyini bildirmiş, sonrakı izahatlarında isə həmin pulların guya Bakı şəhərindən naməlum qohumu tərəfindən göndərildiyini iddia etmişdir. Cavabdehin bu ziddiyyətli mövqeyi nə müvafiq bank sənədləri, nə də digər mötəbər sübutlarla təsdiq olunmuşdur.

121. Eyni zamanda qeyd edilən kart hesabından pulun cavabdeh tərəfindən çıxarılması pulun kim tərəfindən hesaba köçürülməsini də əhəmiyyətsiz edir. Belə ki, iddiaçıya sahibliyində olan kart hesabında olan pul vəsaiti cavabdeh tərəfindən çıxarılmış və pulun sonrakı aqibəti ilə bağlı sübutlar mövcud deyildir.

122. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, tərəflər iddia və etirazlarını əsaslandıran halları sübut etməyə borcludurlar. Cavabdeh isə iddia etdiyi kimi pul vəsaitlərinin ona məxsus olması və ya üçüncü şəxs tərəfindən göndərilməsi,habelə kart hesabından çıxarılmış vəsaitin iddiaçıya verilməsi faktını təsdiq edən hər hansı obyektiv, etibarlı və hüquqi əhəmiyyətli sübut təqdim etməmişdir. Əksinə, təqdim edilmiş bank çıxarışları, ödəniş qəbzləri və digər sübutlar həmin pul vəsaitlərinin iddiaçının adına olan karta köçürüldüyünü və sonradan hissə-hissə cavabdeh tərəfindən çıxarıldığını göstərir.

123. Bundan əlavə, cavabdehin izahatlarının dəyişkənliyi, konkret tarix, məbləğ və şəxs adlarının göstərilməməsi, habelə hadisələrin ardıcıllığının məntiqi baxımdan əsaslandırılmaması məhkəmədə onun mövqeyinin inandırıcılıq dərəcəsini xeyli zəiflədir. Məhkəmə bu halları cavabdehin məsuliyyətdən yayınmaq və faktiki borc münasibətlərini gizlətmək cəhdi kimi qiymətləndirir.

124. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin göstərilən pul köçürmələri ilə bağlı qeyri-müəyyən və ziddiyyətli izahatları etibarlı sübutlarla təsdiqlənmədiyindən, həmin izahatlar məhkəmə tərəfindən əsaslı və inandırıcı dəlil kimi qəbul edilə bilməz və bu hal ilkin iddianın qismən təmin edilməsinə dair nəticəni hüquqi baxımdan əsaslandırır.

125. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.

126. Lakin, cavabdeh heç bir borcunun olmamasını israrlı olaraq bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

127. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

128. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

129. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

130. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı ümumilikdə 10.300 manat məbləğində borcu cavabdehə vermiş, cavabdeh isə 730 manat borcu qaytarsa da qalan borc məbləğini qaytarmamış, nəticədə iddiaçıya 9570 manat borcu qalmışdır.

131. Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulan məbləğ 9420 manat olmuş və iddiaçı həmin məbləği münahisələndirməmişdir.

132. Hazırki iş üztə birinci instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv olunmuş olsa da cavabdehin şikayəti əsasında ondand aha artıq məbləğdə borcun tutulması mümkün deyildir.

133. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının mübahisələndirmədiyi 9.420 manat məbləğində pul məbləği tutulmalı, iddia qalan hissədə isə təmin edilməməlidir.

134. Həmçinin, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı 48.540 manat pulun alınaraq ona verilməsi tələbinin əsaslı olub-olmadığını iş üzrə toplanmış sübutlar əsasında qiymətləndirmişdir.

135. Müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddiasını əsasən cavabdeh İddiaçı müxtəlif vaxtlarda sələm yolu ilə pul vəsaitləri alması və həmin məbləğləri artıq məbləğdə geri ödəməsi iddiası üzərində qurmuşdur. Lakin, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, iddia tələbinin əsasını təşkil edən hallar üzrə sübutetmə yükü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür.

136. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia edilən sələm münasibətlərinin mövcudluğunu, həmin münasibətlər üzrə konkret borc məbləğlərini, faiz dərəcələrini, ödəniş müddətlərini, habelə ödənildiyi iddia edilən məbləğlərin məhz borcun qaytarılması məqsədilə verildiyini təsdiq edən yazılı müqavilə, qəbz, borc öhdəliyi və ya digər hüquqi qüvvəyə malik sənədlər məhkəməyə təqdim edilməmişdir.

137. Bundan əlavə, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən göstərilən bank köçürmələrinin və nağd pul verilmələrinin hansı hüquqi əsasla və hansı konkret borc münasibəti çərçivəsində həyata keçirildiyini müəyyən etməyə imkan verən sübutlar da təqdim olunmamışdır. Bank kartlarına edilmiş ödənişlər özlüyündə borc münasibətinin mövcudluğunu və ya artıq ödəniş faktını sübut etmir və bu ödənişlərin hüquqi mahiyyəti qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əsaslandırılmamışdır.

138. Məhkəmə, həmçinin nəzərə alır ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələri də qarşılıqlı iddia tələbinin əsaslılığını təsdiq etmir və yuxarıda şahid ifadələrinin sübuti əhəmiyyətinə ətraflı izah verilmişdir.

139. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı 48.540 manat pulun alınaraq ona verilməsi tələbi mülki hüquq münasibətlərinin mövcudluğunu və artıq ödəniş faktını təsdiq edən mötəbər və yetərli sübutlarla əsaslandırılmadığından, qarşılıqlı iddia əsassız hesab edilməli və təmin edilməməlidir.

140. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

141. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

142. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, ilk iddia tələbi qismən təmin edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir.

143. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ilk iddianın təmin edilmiş hissəsinə münasibətdə 114,20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

144. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

145. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382.1, 384.0.2, 386, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1744/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia qismən təmin edilsin. Cavabdeh1 9.420 (doqquz min dörd yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 114,20 (yüz on dörd manat iyirmi qəpik) manat olmaqla, cəmi 9.534,20 (doqquz min beş yüz otuz dörd manat iyirmi qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar