Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2030/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2053/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İİ seriyalı 601311 nömrəli xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X4 adlı bir uşaqları doğulmuşdur. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur.
2. Şəmkir Rayon Məhkəməsinin 2(076)-806/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 22 dekabr 2009-cu il tarixdə doğulmuş Dəniz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)- 2832/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.
3. xx.xx.2024-cü il tarixli, MŞG/MT0032/2024-00379 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları Dənizin saxlanılması üçün tutulan alimentin artırılaraq hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 806/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş Dəniz adlı uşağın saxlanılması üçün hər ay 150 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda həmin aliment pulu ilə uşağın maddi ehtiyaclarını ödəyə bilmir. Geyimlərini, qidalarını ödəməyə çətinlik çəkir. Uşağı məktəblidir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət edib aliment artırılmasını istəyir. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh uşaqları Dənizin saxlanılması üçün tutulan alimentin artırılaraq hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2053/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-806/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması, xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sonuncu məhkəmə qətnaməsi ilə aliment müəyyən edildiyi vaxtdan bugünə kimi yalnız uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, mediasiya sessiyasında 50 manat xərc iddiaçı tərəfindən ödənildiyindən məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 100.2, 112.1 maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 119.2, 217.4 və 218.3-cü istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2053/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2053/2024 saylı qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsinin ləğv edilməsini, maddi vəziyyətinin nəzərə alınmasını, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-806/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Dəniz adlı uşağın saxlanması üçün hər ay bir uşaq üçün 150 manat aliment müəyyən olunmuşdur. Həmin qətnamə qəbul olunan vaxtdan sonra onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Lakin buna baxmayaraq iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və ondan alimentin artırılmasını tələb etmişdir. Şəmkir Rayon Məhkəməsi isə əslində heç bir araşdırma aparmadan, məhkəməyə iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədən, iddia tələbini qismən təmin etmişdir. Halbuki, məhkəmənin iddia tələbini təmin etməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Belə ki, o heç bir yerdə işləmir. Məhkəmə tərəfindən təyin olunmuş alimenti güclə ödəyir. Əlavə ödəniş etməyə maddi imkanı yoxdur. Eyni zamanda qeyd edir ki, o yenidən ailə qurmuş və bu nikahdan onun iki uşağı doğulmuşdur. Bəs onların ehtiyaclarını necə ödəsin? Məhkəmə niyə bu mühüm halı nəzərə almamışdır. O hesab edir ki, məhkəmə iddia tələbinin təmin olunmuş hissəsində ciddi qanun pozuntusuna yol vermişdir. O heç bir yerdə işləmir. Maddi vəziyyəti yaxşı deyil. Təyin olunmuş aliment miqdarını zorla ödəyir. Eyni zamanda o yenidən ailə qurmuş və həmin nikahdan iki uşağı var. Onların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Həyat yoldaşı heç bir yerdə işləmir. Uşaqları xəstə olduğu üçün mütəmadi olaraq müalicə alır. Uşaqların tələbatlarını ödəmək hər iki valideynin borcudur. Belə hesab edir ki, iddiaçı bu borcundan yayınmağa və onun ödəyəcəyi aliment hesabına özü dolanmağa çalışır. İddiaçı sağlam və cavan olmasına baxmayaraq heç bir yerdə işləmir. Hesab edir ki, məhkəmə obyektiv qərar verməmişdir. Bu səbəbdən də məhkəmənin aliment məbləğini artırması ədalətsizlikdir və qanun normalarının pozulması kimi qiymətləndirilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. İddiaçı oğlu məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
14. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
19. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
20. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
29. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2053/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-806/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 22 dekabr 2009-cu il tarixdə doğulmuş Dəniz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-2832/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda isə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları Dənizin saxlanılması üçün tutulan alimentin artırılaraq hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2024-cü il üçün yaşayış minumumu məbləğinin ölkə üzrə uşaqlara görə 235 manat müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir.
36. Məhkəmə kollegiyası cavabdehin yenidən nikaha daxil olması və nikahdan iki uşağının olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, birincisi, həmin dəlillər alimentin məbləğinin azaldılmasına əsas vermir. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.
37. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.
38. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-2053/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Şəmkir Rayon Məhkəməsinin 2(076)-2053/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2053/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.