Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-204/2023 25.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhraman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-103/2022 nömrəli qətnaməsindən İddiaçı2 ASC və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı2 ASC cavabdehlər Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh8 xx.xx.2018ci il tarixli 800875- 477904/1 saylı kredit müqaviləsi üzrə 77978.84 manat əsas borc, 11589.46 manat faiz borcu olmaqla, cəmi 89568.30 manat, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21.30 manat dövlət rüsumu və 242.60 manat xidmət haqqı olmaqla, cəmi 263.90 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı2 ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh8 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və Cavabdeh8 və Cavabdeh9 paylı mülkiyyət hüququ ilə məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra Cavabdeh8, Cavabdeh10 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının və Cavabdeh8, Cavabdeh10, Cavabdeh9 və Cavabdeh11 Fəxrəddin qızının Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-103/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Gündüz Şirinov) iddia qismən təmin edilmişdir. İddiacı İddiaçı2 ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-103/2022 nömrəli qətnaməsinin iddianın təmin olunmaması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə ekspert rəyini əsas götürərək kredit müqaviləsinin 4.4 bəndinə əsasən, faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30 (otuz) illik isə 360 (üç yüz altmış) gün hesabı ilə gündəlik olaraq hesablanmasını nəzərə almamışdır. Həmçinin ekspert rəy verərkən müqavilənin 4.4 və 4.5 bəndlərini nəzərə almayıb və nəticə etibarı ilə bu səhv rəy əsasında düzgün olmayan qətnamə çıxarılmışdır. Cavabdeh8 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-103/2022 nömrəli qətnaməsinin əmlakların qiyməti hissəsində dəyişdirilməsini və yenidən qiymətləndirmə keçirməklə ipoteka predmetlərinə yeni qiymət qoymaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan əmlakların birinə real bazar qiyməti kimi 17.0000 manat digərinə isə ******* manat qiymət qoyulduğu halda məhkəmə qətnamə qəbul edərkən şərti rentabəllik təşkil etməyən qiymətlə əmlakları hərraca çıxarmışdır.Hərraca çıxarılan qiymətlər hər nə qədərdə qiymətləndirici tərəfindən likvid qiymət hesab edilsə də əslində real bazar dəyərindən aşağı olmaqla dəyər itkisi yaratmışdır.Əmlaklara qoyulan qiymətlər əhəmiyyətli dərəcədə dəyər fərgi göstərməkdədir. İşdə iştirak edən cavabdehlərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh8 məhkəmə kollegiyasına teleqram göndərərək, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 ASC nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-103/2022 nömrəli qətnaməsinin iddianın təmin olunmaması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-103/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında əlavə edilmiş: xx.xx.2018-ci il tarixli 800875-477904/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı2 ASC-ti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh8 ( VÖEN **********) 36 ay müddətinə, əsas vəsaitin artırılması məqsədi ilə, 150000 manat məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası tərəfindən İnternet Vergi İdarəsindən əldə edilmiş axtarış barədə çıxarışla müəyyən edilir ki, Cavabdeh8 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona ********** saylı VÖEN verilmişdir. İş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisə fərdi sahibkar Cavabdeh8 iddiaçı ilə bağladığı müqavilə əsasında sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MM-nin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası MPM-nin: 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəyə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Kollegiya qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Hazırkı iş materiallarından görünür ki, iddiaçı hüquqi şəxs, cavabdehlərdən Cavabdeh8 isə sahibkarlıq subyekti olmaqla, tərəflərin arasında yaranmış hüquq münasibətlərinin xarakteri də məhz cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Gəncə Şəhər Məhkəməsi prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-i: Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. Şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir: Ona görə də, apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-103/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-103/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh8 və q. qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-204/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-204/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver