Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2038/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(076)-768/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4 (dörd) tonluq dəmir su çəninin dəyəri olan 800 (səkkiz yüz) manat pulun, 2 ay müddətində evdə yaşadıqları müddət üçün 600 (altı yüz) manat kirayə haqqının, su sayğacının və su təchizatının bərpa olunması üçün cavabdehlərə "xxxx" ASC-nin 8 nömrəli Regional Sukanal idarəsi tərəfində yazılmış 144 (bir yüz qırx dörd) manat borcun və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(076)-768/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti ilə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-768/2024 saylı qətnaməsininin Cavabdeh1 aid hissəsinin dəyişdirilməsini və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1847/2024 saylı, 13 avqust 2024-cü il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(076)-768/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin geri qaytarılması üçün işin Şəmkir Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-768/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(076)-768/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra Cavabdeh1 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə prosessual müddətin bərpasına dair ərizə vermiş və ərizəyə apellyasiya şikayətini əlavə etmişdir. Ərizədə göstərmişdir ki, o, Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(076)-768/2024 saylı qətnaməsindən narazı olduğu üçün apellyasiya şikayəti vermiş, lakin MPM-in 361-ci maddəsinə əsasən geri qaytarılmış, hazırda nöqsanlar aradan qaldırılmışdır. Buna görə də, apellyasiya şikayəti verilməsi üçün müddəti bərpa etməklə, mülki işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin müddətin bərpası barədə ərizə baxılmadan apellyasiya şikayəti apellyasiya məhkəməsinə göndərilmşdir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(076)-768/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş appyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(076)-768/2024 saylı qətnaməsini Cavabdeh1 16 iyul 2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. Onun tərəfindən ilk dəfə apellyasiya şikayəti qanun müəyyən edilmiş müddətdə verilsə də, Şəmkir Rayon Məhkəməsinin 2(076)-768/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(076)-768/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Cavabdeh1 tərəfindən Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(076)-768/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edilərək, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsini aydınlaşdırmadan, həmçinin cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə münasibət bildirmədən apellyasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasənapellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(076)-768/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Şəmkir Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(076)-768/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinin yoxlanılması mülki iş üçün Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2038/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2038/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver